Kollektivin təşkili – bu, hər şeydən əvvəl, pedaqoji prosesin tələblərinə uyğun olaraq müəllimlərin qarşılıqlı münasibətini, onların intizamını qaydaya salmaqdan ibarətdir. Kollektivin təşkilinin bilavasitə obyektiv nəticəsi kollektivdəki sosial rolların persenifikasiyasından (şəxsləndirilməsindən), daha doğrusu müəllimlərin seçilməsi və yerləşdirilməsi, eləcə də onların birgə fəaliyyətinin əlaqələndirilməsindən ibarətdir.
Məqsəd yönəlişliyi – bu pedaqoji kollektivdə mövcud konkret fəaliyyət şəraitində məktəbin idarə olunmasının sosial funksiyasının həyata keçirilməsinə yönəldilmiş məqsədlərinin təşəkkülündən ibarətdir. Kollektiv və onun hər bir üzvü tərəfindən qəbul olunmuş məqsəd onların əmək fəaliyyətinin lazım olan istiqamətdə fəallaşdırılması üçün mühüm zəminə çevrilir.
Kollektivin fəallaşdırılması - kollektivin təlim – tərbiyə işində yüksək nəticələr əldə etməsinə yönəldilmiş optimal əmək gərginliyini, şəraitini yaratmaq və müdafiə etmək. Fəallaşdırma maddi və mənəvi stimul sistemi yaratmaq və onların müəllimlərin sərvət meylinə çevrilməsi nəticəsində əldə edilir. Pedaqoji kollektivin fəaliyyətinin fəallaşdırılmasının mühüm şərtlərinə: yerinə yetirilən əməyin kəmiyyət və keyfiyyəti ilə onun qiymətləndirilməsi həcmi arasındakı asılılığın düzgün müəyyənləşdirilməsi, müəllimə yüksək, lakin yerinə yetirilə bilən tələbin verilməsi, onlarda insani münasibət, borc hissi tərbiyə etmək, kollektivdə işgüzar şəraitin yaradılması daxildir.
Kollektivin fəaliyyətinin təkmilləşdirilməsi – fasiləsiz olaraq müəllimlərin pedaqoji ustalığını artırmaq, kollektivdə hər bir müəllimi təlim – tərbiyə işinin müasir forma və metodlarını, psixologiya və pedaqogiga elminin nailiyyətinini və qabaqcıl təcrübəni mənimsəməyə, öz şəxsiyyətini hərtərəfli inkişaf etdirməyə təhrik edən yaradıcılıq atmosferinin yaradılmasından ibarətdir.
Kollektivin birliyi - müəllimlərin daxili – psixoloji eyniyyəti,birliyi olub, mürəkkəb funksiya kimi özünü göstərir və bir – biri ilə bağlı olan aşağıdakı üç cəhəti əhatə edir:
1.Şəxsiyyətlərarası inteqrasiya- kollektivin sosial – psixoloji strukturunun optimallaşması, burada qarşılıqlı anlama, qarşılıqlı hörmət, yoldaşlıq və dostluq mühitinin formalaşması;
2.Funksional birlik – kollektivdə birgə fəaliyyətin məqsəd və vəzifələrinə, həmin məqsəd və vəzifələrə nail olmağın yol və üsullarına qarşı vahid müsbət münasibətlərin formalaşması, kollektiv əhəmiyyət daşıyan fakt və hadisələrin, onun üzvlərinin hərəkət və rəftarlarınö qiymətləndirmək üçün vahid norma və meyarların hazırlanması;
3.Təşkilati birlik – müəllimlərdə öz məktəblərində yaşamaq və işləmək ustanovkası, ona bağlılıq, ondan razılığın təşəkkülü.
Özünüidarəetmənin inkişafı - Müəllimləri fəal idarəetmə fəaliyyətinə cəlb etmək, pedaqoji kollektivdə hər bir müəllimin əmək və yaradıcılıq fəallığını səmərəli şəkildə təşkil etmək üçün zəruri olan ictimai rəyin təşəkkülü, müəllimlərdə öz məktəbinin sahibi olması hissinin, öz kollektivinin təlim – tərbiyə fəaliyyətini, onda psixoloji iqlimin bütün cəhətlərinin təkmilləşdir4ilməsinə təsir etməyə yönəldilən tələbat və bacarıqların inkişafı. Son illərdə qrup və kollektivlərdə rəhbərlik və tabeçilikdə olan əməkdaşların fəaliyyətinə, qarşılıqlı münasibətlərinə psixoloqların diqqəti xeyli artmışdır. Qərb psixoloqları qrupun fəaliyyəti prosesində rəhbər (lider) və tabeçilikdə olan işçilərin davranışlarının, liderin şəxsi keyfiyyətlərinin öyrənilməsionə xüsusi əhəmiyyət vermişlər[8]
Pedaqoji kollektivin idarə olunmasına və qərarların qəbuluna onun üzvlərinin cəlb edilməsi vacib şərtlərdəndir. Bu zaman qərarların qəbulunda, hər bir iştirakçının hüquq və səlahiyyətləri, vəzifələri göstərilməli, fərdi maraqlarla ümumi maraqlar uyğunlaşdırılmalıdır.
Kollektiv üzvlərinin birgə qəbul etdikləri qərarlar, onların idarəetmə işinə cəlb olunmaları, o zaman daha səmərəli olur ki, hər birinin səlahiyyətləri məktəb rəhbərləri tərəfindən rəsmiləşdirilsin. Araşdırmalar göstərir ki, birgə qəbul olunmuş əksəriyyətin bəyəndiyi qərarlar kollektivin ayrı – ayrı üzvləri tərəfindən bəyənilmədikdə belə kollektivdə münaqişə vəziyyəti yaranmır, lakin bəzən məktəb direktorunun təkbaşına qəbul etdiyi qərarlar kollektivdə neqativ əhval yaradır, onun icrasında iştirak etmək istəyənlərin sayı azalır və ya onlar bu işi könülsüz yerinə yetirirlər. Hər kəs özünü məsuliyyətdən kənar hiss edir. Nəticədə işin keyfiyyəti aşağı düşür.
Psixoloji tədqiqatlar (Ə.S.Bayramov, Ə.Ə.Əlizadə, K.Levin, A.V.Petrovski və b.) göstərir ki, qərarların qəbulunda kollektiv üzvlərinin iştirakı sənədlərlə (əmr, göstəriş və s) rəsmiləşdirildikdə onların fəaliyyət motivləri möhkəmlənir. Hər hansı fərdin ümumi fəaliyyətdə öz işi, mövqeyi olmadıqda birgə müzakirələrdə onların fəallığı aşağı düşür.
İdarəetmə prosesində qərarların qəbulunda hər bir “funksionerin” səmərəli şəkildə iştirakı onun eqoistik motivlərinin də ödənilməsini təmin edir, birgə fəaliyyətə, ümumi işin uğurlarına marağını artırır. Psixoloji uyuşma kollektiv üzvlərinin rəhbərliklə birlikdə tapşırıqların ardıcıl, sistemli şəkildə yerinə yetirilməsinə sövq edir.
Obyektiv və psixoloji uyuşma qrupun hər bir üzvündə belə bir inam yaradır ki, onların şəxsi maraqları, fəaliyyət motivləri ilə qrupun ümumi maraqları üst – üstə düşür. Bu, qrupdaxili səfərbərliyi, birgə fəaliyyəti gücləndirir, onun səmərələliyini artırır. Bu zaman işin gedişindən, fəaliyyət prosesindən razılıq hissi güclənir, onlarda yerinə yetirdikləri tapşırığın əhəmiyyətli olması təsəvvürü yaranır. Kollektivin hər bir üzvünün ümumi işdə şəxsi rolu barədə fikri, özünə inamı artır.
Pedaqoji kollektivdə psixoloji mühit, idarəetmə üslubu böyük əksəriyyətin istəyincə olmalıdır. Kollektiv üzvlərinin böyük əksəriyyəti avtoritar idarəetmə üslubuna üstünlük verir, fəaliyyətində ona istinad edirlərsə, həmin kollektivdə demokratik idarəetmə üslubunun tətbiqi mümkünsüz, ən azı səmərəsiz olacaqdır. Bu mənada hələ də müəyyən müəllim və şagirdlərin bir qisminin avtoritar üslublu idarəetməyə üstünlük verməsi hələ görüləcək işlərin çoxluğundan xəbər verir.
Deyildiyi kimi, rəhbərin tabeçilikdə olanlara münasibəti adekvat olaraq onun öxünə qarşı da yönəlir. Müşahirələr göstərir ki, rəhbərin aqressiv davranışı işçilərin yalnız ona qarşı deyil, bütövlükdə müəssisənin fəaliyyətinə neqativ münasibətini formalaşdırır. Nəticədə kollektivib fəaliyyəti pozulur, intensiv iş ahəngi ritmini itirir, qarşı duran qruplaşmalar yaranır. Rəhbərin "sərt “roqramlaşdırılmış” davranışı eyni zamanda işcilərin də davranışının istiqamətini müəyyənləşdirir.
Rəhbərin doscasına ünsiyyət və davranışı işçilərdə praktik olaraq bütün sahələrdə xoş əhval yaradır, kollektivdə sağlam psixoloji mühit formalaşdırır. Bununla belə, kollektivin davranış motivləri yalnız deyilənlərlə məhdudlaşmır. İstənilən fərali situasiyada yalnız bir davranış formasından istifadə olunması idarəetmədə mərkəzləşmənin itməsinə səbəb olur.
Tədqiqat nəticəsində belə qənaətə gəlinmişdir ki, indiki səraitdə bir qurumdan digərinə, bir ideoloji, iqtisadi sistemdən digərinə keçərkən pedaqoji sahədə, təhsil sistemində demokratik – avtoritar üslub daha səmərəlidir. Yəni dövlət idarəetməsini ictimai – dövlət idarəetməsi əvəz etməlidir. Azərbaycan təhsil sistemində də tədqicən bu istiqamətdə işlər görülür.
Göründüyü kimi, pedaqoji kollektivin idarə olunması zəruri, lakin kifayət qədər mürəkkəb bir prosesdir. İdarəetmənin sosial – psixoloji imkan və funksiyalarının reallaşdırılması bir tərəfdən kollektivdə sağlam psixoloji mühit yaradırsa, digər tərəfdən də fəaliyyətin səmərəliliyini yüksəldir. Pedaqoji fəaliyyətdə böyüməkdə olan gənc nəslin şəxsiyyət kimi formalaşdırılması, təlim və tərbiyənin keyfiyyətinin yüksəldilməsi birbaşa məktəb direktorundan, onun fəaliyyətinin səmərəliliyindən, idarəetmə üslubundan asılıdır. Bu mənada məktəb direktorunun təşkilatçılıq qabiliyyəti, işgüzarlığı ilə yanaşı, onun mənəvi – psixoloji, sosial və fərdi xüsusiyyətlərinə də tələbkarlıqla yanaşılmalıdır.