i
) və beta əmsalları (β)
hesablanır.
VI.Aparılmış müşahidənin, onun nəticəsintə toplanan informasiyanın sistemləşdirilməsinin və ümu-
miləşdirilməsinin, alınmış nəticələrin fərqli müəyyənləşdirici əlamətlər əsasında qruplaşdırılmasının və
əyani təsvir vasitələri ilə, əsasən mütləq ifadələrlə əks etdirilməsinin mühüm sosial-iqtisadi əhəmiyyəti
vardır.
İqtisadi statistik təhlil özü ilə mürəkkəb quruluşu ifadə edir ki, onun da hər bir bölməsi lokal qaydada
nəzərdən keçirildikdə özü də ayrıca sistem kimi qəbul oluna bilər. Bunları bloklar şəklindən aşağıdakı
qruplara bölmək mümkündür: tədqiqatın məqsədi, vəzifələri, statistik təhlilin vəzifələri, mərhələləri, prin-
sipləri.
İqtisadi statistik araşdırmanın mühüm mərhələsi hesab olunan təhlil özü ilə nəzərdən keçirilən obyek-
tin ayrı-ayrı tərkib hissələrə bölüşdürülməsini, onların statistik məcmunun vahidləri kimi nəzərdən
keçirilməsini və elmi cəhətdən öyrənilməsini təcəssüm etdirir.
İqtisadi-statistik təhlil qeyd olunan mərhələlərlə yanaşı on-larda tətbiq olunacaq metodikanı da işləyib
hazırlamalıdır. Tədqiq olunan hadisə və proseslərin olduğu kimi əks etdirilməsinin təmin olunması iqti-
sadi-statistik təhlilin aparılmasında hansı statistik-araşdırma metodlarından istifadəni, onların hansı qayda
və ardıcıllıqla aparılması və s. bu kimi işlərin görülməsini nəzərdə tutur. İqtisadi informasiyanın statistik
təhlilinin aparılmasını ilk növbədə bu işlə bağlı qarşıya qoyulan məqsədlə nizamlamaq mümkündür.
Hər hansı iqtisadi-statistik araşdırmanın vəzifələri sırasında ilkin addımlarından biri tədqiqat obyektini
təşkil edən obyekt və hadisələri müəyyənləşdirilməsi və onun qiymətləndirilməsi hesab olunur. Digər tə-
rəfdən, obyektin qiymətləndirilməsində həm eyni, həm də müxtəlif cinsliliyini bilinməməsi müşahidə
olunur ki, buradan da həmçinin digər spesifik məqamların işıqlandırılması mümkün deyil. İqtisadi
proseslərin səmərəlliyinin və təsərrüfat subyektlərinin işgüzar fəalliğının cəmiyyətin sosial infrastrukturu
və onun vəziyyətinin qiymətləndirilməsi, empirik materialların keyfiyyətindən, onların inkişaf qanunauy-
ğunluqları və meyllərinin aşkara çıxarılması və elmi cəhətdən əsaslandırılmasından asılıdır.
Hadisə və proseslərin quruluşunun, onların arasındakı qarşılıqlı əlaqələrin, həmçinin inkişaf qanunauy-
ğunlarının araşdırılması iqtisadi-statistik təhlildə mühüm məsələlərdən hesab olunur və bununla da əsas
vəzifələri sırasına daxil edilmişdir. İstənilən araşdırılan obyektin daxili və xarici qiymətləndirilməsi onun
həm tərkibi və quruuşu, həm digər obyektlərlə qarşılıqlı əlaqə və asılılıqları, həm də inkişaf qanunauy-
ğunluğu və meyli (həmçinin dinamikası) haqda məlumatların mövcudluğu şəraitində baş tuta bilər.
Oxşarlıqlarla bərabər araşdırılan statistik məcmunun vahid-lərində xeyli fərqlər mövcuddur ki,
bunların əsasında da təhlilin təşkili mümkün olur. Təhlil araşdırması məcmu və ya onun va-hidlərinin
inkişaf perspektivləri haqda nəticələrin formalaşdırıl-ması və uyğun təkliflərin verilməsi ilə başa çatır.
Təhlilin mərhələləri onlarda istifadə olunan metodların özünəməxsusluğu ilə fərqlənir. Statistik təhlil
zamanı istifadə olunan metodlara hadisə və əlamətlər arasındakı mühüm əlaqələrin aşkara çıxarılması,
topludakı vahidlərin bircinsliyinin qiymətləndirilməsi, toplunun öyrənilən əlamət üzrə bölgüsünün sis-
temli təhlili və s. əyani nümunə kimi göstərilə bilər. Öz növbəsində təhlil metodları da standart və daimi
deyildir, onlar öyrənilən hadisə və proseslərin xarakter və xassələrindən, onların təzahür formalarından
asılı olaraq dəyişə və uyğunlaşdırıla bilər.
77
İSTİ
FADƏ OLUNAN ƏDƏBIYYAT VƏ MƏNBƏLƏR
1.
Azərbaycan Respublikasının Konstitusiyası.Bakı 1995.
2.
“Rəsmi statistika haqqında” Azərb. Respublikası Qanunu. Bakı. 1994.
3.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə. Bakı. 2009.
4.
“2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı”. Bakı.
2007.
5.
M.Bağırov. Statistikanın nəzəri əsasları Naxçıvan. 2012
6.
M.Bağırov.Statistika kursu. Naxçıvan 2012.
7.
M.Bağırov. Statistika nəzəriyyəsi. I nəşr. Naxçıvan, 2010.
8.
M.Bağırov. Statistika nəzəriyyəsi. II nəşr. Naxçıvan, 2011.
9.
M.Bağırov. Sosial-iqtisadi statistika. 2 cildlik. Naxçıvan, 2011.
10.
S.Hacıyev. Statistikanın ümumi nəzəriyyəsi. Bakı. 2005.
11.
S.Hacıyev. Statistikanın tarixi. Bakı. 1993
12.
S.Hacıyev. Statistikanın ümumi nəzəriyyəsi. Bakı. 1994
13.
S.Hacıyev, S.Əliyev. Statistikanın indeks metodu. Bakı. 1996
14.
S.Hacıyev. Statistikanın ümumi nəzəriyyəsindən məsələlər külliyatı. Bakı.1996.
15.
S.Yaqubov. Sosial statistika (dərs vəsaiti) 2 cild. 1995.
16.
O.Məmmədli, M.İsmayılov, F.İsmayılov. Statistika nəzəriyyəsi. Bakı. 2009.
17.
R.Məmmədov. Beynəlxalq statistika. Bakı.2004
18.
R.Məmmədov. Ev təsərrüfatı büdcələrinin tədqiqatı statistikası. Bakı. 1998.
19.
R.Məmmədov. Milli hesablar sistemi. Bakı.2005.
20.
A.Məmmədov. Sosial-iqtisadi statistika. Bakı. 2000.
21.
Y.İvanov. İqtisadi statistika. Moskva.1999.
22.
R.Şmaylova. Statistika nəzəriyyəsi. Moskva. 2008.
23.
İ.Yeliseyeva. Statistika. Moskva. 2008.
24.
İ.Yeliseyeva, M.Yüzbaşev. Statistikanın ümumi nəzəriyyəsi. Moskva, 1998.
25.
A.Sidenko. Beynəlxalq statistika. Moskva. 2006.
26.
İ.İvanov. İqtisadi statistika. Moskva. 2003.
27.
S.İlyenkova. Firmaların iqtisadiyyatı və statistikası. Moskva. 1996.
28.
M.Yefimova, Y.Petrova, V.Rumyantsev. Statistikanın ümumi nəzəriy-yəsi. Moskva, 1999.
29.
N.Tolstik, N.Mateqorina. Statistika. Postov-Don. 2001.
30.
B.Ploşko. Qruplaşdırma və statistika göstəriciləri sistemi. Moskva, 1994