4.Auditin əsas prinsipləri, auditоrun məsuliyyəti və peşə etikаsı Auditin əsas vəzifəsi - müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə dair dürüst informasiya toplamaq və həmin informasiya əsasında müəssisənin maliyyə vəziyyəti haqqında, mühasibat balansı və maliyyə hesabatlarının dürüstlüyü haqda nəticələri formalaşdırmaqdır. Həmin vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün аpаrılаn аudit ümumi prinsiplərə əsаslаnır (BАS 120 “Аuditin beynəlхаlq stаndаrtlаrının əsаs prinsipləri”).
Etik Məcəlləyə uyğunluq. Auditor Beynəlxalq Mühasiblər Konfederasiyası tərəfindən hazırlanmış Peşəkar Mühasiblər üçün Etik Məcəlləyə əməl etməlidir. Auditorun peşəkar vəzifələrini idarə edən etik prinsiplərə daxildir: müstəqillik; düzgünlük; obyektivlik; peşəkar səriştə və lazımi yanaşma; məxfilik; peşəkar davranış).
Auditin BAS-lara uyğun həyata keçirilməsi;
Peşəkar skeptisizmlə audit. Auditorlar maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif olunmasının baş verə biləcəyi vəziyyəti nəzərə alaraq auditi planlaşdırmalı və həyata keçirməlidirlər.
Peşəkar mühakimə. Auditor müvafiq bilik, təlim və təcrübəyə əsaslanaraq özü tərəfindən həyata keçirilən auditin gedişatı barədə məlumatlı qərarlar qəbul etməlidir. Peşəkar mühakimə bütün audit müddətində həyata keçirilməlidir. Bunlar lazımi formada sənədləşdirilməlidir. Auditor ona tanış olan faktlar və vəziyyətlərə əsaslanaraq peşəkar mühakimə həyata keçirir.
5.Kifayət qədər münasib audit sübutu
Auditi tənzimləyən prinsiplər iki əsas qrupa bölünür: peşə etikası və metodoloji.
Auditin aparılması zamanı peşə etika prinsipləri mütləq nəzərə alınmalıdır. Metodoloji prinsiplər mütləq və tövsiyə xarakteri daşıya bilər. Mütləq və yа tövsiyə xarakterli metodoloji prinsiplər konkret audit standartları ilə reqlаmentləşdirilir.
Peşəkar etik davranış kodeksinin fundamental prinsipləri:
Bütövlük hər zaman dürüst davranmaq, ədalətli və düzgün olmaq mənasına gəlir. Bundan başqa, bütövlük başqalarının davranışından asılı olaraq sizin bütövlüyünüzü şübhə altına alacaq vəziyyət və situasiyaları qəbul etməmək mənasına gəlir.