Cari likvidlik əmsalı = cari aktivlər / cari öhdəlik
Bu əmsal ödəniş müddətində cari aktivlərin cari öhdəlikləri ödəmək üçün kifayət qədər nağd maliyyə vəsaiti ortaya çıxarmaq qabiliyyətinə malik olub-olmayacağını müəyyən edir.
Ani likvidlik əmsalı = (cari aktivlər - mal-material ehtiyatları) / cari öhdəliklər
Mal-material ehtiyatların dövr müddəti = mal-material ehtiyatları / satışın maya dəyəri x 365 gün Mal-material ehtiyatları günlərinin sayı yüksək olduqda anbarda da bir o qədər çox məhsul toplanır və bu məhsulları satmaq da çətin olur. Bu zaman mal-material ehtiyatlarının qiymətləndirilməsi diqqətlə araşdırılmalıdır.
Orta borc yığımı dövrü = debitor borcu / kreditləsatış x 365 gün
Orta borc yığımı dövrü müştərinin kredit ödənişini etməsi üçün tələb olunan günlərinsayıdır. Bu əmsal orta debitor borclarından istifadə etməklədə hesablana bilər. Bu halda əmsal borcları ödəmək üçün orta müştəriyə lazımolan günlərin sayını göstərir.
Orta ödəmə müddəti = kreditor borcları / kreditlə alışlar x 365 gün
Orta ödəmə müddəti hesabları ödəmək üçün müəssisəyə lazım olan günlərin sayını göstərir və aşağıdakı kimi hesablanır:
Öhdəliklərin kapitala nisbəti = borc / (borc + səhm kapitalı) x 100
Öhdəliklərin kapitala nisbəti=ümumi uzunmüddətli borc/istifadə edilən kapital x lOO Bu əmsal müəssisənin riskini və sabitliyini ölçür, çünki bu əmsal müəssisənin borcları və öz kapitalı arasındakı əlaqəni ifadə edir. Öhdəliklərin kapitala nisbətinin yüksək səviyyədə olması müəssisənin yüksək sabit faizli borcları ödəməli olduğunu göstərir