2.Valideynlərlə ünsiyyətin ikinci mərhələsi. Bu mərhələ qarşılıqlı təsirin bərabərhüquqlu şəkildə təşkili mərhələsidir. Bunun üçün: uşağa müsbət yönümdə göstərişlər verməyə başlamaq, həmkarına mehriban münasibət göstərmək, valideynlərlə bərabər mövqedə olmağa cəhd etmək lazımdır.. Çünki şagirdin tərbiyəsi ailə və məktəbin birgə fəaliyyətidir. Valideynlərin tərbiyə prosesində əhəmiyyətini xüsusi qeyd etmək və şagirdin uğurlarına qayğı göstərmək lazımdır.
3.Valideynlərlə ünsiyyətin üçüncü mərhələsi. Bu məörhələdə valideynərlə birgə fəalyyət formasının axtarılıb tapılması baş verir. Burada tərbiyə işindəki metodikalardan yüksək ərəcədə yararlanmaq lazımdır.
MÖVZU XV. MƏKTƏBDƏ PSİXOLOJİ XİDMƏT PLAN 1.Məktəbdə psixoloji xidmətin əsasları 2.Məktəb psixoloqunun kiçik məktəblilərlə, yeniyetmələrlə və yuxarı sinif şagirdləri ilə işinin əsas istiqamətləri 3.Təhsildə psixoloji sağlamlıq problemi 4.Təhsildə “imtahan stresi” və onun korreksiyası yolları 5.Təhsildə sosial – psixoloji treninqlərin tətbiqinin nəzəri və metodoloji prinsipləri ƏDƏBİYYAT 1.Əliyev B., Əliyeva K., Cabbarov R. Pedaqoji psixologiya. Bakı., 2011 2.Həmzəyev M.Ə. Pedaqoji psixologiya. Bakı., “Maarif”, 1991 3.Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsasları.Bakı., 2002 4.Qədirov Ə.Ə. Yaş psixologiyası. Bakı, 2001 5.Əlizadə Ə.Ə.Yeni pedaqoji təfəkkür.Bakı., 2002 6.Əlizadə Ə.Ə. , Əlizadə H.Ə. Pedaqoji psixologiya. 1 və 11 kitab.Bakı., 2010. 7.Əliyev B.H., Cabbarov R.V. Təhsildə şəxsiyyət problemi.Bakı., 2008 8.Əlizadə Ə.Ə.Müasir Azərbaycan məktəbinin psixoloji problemləri.Bakı., 1998. 9.Qasımova L.N., Mahmudova R.M. Pedaqogika.Bakı., 2003. 10.Практическая психология образования./Под ред. Н.В.Добровиной СПб, Питер., 2007.
1.Məktəbdə psixoloji xidmətin əsasları
Müasir məktəbdə təlim – tərbiyə prosesinin effektiv şəkildə həyata keçirilməsi üçün şəxsiyyətin formalaşmasının, kollektivin inkişafının, idrak proseslərinin formalaşma qanunauyğunluqlarının yalnız nəzəri əsasları bilmək kifayət etmir. Eləcə də bu proseslərin konkret tədris müəssisəsinə, konkret sinif kollektivinə və konkret uşağın şəxsiyyətinə uyğun gələn spesifikasını aydınlaşdırmaq tələb olunur. Bu məsələlərin həllinə məktəbə psixoloji xidmət kömək etməlidir.
Məktəbdə psixoloji xidmət özündə ekspertiza, konsultasiya və diaqnostikanın kompleks məsələlərinin həlli üçün psixologiyanın praktik istifadə sistemini əks etdirir.
Psixolojixidmətin tətbiqi və praktik aspektlərinin inkişafı bütünlüklə elmi aspektin inkişafından asılıdır. Elmi aspekt məktəbdə psixoloji xidmətin məzmununu, funksiyalarını və modelini müəyyən edən nəzəri konsepsiyaları formalaşdırır.
Məktəb psixoloqu aşağıdakı məsələləri həll etməlidir:
-Uşağın məktəbə psixoloji hazırlığını müəyyən etmək, kiçik məktəblilərin məktəbə daha yaxşı adaptasiya olunması məqsədilə onlarla fərdi iş proqramlarını müəllimlə birgə hazırlamaq;
-Şagirdlərin fərdi və yaş xüsusiyyətlərini nəzərə alaraq müəllim və valideynlərlə birlikdə inkişafetdirici proqramı işləmək;
-Şagirdlərin həyatındakı keçid dövrlərini xüsusi nəzarətdə saxlamaq;
-Təlimdə geri qalan və intizamsız şagirdlərlə diaqnostik – korreksiya işi həyata keçirmək
-Şagirdlərin təlim – tərbiyə prosesinin normal gedişinə mane olan intellektual, şəxsi və emosional – iradi xüsusiyyətlərin diaqnostikasını aparmaq və onların korreksiyasını həyata keçirmək;
-Şagirdlərin müəllimlərlə, həmyaşıdları ilə, valideynlərlə və digər insanlarla şəxsiyyətlərarası münasibətindəki pozuntularıın psixoloji səbəblərini müəyyən etmək və onları aradan qaldırmaq
Məktəb psixoloqu özündə müəllimlər, şagirdlər,valideynlər arasındakı qarşılıqlı münasibətlərin həm müsbət, həm də mənfi tərəfini əks etdirən sosial orqanizm yaratmalı və inkişaf etdirməlidir.