Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ


Müəllim və şagirdlər arasındakı konfliktlərin həlli



Yüklə 255,76 Kb.
səhifə91/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   87   88   89   90   91   92   93   94   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

Müəllim və şagirdlər arasındakı konfliktlərin həlli. Əgər müəllim hər hansı konflikti həll etmək istəyirsə,onda o, şagirdi dərsdən sonra saxlamalı və onunla dialoq şəklində qarşılıqlı təsir təşkil etməlidir. Bunun üçün isə o, aşağıdakı şərtlərə əməl etməlidir:
-Əgər müəllim sual verirsə, onda həmkarın onaq cavab verməsini gözləmək;
-Əgər müəllim öz nöqteyi – nəzərini bildirirsə, onda şagirdi buna öz münasibətini bildirməsi üçün rəğbərləndirməlidir;
-Əgər müəllim onun dedikləri ilə razılaşmırsa, onda arqumentləri dəqiq və dürüst şəkildə ifadə edərək şagirdi bunların axtarışına həvəsləndirməlidir;
-Söhbət gedişində fasilə vermək, bütün “kommunikativ sahəni” yalnız müəllimin zəbt etməsinə çalışmamaq;
-Həmkarının üzünə tez – tez baxmaq.
Bu ifadələri dialoq zamanı şagirdlərə qarşı tez – tez təkrarlamaq lazımdır: “Sən özün necə fikirləşirsən?”, “Mənə sənin fikrin maraqlıdır”, “Sən niyə susursan?”, “Sən mənimlə razı deyilsən? Niyə?”, “Sübut elə ki, mçən haqlı deyiləm!” və s.
Şagirdlər arasında müəllimin vasitəçi olduğu konfliktlərin həlli. Vasitəçi kimin haqlı, kimin günahkar olduğunu aydınlaşdırmır, iştirakçıları dostlaşdırır, onların ünsiyyətində konstruktiv elementləri inkişaf etdirir və möhkəmləndirir, konfliktin həllini yüngülləşdirir. Burada neytrallığı və sabitliyi qorumaq başlıca məqamlardandır.
Vasitəçilik metodikası 4 mərhələdən ibarətdir:
I MƏRHƏLƏ. “Danışıq üçün zaman ayırmaq”. Bu mərhələdə vasitəçi iştirakçılara danışıq üçün zaman və məkan tapmağa kömək edir. Buna görə növbəti şərtlərə əməl etmək lazımdır: danışıq uzunmüddətli (2-4 saat) olmalı, məkan elə seçilməlidir ki, müxtəlif maneələrdən kənar olsun və heç kəs heş yerə tələsməməlidir.
Sonra isə iki əsas qayda iştirakçılar üçün dəqiq və dürüst şəkildə ifadə olunmalıdır:

  1. Danışıq başlayandan sonra otaqdan vaxt bitmədən tez çıxmaq qadağan olunur. Qaçmaq, qapını çırpmaq, “Mən ümumiyyətlə, bu haqda danışmaq istəmirəm!”, “Artıq hər şey aydındır, daha nə haqqında danışaq?”, “Mən görürəm ki, mənim burda olmağım mənasızdır” tipli ifadələrdən istifadə etmək olmaz;

  2. “Güclü üsulladan” ( digərinə güzəştə getməyə, təslim olmağa məcbur etmək) istifadə etmək qadağandır. Ünsiyyət zamanı həmkarını alçaltmaq və təhqir etmək olmaz.

II MƏRHƏLƏ. “Konfliktin həllinin mütəşəkkil surətdə planlaşdırılması”. Danışığın lap əvvəlində düzgün “yanaşma” vacib əhəmiyyət kəsb edir. Əks halda siz hər hansı bir tərəfə tərəfkeşlik etməkdə günahlandırıla bilərsiniz. Danışıq zamanı elə “ustanovka” yaratmalısınız ki, iştirakçılardan heç biri öz şəxsi mövqeyindən tam imtina etməyə məcbur olmasın.
Şagirdlərlə birlikdə bütün tərəflər üçün pozitiv məqamların əks olunduğu yeni mövqelər irəli sürmək olar. Əgər uşaqlar danışıqdan sonra onların hər birinin dinlənildiyinə əmin şəkildə çıxıb gedərlərsə, onda danışıqları uğurlu hesab etmək olar.

Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin