edilməsinə diqqət yetirilmişdir. Öz əsərlərini ifa edən şairlər yazdıqlarının bədii
dəyərini, şübhəsiz, təsirli oxumaqla çatdırmağa xüsusi səy göstərmişlər. Bədii oxu
saraylarda bu qaydada mövcud olub inkişaf edərsə, saraydan kənarda o, aşıqlar,
nağılçılar tərəfindən şifahi xalq ədəbiyyatı nümunələrinin oxunması şəklində
(bunun şərtiliyi yuxarıda qeyd edilmişdir) yaşamışdır. Deməli, bədii ədəbiyyat
kimi, bədii oxunun da iki istiqamətindən danışmaq mümkündür. Bizə gəlib
çatmasa da, azərbaycanlı alim Eynəlqüzzat Miyanəçinin (1099-1130) “kəlam”
elminə (səlis danışmaq, təsirli söz demək) xüsusi əsər həsr etdiyi elm aləminə
məlumdur. XII əsrdə Nizami Gəncəvi “Xəmsə”yə daxil
olan əsərlərində sözün
qüdrətindən bəhs etmişdir. O, sözə geniş mənada yanaşır, dilin bədii sözün, nitqin,
yazının bəşəriyyətin inkişaf tarixindəki rolundan, müasir həyatda əhəmiyyətindən
bəhs edir. Şair və şeir qarşısında ciddi ictimai vəzifələr qoyan N.Gəncəvi şeiri,
bədii sözü insanları tərbiyələndirən varlıq kimi qəbul edir. Sənətkarın fikrincə,
varlıq mövcud olandan bəri sözdən gözəl bir şey yaratmamışdır, söz dünyanın
naxışıdır. “İskəndərnamə” poemasında kəskin sözü ilə seçilən, dinləyənləri sözün
cazibəsinə, nitqi, söhbəti ilə tutini kəməndə salan məşhur natiq Tutiyanuş haqqında
danışır. Şair həyatda sözdən istifadə ilə bağlı incəlikləri nəzərə almağı, fikrin,
mənanın ifadəsindəsöz seçiminə diqqətli olmağı vacib sayır, əks halda belə nitqin
dinləyiciyə təsir etməyəcəyini söyləyirdi:
Elə söz vardır ki, yaramaz demək, Boş mənasız sözlər kimə gərəkdir?
Başqa bir dil ilə söyləmək gərək. Kim belə sözləri dinləyəcəkdir?
Orta əsrlər dövrünün ən görkəmli alimlərindən biri olan Nəsrəddin Tusi
özünün "Əxlaqi-Nasiri", "Abad-ül-mütəllimin" (Tələbənin uğuru)
və digər
əsərlərində sözün qüdrətinə, natiqlik sənətinə yüksək qiymət vermişdir. O, gözəl
nitqi millətin mədəniyyət göstəricilərindən biri sayırdı. N.Tusi göstərirdi ki, gözəl
nitq üçün birinci növbədə dilin özünün səlisliyi, ifadə imkanlarının genişliyindən
faydalanmaq vərdişlərinin inkişaf etməsi, yəni həmin
dildən istifadə edənlərin
hazırlığı tələb olunur. O, nitq mədəniyyətinin əsas şərtləri olan düzgünlük,
ifadəlilik və dəqiqliyə xüsusi fikir vermiş, dilin qayda-qanunlarına hamının eyni
dərəcədə riayət etməsini zəruri saymışdır. Tusiyə görə, insan bu dünyanın əşrəfi, o
böyük Allahın zərrəsi, təbiətin tərkib hissəsidir; onun dünyaya gəlməsində Ana və
Təbiət Allahın buyruğu ilə əsas rol oynamışdır. Odur ki, Allahı, haqqı, həqiqəti
dərk etməkdən ötrü bütün bilik mənbələrindən baş çıxarmağı və onlara sahib
olmağı mütəfəkkir alim fəzilət sayır. Bu fəzilətin insanda nitfədən (insan yarandığı
gündən) malik olduğu isə ünsiyyətdir. İnsan öz-özü ilə də, Allahı ilə də, insanla da
ünsiyyətdən çox böyük fərəh duyur, çünki o bütün bunları dərk etmiş, həqiqətə
yaxınlaşmış, Allaha qovuşmuş olur. Məhz bu mənada insan dünyasında, o
cümlədən, Tusi nəzəriyyəsində
natiqlik müqəddəs sənət, söz söyləmək, danışmaq
möcüzəvi qabiliyyət sayılır. N.Tusi əxlaqa və natiqlik sənətinə aid "Əxlaqi-Nasiri"
əsərində natiqə, natiqin nitqinə belə tələblər qoyurdu: "Çox danışmamalı,
başqasının sözünü yarımçıq kəsməməli, başqasının danışdığı hekayət və rəvayəti
bilirsə bunu üzə vurmamalı və onun danışıb qurtarmasına imkan yaratmalıdır.
Başqasından soruşulana cavab verməmək ümumidən edilən sualda başqalarını
qabaqlayıb tələsik irəli düşməməlidir. Biri cavab verməklə məşğul isə, daha qabil
cavab verməyə qadir olsa da, səbr etməli, o, sözünü qurtardıqdan sonra öz cavabını
verməlidir. Lakin əvvəlkinə tənə etməməlidir... Böyüklərlə danışarkən kinayə
işlətməməli, nə bərkdən, nə yavaşdan, mülayim səslə sözünü deməlidir. Danışdığı
məsələ qəlizdirsə, aydm misallarla izah etməyə çalışmalıdır, qısa və yığcam
danışmalıdır." Azərbaycan ədəbiyyatı tarixində nitqin, danışığın gözəlliyinə
yüksək qiymət verənlər çox olmuşdur. N.Tusi “Əxlaqi-Nasiri” əsərində uşağın söz
demək qaydalarına yiyələnməsindən
bəhs edərkən bildirir ki, böyüklərlə
danışarkən səsini yüksəltməməli, kinayəli danışmamalı, yad kəlmələr işlətməməli,
qarşı tərəfə diqqətlə qulaq asmalı sonra cavab verməlidir. Danışıq zamanı yorucu
ifadələrdən, lazım olmayan əl-qol və üz-göz hərəkətlərindən istifadə etməməlidir.
İnsanın zəkasına, dünyagörüşünə təsir edən ciddi əsərlərlə bərabər, ruh oxşayan,
mənalı gülüşlə bağlı əsərləri oxumalıdır. N. Tusidə yazırdı ki, uşaq “hansı fənni
öyrənmək, o sahədə ixtisas sahibi olmaq istəyirsə, o fənlə əlaqəsi olan bütün elmlər
və sənətlərlə tanış olmağa həvəs göstərməlidir, məsələn, yazı-pozu sahəsində
mütəxəssis olmaq istəyən xəttatlığı,
natiqliyi bilməlidir, gözəl şeirlər oxumağı,
şirin nağıllar, məzəli rəvayətlər, duzlu hekayələr, gülməli lətifələr danışmağı
bacarmalıdır.” Klassik poeziyanın görkəmli nümayəndəsi İ.Nəsimi və tərəfdarları
hürufilik ideyalarının təbliğində natiqlik sənətinin, hürufi şeirlərinin ifadəli
oxusunun imkanlarından istifadəyə xüsusi diqqət yetirirdilər. Hürufilər xalq
içərisinə yayılaraq aydın məntiqlə nitqlər söyləyir, ideyalarını əsərləri ifadəli
oxumaqla insanların fikir və düşüncələrinə yeridirdilər.
XV-XVI əsrlərdə ozanın aşıqla, qopuzun isə sazla əvəzlənməsi aşıq
yaradıcılığının inkişafına
güclü təsir etdi, etnoqrafik mərasimlərdə rəvayət, nağıl,
məzəli əhvalat, dastan kimi folklor örnəklərinə geniş yer verilmişdir. Bu dövrdə
böyük sənətkar M.Füzuli sözə yüksək qiymət vermiş, az söz danışmağın
gözəlliyini insanın izzət –nəfsini, şərəf və ləyaqətini qorumağı ilə bağlamışdır. Şair
düz, inandırıcı sözün məqamını, kəlam sahibini yüksək qiymətləndirirdi. Şair sözə
-nitqə tərif verərək yazırdı ki, aləm sədəfində insandan qiymətli bir gövhər
görmədim və insan gövhərində isə sözdən şərəfli cövhər tapmadım. Sözün dərəcəsi
və rütbəsi ucadır. Doğruluq sözün qiymətini artırar, doğru zinət daha yaxşı
görünər. İnsanın nitqini, sözünü insanın mahiyyəti, məzmunu, məğzi hesab
edir.”Rind və Zahid” əsərində məna və məzmunu önə çəkir, lakin şair anlaşıqlı
məzmun və zəngin mənanın
bədii siqlətdə, yüksək bəlağət və lətafətdə təqdimini
də sənət üçün labüd sayır, onları vəhdətdə götürüb “söz və məna bir-birindən
asılılığını” bildirirdi. Fars dilində olan “Divan”ın dibaçəsində sözün forma və
vəhdətindən bəhs edir:
Dostları ilə paylaş: