yaşayır, daim fəaliyyət göstərir. Söz olmadan real varlıq, cisim mövcud deyil. Bu
fikir şairin aşağıdakı beytində poetikləşdirilir:
Can sözdür, əgər bilirsə insan
Sözdür ki deyirlər, özgədir can
Mollaxana və mədrəsələrdə, fərdi məktəblərdə mütərəqqi müəllimlər
şagirdlərin nitqini inkişaf etdirmək üçün müxtəlif üsullardan istifadə etmişlər.
Məktəb və mədrəsələrin özünəməxsus tədris proqramları və təlim üsulları var idi.
Əvvəlcə ərəb əlifbası
öyrədilir, 3-4 il ərzində “Quran” tədris edilir, sonra
S.Şirazinin “Gülüstan”ı keçilirdi.Sonda isə “Leyli və Məcnun” tədris olunur,
məzmunu atanın oğluna nəsihətləri olan “Nanü halva” (Çörək və halva) öyrədilirdi.
Mədrəsələrdə bədii mətnlərin əlyazmalarının üzünü köçürən müdərrislər həmin
əsərləri əzbərlədir,
təhlil edir, nəzm əsərlərini ədəbiyyat nəzəriyyəsi baxımından
şərh edirdilər. Mütərəqqi müəllimlər (müdərrislər) şagirdlərin nitqini inkişaf
etdirmək üçün bir sıra üsullar tətbiq etmişlər. Uşaqlarda gözəl, ifadəli nitq vərdişi
yaratmaq vacib məsələ kimi həmişə onların qarşısında durmuşdur.Mədrəsələrdə
uşaqların nitqini zənginləşdirmək, onları bədii söz ustası kimi yetişdirmək üçün
müəyyən üsullardan istifadə edilirdi. Dərs günlərinin birini poeziyaya,
şeirə həsr
edir, uşaqlar bir-biriləri ilə şeirləşirdilər.Belə məşğələlər uşaqları şairlərin
əsərlərindən əzbərləməyə, bədii söz ustası olmağa, kütlə qarşəsənda çıxış etməyə
həvəsləndirir və onları gözəl nitqə verilən tələblərlə tanış edirdi. Bu cəhəti nəzərə
alaraq uşaqları belə müdərrislərin yanında oxutmağa çalışırdılar.
XIX əsrin ikinci yarısında Azərbaycan ədəbiyyatında klassik şeir ənənələri
davam
və inkişaf etdirilmiş, “Məclisi-üns”, “Məclisi-fəramuşan”, “Beytüs-səfa”
və digər ədəbi məclislərdə şeir mübadiləsi və yarışlarına geniş yer verilmiş, klassik
şaairlərin əsərlərinin mütaliəsi və müzakirəsi zamanı bədii oxu bacarıqlarına xüsusi
diqqət yetirilmişdir.
XIX əsrdə Azərbaycanda M.Ş.Vazeh, M.F.Axundov, A.A.Bakıxanov,
Q.Zakir kimi natiqlər, bu sahənin nəzəriyyəçiləri yetişmişdir. XIX əsr Azərbaycan
maarifçilərinin tanınmış nümayəndəsi M.Ş.Vazeh “Kitabi-türki” dərsliyində,
S.Ə.Şirvani “Rəbiül-ətfal, “Tacül kütub” dərsliklərində, Aleksey Çernyayevski
“Vətən dili” (I hissə) dərsliyində, Rəşid bəy Əfəndiyev “Uşaq bağçası” (1898.
İstanbul), “Bəsirətül-ətfal” (1902. Bakı) dərsliyində bədii əsərlərin, hekayə,
rəvayət, kiçikhəcmli nağıl və folklor nümunələrinin bədii-ifadəli oxusuna üstünlük
vermiş, tədris prosesində bədii nümunələrin oxu xüsusiyyətlərini
praktik olaraq
öyrətmişlər.
M.F.Axundov özünün bədii və elmi yaradıcılığında mədəni nitq, natiqlik
məharəti, fəsahətli kəlam, nitqin müxtəsərliyi və aydınlığı, səhnə dili, dilimizin
orfoqrafiya və orfoepiya normaları və s.
haqda elmi-nəzəri fikirlər, mülahizələr
söyləmişdir. Onun “Kritika” və “Tənqid risaləsi” adlı məqalələrində dilin
təkmilləşdirilməsi məqsədilə söylədiyi fikirlər (nitq prosesində eyni söz və
ifadələrin təkrarına yol verməmək, qəliz sözləri, ifadələri, yerinə düşməyən təşbeh
və mübaliğələri işlətməmək, yazılı və şifahi nitqin fərqli xüsusiyyətlərini nəzərə
almaq, Azərbaycan dilinin orfoqrafiya və orfoepiya qaydaları, səhnə nitqi və s.) bu
gün də öz əhəmiyyətini itirməmişdir. M.F.Axundovun
bu sahədəki ən böyük
xidməti yazımızda fonetik prinsipi irəli sürməsi, bunu həm nəzəri, həm də əməli
surətdə əsaslandırması olmuşdur. Axundov xalqın savadlanmasını asanlaşdırmaq
üçün dilimizdəki ərəb və fars sözlərini öz tələffüzümüzə uyğun şəkildə yazmağı
müvafiq bilirdi. O, sözün deyildiyi kimi yazılması prinsipini ən kütləvi, ən xəlqi
prinsip hesab edirdi. Buna görə M.F.Axundov ərəb
və fars dillərindən keçmə
sözləri, məsələn,
adəm sözünü adam, toxm sözünü toxum, cift sözünü cüt,
Dostları ilə paylaş: