Mövzu Statistika elmi haqqında anlayış, onun predmeti və statistik fəaliyyətin təşkili



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə11/18
tarix21.04.2017
ölçüsü1,48 Mb.
#14978
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

                                                              µ

3 

                                                   A

s

 ═

  

───  ;

 

                                                              σ

Burada µ



3

 -mərkəzi moment (an) adlanır. 

   

   Asimmetriya  göstəricisi  nəinki  asimmetriyanın  kəmiyyətini,  həmçinin  onun  baş  məcmuda 



mövcudluğunu yoxlamaq üçün istifadə edilir. Asimmmetriya əmsalı 0,5-dən (işarələrdən asılı olmayaraq) 

çox  olduqda,  onu  əhəmiyyətli,  0,25-dən  az  olduqda  isə  onu  əhəmiyyətsiz  hesab  etmək  olar. 

Asimmetriyanın  A

s

  əhəmiyyətliliyinin  qiymətləndirilməsi,  müşahidənin  sayından  (n)  asılı  olan,  orta 

kvadratik xətanın asimmetriya əmsalı (σ



As

) əsasında aparılır. Asimmetriya əmsalını aşağıdakı düsturla he-

sablamaq olar: 

                                                                       

         

 

      



 

                                                                     6 ( n-1) 

                                             

  

σ



As

 ═                    

                                                                  (n+1) (n+3)       

  

 



    Sosial-iqtisadi  hadisələrin  bölgüsündə  simmetrik  bölgüyə  nisbətən  asimmetrik  bölgüyə  daha  çox  rast 

gəlmək  mümkün-dür.  Normal  bölgüyə  nisbətən  faktiki  əyri  bölgünün  şiş  təpəli-liyi  və  ya  yastıtəpəliliyi 

eksçes bölgü adlanır. Eksçes bölgünün dikliyini, yəni şiştəpəliliyini və yaxud yastıtəpəliliyini xarakte-rizə 

edir. Simmetrik bölgü növünün eksçes göstəricisi aşağıda-kı düsturla hesablamaq olar:    

                                              

µ

4 

                                                      E



k

 ═

  



───  ; 

                                                                 σ

 

        



Normal  bölgü  qanununa  əsasən  E

k   

0-a  bərabər  olmalıdır.  Eks-çes  göstəricisi  daha  dəqiq,  mərkəzi 

momentin dördüncü qaydasını istifadə etməklə müəyyən olunur: 

 

                                                                  ∑ ( x – x



                                                   µ



4

  ═  ──────   ; 



                                                                        n 

 

     Eksçesin orta kvadratik uzaqlaşma xətası aşağıdakı düsturla hesablanır:  

                                                                   

         

 

      


 

                                                   24n ( n-2) (n-3) 

                                 

 

σ



As

 ═                    

                                                 (n-1) 

2

 (n+3) (n+5)       



  

 

     Burada n - müşahidərin sayıdır.  



     

 

      Statistikada    nəzəri    bölgunün    müxtəlif  növlərindən  sürətdə  istifadə  edilir.  Bunlara  misal  olaraq 



aşağıdakıları göstərmək olar: normal bölgü; binominal bölgü; Puasson bölgüsü və s. 

      Normal  bölgü  variasiya  sırasının  variantları  (x),  onların  orta  kəmiyyəti  (x)  və  orta  kvadratik 

uzaqlaşması  (σ)    əsasında  quru-la  bilər.  Normal  bölgü  iki  parametrlə-  hesabi  orta  kəmiyyət  və  orta 

kvadratik  uzaqlaşma  ilə  tam  müəyyən  edilir.  Riyazi  statis-tikadan  məlumdur  ki,  K  Pirsonun  x



2

  meyarı, 



49 

 

Romanovskinin, Yastremskinin və Kolmoqorovun yaxınlıq kriteriyaları faktiki bölgünün normal bölgüyə 



uyğun  olması  haqqında  müvafiq  gös-təricilər  əsasında  aydın  təsəvvür  əldə  etməyə  imkan  verir.  K. 

Pirsonun uyğunluq kriteriyası aşağıdakı düsturla hesablanır: 

 

                                                        ( f

e

 – f

n

 

 

                                          x



2

 ═ ∑ ────── ; 



                                                             f

n

  

 

 



Burada   f

e

 və f

n

 -müvafiq olaraq emprik və nəzəri tezlikləri göstərir. 

      

 

     



x

2

 kəmiyyətinin köməyi əsasında xüsusi cədvəl ilə (x



2

) ehti-malı müəyyən edilir. ehtimalı əsasında 

empirik  və  nəzəri  bölgülər  arasındakı  kənarlaşmaların  əhəmiyyətli  və  yaxud  əhə-miyyətsiz  olması 

haqqında fıkir söyləmək mümkündür. Kol-moqorovun yaxınlıq meyarı (λ) aşağıdakı düsturla hesablanır: 

 

                                            D



 

                                     

λ  ═

      


───  



                                            

 

f

 

    



 

                                              

                 

Burada D- artan yekunla emprik və nəzəri tezliklər arasındakı fərqin 

                                   maksımum qiyməti, 

                                f - empirik tezliklərin cəmidir. 

  

 

 



    

Statistikanın ümumi nəzəriyyəsində indekslər mühüm yer tutur. Ümumiləşdirici göstəricilər sistemində 

indekslər  mühüm  əhəmiyyət  kəsb  edir.  Sosial-iqtisadi  hadisələrin  zaman  və  mə-kanda  dəyişilməsinin 

təhlilində, proqnozların  yerinə  yetirilmə-sinin qiymətləndirilməsində, hadisələrin dəyişilməsinə  ayrı-ayrı 

amillərin təsirinin tədqiqində, müxtəlif ölkə və iqtisadi ra-yonların göstəricilərinin müqayisə edilməsində, 

iqtisadi  hadisə-lərin  qarşılıqlı  əlaqalərinin  tədqiqində  indekslərin  böyük  rolu  vardır.  İndeks  latın  sözü 

olub, “göstərici” deməkdir. 

    Mürəkkəb  sosial-iqtisadi  hadisələrin  zaman  və  məkanda  də-yişilməsini  xarakterizə  edən  nisbi 

göstəricilərə  indeks deyilir. Nisbi kəmiyyətlərdən, orta kəmiyyətdən, dinamika sıralarından  fərqli olaraq 

indekslər  həmdə  bilavasitə  cəmlənə  bilməyən  mü-rəkkəb  sosial-iqtisadi  hadisələrin  zaman  və  məkana 

görə  dəyi-şilməsini  xarakterizə  etmək  imkanına  malikdir.  İndekslər  məh-sulun  həcminin,  qiymətlərin, 

məhsulun  maya  dəyərinin,  məh-suldarlığın  və  əmək  məhsuldarlığının  və  s.  dəyişilməsini  xarak-terizə 

etməyə imkan verir.  

    Mürəkkəb  sosial-iqtisadi  hadisələr  eyni  istehlak  dəyərinə  malik  olmadıqlarına  görə  bilavasitə 

cəmlənilə  bilmirlər.  Məsə-lən,  əmtəə  dövriyyəsi  sənayenin,  kənd  təsərrüfatının  və  s.  sahə-lərin  ümumi 

məhsulu  mürəkkəb  hadisə  olub  müxtəlif  istehlak  dəyərinə  malik  olan  məhsullardan  ibarət  olduqlarına 

görə bi-lavasitə natura şəklində cəmlənilə bilməzlər. Sənayedə istehsal edilən sap, parça, paltar və s. kənd 

təsərrüfatında istehsal edilən buğda, arpa, qarğıdalı, düyü, tərəvəz və  bostan bitkiləri, yun, yumurta, süd 

və  s.  natura  şəklində  cəmlənilə  bilməz,  ona  görə  ki,  onlar  müxtəlif  istehlak  dəyərinə  malikdirlər  və 

müxtəlif  ölçü  vahidlərində  ifadə  olunurlar.  Belə  mürəkkəb  hadisələrin  zaman  və  məkana  görə 

dəyişilməsini  öyrənmək  indeks  vasitəsilə  müm-kündür.  İndeks  nəzəriyyəsi  XX  əsrdə  geniş  miqyasda 

inkişaf  et-miş  nəzəriyyələrdəndir.  XIX  əsrin  axırlarında  indeksdən  ən  çox  qiymətlərin  dəyişilməsinin 

öyrənilməsində  istifadə  edilmişdir.  Hələ  1735-ci  ildə  fransız  Şarl  Dyüto  qiymət  indeksini  hesabla-maq 

üçün aşağıdakı düsturu:  

 

                                                     ∑ p



1

i 

                                      J



p

 ═  ────── ; 



                                                    ∑ p

0

i



  

italyan Djono Rinaldo Karli isə 1751-ci ildə   

 

                                  



 ∑ p

1



/ p

0

i

 

                                      J



k

 ═  ────── ; 



                                                      n 

 

düsturunu təklif etmişdir.                                



Burada, p

1

i

,p



o

i

- hesabat və əsas dövrlərdə i əmtəələrinin qiyməti;            n - əmtəələrin sayıdır.   

   

 

    



1863-cü ildə  ingilis  iqtisadçısı Stenli Djevons ümumi qiymət indeksini  həndəsi orta kəmiyyət düsturu 

ilə  hesablamağı  təklif  etmişdir.  İndekslər  nəzəriyyəsinin  işlənilməsində  yeni  irəliləyiş  qiymətlər 

indeksinin  ikili orta kəmiyyət kimi  hesablanması  oldu. Qiymətlərin dəyişilməsini öyrənmək üçün 1864-


50 

 

cü ildə al-man iqtisadçısı E. Laspeyres çəkili hesabi orta kəmiyyət düs-turundan istifadə olunmasını təklif 



etdi:  

 

                                                   ∑ p



1

i

 q

0



i

 

                                        J



l

 ═  ────── ; 



                                                   ∑ p

0

i



 q

0

i 

 

    Laspeyres qiymətlər indeksində çəki rolunda əsas dövrdə sa-tılmış əmtəələrin miqdarını götürmüşdür. 



1874-cü ildə digər al-man iqtisadçısı German Paaşa qiymətlərin dəyişilməsini öyrən-mək üçün çəki kimi 

hesabat dövründə satılmış əmtəələrin miq-darından  istifadə etməyi təklif etmişdir:    

 

                                     



∑ p

1

i

 q

1

i



 

                                        J



p

 ═  ────── ; 



                                                    ∑ p

0

i



 q

1

i 

 

    


Sonralar ingilis iqtisadçısı Alfred Marşall qiymətlər indek-sində çəki kimi əsas və hesabat dövrlərində 

satılmış əmtəələrin orta miqdarını götürməyi təklif etmişdir. 1887-ci ildən bu düs-turu ən çox təbliğ edən 

F.Edjvort olduğuna  görə  ədəbiyyatda  Edjvortun  düsturu  kimi  şöhrətləndi.  İndekslərdən  ictimai  hə-yatın 

bütün sahələrində XX əsrdə geniş sürətdə istifadə olun-mağa başlamışdır. İndekslərin qurulmasında əsas 

məsələ müqa-yisə edilən hadisələrin müqayisəli olması məsələsidir.  

 

   VI.  Mürəkkəb  sosial-iqtisadi  hadisələrin  zaman  və  məkanda  də-yişilməsi  indesklər  vasitəsilə 



müəyyənləşdirilir.  Həmin  hadisə-lərin  ayrı-ayrı  elementlərinin  əhatə  olunması  nöqteyi-nəzərin-dən 

indeksləri  fərdi,  qrup  və  ümumi  indekslərə  ayırmaq  olar.  Fərdi  indekslər  mürəkkəb  sosial-iqtisadi 

hadisələrin ayrı-ayrı bircinsli elementlərinin dəyişilməsini xarakterizə edırlər. Ona görə də fərdi indekslər 

nisbi  kəmiyyətlərdən  tərqlənmirlər.  Nis-bi  kəmiyyətlərin  düzgün  hesablanmasına  aid  olan  göstərişlər 

fərdi indekslərə də aiddir. Fərdi indekslər mürəkkəb hadisələrin bircinsli və müqayisəli olan məlumatları 

əsasında  hesablana  bi-lər.  Fərdi  indekslərin  hesablanması  çox  sadədir.  Məsələn,  ayrı-ayrı  məhsul 

növlərinin qiymətlərinin, maya dəyərinin, həcmi-nin dinamikasını xarakterizə etmək tələb olunursa, onda 

cari  dövrün  məlumatını  müqayisə  ücün  əsas  götürülmüş  dövrün  məlumatına  bölmək  lazımdır.  Bəzi 

hallarda statistika ayrı-ayrı elementlərdən ibarət olan hadisələri cəmləmək imkanına malik-dir. Belə halda 

bu  hadisələrin  dinamikasının  xarakterizəsinə  onların  ümumi  həcmlərinin,  yaxud  orta  göstəricilərinin 

müqa-yisəsi  əsasında  nail olmaq  mümkündür. Məsələn,  müxtəlif  bit-kilərin əkin  sahəsinin dinamikasını 

öyrənmək  cari  dövrdə  əkin  sahəsinin  ümumi  sahəsini  keçən  dövrlə  müqayisə  etmək  əsa-sında 

mümkündür.  Deməli,  müxtəlif  bitkilərin  əkin  sahəsini  cəmləməklə  onu  dinamikada  xarakterizə  etmək 

mümkündür. Mal-qaranın dinamikası da eyni qayda ilə öyrənilir. İşləyən-lərin əmək haqqının dinamikası 

ya  onların  cəmi  əmək  haqqının  müqayisəsi  əsasında,  ya  da  hər  nəfərə  düşən  orta  əmək  haqqı-nın 

müqayisəsi  əsasında  müəyyən  edilir.  Belə  müqayisələr  bi-lavasitə  cəmlənilə  bilən  hadisələr  üzrə 

mümkündür və belə mü-qayisələr əsasında alınan indekslər fərdi indekslər adlanır. 

    Qrup  və  ümumi  indekslər  bilavasitə  cəmlənilə  bilməyən  mü-rəkkəb  hadisələrin  zaman  və  məkanda 

dəyişməsini xarakterizə edirlər. Hasilat və emal sənayesinin həcminin illər üzrə dəyi-şilməsini xarakterizə 

edən göstəricilər qrup indeksləridir, bütün sənaye məhsulunun ümumi həcminin dəyişilməsini xarakterizə 

edən  göstəricilər  isə  ümumi  indekslərdir.  Respublikamızda  kənd  təsərrüfatının  ümumi  məhsulunun 

həcminin  dəyişilməsini  xarakterizə  edən  göstəricilər  də  ümumi  indekslərdir.  Bu  göstə-ricilərdən  fərqli 

olaraq  qrup  indekslər  kənd  təsərrüfatının  bitki-çilik  və  heyvandarlıq  sahələrində  ümumi  məhsulun 

həcminin dəyişilməsini xarakterizə edirlər.  

    Ümumi  indekslərlə  bərabər  qrup  indekslər  mühüm  iqtisadi  əhəmiyyətə  malikdir.  Qrup  indekslər 

qruplaşdırma  metodunun  köməyilə  öyrənilən  hadisənin  ayrı-ayrı  hissələrinin  inkişafında-kı 

qanunauyğunluğu  aşkar  etməyə  imkan  verirlər.  Qrup  indeks-lər  indekslərlə  qruplaşdırma  metodunun 

əlaqəsini  aydın  göstə-rirlər.  Ümumi  və  qrup  indekslər  hesablanma  metodologiyasına  görə  fərdi 

indekslərdən  tamamilə  fərqlənirlər.  İndeksləri  nısbi  kəmiyyətlərdən  fərqləndirən  cəhət  ümumi  və  qrup 

indekslənın hesablanmasında özünü aydın birüzə verir. Qrup indekslər ümumi indeksli kimi hesablanır.  

    Dəyişilməsi öyrənilən göstərici indeksləşdirilən kəmiyyət adlanır. Qiymətlərin dəyişilməsi öyrəniləndə 

qiymətlər  indeks-ləşdirilən  kəmiyyət  olur.  İstehsal  edilmiş  (satılmış)  məhsulun  həcminin  dəyişilməsi 

öyrənildikdə  məhsulun  miqdarı  indeks-ləşdirilən  kəmiyyət  olacaqdır.  Məhsulun  maya  dəyərinin  dəyi-

şilməsi  öyrənildikdə  maya  dəyəri,  məhsuldarlığın  dəyişilməsi  öyrənildikdə  isə  bitkilərin  məhsuldarlığı 

indeksləşdirilən kə-miyyət olacaqdır.  


51 

 

    Qrup  və  ümumi  indekslərin  hesablanmasında  indeksləşdiri-lən  kəmiyyətlərin  düzgün  müəyyən 



edilməsinin mühüm əhə-miyyəti vardır. Belə ki, qrup və ümumi indekslərdə  indeksləş-dirilən kəmiyyətə 

uyğun  çəki  müəyyən  edilir.  Müxtəlif  istehlak  dəyərlərinə  malik  olan  məhsulların  əsas  dövrə  nisbətən 

hesabat dövründə qiymətlərinin dəyişməsini öyrənərkən sadəcə olaraq onları cəmləmək olmaz. Eyni ölçü 

vahidlərində  ifadə  olunma-larına  baxmayaraq,  süd,  pendir,  yağ,  ət  və  s.  məhsulların  qiy-mətlərini 

cəmləyib  orta  qiyməti  hesablamaq  və  bu  qiymətlərin  birinin  dəyişilməsini  müəyyən  etmək  düzgün 

deyildir.  

     Müxtəlif  cinsli  məhsulların  qiymətlərini  bilavasitə  cəmlə-mək  olmaz,  çünki  onlar  müxtəlif  istehlak 

dəyərlərinə  malikdir-lər,  onların  istehsalına  müxtəlif  miqdarda  əmək  sərf  edilir.  Belə  məhsulları 

bilavasitə  cəmləmək  və  müqayisə  etmək üçün onları  müqayisəli kəmiyyətdə  (ortaq ölçüdə)  ifadə  etmək 

lazımdır.  

    Müxtəlif növ məhsulları ortaq ölçüdə xarakterizə etmək üçün onları dəyər ifadəsində vermək lazımdır. 

Dəyər  ifadəsində  verilən  müxtəlif  məhsulları  cəmləmək  və  müqayisə  etmək  olar.  Bu  zaman  istehsal 

edilmiş  və  ya  satılmış  məhsulların  miqdarını  məhsul  vahidinin  qiymətinə  vurub  cəmləyərək  mürəkkəb 

hadi-səni məbləğ (dəyər) şəklində  ifadə edə  bilərik. Belə göstəricini müqayisə edib əmtəə dövriyyəsinin 

dəyişilməsini  müəyyən  et-mək  mümkündür. Bu zaman əmtəə  dövriyyəsi  müvafiq dövrün qiymətlərində 

ifadə olunur.  

    Müxtəlif  məhsulların  qiymətlərinin  dəyişilməsi  öyrənilərkən  qiymətlər  indeksləşdirilən  kəmiyyət, 

məhsulların  həcmi  isə  çə-ki olur. Qiymətlər  indeksində  hesabat dövründə  satılmış  məh-sulların  miqdarı, 

həcmi  çəki  kimi  götürülür.  Bizi  maraqlandıran  cəhət-  əsas  dövrə  nisbətən  hesabat  dövründə  satılmış 

məhsul-lardan  əldə  edilmiş  qənaəti  və  ya  artıq  xərci  müəyyən  etməkdir.  Deməli,  qiymətlər  indeksində 

çəki  olaraq  hesabat  dövründə  sa-tılmış  məhsulların  miqdarı,  əmtəə  dövriyyəsinin  və  ya  ıstehsal  edılmış 

məhsulların  fiziki  həcm  indeksində  indeksləşdirilən  kə-miyyət  kimi  məhsulun  miqdarı,  çəki  rolunda  isə 

əsas dövrün qiymətləri götürülür. 

    Beləliklə,  dəyişilməsi  ölçülən  kəmiyyət  indeksləşdirilən  kə-miyyət,  indeksləşdirilən  kəmiyyətlə 

əlaqədar olan və sabit gö-türülən kəmiyyət isə çəki adlanır. 

    Fərdi və ümumi indekslərin hesablanması üsulları. Artıq qeyd edildiyi kimi, mürəkkəb sosial-iqtisadi 

hadisələrin  ayrı-ayrı  elementlərinin  zaman  və  məkanda  dəyişilməsini  xarakte-rizə  edən  nisbi  kəmiyyətə 

fərdi indeks deyilir. Fərdi indekslər, bir qayda olaraq kiçik "i" hərfilə işarə edilir. İndekslər iki döv-rə və 

ya  iki  məkana  aid  olan  məlumatların  müqayisəsi  nəticə-sində  əldə  edilir.  Yəni,  fərdi  indeks  müxtəlif 

dövrlərə  və  ya  məkana  aid  olan  iki  mütləq  kəmiyyətin  müqayisəsi  nəticəsində  alınır.  İndeks  nisbi 

kəmiyyət  kimi  əmsal  (bu  zaman  baza  kə-miyyəti  vahidə  bərabər  götürülür)  və  faiz  (onda  baza  100%-ə 

bərabər götürülür) şəklində ifadə oluna bilər. İndeks 1-dən (100%-dən) çox olduqda, öyrənilən hadisənin 

səviyyəsinin art-dığını, 1-dən (100%-dən) az olduqda isə hadisənin səviyyəsinin azalmasını göstərir. 

    Hadisənin  səviyyəsi  ilə  müqayisə  edilən dövr əsas dövr, sə-viyyəsi əsas dövrlə  müqayisə  edilən  dövr 

isə  hesabat  dövrü  ad-lanır.  Plan  tapşırıqlarının  yerinə  yetirilməsinin  xarakterizə  edil-məsində  planda 

nəzərdə tutulan məlumat əsas dövr, faktiki nəticə isə hesabat dövrü kimi götürülməlidir.  

     Sosial-iqtisadi hadisələrin dinamik təhlilində əvvəlki dövrlə-rin (ayın, rübün, ilin) məlumatı əsas dövr, 

sonrakı dövrun  mə-lumatı  isə cari,  hesabat dövrü olacaqdır. Hadisələrin  məkanda təhlili zamanı qarşıda 

duran  vəzifədən  asılı  olaraq  obyektin  bi-rinci  məlumatı  müqayisə  üçün  əsas  kəmiyyət  kimi,  digər  ob-

yektin məlumatı isə hesabat məlumatı kimi götürülə bilər. Məhsul vahidinin qiymətini “P” ilə işarə etsək, 

fərdi qiymət in-deksinin düsturunu aşağıdakı şəkildə ifadə etmək olar:     

 

 

                                        



p

1

 

                                          i



p

 ═

  

──  ; 

                                                   p

o 

 

Burada, p



o

- əsas dövrdə məhsul vahidinin qiyməti,  

              p

1

- hesabat dövründə məhsul vahidinin qiyməti,        

              i

p

 - fərdi qiymət indeksidir.  

 

    Məhsulların  ayrı-ayrı  növlərinin  satışının  və  istehsalının  həc-minin  dəyişilməsini  xarakterizə  etmək 



üçün  fərdi  fiziki  həcm  indeksi  hesablanır. Məhsulun  fiziki  həcmi  “q”  hərfilə  işarə  olunur  və  fərdi  fiziki 

həcm indeksi aşağıdakı düstur şəklində yazılır: 

                                               q

1

 

                                      i



p

 ═

  

──  ; 

                                               q

o 

 


52 

 

Burada, i



q

fərdi fiziki həcm indeksi, 

          q



o

- əsas dövrdə satılmış və ya istehsal edilmiş məhsulun fiziki həcmini,  



          q

1

- hesabat dövründə satılmış və ya istehsal edilmiş məhsulun fiziki həcmini göstərir. 

 

    Fərdi  indekslərin  hesablanmasında  məhsulların  bircinsliliyi  ciddi  gözlənilməlidir.  Qiymət  indeksinin 



hesablanmasında hansı növ və çeşiddən söhbət getdiyi dəqiq müəyyən edilməlidir. Belə ki, hətta ən sadə 

məhsul  olan  çörək  müxtəlif  çeşidlərdən  ibarət-dir.  Müxtəlif  çeşidli  məhsulların  müxtəlif  qiyməti  olur. 

Ona  görə  də  fərdi  qiymətlərin  hesablanmasında  keyfiyyətcə  bircinsli  əmtəələr  götürülməlidir.  Fərdi 

qiymət və fərdi fiziki həcm indeksinin hesablanmasını aşağıdakı misal əsasında izah edək. 

   

   Misal.  Naxçıvan  şəhər  bazarında  2011-cü  ilin  sentyabr  və  dekabr  aylarında  satılmış  əmtəələrin  qiyməti  və 



miqdarı aşağıdakı məlu-matla xarakterizə olunur (cəd. 5.12). 

 

Cədvəl 5.12. Satılmış əmtəələrin qiyməti və miqdarı



Ə

mtəə 

növləri 

Ölçü 

vahidi 

sentyabr 

Dekabr 

ə

mtəələrin miqdarı  əmtəə vahidinin qiyməti, man. 

ə

mtəələrin miqdarı 

ə

mtəə vahidinin qiyməti, man. 

kələm 

kq 


2400 

0,40 


1100 

1,20 


kartof 

kq 


9800 

0,50 


8500 

1,50 


süd 

litr 


1200 

0,50 


1100 

0,80 


    Fərdi fiziki həcm və fərdi qiymət indeksləri aşağıdakı cədvəldəki kimi hesablanmalıdır (cədvəl  5.13).  

 

Cədvəl 5.13.  Fərdi qiymət və fərdi fıziki həcm indekslərinin hesablanması  



Ə

mtəə növləri 

Fərdi qiymət indeksləri 

Fərdi fiziki həcm  indeksləri 

kələm 

1,20 : 0,40 = 3  (300%) 

1100:2400 = 0,458 (45,8%) 

kartof 

1,50 : 0,50 = 3  (300%) 

8500:9800 =0,867 (86,7%) 

süd 

0,80 : 0,50 = 1,6 (160%) 

1100:1200 = 0,917 (91,7%) 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin