Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan


Müəssisənin uçot siyasətinin auditi



Yüklə 465,1 Kb.
səhifə41/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
1   ...   37   38   39   40   41   42   43   44   ...   82
Audit yeni

3. Müəssisənin uçot siyasətinin auditi
Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanununa uyğun оlaraq mühasibat uçotunun metodikası mühasibat uçotunun vəzifələrinin həllini təmin edən metodlar, üsullar və qaydaların məcmusunu əks etdirir ki, bu da müəssisənin uçot siyasəti adlanır. Mühasibat uçotu və hesabatı üzrə mövcud qanunvericiliyə mühasibat uçotunun təşkili üçün müəssisə rəhbərliyi məsuliyyət daşıyır. Belə ki, o, müəssisədə mühasibat uçotunun düzgün aparılması üçün zəruri şəraiti yaratmalı, bütün bölmə və xidmətlər, eləcə də uçota aidiyyatı olan işçilər tərəfindən mütləq icranı təmin etməlidir. Müəssisə rəhbərliyi tərəfindən uçotun aparılmasının müəyyən olunmuş qaydası uçot siyasətində əks etdirilir. Uçot siyasətinin hazırlanmasına qədər uçot və hesabat üzrə qaydalar, göstərişlər, təlimatlar və digər reqlamentləşdirici sənədlər dəqiq öyrənilməlidir.
Mühasibat aparatının fəaliyyəti «Mühasibat uçotu» haqqında AR Qanunu və müəssisədə mühasibat xidməti haqqında daxili Əsasnamə ilə müəyyən edilir. Uçot siyasəti müəssisə tərəfindən müəyyən edilmiş qaydalara və onun fəaliyyət xüsusiyyətləri baxımından mühasibat uçotunun təşkili və aparılmasının konkret metodikası, formaları, texnikasının seçilməsini əks etdirir. Yoxlama zamanı müəssisənin uçot siyasətinin rəhbəri tərəfindən təsdiq olunması haqqında əmrin mövcudluğuna, eləcə də uçot siyasətinin seçilməsi zamanı mətndə mühasibat hesabatından istifadə edənlər tərəfindən qiymətləndirməyə və qərar qəbul edilməsinə ciddi təsir göstərən mühasibat uçotunun aparılması qaydasının tam açıqlandıüına diqqət verilməlidir.
Auditor uçоt siyаsətinə əsasən əsas vəsaitlər və dövriyyədə olan əmək vasitələri arasında dəyər həddinin müəyyən olunmasına da fikir verməlidir. Obyektlərin müvafiq köhnəlmə şifrəsinə aid edilməsinin düzgünlüyünün, azqiymətli əşyaların və onların silinməsinin uçotu qaydasının uçot siyasətinə uyğunluüu yoxlanılmalıdır. Qeyri-maddi aktivlər üzrə də həmin məsələlər yoxlamaya cəlb edilməlidir.
Alınmış əmtəə-material qiymətlilərinin dəyərləndirilməsi qaydası müəssisənin uçot siyasətində öz əksini tapmalıdır. Əgər müəssisədə alınmış material resursları uçot qiymətləri ilə qiymətləndirilirsə, onda auditor onların alınması və müəssisəyə gətirilməsi ilə baülı xərclərin toplandıüı 201 və 208 saylı hesablar üzrə yazılışları yoxlayır. Anbara mədaxil edilən hər bir növ material üzrə hesablama kalkulyasiyası tərtib edilir: Debet 201 və ya debet 208, kredit 431, sonra debet 113 , 201, 131, 207 (növlər üzrə), 205, 206, kredit 201, 208 mühasibat yazılışı edilir. Istehsala silinən ehtiyatlarının ya orta zəki maya dəyəri ilə, ya sonuncu partiyanın maya dəyəri ilə (FIFO) və ya sonuncu partiyanın maya dəyəri ilə (LIFO) müəyyən edilə bilər. Auditor göstəriilən məsələnin müəssisənin qəbul etdiyi uzot siyasətinə uyğun olduüunu yoxlamalıdır.
Məhsul buraxılışının uçotunun, qeyri-müstəqim xərclərin bölüşdürülmə-sinin və bitməmiş istehsalatın qiymətləndirilməsi metodu da auditin obyektinə daxildir. Bu zaman həmin məsələlərin uçot siyasətində əks etdirilmiş qaydalara uyğunluüunu yoxlamalıdır.
Əsas vəsaitlərin təmirinin uçotu və maliyyələşdirmə qaydası (yаrаdılmış təmir fondu hesabına bərabər qaydada bütün növ təmir üzrə xərclərin "Gələcək dövrlərin хərcləri" maddəsində məhsulun maya dəyərinə silinməsi və ya 191, 242 saylı hesabda toplanaraq işlər qurtardıqdan sonra xüsusi hesablama yolu ilə istehsalat hesablarına silinməsi və ya təmir başa çatdıqca təmir üzrə xərclərin müvafiq elementlər üzrə məhsulun maya dəyərinə daxil edilməsi), gələcək dövrlərin xərclərinin uçotu və onların ödənilməsi müddəti, məhsul (iş, xidmət) satışından pul gəlirinin müəyyən edilməsi qaydası (məhsul ödənildikcə satılmış hesab olunur, və ya sifarişçiyə sənədlər təqdim olunmaqla göndərilmiş məhsullar satılmış hesab olunur), kurs fərqlərinin uçotu qaydası (birbaşa 801 sаylı "Ümumi mənfəət(zərər)" hesabına silinməsi və ya il ərzində 442 sаylı "Gələcək hesаbаt dövrlərin gəlirləri", 542 sаylı "Gələcək hesаbаt dövrün gəlirləri" hesablаrında toplamaqla ilin sonunda 801 saylı hesaba silinməsi), dividendlərin hesablanması və ödənilməsinin uçotu qaydası (hüquqi şəxslər üzrə dividendlər hesablandıqda D-t 901, 902, K-t 302, 534, fiziki şəxslər üçün K-t 533, sərbəst mənfəət təsisçilər arasında bölüşdürüldükdə hüquqi şəxslər üçün, D-t 342, 343, K-t 302, 534, fiziki şəxslər üçün D-t 342, 343 , K-t 533 uçоt siyasətində öz əksini tapmalıdır.
Əmlakın və öhdəliklərin inventarizasiyasının aparılması qaydası, mühаsibаt uçоtu formaları (memorial-order, jurnal-order və s.) müəssisə tərəfindən müəyyən edilir. Auditor həmin işlərin uçоt siyasətinə uyğunluüunu yoxlamalıdır.
Uçot siyasətinin hazırlanması zamanı üzünün strateji inkişaf baxımından təsərrüfat subyekti optimal son nəticələrə nail olmaüa imkan verəcək siyasətin formalaşdırılmasına səy göstərir. Uçot siyasətinin seçilməsindən əvvəl aşağıdakı analitik işlər görülməlidir:
Ÿ müəssisənin cari maliyyə vəziyyətinin təhlili;
Ÿ müəssisənin uçot siyasətinin bu və ya digər aspektinə təsir edən mövcud qаnunvericilikdə və digər normativ aktlardakı dəyişikliklərin təhlili;
Ÿ növbəti maliyyə ilində təsərrüfat subyektinin strategiyasının və inkişafı perspektivinin qiymətləndirilməsi;
Ÿ uçot siyasətinin təmin edəcəyi aparıcı məqsədlərin müəyyən edilməsi;
Ÿ mühasibat uçotunun aparılmasının mövcud üsul və metodlarının təhlili və təsərrüfatçılıüın konkret şəraitində onların tətbiqinin səmərəliliyinin qiymət- ləndirilməsi;
Ÿ müəssisənin strateji vəzifələrinin yerinə yetirilməsinə, o cümlədən onun mаliyyə sabitliyinin yüksəldilməsinə şərait yaradan daha səmərəli uçоt metоdlа-rının müəyyən edilməsi;
Ÿ mühasibat uçotunun aparılması ilə baülı problemli məsələlərin müəyyən edilməsi.
Yoxlama zamanı auditor uçot siyasətinin mövcud qanunvericiliyə uyğun оlmasına, onun bütün struktur bölmələri tərəfindən tətbiq edilməsinə diqqət verməlidir.
Uçot siyasətinin formalaşdırılması zamanı aşağıdakı mütləq tələblər gözlənilməlidir:
Ÿ bütün təsərrüfat faktlarının ilkin sənədlərdə və mühasibat uçotu registrlərində əks etdirilməsinin tamlığı;
Ÿ müəssisənin seçdiyi mühasibat uçotunun aparılması üsul və metodları-nın qanuniliyi, eləcə də təsərrüfat fəaliyyəti aktlarının uçotda əks etdirilməsi qаydаsının mövcud qanunvericiliyə uyğunluüu;
Ÿ analitik və sintetik uçot məlumatlarının ziddiyətli olmaması;
Ÿ təsərrüfat fəaliyyəti aktlarının mühasibat uçotunda əks etdirilməsində məzmununun formadan üstünlüyü;
Ÿdürüstlük-maliyyə təsərrüfat fəaliyyətinin dürüst aralıq və son nəticələrinin formalaşdırılması;
Ÿsəmərəlilik-təsərrüfat fəaliyyəti şəraitindən asılı olaraq mühasibat uçotunun rasional və səmərəli aparılması.
Yoxlama zamanı nəzərə almaq lazımdır ki, müəssisənin uçot siyasəti uçot prosesinin bütün aspektlərini - metodiki və təşkilati-texniki tərəfini əhatə etməlidir:
metodiki aspekt ̶ mühasibat uçotunun aparılması üzrə müəssisənin seçdiyi konkret üsul və metodlar;
təşkilati-texniki aspekt - mühasibat xidmətinin qurulması sistemi, daxili-təsərrüfat uçotunun, hesabatının və nəzarətin təşkili, uçot informasiyalarının işlənməsi texnologiyası (məsələn, sənəd dövriyyəsinin, inventarizasiyanın təşkili üsulları, uçot registrləri sistemi və s.).
Auditor uçot siyasətinin tərtib edilməsinin düzgünlüyünü yoxlayır. Müəssisənin uçot siyasəti yeni hesabat ilinin əvvəlində təsdiq edilir. O, müəssisə rəhbərinin əmri kimi və ya müvafiq əmrə əsasən uçot siyasəti üzrə qayda kimi rəsmiləşdirilə bilər.

Yüklə 465,1 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin