Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


İstehsal əsas fondları fiziki, mənəvi və iqtisadi köhnəlmə ilə yanaşı sosial cəhətdən də köhnəlirlər



Yüklə 0,95 Mb.
səhifə32/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   28   29   30   31   32   33   34   35   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

İstehsal əsas fondları fiziki, mənəvi və iqtisadi köhnəlmə ilə yanaşı sosial cəhətdən də köhnəlirlər. Belə köhnəlmə, köhnə avadanlıqlara nisbətən istismarı fəhlə üçün daha rahat və cazibədar olan (səssiz, təhlükəsiz və s.) yeni avadanlıqların əmələ gəlməsində özünü göstərir.
Qeyri-maddi aktivlər əsas fondların bir növü kimi köhnəlmənin bütün növlərinə məruz qalmırlar. Qeyri-maddi aktivlərin fiziki əsasları olmadığından, onlar fiziki cəhətdən köhnələ bilməzlər; onlar yalnız mənəvi cəhətdən köhnəlirlər - mükəmməl və ucuz layihələr yarandığı hallarda əvvəlkilər mənəvi cəhətdən köhnəlirlər. Qeyri-maddi aktivlər - hesablamanın mürəkkəbliyi və çətinliyinə görə - bərpa dəyəri ilə qiymətləndirilmir. Onlar yalnız ilkin və qalıq dəyərinə görə planlaşdırılır və uçota almırlar.
Əsas fondlar fiziki cəhətdən qismən köhnəldikdə, cari və əsaslı təmir edilir, tam köhnəldikdə isə onlar yeniləri ilə əvəz olunurlar. Fiziki cəhətdən köhnəlmiş, əsaslı təmir vasitəsilə bərpası iqtisadi cəhətdən sərfəli olmayan əsas fondlar istehsaldan çıxarılır və yenisi ilə əvəz edilir. Əsas fondların yeniləşdirilməsi üçün maliyyə mənbəyi amortizasiya fondudur. Amortizasiya, köhnəlmə dərəcəsindən asılı olaraq, əsas fondun dəyərindən yaradılan məhsul üzərinə keçən hissədir ki, bu da istehsal olunmuş məhsul satıldıqca toplanır, müəssisənin maliyyə resursuna çevrilir.
Amortizasiya ayırmaları əsas fondların bütün xidmət müddətində onların balans dəyərindən (ilkin və ya bərpa) faizlə birqərarda (eyni vaxtda bir eyni məbləğdə) müəyyən edilir. Sənaye müəssisələri üzrə hər ay üçiin amortizasiya ayırmaları illik amortizasiya məbləğinin 12-yə bölünməsi yolu ilə hesablanır. Amortizasiya ayırmaları əsas fondların istismarda, təmirdə olmasından və ya boş dayanmasından asılı olmayaraq onların dəyərinə görə faizlə hesablanır.
Müəssisə və firmalarda amortizasiya siyasəti amortizasiya normaları əsasında həyata keçirilir. Düzgün hesablanmış amortizasiya normaları əsas fondların hərəkətini (dövriyyəsini) sürətləndirir, onların təkrar istehsal prosesini intensivləşdirir.
Amortizasiya norması aşağıdakı düsturun köməyilə hesablanır:

Burada, N - amortizasiya norması;
F - əsas fondun ilkin dəyəri, man.;
L - əsas fondun ləğv olunma dəyəri, man.;
T- əsas fondun faydalı istifadə müddəti, il.
Amortizasiya normalarına texniki tərəqqinin sürəti və istiqaməti həlledici dərəcədə təsir göstərir.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin