mülkiyyətçilərin miqdarına görə - fərdi və kollektiv; təşkilati- hüquqi formalarına
görə - yoldaşlıq, cəmiyyət və kooperativ; təşkilati-iqtisadi formalarına görə -
konsern, assosiasiya, konsersium, sindikat, kartel, maliyyə-sənaye qruplan,
holdinq şirkətləri ola bilər.
İstehsal biznesi
çoxşaxəli, müxtəlif cür sahibkarlıq fəaliyyətinin aparıcı və ən
mürəkkəb növü sayılır. İstehsal biznesində məhsul istehsal olunur, iş və xidmət yerinə
yetirilir, müəyyən mənəvi dəyərlər yaradılır. Bazar iqtisadiyyatı dövründə istehsal
sahibkarlığına üstünlük verilməlidir, çünki o sahibkarlıq
fəaliyyətinin bütün qalan
növlərinin inkişaf istiqamətlərini müəyyənləşdirir.
İstehsal biznesinə aiddir: məhsul və xidmət istehsalı, onların istehsal istehlakı,
innovasiya, elmi-texniki fəaliyyət və
s.
İstehsal fəaliyyəti ilə məşğul olmaq istəyən hər bir sahibkar öncə
müəyyənləşdirməlidir ki, hansı konkret məhsulu istehsal edəcək, hansı xidmət növü
göstərəcək. Sonra sahibkar marketinq fəaliyyətinə başlayaraq istehsal edəcəyi məhsula
və göstərəcəyi xidmətə olan tələbatı müəyyənləşdirməli, potensial istehlakçını axtarıb
tapmalı və onunla birbaşa əlaqəyə girməlidir. Sahibkarlıq riskini minimuma endirmək
məqsədilə sahibkarla potensial istehlakçı arasında kontrakt, saziş imzalanır. Qeyd
etmək lazımdır ki, bazar iqtisadiyyatının inkişaf etdiyi Qərb dövlətlərində sahibkarla
potensial alıcı arasında şifahi razılaşma etibarlı
təminat hesab edilir, yalnız lazım
gəldikdə bu razılaşma sonradan kontrakt, saziş şəklində bağlanıla bilər. Lakin, bazar
iqtisadiyyatına keçid dövründə sahibkarla istehlakçı arasında şifahi razılaşmanın
etibarlılığı olduqca azdır, sahibkarlıq riski isə xeyli yüksəkdir.
Sahibkarlıq fəaliyyətinin növbəti mərhələsi istehsal amillərinin əldə edilməsi,
yaxud icarəyə götürülməsidir. Adətən, iqtisadi ədəbiyyatda istehsalın dörd amili
göstərilir: əmək, kapital, torpaq və sahibkarlıq qabiliyyəti (məharəti).
Məlumdur ki,
əmək insanın məqsədəuyğun fəaliyyətidir, onun köməyi ilə insan
təbiəti öz tələbatını ödəmək üçün dəyişdirir və uyğunlaşdırır. A.Marşal “İqtisad elminin
prinsipləri” əsərində yazmışdır ki, hər cür əməyin hansısa nəticəni əldə etmək məqsədi
vardır. İstehsal amili kimi əmək dedikdə, təsərrüfat fəaliyyəti
prosesində insanlar
tərəfindən göstərilən bütün fiziki və əqli cəhətlər, səylər başa düşülür.
Kapital istehsalın ən mühüm amilidir, iqtisadi nəzəriyyənin klassikləri A.Smit və
D.Rikardo istehsal amili kimi kapitalı istehsal vasitələri hesab edirlər. Eyni zamanda,
iqtisadçılar əsas kapital və dövriyyə kapitalını bir-birindən fərqləndirirlər.
Əsəs kapital
uzun illər istehsal prosesində fəaliyyət göstərən və bir neçə istehsal tsiklinə xidmət
edən artıq maddiləşmiş kapitaldır, yəni əsas istehsal fondlandır. Digər növ kapital bir
istehsal tsiklində iştirak edərək öz dəyərini istehsal olunan məhsulun üzərinə keçirən
kapitaldır. O,
dövriyyə kapitalı, yəni dövriyyə istehsal fondlarıdır. Dövriyyə
kapitalına xərclənən pul vəsaiti məhsul satıldıqdan sonra sahibkara tamamilə qaytarılır.
Ancaq əsas kapitala çəkilən xərclər belə tezliklə ödənilə bilməz.
Əsas
istehsal fondları istehsal prosesində uzun müddət iştirak edən, öz natural
formasını saxlayan və öz dəyərini istehsal olunan
məhsulun üzərinə tədricən, hissə-
hissə keçirən istehsal fondlarıdır. Onun tərkibinə binalar, tikililər, ötürüçü qurğular,
maşın və avadanlıqlar, nəqliyyat vəsaitləri, alətlər və təsərrüfat inventarları daxildir.
Dostları ilə paylaş: