Mövzu Məntiq elminin predmeti



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə48/53
tarix02.01.2022
ölçüsü0,59 Mb.
#39471
1   ...   45   46   47   48   49   50   51   52   53
mühazirə-hamısı

 

Mövzu-12. Hipoteza 

                                        Plan:  

1.  Hipoteza anlayışı və onun strukturu 

2.  Protezanın növləri  

3.  Hipotezanın inkişaf mərhələləri 

4.  Hipotezanın dərketmə əhəmiyyəti 



 

 

Ilk növbədə bir qayda  olaraq hadisələrin izahı problematik xarakter daşıyır. 



Yeni biliklərin meydana gəlməsi prosesində mühüm rol hipotezaya aiddir. 

 

Hipoteza  tədqiq  olunan  hadisələrin  xassə  və  səbəblərini  izah  edən 



əsaslandırılmış müddəalardan ibarət insan biliklərinin inkişaf formasıdır. 

 

Hipotezanın mühüm əlamətlərini nəzərdən keçirək. 



1) Hipoteza təfəkkürün əsas xassələrini əvvəlcədən müəyyən edən biliyin elə 

formasıdır ki, o daim hərəkət edir, dərinləşir və inkişaf edir. 

 

Biliyin  inkişaf  forması  kimi  hipoteza  tədqiq  olunan  hadisənin  xassə  və 



səbəblərini müəyyən etmək üçün irəli sürülən ayrı-ayrı müddəalar və yaxud onların 

kompleksi kimi özünü göstərir. 

2) Hipotezanın qurulması tədqiq olunan hadisəni izah edən müddəanın irəli 

sürülməsi ilə həmişə  müşayət olunur. O bir qayda olaraq ayrı-ayrı faktların və ya 

hadisələrin  qanunauyğun  əlaqələri  haqqında  ayrıca  hökm  və  ya  hökmlər  sistemi 

formasında çıxış edir. 

3)  Hipotezanın  qurulması  zamanı  meydana  gələn  müddəa  müxtəlif 

müşahidələrin ümumiləşdirilməsi zəmnində faktiki materialların analizi nəticəsində 

yaranır.  Deməli,  hipoteza  sadəcə  olaraq  hər  hansı  güman,  fərz,  fantaziya  deyil, 

konkret materiallara əsaslanan müddəadır. 

 

Tədqiqat  obyektindən  asılı  olaraq  hipotezanın  ümumi  xə  xüsusi  növlərini 



göstərmək olar. 

1)  ümumi  hipoteza  təbii  və  ictimai  hadisələrin  qanunauyğunluqları 

haqqında əsaslandırılmış müddəadır. 

2)  Xüsusi  hipoteza  fərdi  faktların,  konkret  hadisələrin  və  onların 

xassələrinin meydana gəlməsi haqqında əsaslandırılmış müddəadır. 

Xüsusi hipotezalar həm təbii, həm də ictimai-tarixi elmlərdəözünün tətbiqini 

tapır. Elmdə ümumi və xüsusi hipotezadan başqa “iş  hipotezası” terminindən də 

istifadə olunur.  

Iş hipotezası tədqiqatın ilk mərhələsində irəli sürülən müddəadır. 

 Məhkəmə  istintaq  praktikasında  ayrı-ayrı  faktalar  və  ya  hadisələr 

kompleksini izah edən zaman tez-tez bir sıra hipotezalar irəli sürülür ki, bunlar da 

faktları müxtəlif cür izah edir. Bu cür hipoteza variant adlanır. 

Naməlum səbəbə dair variant yaradılan zaman burada ümumi müddəa, inkişaf 

prinsipi və ya obyektiv qanunauyğunluq deyil, fərdi cinayət hallarından irəli gələn 

konkret faktiki hadisələr kompleksi çıxış edir. 

Ümumi variantın yoxlanması xüsusi tərəflərin, ayrı-ayrı faktların və cinayət 

hadisələrinin başqa cür  deyil, məhz ardıcıl izahı ilə çaş verir. 



Xüsusi variantların köməyi ilə alınan biliklər bütövlükdə cinayət əməlini izah 

edən  ümumi  variantların  qurulması,  konkretləşdirilməsi  və  dəqiqləşdirilməsinin 

əsasını təşkil edir. 

Hipotezanın inkişaf prosesi iki əsas mərhələdən keçir. Birinci mərhələ elmin 

bu və ya digər faktları və müddəaları əsasında hipotezanın irəli sürülməsindən, ikinci 

mərhələ isə hipotezanın yoxlanmasından ibarətdir.  

1)  hipoteza əsas fəlsəfi kriteriyalara cavab verməlidir. 

2)  Hipotezanın əsas məzmunu mövcud sistemdə müəyyən edilmiş qanunlarla 

ziddiyyət təşkil etməməlidir.  

3)  Hipotezanı irəli sürərkən onun köməyi ilə faktların və ya hadisələrin hər 

hansı bir hissəsini deyil, onu bütövlükdə izah etməyə cəhd etmək lazımdır. 

4)  Hipotezanın  məzmununu  təşkil  edən  ehtimallar  məntiqi  cəhətdən 

ziddiyyətli olmamalıdır, daha doğrusu, biri digərinin formal məntiqi inkarı 

olmamalıdır. 

Hipoteza o zaman əsaslı və etibarlı hesab oluna bilər ki,, onu emprik və  

nəzəri cəhətdən sübut etmək mümkün olsun. 

 

Idrak  praktikasında yuxarıda qeyd olunan üsullarla hipotezanın yoxlanması, 



onu həqiqi biliyə çevrilməsiheş də həmişə mümkün olmur. Buna görə də hipotezanın 

yoxlanması  ən  çox  aşağıdakıkimi  baş  verir.  Hipotezanın  əsas  məzmunundan  nə 

qədər mümkündürsə, daha çox nəticə çıxarmağa cəhd olunur. 

 

Hipotezanın yoxlanması, onun əvvəllər məlum olmayan gerçək faktları təsvir 



və izah edən nəticələrinin praktiki təsdiqi prosesində hipotezanın elmi nəzəriyyə ilə 

əlaqəsi aşkar edilir. 

 

Elmi  nəzəriyyə  ilə  hipotezanın  qırılmaz  əlaqəsi  onlarda  obyektiv  həqiqi 



biliklərin mövcud olması ilə izah olunur. 

 

Eyni  zamanda,  onların  onların  arasında  həqiqətin  meyarı  kimi  praktikanın 



nisbiliyindən irəli gələn fərqli cəhətlər vardır: 

1)  müəyyən biliklər sistemini əks etdirən nəzəriyyənin öz predmet sahəsi vardır; 

2)  nəzəriyyə gerçəkliyə uyğun hadisə və proseslərin adekvat inikası olmalıdır; 

3)  nəzəriyyə  onun  öyrəndiyi  sahəyə  daxil  olan  bütün  ünsürlərin  qarşılıqlı 

əlaqəsini obyektiv və hərtərəfli təhlil etməlidir; 

4)  nəzəriyyə  insanların  maddi  istehsal  praktikasında  yoxlanmaqla  praktikanın 

artan təlabatına cavab verməlidir; 

5)  nəzəriyyə həqiqi və uzun ömürlüyünə görə səciyyələnir; 

6)  nəzəriyyə məntiqi ziddiyyətə yol verməməli, real faktlara uyğun gəlməlidir. 

Hipotezanın əsaslı olması üçün aşağıdakı məntiqi-metadoloji tələblərə əməl 

olunmalıdır. 

1)  hipoteza ziddiyyətsiz olmalıdır, yəni nəzəri müddəa başlanğıc emprik baza ilə 

ziddiyətsiz təşkil etməməlidir; 



2)  hipoteza prinsip etibarilə yoxlanmalıdır. Yoxlanmayan hipoteza daimi olaraq 

problematik xarakter daşıyır və heç  zaman həqiqi biliyə çevrilə bilmir. 

3)  hipoteza  empirik  və  nəzəri  cəhətdən  əsaslandırıldıqda  həqiqi  hesab  olunur, 

hipotezanın ehtimalılığı onun əsaslandırılması dərəcəsindən asılıdır. 

4)  Hipotezanın evristik funksiyası onun informativliyi ilə ilə müəyyən olunur, 

bu  da  yeni,hələ  məlum  olmayan  faktların  tapılması  qabiliyyətində  ifadə 

olunur və səmərəli şərh olunmağa imkan verir. 

 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin