Mövzu Məntiq elminin predmeti


Dəlillərə aid olan qaydalar



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə52/53
tarix02.01.2022
ölçüsü0,59 Mb.
#39471
1   ...   45   46   47   48   49   50   51   52   53
mühazirə-hamısı

Dəlillərə aid olan qaydalar 

1)  sübut prosesində gətirilən dəlillər həqiqi müddəalardan ibarət olmalıdır, onlar 

yalan və şübhəli olmamalıdır. 

2)  Dəlillərin həqiqiliyi tezisdən asılı olmadan sübut olunmalıdır. 

3)  Dəlillər tezisin sübut olunması üçün kafi əsasa malik olmalıdır.  

 

Nümayişə aid olan qaydalar 

1)  sübut prosesində dəlil rolunu  yerinə yetirən böyük müqəddimədə ilkin nəzəri 

və empirik müddəalar dəqiq təsvir edilməlidir. 

2)  Sübut prosesində kiçik müqəddimədə qeyd olunan konkret hadisələr doğru, 

düzgün təsvir olunmalıdır. 

3)  Deduktiv  sübut  tezisi  o  zaman  düzgün  əsaslandıra  bilər  ki,  əqli  nəticənin 

müqəddimələri arasında islahatlara, kəmiyyət, keyfiyyət və məntiqi əlaqələrə 

aid olan bu nəticə formalarının struktur qaydalarına nəzarət edilmiş olsun. 

 

Induktiv  sübut  üsulu,  bir  qayda  olaraq,  dəlil  sifətlə  faktiki  məlumatlardan 



istifadə olunan zaman tətbiq olunur. 

 

Induktiv  əsasın  sübut  üçün  əhəmiyyəti  həmcins  hadisələrdə  təkrar  olunan 



xassələrin sabitliyindən asılıdır. 

 

Nümayişdə  yol  verilən  səhvlər  dəlillə  tezis  arasındakı  əlaqənin    olması  ilə 



əlaqədardır. 

 

Istifadə  olunan  əqli  nəticədən  asılı  olmayaraq  nümayişi  pozan  nümunəvi 



halları nəzərdən keçirək. 

1.  məhdud sahədən daha geniş sahəyə məntiqi keçid.  

2.  şərti deyiləndən şərtsiz deyilənə keçid. 

3.  müəyyən münasibətlə deyiləndən heç bir şeyə aid olmayan keçid 

 

 

Sübut  və  təkzib  prosesində  yol  verilən  məntiqi  səhvlərdən  bəhs  edərək 



paralogizm,  sofizm,  eklektizm  (relyatvizm)  paradoks  kimi  məntiqi  səhvlərədn 

yan keçmək olmaz. 

 

Məntiqi  təfəkkürün  qanunlarını  və  qaydalarını  qərəzsiz  surətdə,  bilmədən 



pozan, düşüncə prosesini sübutluqdan məhrum edən və yalnış nəticələrə gətirib 

çıxaran  məntiqi  səhvlərdən  biri  paralogizm  (  yunanca  –  paralogizmos-yalnış 

düşüncə ) adlanır. 

     


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin