açıq, gözəl ifadələrlə anlatma; natiqlik bacarığı) yüksək inkişaf səviyyəsinə
çatmışdır. Ərəb qəbilələrinin olduğu ticarət yerlərində ticarətlə bərabər, şair və
natiqlərin müsabiqələri də keçirilirdi. Müsabiqələr zamanı oxunan şeirlərin,
söylənilən xütbələrin münsiflər heyəti tərəfindən qiymətləndirilməsi şifahi şəkildə,
bütün Ərəbistan yarımadasında intişar tapmış ümumi estetik tələblər, müəyyən
stilistik normalar əsasında həyata keçirilirdi. Klassik ərəb dilinin bədii nümunəsi
olan “Quran” bəlağət və fəsahət baxımından öyrənilmiş, sonralar isə söz sənətinin
ayrı-ayrı cəhətlərini araşdırmaq diqqət mərkəzində olmuşdur. Bəlağət, yəni nitq
gözəlliyi məsələsi ilk dəfə olaraq, “Quran”la bağlı şəkildə öyrənilməyə
başlanılmışdır. Bəlağət haqqında yazılan ilk kitablar “Quran”ın bəlağətinə həsr
edilmişdir. Nitqin aydınlığı, anlaşıqlı olması, yığcamlığı, nitqin tərkib hissələrinin
dəqiq düzülüşü və sözlərin düzgün seçilməsi, söz sənətinin gözəlləşdirilməsi
bəlağətin mühüm cəhətləri kimi qeyd olunur.
Qədim Yunanıstanda, Romada təsirli, gözəl danışmaq çox yüksək
qiymətləndirilirdi. Bu, tədricən natiqlik sənətinin yaranmasına, formalaşmasına
səbəb oldu. Aristotel
e.ə. 335-ci ildə "Ritorika" adlı əsərini yazıb natiqlik sənətinin
elmi əsaslarını
vermiş, sənəti insan fəaliyyətinin xüsusi növü kimi
qiymətləndirmiş, natiq nitqinin quruluşunu, üslubunu, orfoepiyasını, ifadəlilik
vasitələrini və s. geniş şəkildə izah etmişdir.
Gözəl danışıq (bəlağət), natiqlik
sənəti, bədii nəsr haqqında elm mənasında işlənən ritorika (rhetorike) e.ə.V əsrdə
qədim Yunanıstanda yaranmış, III-II əsrlərdə orada, e.ə.I əsrdə Romada sistemə
düşmüşdür.
Bu sənətin sürətlə tərəqqisi, geniş yayılması məharətli, təsirli
danışmağın zəruri həyati tələbə çevrilməsinə, bununla da məişətə möhkəm daxil
olmasına gətirib çıxarırdı. Xüsusi məktəblərin-ritorika adlanan məktəblərin
yaranması isə natiqlik sənətini ümümxalq mədəniyyətinin tərkib hissəsi etdi.
Aristotel “Ritorika” adlı əsərində qədim Yunanıstanda yaşamış bədii söz
ustalarının sənətkarlığını (dili, üslubu, oxu texnikası və s.) geniş şərh etmişdir.