Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan


Seçmənin müəyyən edilməsinin bir neçə metodu var



Yüklə 465,1 Kb.
səhifə21/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
1   ...   17   18   19   20   21   22   23   24   ...   82
Audit yeni

Seçmənin müəyyən edilməsinin bir neçə metodu var:

    • statistik metod

    • qeyri-statistik metod

    • seçimsiz seçim metodu.

Statistik seçmə metoduaşağıdakı məqsədlərə nail olmaq üçün tətbiq oluna bilər:
1. Məcmu halda müəyyən miqdarda təhriflər və kənarlaşmaların aşkar olunması;
2. Aşkara çıxarılan kənarlaşmaların və ya təhriflərin yayınmasının miqyasının qiymətləndirilməsi.
Nümunəni müəyyən etmək üçün auditora onun sərancamında olan bütün informasiyaların deyil, onların yalnız auditora o hissəsi lazımdır ki, həmin hissə auditora baxılan sübutları əldə etmək və sonra qiymətləndirmək üçün kifayət etsin.
Qeyri-statistik seçmə metodu: - bu keyfiyyət əlamətləri üzrə təhlildir.
Seçimsiz seçim.Bu yoxlama prosedurların tətbiq edilməsinə görə seçmə metod tətbiq edə bilmədiyi halda həyata keçirilir. Bu prosedurlara aiddir:

    • analitik prosedurlar;

    • audit planlaşdırılarkən və idarə (iqtisadi subyekt) yoxlanılarkən istifadə edilən sorğular və müşahidələr;

    • balansın maddələrinin və ya digər müvafiq sinif əməliyyatların 100% yoxlanılması.

Auditor təşkilatı seçimə düşən hər hansı bir səhvi hökmən təhlil etməli və seçim riskini qiymətləndirməlidir. Seçmə riski - auditorun nümunəyə əsasən gəldiyi yekun nəticənin eyni audit prosedurunun ümumi icmala tətbiq edilməsi halında gələ biləcəyi nəticədən fərqli olması riskidir. Seçimə düşən səhvlər təhlil edilərkən auditor təşkilatı ilk növbədə həmin səhvin xarakterini müəyyənləşdirməlidir. Auditor təşkilatı səhvləri kəmiyyət cəhətdən qiymətləndirməlidir, daha doürusu onların mahiyyəti və səbəbini, ona təsir edən amilləri, habelə onların ardıcıl digər sahələrinə təsir imkanlarını da müəyyən etməlidir. Auditor müəyyən olunan hər bir təhrifin və ya kənarlaşmanın səbəbini və mahiyyətini araşdırıb, onların audit prosedurunun məqsədinə və auditin digər tərəflərinə ola biləcək mümkün təsirini qiymətləndirməlidir
Nəzarət üzrə yoxlamaların əsas məqsədi aşağıdakı amillərlə bağlı qiymətləndirmə aparmaqdır:

    • nəzarət mexanizmlərinin audit olunan dövrü ərzində müvafiq vaxtlarda necə tətbiq olunması

    • onların bu dövr ərzində ardıcıl tətbiq olunması səviyyəsi

    • bu nəzarət mexanizmlərinin kimlər tərəfindən və nə şəkildə tətbiq olunması


Yüklə 465,1 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin