Pedaqoji konfliktlərin aradan qaldırılması yolları.
Konfliktli situasiyaya düşərkən biz fəaliyyətimizi və psixoloji vəziyyətinizi elə tənzimləməyə yönəltməliyik ki, həmsöhbətimiz bizi yaxşı başa düşsün.
Amerika psixoloqları daxili sabitliyi qorumaq üçün çox gərəkli üsullar irəli sürürlər. Onlar aşağıdakılardır:
-Əgər siz əks tərəfdən “zərbəyə” məruz qalmışsınızsa, onun atmacalarını eşitməmək üçün özünüz haqqında nə isə fikirləşin.İfadəli şəkildə şer oxuyun, çoxsaylı rəqəm sayın, lətifə öyrənin;
-Təsəvvür edin ki, sizi bütün sözlərdən qoruyan hər hansı bir müdafiə kostyumu geymisiniz və sözlıər sizə dəyib top kimi geri sıçrayır.
-Daxili qıcıqlanmanın sizdən hər hansı bir kölgə və ya kabus şəklində çıxmaslnl təsəvvür edin;
-Öz oponentinizi qarışıq formada, məsələn hər hansı bir maskarad kostyumunda fikrinizdə canlandırmağa çalışın. Bütün bunlarla yanaşı, digər insanı anlamağa kömək edən təxəyyülünüzün istənilən halda heç kəsə görünməyən bütün vasitələrindən istifadə etməyiniz daha yaxşıdır.
Bütün bunlarla yanaşı, digər insanı anlamağa kömək edən müxtəlif üsullardan da istifadə etmək olar:
İntorespeksiya metodu. İnsan özünü digər insanın yerinə qoyur, sonra isə onun fikrincə digərinin mümkün situasiyada istifadə etdiyi fikir və hisslərini təsəvvürünə gətirir. Lakin burada öz fikir və hisslərini digərinə qəbul etdirmək təhlükəsi yaranır.
Empatiya metodu. Bu zaman digər insanın daxili yaşantılarını hiss etmək meyli ortaya çıxır.
Məntiqi analiz metodu. Bu metodun tətbiqi zamanı təfəkküqrə əsaslanan rasional fikirlər yaradılması zəruridir.
Konfliktin istənilən variantda inkişafı zamanı müəllimin vəzifəsi ziddiyyətli mövqeyi qarşılıqlı təsirə, destruktiv konflikti konsyruktiv konfliktə çevirməkdir.
Q.İ. Kozırev hesab edir ki, bunun üçün aşağıdakılara riayət etmək lazımdır:
1.Oponentlə bir – birini adekvat şəkildə qavramağa nail olmaq.Məlumdur ki, emosional oyanma konflikt iştirakçılarının situasiyasını adekvat qiymətləndirməsinə mane olur. Müəllim öz emosiyalarına nəzarət edərək şagirdlərə, valideynlərə, tələbələrə qarşı emosional təzyiqi aşağı salmalıdır. Bunun üçün aşağıdakı priyomlardan istifadə etmək olar:
-Aqressiyaya aqressiya ilə cavab verməmək;
-Oponenti heç bir sözlə, jestlə, baxışla təhqir etməmək və alçaltmamaq;
-Oponentin danışığına imkan yaratmaq və onun iddialarını diqqətlə dinləməki;
-Düşünülməmiş qərarlar, tələsik məsləhətlər verməmək.
Əgər sadaladığımız hərəkətlər nəticəsində siz oponenti məğlub edə bilsəniz, onunla bərabərhüquqlu əməkdaşlığa haqzır olsanız, onda konfliktin tənzimlənməsinin sonrakı mərhələsinə keçərsiniz.