Mövzu Oxu sənətinin tarixi Plan: İfadəli oxu sənətinin tarixi



Yüklə 478,63 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix12.03.2023
ölçüsü478,63 Kb.
#87474
1   2   3   4   5   6   7   8
Mövzu 3.ADƏM

B.Çobanzadə “Türk dili və ədəbiyyatının tədris üsulu” kitabında diqqəti nitq 
inkişafı, orfoepiya məsələlərinə cəlb edir, doğru söyləmə işini zəruri məsələ kimi 


qaldırır. Ədəbi parçaların oxunmasını bu işdə başlıca amil sayır, doğru söyləmədə
məqsədin ədəbi üslub, məntiqi surətdə fikir və duyğuların söylənməsi və yazılması 
olduğunu bildirir. Tanınmış pedaqoq Ə.Qarabağlı ifadəli oxu ilə bağlı bildirir ki, 
bədii əsərin dinləyiciyə daha güclü təsir etməsi üçün əsəri oxuyan şəxs həmin 
əsərdə təsvir edilən hadisənin daxili mənasını, oradakı duyğuları, əhval-ruhiyyəni 
təsirli səslə, aydın tələffüzlə, məntiqi vurğu ilə ifadə etməyi bacarmalıdır. Əsər elə 
ifa edilməlidir ki, dinləyici təsvir edilən yerləri, şəxsləri, əşyanı görən kimi olsun 
və hadisəni daxilən yaşaya bilsin. Əsərdə ifadə olunan istənilən hal-vəziyyət
sevinc və iztirablar dinləyicilərdə eyni təsiri doğursun. Tanınmış pedaqoq 
B.Əhmədov ifadəli oxu ilə bağlı bildirir ki, ifadəli oxunu əsərlə ilk tanışlıq 
oxusundan fərqləndirmək lazımdır, əsəri öyrənmək üçün oxumağı ifadəli oxu 
adlandırmaq doğru deyildir. K.D.Uşinskinin fikrincə, öyrənmək üçün oxu məntiqi 
oxudur, lakin öyrəndikdən sonra onun məzmun və ideyasını emosional şəkildə 
başqalarına çatdırmaq məqsədilə olan oxu ifadəli oxudur. Bəzi tədqiqatçılar ilk 
(ifadəli) oxunun əsərin ideya –məzmununu xüsusi tələffüz vasitələri- intonasiya, 
pauza, 
nitqin 
ahəngdarlığı 
ilə şagirdlər üçün açmalıdır. Məzmunun 
möhkəmləndirilməsi məqsədilə aparılan ikinci oxu isə , xüsusən lirik və satirik 
əsərlərin tədrisi zamanı mətnin izah edilməsi formasında aparılır. Y.Kərimov yazır 
ki, ifadəli oxu müəllifin əsərdə verdiyi fikrin, hisslərin dinləyiciyə tam aydın, 
obrazlı şəkildə, ucadan çatdırılmasıdır. İfadəli oxu prosesində oxucu mətnin bədii 
dünyasına və ideya-məzmununa daxil olmaqla obrazların xarakter xüsusiyyətlərini 
açmalı, hadisələrə, qəhrəmanların hərəkətlərinə, daxili aləminə müəllifin 
münasibətini, hisslərini dəqiq göstərməli, əsərə xas olan emosional vəziyyəti 
verməlidir. İfadəlilik şüurluluqla qarşılıqlı əlaqədə inkişaf edir. Oxunun 
ifadəliliyinin təmin edilməsi üçün ilkin şərt mətnin məzmunun şüurlu 
mənimsənilməsidir. İfadəlilik isə öz növbəsində oxu prosesinin şüurluluğunu təmin 
edir. İfadəli oxunun bədii əsərlərin ideya-məzmunun, sənətkarlıq xüsusiyyətlərinin 
öyrədilməsində, şagirdlərin estetik tərbiyəsində, şifahi nitqinin inkişafında rolu 
A.Hacıyev, Ş.Mikayılov, Z.Abdullayev,S.Hüseynoğlu, S.Rəsulova, F.Yusifov və 
digər tədqiqatçıların araşdırmalarında qeyd edilmişdir. Ümumtəhsil məktəblərinin 
2012-13-cü tədris ilindən tətbiq olunan ədəbiyyat fənn kurikulumunda ifadəli 
oxuya yeni metodik münasibət öz əksini tapmışdır. Kurikulumda qeyd edilir ki, 
ümumi orta təhsil pilləsində şagird bədii nümunələri onların məzmunundan irəli 
gələn məna çalarlarına uyğun ifadəli oxuyur, mətni bədii-emosional cəhətdən 
qüvvətləndirən sözlərin mahiyyətini izah edir. Ədəbiyyat fənn kurikulumu ifadəli 
oxu ilə bağlı bu standartların reallaşdırılmasını tələb edir: V sinif: Heca vəznli 
şeirləri, sadə süjetli bədii nümunələri (əfsanə, nağıl, təmsil, hekayə) hadisələrin 
məzmununa uyğun ifadəli oxuyur. VI sinif: Heca vəznli şeirləri, sadə süjetli bədii 
əsərləri (əfsanə, nağıl, dastan, təmsil, hekayə) ideya- məzmununa uyğun ifadəli 
oxuyur. VII sinif: Heca vəznli şeirləri, süjetli bədii əsərləri (dastan, hekayə, 
mənzum hekayə) ideya- məzmununa uyğun ifadəli oxuyur. VIII sinif: Müxtəlif 
vəznli (heca, əruz) şeirləri, süjetli bədii nümunələri (dastan, hekayə, novella, 
dram,poema) ideya- məzmununa uyğun ifadəli oxuyur. IX sinif: Müxtəlif vəznli 
(heca, əruz, sərbəst) şeirləri, süjetli bədii nümunələri (hekayə, povest,roman, 
dram,poema) ideya- məzmununa uyğun ifadəli oxuyur. 



Yüklə 478,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin