1.Opponentlə bir – birini adekvat şəkildə qavramağa nail olmaq. Məlumdur ki, emosional oyanma konflikt iştirakçılarının situasiyasını adekvat qiymətləndirilməsinə mane olur. Müəllim öz emosiyalarına nəzarət edərək şagirdlərə, valideynlərə, şagirdlərə qarşı emosional təzyiqi aşağı salmalıdır. Bunun üçün aşağıdakı priyomlardan istifadə etmək olar:
-aqressiyaya aqressiya ilə cavab verməmək;
-opponenti heç bir sözlə, jestlə, baxışla təhqir rtməmək və alçaltmamaq;
-opponentin danışmağına imkan yaratmaq və onun iddialarını diqqətlə dinləmək;
-opponentlə yaranan çətinliklərlə əlaqədar olaraq öz fikirlərini sərbəst ifadə etməyə çalışmaq
-düşünülməmiş qərarlar, tələsik məsləhətlər verməmək;
-situasiya həmişə göründüyündən daha mürəkkəb olur.
Opponentin yaranmış problemləri sakit surətdə izah etməsinə imkan yaratmaq. Əgər şərait imkan verirsə, alınmış informasiyanı ətraflı şəkildə düşünmək üçün zaman istəyin. Bununla belə nəzərə almaq lazımdır ki, fasilə də emosiuonal gərginliyin azalmasına səbəb ola bilər.
Əgər sadaladığımız hərəkətlər nəticəsində siz opponenti məğlub edə bilsəniz, yəni ona düşmən olmasanız və onunla bərabərhüquqlu əməkdaşlığa hazır olsanız, onda konfliktin tənzimlənməsinin sonrakı mərhələsinə keçə bilərsiniz.
2. Dialoq. Dialoqa həm məqsəd, həm də vasitə kimi baxmaq olar. Dialoqun birinci mərhələsində opponentlər arasında kommunikasiya təşkil olunur. İkinci mərhələ - mübahisəli sualların müzakirəsi və konfliktin tənzimlənməsi üçün qarşılıqlı şəkildə qəbul olunan üsulların axtarılması vasitəsidir. Pedaqoji prosesdə biz hamımız monoloqa adət etmişik. Hamımız işimizdə tolananları söyləyərkən qarşımızdakını dinləmirik. Dialoqda isə başlıca olaraq yalnız danışmaq və dinləmək yox, eləcə də həmkarını eşitmək və dinlənilmək imkanı öz əksini tapır.
Aparılmış təcrübələrə əsasən demək olar ki, dialoq zamanı aşağıdakı qaydalara əməl etmək lazımdır:
-opponentə münasibətdə düzgünlüyə, nəzakətə riayət etmək;
-lüzumsuz yerə opponentin sözünü kəsməmək, əvvəl onu dinləmək, sonra danışmaq;
-öz nöqteyi – nəzərini zorla qəbul etdirməmək, bununla bərabər həqiqəti axtarmaq;
-öz mövqeyini müdafiə etməkdə qətiyyətli olmaq, özlüyündə şübhələnməyi bacarmaq;
-öz sübutlarında eşitdiklərinə və digərlərinin fikirlərinə yox, faktlara əsaslanmaq;
-həqiqətin açılmasına kömək edən sualların düzgün şəkildə verilməsinə cəhd etmək;
-problemin həlli üçün hazır “reseptlər” verməmək, elə məntiqi fikir mübadiləsi yaratmaq ki, opponent lazımi çıxış yolunu özü kəşf edə bilsin.
Dialoq gedişində opponentlərin münasibətləri, mövqeləri, fikirləri, məqsədləri bir – birinə aydın olur. Bunun sayəsində də onlar daha çox məlumatlı olurlar və mürəkkəbləşən konfliktli situasiyanı daha yaxşı başa düşürlər. Əgər mübahisənin konkret səbəbləri və mənbələri aydınlaşarsa, onda konfliktin tənzimlənməsinin sonuncu mərhələsinə keçmək olar.
3.Qarşılıqlı təsir – konfliktin tənzimlənməsində sonuncu mərhələdir. Əslində, qarşılıqlı təsir qavrayış, dialoq, birgə (razı və narazı) fəaliyyətin digər növlərini və ünsiyyəti əks etdirir. Ancaq burada qarşılıqlı təsir anlayışı altında bütün opponentlərin konfliktin həllinə yönəlmiş birgə fəaliyyəti başa düşülür. Qarşılıqlı təsir prosesinin gedişində opponentlər problemləri və onların həll variantlarını dəqiqləşdirir: fəaliyyət növlərini bölüşdürür; onların yerinə yetirilmə müddətini təyin edir və nəzarət sistemini müəyyənləşdirirlər. Beləliklə, konfliktin adekvat şəkildə qavranılməsı, problemin hərtərəfli müzakirəsinə hazırlıq, qarşılıqlı inamın yaradılması və mövcud problemin həllində birgə fəaliyyət destruktiv konfliktin konstruktiv konfliktə keçməsinə səbəb olur, keçmiş opponentlər isə artıq müttəfiq, hətta dost da olurlar. Bundan başqa konfliktin uğurlu həlli kollektivdə psixoloji iqlimin yüksəlməsinə gətirib çıxardır. Konfliktlərin yalnız qarşısını almaq, onları həll etmək yox, eləcə də onları proqnazlaşdırmaq olur.
Konfliktli situasiyaların həlli sahəsində İ.F.Demidovun 3 variantda irəli sürdüyü tövsiyyələri də maraq doğurur:
-müəllim və şagirdlər arasındakı konfliktlərin həlli;
-şagirdlər arasında müəllimin vasitəçi olduğu konfliktlərin həlli;
-müəllim və valideynlər arasındakı konfliktlərin həlli;
Onları daha ətraflı şəkildə nəzərdən keçirək.