-Həqiqi konflikt. Obyektiv mövcud olan və adekvat şəkildə qavranılan konfliktlər.
-Təsadüfi və ya şərti konfliktlər. Bu konflikt şəraitini tərəflərin dərk edə bilməyəcəyi dərəcədə dıyişilməsindən asılıdır.
-Qarışıq konfliktlər. Belə formalı latent konfliktlər “açıq konflikt” formasına keçir.
-Düzgün olmayan konfliktlər. Bu konflikt iştirakçılar tərəfindən yanlış anlaşılma nəticəsində meydana gəlir.
-Latent (gizli) konfliktlər. Bu konflikt “sanki baş verməlidir” Lakin hələ bu konfliktin yaranma səbəbləri tərəflərə məlum deyil.
-Yanlış konfliktlər. Belə konfliktlər üçün “obyektiv əsaslar” olmadıqda yanlış qavrama və anlama nəticəsində də meydana çıxır.
Pedaqoji və psixoloji ədəbiyyatda pedaqoji konfliktlərin 3 qrupunu ayırd edirlər:
1.Motivasiya konfliktləri. O, müəllim və şagird arasında təlimin zəif motivləşməsi səbəbindən əmələ gəlir. Bu zaman şagirdlər ya oxumaq istəmir, ya məcburiyyət qarşısında maraqsız şəkildə oxuyurlar.
Bu konfliktlər böyüyərək son nəticədə müəllim və şagirdlər arasında qarşılıqlı anlaşılmazlığa, ziddiyyətlərə, hətta ciddi qarşıdurmaya gətirib çıxarır.
Motivasiya konfliktləri müəllim və şagirdlərin bir – birindən uzaqlaşması əks mövqələrdə olması nəticəsində meydana çıxır.
2.Məktəb təlimindəki çatışmazlıqlarla əlaqədar olan konfliktlər məktəbdəki təlim prosesi zamanı şagirdin keçdiyi konfliktli dövrlərə əsasən bir neçə mərhələdə özünü göstərir.
1dövr -1 sinif, məktəbə adaptasiya
11 dövr – V sinif, orta məktəbə keçid, yeni həyat obrazına adaptasiya
111 dövr – 1X sinif: “Sonra nə etməli”?
1V dövr – məktəbi bitirmə “Sonrakı həyata hazırlanma”.
3.Qarşılıqlı təsir konfliktləri. Bu konfliktlər , konfliktə girənlərin şəxsi xüsusiyyətləri üzündən baş verir. Şagirdlər arasında 2 – 3 liderin və onların öz birinciliyi uğrunda qruplaşmalarını əks etdirən liderlik konfliktləri də vardır. Buraya qız qrupları ilə oğlan qrupları arasında, 3-4 şagirdlə bütün sinif arasındakı konfliktlər də aid edilir.