Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


Menecmentin nəzarətetmə funksiyası



Yüklə 0,95 Mb.
səhifə67/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   63   64   65   66   67   68   69   70   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

10.5. Menecmentin nəzarətetmə funksiyası.

Marketinq və planlaşdırma funksiyaları nəzarət funksiyası ilə bilavasitə əlaqədardır və onlarsız mərkəzləşdirilmiş idarəçiliyin başqa funksiyaları həyata keçirilə bilməz. Nəzarətin başlıca məqsədi qərarların qəbulu ilə icrası arasındakı vəhdətliyi təmin etməkdən, sosial-iqtisadi inkişafdakı nöqsanları, ayrı-ayrı kənarlaşma hallarını aradan qaldırmaqdır. Onun başlıca vəzifəsi – firmanın bütün bölmələri üzrə, istehsal-təsərrüfat fəaliyyətini xarakterizə edən məlumatlar toplamaq, işləmək, təhlil etmək, nöqsanları aşkar etmək və onların aradan qaldırılması üçün kompleks tədbirlər işləyib hazırlamaqdan ibarətdir. Bu baxımdan nəzarət, firmanın qarşıya qoyduğu cari və perspektiv məqsədinə çatması sahəsində siyasət yeritmək və qərarlar qəbul etmək üçün başlıca alətdir.


Bazar münasibətləri şəraitində işləyən firmalarda nəzarətin müxtəlif formalarından istifadə edirlər. Onlara maliyyə (ümumi idarəetmə nəzarəti əsasında); məhsulun keyfiyyətinə, qiymətin düzgün tətbiqinə nəzarət və inzibati nəzarət aiddir.
Maliyyə nəzarəti – standart hesabat formaları üzrə firmanın bütün bölmələrinin maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən məlumatlar olmaq yolu ilə həyata keçirilir. Maliyyə nəzarəti – nəzarət qrupları (bölmələri) tərəfindən aparılır.
Məhsulun keyfiyyətinə nəzarət – müasir-nəzarət növü olub buraxılan məhsulun keyfiyyətinə nəzarəti mövcud standartların, texniki-şərtlərin, texnoloji reqlamentlərin köməyi ilə aparılır. Bu zaman məhsulun texniki səviyyəsi, icra defekti, istismarda davamlığını, təmir olunma qabiliyyəti və i. əlamətlərinə nəzarət işi həyata keçirilir. Həmin işləri aparmaqda məqsəd məhsulun bazardakı alıcılıq qabiliyyətini və rəqabətə dözümlülüyünü qoruyub saxlamaqdır.
ABŞ-ın firmalarında məhsulun keyfiyyətinin idarə edilməsi prinsipləri aşağıdakı istiqamətə aparılır:
1) Məhsulun keyfiyyətinin yüksəldilməsi işi firmanın strategiyasının vacib, ayrılmaz hissəsi olmalıdır.
2) Məhsulun keyfiyyətinin idarə edilməsində başlıca şərt nəzarət yox, nöqsansız işdir.
3) Mal göndərən (tədarükü) həm də partiyar olmalıdır.
4) İşçilərin ixtisasların daim artırılması təmin edilməlidir.
Keyfiyyətin yüksəldilməsi prosesi işlənib hazırlanmış proqram üzrə həyata keçirilir. Məsələn, 80-cı illərin əvvəllərindən “Kseroks” firması “Keyfiyyətdə qabaqcıl olmaq” təşəbbüsü ilə strateji proqram işləyib hazırlanmış və həyata keçirir. O məqsədə nail olmaq üçün bütün idarə sistemi yenidən qurulmuş, keyfiyyətin idarə edilməsi üzrə xüsusi mərkəz yaradılmışdır ki, o da bütün bölmələrdə (filiallarda) keyfiyyət işini koordinasiya edirdi. Proqramın həyata keçirildiyi iki il ərzində yığma əməliyyatı üzrə işin keyfiyyəti 63%, məhsulun etibarlığı 20% artmış, xərclər 20% aşağı enmişdir.
Yaponiyada geniş yayılmış nəzarət formalarından biri – idarəetmə nəzarətidir. O, idarəetmədə planlaşdırmanın və nəzarətin qısa forması olub, onun köməyi ilə menecerlərin təşkilati məqsədlərinə çatmağa nəzarətin vasitəsidir. Yaponiyanın “Masusita” firmasında idarəetmə nəzarəti sistemi bir neçə formada aparılır. Onları belə təsnifləşdirmək olar:
1) İdarəolunan filiallar üçün ali kompaniyalar tərəfindən aparılan nəzarət – filiallarda planlaşdırma sistemi, filialların daxili kapital sistemi və aylıq mühasibat hesabatı sistemi daxildir.
2) Filiallarda şöbə müdirlərinin işinə nəzarət – şöbənin büdcəsi və aylıq mühasibat hesabatı sistemidir.
“Masusita” firmasında idarəetmə nəzarəti sistemi şəkil 10.5-də verilmişdir.

Ali rəhbərlik
(prezident)

Şəkil 10.5.“Masusita” firmasının idarəetmə nəzarəti sistemi.


Ali kompaniyalar tərəfindən aparılan nəzarət sistemi içərisindən bizim üçün əhəmiyyət kəsb edən – filialların daxili kapital sistemidir. Daxili kapital – biznes fəaliyyətini həyata keçirmək üçün hər bir filiala lazım olan pul vəsaiti fondudur və ya filialın əsas və dövriyyə kapitalının məbləğidir.


Yaponiya firmalarında daxili kapital sistemi ümumi formada aşağıdakı kimidir:
1) daxili kapitalın quruluşu (Şəkil 10.6);
2) ssuda faizinin (1%) daxili kapitala əlavə edilən hissəsi;
3) mərkəzi ofisin saxlanması üçün hər filial satılmış məhsulun dəyərini 3%-ni ona ödəyirlər;
4) filialın xalis mənfəəti iki hissəyə bölünür: 60% - devidentlərin və vergilərin ödənilməsinə yönəldilir, 40%-isə mənfəətdən yığım fondunu formalaşdırır (filiallarda planlaşdırma sistemində şöbələr işini sərbəst planlaşdırır, sonra onların əsasında filial öz planını tərtib edir. Plan illik tərtib edilir və bir neçə sənədlərdən ibarət olur; istehsal planı; satış planı; mənfəət və zərər üzrə plan smetası; investisiya planı; plan kapital smetası; balans və dövriyyə kapitalı balansı);
5) filial işə başladıqdan sonra, əsas dövriyyə kapitalının genişlənməsi özünün qazancı hesabına aparılır;
6) filiallarda vəsait çatışmazlığı baş verdikdə onlar mərkəzi ofisdən borc alır və onu müəyyən edilmiş vaxta mütləq qaytarmalıdır.

Şəkil 10.6. “Masusita” firmasında daxili kapitalın quruluşu.


İdarəetmə nəzarətinin digər forması olan aylıq mühasibat hesabatlarının təqdim edilməsidir. Göstərilən Yaponiya firmasında aylıq hesabat iki məqsədə qulluq edir. Əvvəla, korporasiyanın mərkəzi ofis onu bölmələrin işinə nəzarət etmək üçün istifadə edir. İkincisi, filiallar üzrə rəhbər – şöbələrin işinə nəzarət edir. Filialların daxilində aparılan mühasibat hesabatının aparılmasında məqsəd: nəticələri qiymətləndirmək; problemləri axtarmaq və onu icraata yönəltmək; başqa şöbələrlə problemləri müzakirə etmək; problemi həll etmək və gözləniləcək nəticəyə qiymət vermək. Beləliklə aylıq mühasibat hesabatı aparmağın başlıca məqsədi son nəticəyə daim nəzarət etməkdir.


Nəzarət funksiyasının idarəetmədəki rolunu artırmağın digər istiqaməti-avtomatik informasiya sistemləri, elektron-hesablama texnikası və kompüterlərdən geniş istifadə etməkdir. O, zaman ilk növbədə informasiyaların idarə sisteminə operativ və dəqiq verilməsi təmin edilir, istehsalat, satış fəaliyyətinə nəzarət artır, lazım gəldikdə müvafiq dəyişiklik etməyə imkan yaranır və rəhbərliyin firma üzərindəki operativ nəzarəti güclənir.
Nəzarətin digər yolu firmada uçot və hesabatların aparılmasıdır. Müəssisədə üç istiqamətdə uçot aparılır: operativ, maliyyə və statistik uçot. Bütün üç uçot və hesabat bir məfhum – “iqtisadi informasiyası altında cəmləşir.”
Maliyyə hesabatının əsas formaları aşağıdakılardır:

  • balans – müəyyən dövr üçün firmanın maliyyə vəziyyətinin xarakterizə edir;

  • gəlir (mənfəət) haqqında hesabat, firmanın hesabat dövründə fəaliyyətinin nəticələrini əks etdirir;

  • maliyyə vəziyyətinin dəyişilməsi haqqında hesabat;

  • bölüşdürülməmiş xalis mənfəət haqqında hesabat;

  • şəxsi kapitaldakı dəyişiklik haqqındakı hesabat;

  • maliyyə hesabatının mahiyyətini əks etdirən aydınlaşdırdığı arayış.

Prof. T.Ə.Quliyev özünün “İdarəetmənin əsasları” kitabında nəzarətin aşağıdakı formalarını fərqləndirir:
a) dövlət nəzarəti; b) ictimai nəzarət; v) xalq nəzarəti (zəhmətkeşlərin müəssisədə nəzarətetmə yolları); q) ictimai partiyaların nəzarəti.
Müəssisələrdə nəzarət sistemi bunlardır: nəzarətin obyekti, nəzarətetmənin texniki vəsaitləri, texnologiyası, nəzarətin funksional kadrlar.
Təcrübə göstərir ki, mülkiyyət formasından asılı olmayaraq bütün idarəetmə səviyyələrində ümdə məsələ həmin nəzarətin düzgün təşkilidir.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin