illik dəyərindən istifadə olunur. Əmİak vergisi ilin əvvəlində rüblər üzrə artan
yekunla hesablanıb ödənilir və ilin axırında vergi məbləğinin yenidən haqq-
hesabı aparılır.
Ödəmə dərəcəsi və müddəti. Müəssisənin əmlakına vergi dərəcəsinin həddi
vergitutma bazasının 2 %-i həcmində müəyyənləşdirilir. Vergilərin konkret
dərəcələri qanunvericilikdə müəyyənləşdirilmiş qaydada
müəssisənin fəaliyyət
növündən asılı olaraq tətbiq edilir. Ayrı-ayrı müəssisələr tərəfindən vergi
dərəcələrinin müəyyənləşdirilməsinə yol verilir.
3.TORPAQ VERGISI VƏ SAHIBKARLIQDA VERGIQOYMANIN
TƏKMILLƏŞDIRILMƏSI.
Torpaq vergisinin tətbiqinin məqsədi torpaqdan səmərəli istifadəni təmin
etmək, torpağın keyfiyyətini və münbitliyini artırmaq, onları mühafizə etmək,
dövlət torpaq kadastrı və yer quruluşu tədbirlərini
həyata keçirmək üçün vəsait
yönəltməkdən ibarətdir. Torpaq vergisinin müəyyən edilməsi və ödənilməsi
Torpaq Məcəlləsi və digər qanunvericilik aktları ilə tənzimlənir. Ərazidə başqa
dövlətlə birgə istifadə olunan torpaq sahələrinə görə vergi dövlətlərarası
müqavilələrlə tənzimlənir. Belə müqavilələr olmadıqda torpaq vergisinin
tutulması ümumi qaydalar əsasında həyata keçirilir.
Torpaq Məcəlləsinə uyğun olaraq torpaqdan istifadə pulludur. Torpağa görə
haqq torpaq vergisi və icarə haqqı şəklində alınır. Torpaq mülkiyyətçilərindən və
istifadəçilərindən hər il torpaq vergisi tutulur. Bu vergi torpağın keyfiyyətindən,
yerindən və su təchizatından asılı olaraq müəyyənləşdirilir
və təsərrüfat
fəaliyyətinin nəticəsindən asılı olmayaraq torpağın sahəsinə görə sabit ödəniş
şəklində hesablanır.Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya
istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin
ödəyiciləridir.Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının
ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma
obyekti sayılır.
Aşağıdakı torpaqlar torpaq vergisinə cəlb edilmir:
- yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları;
- Dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünü
idarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının
və onun
qurumlarının,
dövlətin adından yaradılan publik hüquqi şəxslərin (sahibkarlıq
fəaliyyəti məqsədləri üçün istifadə olunan torpaqlar istisna olmaqla), habelə
Azərbaycan Respublikasının Dövlət Neft Fondunun mülkiyyətində və ya
istifadəsində olan torpaqlar;
-
fiziki və hüquqi şəxslərin istifadəsinə verilməmiş dövlət,
meşə və su fondu
torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan
sektorunun altında yerləşən torpaqlar;
-dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar.
-Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud
texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq,
sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən
başlayaraq,
sənaye və texnologiyalar parkında istifadə etdikləri torpaqlara görə
10 il müddətinə
torpaq vergisini ödəməkdən azaddırlar.
-Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud
texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru sənaye, yaxud
texnologiyalar parklarının ərazisində istifadə etdiyi torpaqlara görə torpaq vergisini
ödəməkdən azaddır.
- İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi
aldığı tarixdən mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il
müddətinə torpaq vergisini ödəməkdən azaddır
- KOB klaster şirkətləri KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7
il müddətinə mülkiyyətində və ya istifadəsində olan və KOB klaster fəaliyyətində
istifadə olunan torpaqlara görə torpaq vergisini ödəməkdən azad edilirlər.
- Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ödəmə
qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri
çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının
(qurumun) qərarına əsasən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə
etdiyi, onun mülkiyyətində (balansında) olan və siyahısını müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırdığı torpağa görə 2019-cu il
yanvarın 1-dən torpaq vergisini ödəməkdən azaddır.
Bazar münasibətləri şəraitində ölkə iqtisadiyyatında vergi sisteminin
təkmilləşdirilməsi və onun ümumi dünya standartlarına yaxınlaşdırılması məqsədi
ilə aşağıdakı dəyişikliklərin həyata keçirilməsi zəruridir:
1.
Hüquqi şəxslərdən tutulan vergilərin sayı ixtisar edilməlidir. Çünki müəssisə
və təsərrüfat subeyktlərinin təsərrüfat fəaliyyətində çoxsaylı vergilər mövcuddur.
2.
Bu isə həm təsərrüfat subyektinin və sahibkarın
maliyyə vəziyyətini
kəskinləşdirir və həm də vergi orqanlarının və maliyyə strukturlarının fəaliyyətini
mürəkkəbləşdirir.
3.
Az səmərəli olan və nadir hallarda istifadə edilən vergi güzəştlərindən imtina
edilməsi vergilərin hesablanmasını çətinləşdirir.
4.
Maliyyə ili ərzində vergiqoymaya əlavələr və dəyişikliklər edilməsini
məhdudlaşdırmaq, vergi sisteminin stabilliyini təkmilləşdirmək.
5.
Vergi qanunvericiliyini bilməyərəkdən pozulmasına görə tətbiq edilən vergi
sanksiyalarını müəyyən qədər zəiflətmək.
6.
Dövlət büdcəsinin tam və vaxtlı-vaxtlı gəlirlər əldə etməsini təmin etmək
məqsədi ilə vergi orqanlarının işini yaxşılaşdırmaq.
Dostları ilə paylaş: