Mövzu Oxu sənətinin tarixi Plan: İfadəli oxu sənətinin tarixi



Yüklə 478,63 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix12.03.2023
ölçüsü478,63 Kb.
#87474
1   2   3   4   5   6   7   8
Mövzu 3.ADƏM

müğəyyəd sözünü muğayat, övrət sözünü arvad, qaidə sözünü qayda şəklində 
yazmağı vacib hesab etmiş, bunu elmi surətdə əsaslandırmışdır. M.F.Axundov 
yazımızı asanlaşdırmaq üçün, ilk dəfə olaraq, köhnə yazı qaydalarını pozmuş, 
dilimizin öz xüsusiyyətlərinə müvafiq və sözü tələffüzə əsasən yazmağın təməlini 
qoymuşdur. M.F.Axundov pyeslərini hansı qaydalar əsasında yazdığı haqqında 
çıxışlarında belə demişdir: “Orfoqrafiya məsələlərinə gəlincə, hələlik bu sahədə 
sabit bir qayda-qanun olmadığına görə, mən indiyə qədər həmyerlilərimin yazı 
işlərində tətbiq etdikləri və tatarların (azərbaycanlıların) öz tələffüzlərində 
işlətdikləri əlamətləri, vurğuları və sairəni qəbul etmişəm”. M.F.Axundov 
yaradıcılığında orfoqrafiya məsələlərinə yer verməklə kifayətlənməyib, qəzetləri 
izləyir, məsləhət və göstərişlər verirdi. Orfoqrafiya ilə bağlı qəzet işçiləri 
qarşısında aşağıdakı tələbləri qoyurdu, 1875-ci ildə “Əkinçi” qəzetinin nəşrindən 
sonra Həsən bəy Zərdabiyə yazırdı: “Sizin qəzetinizin əsas məziyyətlərindən biri 
ifadənin gözəlliyi, ibarələrin zəifliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyü 
olmalıdır. Çünki sizin qəzetiniz başqa məsələlərlə yanaşı, Azərbaycan yazısını 
düzgün olmayan ifadələrdən təmizləməyə çalışmalı, bu dildə yazan bütün adamlar 
üçün nümunə olmalıdır. Orfoqrafiyaya gəlincə, gələcəkdə təyin etdiyiniz mühərrir 
mənim Azərbaycan dilində olan komediyalarımın orfoqrafiyasına riayət etməlidir”. 
Azərbaycan dili orfoqrafiyasında fonetik prinsipə geniş yer verilməsində, 
yazımızın sadələşdirilməsində M.F.Axundovun xüsusi rolu olmuşdur.
XX əsrin əvvəllərində də düzgün yazı problemi prinsipial məsələlərdən 
hesab edilmiş, yazı qaydalarını daha da asanlaşdırmaq, xəlqiləşdirmək üçün bir 
sıra tədbirlər görülmüşdür. Bu dövrdə tərtib olunan dərsliklərdə ərəb dilinin 
orfoqrafiyasına əməl edilmir, ərəb və fars sözləri Azərbaycan dilində tələffüz 
edildiyi kimi yazılırdı. Azərbaycan orfoqrafiyasında olan sistemsizliyi aradan 
qaldırmaq üçün tanınmış pedaqoq M.Mahmudbəyov 1908-ci ildə “İkinci il” adlı 
dərslik, 1911-ci ildə isə “İmlamız” adlı kitab yazmış və Azərbaycan 
orfoqrafiyasının vəziyyətinin normal olmadığını, hər kitabda bir imla qaydasına 
rast gəlindiyini göstərmiş, bunun isə təhsil almaq, savadlanmaq üçün ciddi maneə 
olduğunu bildirmişdir. M.Mahmudbəyov dilimizin orfoqrafiyası üçün hansı 
prinsipin - tələffüzün, mövcud imlanın, yaxud dilin qanununun əsas götürülməsini 
müəyyənləşdirməyə çalışmış və dilin qanunlarını əsas kimi göstərmişdir. Buna 
görə o, dilin qanunlarını tədqiq edib aşkara çıxarmağı və bu qanunlar əsasında yazı 
qaydalarını müəyyənləşdirməyi vacib saymışdır. XIX əsrin sonu və XX əsrin 
əvvəllərində yaşayıb fəaliyyət göstərən qabaqcıl, mütərəqqi ziyalılar, maarifçilər, 
müəllimlər dilimizin saflığı, yad təsirlərdən qorunması, bu dildə danışmağın 
zəruriliyi, təlimin Azərbaycan dilində aparılmasının vacibliyi və s. məsələlərlə 
bağlı çox faydalı fikirlər söyləmişlər. Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Cəlil 
Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Aleksey Çernyayevski, Seyid Əzim 
Şirvani, Rəşid bəy Əfəndiyev, Soltan Məcid Qənizadə, Həbib bəy Mahmudbəyov, 


Nəriman Nərimanov, Ömər Faiq Nemanzadə, Mahmud bəy Mahmudbəyov, 
Abdulla Şaiq Talıbzadə, Məmmədtağı Sidqi, Seyid Ünsüzadə, Firudin bəy Köçərli, 
Fərhad Ağazadə, Bəkir Çobanzadə, Hacı Rəhim Əfəndiyev və başqaları yazdıqları 
məqalələr, dərslik və dərs vəsaiti ilə məktəblərimizə, maarif və mədəniyyətimizə 
xeyli kömək etmişlər. Onlar - Azərbaycanın qabaqcıl maarifçi və demokratik 
ziyalıları, görkəmli müəllimləri, ana dilində məktəb açmaq, bu məktəblər üçün 
dərsliklər tərtib etmək, ana dilinin tədrisi metodikasını yaratmaq, əlifba, 
orfoqrafiya və bu kimi bir sıra mühüm məsələləri həll etmək barədə uzun illər boyu 
bütün təzyiq və məhdudiyyətlərə baxmayaraq yorulmadan mübarizə aparmış, öz 
əsərlərində dilimizin praktik məsələlərindən, onun orfoepiyası, orfoqrafiyası, lüğət 
tərkibi, üslubiyyatından da bəhs etmiş, məktəblilərin yüksək nitq mədəniyyətinə 
yiyələnməsinin 
vacibliyini 
dönə-dönə 
vurğulamışlar. 
Məsələn, 
Hafiz 
Məmmədəmin Şeyxzadə adlı müəllimin 1908-ci ildə çapdan çıxan "Fəsahət və 
bəlağət, fənni inşa və üsuli-kitabət" əsərinin ikinci fəsli fəsahət və bəlağət 
məsələlərinə həsr olunmuşdur. Orada göstərilir ki, bəlağət bir məramın həsən 
(gözəl, göyçək) surətdə ədası, düzgün və sənətli ifadə olunması, fəsahət isə bir 
dilin düz və xətasız, asanlıqla söylənilib yazılması deməkdir. Kitabın həmin 
fəslində həmçinin "Elmi-məani" deyilən fənlərdən bəhs edilir, təşbeh, məcaz, 
kinayə və istiarə kimi məsələlər şərh olunur. 
Rusiyada bədii-ifadəli oxu, bədii qiraət sənətinin əsası Aleksandr Zakuşnyak 
(1879-1930) tərəfindən qoyulmuşdur. O, ilk ədəbi konsertini 1924-cü ilin 14 
oktyabrında vermişdir. A.Zakuşnyak etiraf edir ki, bədii oxunu müstəqil sənət kimi 
qavramasında və onu özünə peşə etməsində müsəlman aləmində müşahidə etdiyi 
bir epizodun-maraqlı, təsirli danışığı ilə çoxlu tamaşaçı toplayan bir özbəyin 
Daşkənd bazarındakı çıxışını görməsinin həlledici rolu olmuşdur. Zakuşnyakdan
hələ xeyli əvvəl tamaşaçıların qarşısında ədəbi əsərləri ifa edənlər olmuşdur.
Mixail Şepkin (XIX əsrin 40-cı illərindən fəaliyyətə başlamışdır), Mariya 
Yermolova (XIX əsrin 70-ci illərindən çıxış etmişdir) və digər aktyorlar, eləcə də 
öz əsərlərini böyük ustalıqla oxuyan ədiblər-Puşkin, Krılov və b. dinləyicilərin 
qarşısında çıxış etmişlər. Bu baxımdan da bizdəki ənənə daha zəngin olmuşdur. 
Bədii oxu sənətinin banisi ilk ədəbi konsertini 1924-cü ildə verən Zakuşnyak hesab 
edilir. Onu bu sənətin banisi hesab edərkən tədqiqatçılar aşağıdakıları əsas 
götürürlər: 1. Zakuşnyaka qədər heç bir aktyor (ümumiyyətlə heç kim) oxunu öz 
peşəsi etməmişdir. Deməli, ona qədər heç kəs peşəkar qiraətçi olmamışdır. 2. 
Zakuşnyaka qədər heç kəs irihəcmli ədəbi əsər oxumamışdır. Əksər hallarda 
aktyorun ifasında estrada səhnəsindən ya şeir, hekayə (çox vaxt yumoristik 
hekayələr) eşidilmişdir. Həm də bu hekayələr elə seçilirdi ki, bunlarda aktyor 
tərzində ifaya imkan verən dialoqlar çox olsun. 3. Zakuşnyak ədəbi əsəri səslənən 
sözdə ifadə etməyin qanunlarını müəyyənləşdirdi və o, nağıletmə sənətinin əsasını 
qoydu.
XX əsrin əvvələrində Azərbaycan sovet hakimiyyəti dövründə təlim 
prosesində ideoloji ehkamlara baxmayaraq, ədəbiyyat proqramlarında şagirdlərin 
nitq inkişafının, ifadəli oxunun zəruriliyi ilə bağlı göstərişlər verilirdi. 

Yüklə 478,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin