Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ


Kollektivdə pedaqoji konfliktlərin həlli yolları



Yüklə 255,76 Kb.
səhifə89/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   85   86   87   88   89   90   91   92   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

4. Kollektivdə pedaqoji konfliktlərin həlli yolları

Pedaqiji kollektivdə yaranmış olan hər hansı bir konflikti uğurla həll etmək üçün konfliktin “xəritəsini” tərtib etmək lazımdır.Konflikt “xəritəsi” aşağıdakıları özündə əks etdirməlidir:


-konflikt hansı problem əsasında baş verib: problemin ümumi xarakteristikası;
-konfliktin iştirakçıları adətən onun səbəblərini müxtəlif yollarla gizlətməyə çalışırlar, bununla əlaqədar olaraq konfliktin əsl səbəbinin müəyyənləşdirilməsi;
-konfliktin yaranması üçün bəhanə kimi istifadə olunan halları fərqləndirmək;
-konfliktin pedaqoji kollektivdə hansı işgüzar və ya şəxsi münasibətlərlə əlaqədar olduğunu, başqa sözlə, onun “obyektiv zonasını” müəyyən etmək;
-konfliktin həqiqi iştirakçılarını müəyyən etmək;
-konfliktin motivlərini aydınlaşdırmaq, konfliktin əsas iştirakçılarının maraqlarını, tələbatlarını, dəyərlərini öyrənmək, onların nədən ehtiyat etdiklərini, nədən çəkindiklərini aşkarlamaq;
-konfliktin baş verdiyi situasiyaya qədər onun iştirakçılarının şəxsi münasibətlərini öyrənmək;
-konfliktdə iştirak edən pedaqoji kollektiv üzvlərinin konkret fəaliyyətinin, davranışının məzmun və istiqamətini müəyyənləşdirmək;
-konfliktdə iştirak etməyən, onun pozitiv və ya neqativ həlli üçün maraqlı olan kollektiv üzvlərinin konfliktə münasibətlərini müəyyənləşdirmək.
Təcrübə göstərir ki, “konflikt xəritəsi” konfliktli situasiyanın ümumi strtegiyasını, daha səciyyəvi mərhələlərini və həlli yollarını müəyyən etmək imkanı yaradır.
Ən başlıcası isə budur ki, konfliktləri həll etməyi pedaqoji kollektivin öhdəsinə buraxmaq lazımdır. Lakin bunu üçün, kollektiv üzvləri konflikli situasiyanı təhlil etmək, konfliktləri səmərəli yollarla həll etmək bacarığına malikdirsə, kənar müdaxiləyə eytiyac qalmır.
Konfliktli situasiyalarda fəaliyyətin və psixoloji vəsiyyətin tənzimlənməsinə dair bir sıra xarici təcrübələr vardır ki, onlardan bəzisini nəzərdən keçirək. Məsələn amerikan psixoloqları daxili sabitliyi qorumaq üçün çox gərəkli üsullar irəli sürürlər. Onlar aşağıdakılardır:
-əgər siz əks tərəfdən “zərbə”yə məruz qalmışsınızsa, onun atmacalarını eşitməmək üçün özünüz haqqında nə isə fikirləşin, ifadəli şəkildə şer oxuyun, çoxsaylı rəqəm sayın, lətifə və reseptlər öyrənin;
-təsəvvür edin ki, sizi bütün sözlərdən qoruyan hər hansı bir müdafiə kostyumu geyinmişsiniz və sözlər sizə dəyib ya top kimi geriyə sıçrayır, ya da yağış pəncərəyə dəyib süzüldüyü kimi axıb gedir;
-daxili qıcıqlanmanın sizdən hər hansı bir kölgə və ya kabus şəklində çıxmasını təsəvvür edin;
-öz opponentinizi qarışıq formada, məsələn, hər hansı bir maskarad kostyumunda fikrinizdə canlandırmağa çalışın;
-nəhayət, təsəvvür edin ki, sizə “unvanlanan” bütün sözlər ağlasığmaz şəkildə bəzədilmişdir.
Daxili sabitliyin qorunmasına xidmət edən təxəyyülünüzün istənilən halda heç kəsə görünməyən bütün vasitələrindən istifadə etməyiniz daha yaxşıdır.
Bütün bunlarla yanaşı, digər insanı anlamağa kömək edən müxtəlif üsullardan da istifadə etmək olar:

  1. İntrospeksiya metodu. İnsan özünü digər insanın yerinə qoyur, sonra isə onun fikrincə digərinin mümkün situasiyada istifadə etdiyi fikir və hisslərini təsəvvürünə gətirir. Lakin burada öz fikir və hisslərini digərinə qəbul etdirmək təhlükəsi yaranır;

  2. Empatiya metodu. Bu zaman digər insanın daxili yaşantılarını hiss etmək meyili ortaya çıxır;

  3. Məntiqi analiz metodu. Bu metodun tətbiqi zamanı təfəkkürə əsaslanan rasional fikirlər yaradılması zəruridir.

Konfliktin istənilən variantda inkişafı zamanı müəllimin vəzifəsi ziddiyyətli mövqeyi qarşılıqlı təsirə, destruktiv konflikti konstruktiv konfliktə çevirməkdir.
Q.İ.Kozırev hesab edir ki, bunun üçün aşağıdakılara riayət etmək lazımdır:[8]

Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin