Mövzu Statistika elmi haqqında anlayış, onun predmeti və statistik fəaliyyətin təşkili



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə12/18
tarix21.04.2017
ölçüsü1,48 Mb.
#14978
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

 

    


Cədvəl  məlumatlarından  aydın  olur  ki,  2009-cü  ilin  sentyabr  ayına  nisbətən  dekabr  ayında  satılmış 

kələmin  qiyməti  3  dəfə  artmış,  miqdarı  ısə  54,2%  azalmışdır.  Həmin  dövrdə  kartofun  qiyməti  3  dəfə, 

südün qiyməti 1,6 dəfə artmış, onların satış miqdarları isə müvafiq olaraq 13,3% və 8,3% azalmışdır.  

    Bazar münasibətlərinə keçidin müasir dövründə qiymətlərin sürətli mövsümi artması, əhalinin alıcılıq 

qabiliyyətinin  azal-ması,  istehsalın  həcminin  aşağı  düşməsı  əhalinin  sosial-iqtisadi  vəziyyətinin 

ağırlaşmasına gətirib çıxaran amillərdəndir.    

    Mühüm keyfiyyət indekslərindən biri də məhsulun maya də-yərının indeksidir. Məhsulun maya dəyəri 

Z” ilə işarə edilər-sə, fərdi maya dəyəri indeksinin düsturunu aşağıdakı kimı yaz-maq olar: 

 

                                                Z



1 

                                         i

Z

 ═

  

──  ; 

                                                 Z

 

  Burada, i



Z

 -məhsulun fərdi maya dəyəri indeksi, 

              Z

1

 -əsas dövrdə məhsul vahidinin maya dəyəri,  



             Z

o

 -hesabat dövründə məhsul vahidinin maya dəyəridir. 

 

     Hesablama  xüsusiyyətlərinə  görə  fərdi  indekslər  nisbi  kə-miyyətlərdən  fərqlənmir.  İndeksləri  nisbi 



kəmiyyətlərdən  fərq-ləndirən  cəhət  ümumi  indeksləri  hesabladıqda  özünü  aydın  bi-rüzə  verir.  Belə  ki, 

ümumi  indekslər  bilavasitə  cəmlənilə  bil-məyən  mürəkkəb  hadisələrin  dəyişilməsini  xarakterizə  edirlər. 

İstehlak  xüsusiyyətlərinə  görə  müxtəlif  əmtəələrin  qiymətləri-nin,  həcmlərinin  birlikdə  dəyişilməsini 

müəyyən etmək üçün ümumi indeksi hesablamaq lazımdır. Müxtəlif istehlak xüsu-siyyətlərinə malik olan 

əmtəələrin qiymətlərini, həcmlərini bi-lavasitə cəmləmək olmaz. 

    Hələ  1752-ci  ildə  fransız  iqtisadçısı  Dyuma  təklif  etmişdir  ki,  müxtəlif  xüsusiyyətli  əmtəələrin 

qiymətlərinin  dəyişilməsini  müəyyən  etmək  üçün  hesabat  dövründə  əmtəələrin  qiymətlərini  cəmləyib 

əsas  dövrdəki  əmtəələrin  qiymətlərinin  cəminə  böl-mək  lazımdır.  Yəni  aşağıdakı  düsturdan  istifadə 

edilməsi məs-ləhət görülmüşdür:  

                                                  p



1 

                                          i

p

 ═

   

──  ; 

                                                  p

o 

 

     Bu üsulla qiymət indeksinin hesablanmasının ciddi nöqsan-lara malik olması sonradan ondan istifadə 



edilməməsinə  gətirib  çıxarır.  Qiymətlərin  eyni  ölçü  vahidində  ifadə  olunmalarına  baxmayaraq,  onlar 

əmtəənin natural forması ilə sıx əlaqədardır. Bundan başqa, bu üsul ümumi əmtəə dövriyyəsində ayrı-ayrı 

əmtəələrin  xüsusi  çəkilərini  əks  etdirmir.  Məhz  ona  göra  də  italyan  iqtisadçısı  Karli  1766-cı  ildə  təklif 


53 

 

etmişdir ki, əvvəlcə fərdi qiymət indekslərini hesablamaq lazımdır, sonra fərdi in-dekslərdən hesabi orta 



qiymət indeksinin hesablanması məqsə-dəuyğun hesab olunmuşdur. 

    İtalyan iqtisadçısı Karlinin təklif etdiyi qiymət indeksinin düsturu aşağıdakı kimidir:  

                                                   i

p 

                                          i

p

 ═

   

──  ; 

                                                   n

 

 

 



    

Deməli, ümumi qiymət indeksini hesablamaq üçün fərdi qiy-mət indekslərini cəm edib, onların sayına 

bölmək  lazımdır.  Əv-vəlki  üsula  nisbətən  bu  üsulla  qiymət  indeksinin  hesablanma-sının  müsbət  cəhəti 

ondan  ibarətdir  ki,  burada  müqayisəlilik  məsələsi  gözlənilir,  yəni  orta  kəmiyyət  eyni  kəmiyyətli  nisbi 

kəmiyyətlər  əsasında  hesablanir.  Lakin  bu  üsul  da  ciddi  nöqsa-na  malik  olduğuna  görə  onun  tətbiqini 

məhdudlaşdırır.  Belə  ki,  bu  üsul  ümumi  əmtəə  dövriyyəsində  ayrı-ayrı  əmtəələrin  xüsu-si  çəkilərini 

nəzərə almır.  

     Umumı indekslərın hesablanmasında göstərilən hər iki üsu-lun məntiqi cəhətlərinə baxmayaraq, onlar 

mürəkkəb  indekslə-rin  qurulması  metodlarının  əsasını  qoydular.  Müasir  ümumi  in-dekslər  iki  növə: 

aqreqat və orta indekslərə  ayrılır. Aqreqat in-dekslər bilavasitə  cəmlənə  bilməyən  mürəkkəb  hadisələrin 

elementlərinin  cəminin  müqayisəsinə  əsaslanır.  Belə  indekslə-rin  qurulmasının  əsas  çətinliyi  müxtəlif 

əmtəələr  üçün  ortaq  öl-çünün  müəyyən  edilməsidir.  Belə  ortaq  ölçü  əmtəənin  dəyəri-dir.  Dəyər 

göstəricisi əmtəələrin müxtəlif natura formasında ol-masına baxmayaraq, onları müqayisə etməyə  imkan 

verir. Deməli,  müxtəlif  istehlak dəyərinə  malik olan  müxtəlif ölçü  vahidlərində  ifadə  olunan  məhsulları 

dəyər,  pul  ifadəsində  ver-dikdə  onları  müqayisə  etmək  olar.  Məhsul  vahidinin  qiymətini  satılmış 

məhsulun  miqdarına  vurduqda  müvafiq  dövrün  qiy-mətlərində  əmtəə  dövriyyəsini  alarıq.  Hesabat 

dövründə olan əmtəə dövriyyəsini əsas dövrdəki əmtəə dövriyyəsınə böldükdə əmtəə dövriyyəsinin necə 

dəyişildiyini xarakterizə etmiş olarıq. Bu göstəriciyə əmtəə dövriyyəsi indeksi deyilir. Ümumi in-deksləri 

böyük “İ” hərfilə işarə etsək, onda əmtəə dövriyyəsi indeksinin düsturunu aşağıdakı kimi yazmaq olar: 

 

                                                   ∑ q



p

1



  

                                       İ



pq

 ═  ────── ; 



                                                   ∑ q

p



0

  

 

 Burada q





p



əsas dövrdə əmtəə dövriyyəsi,                                 q



p

- hesabat dövründə əmtəə dövriyyəsi. 

 

     Bu  indeks  ayrılıqda  əmtəələrin  miqdarının  və  qiymətlərinin  dəyişilməsi  haqqında  təsəvvür  əldə 



etməyə imkan vermir, o an-caq ümumi əmtəə dövriyyəsinin və yaxud ümumi əmtəə kütlə-sinin dəyərinin 

necə dəyişildiyini xarakterizə edir. Əmtəə küt-ləsinin dəyərlə  ifadə olunması ayrı-ayrı məhsul növlərinin 

mü-qayisə edilməsini təmin edir. Lakin əmtəə kütləsinin dəyərinin belə bir müqayisəliliyi qiymətlərin və 

satılmış  əmtəələrin  həc-minin  necə  dəyişildiyini  müəyyən  etməyə  imkan  vermir.  Azər-baycan 

Respublikasında  bazar  iqtisadiyyatı  şəraitində  satılan  və  istehsal  edilən  əmtəələrin  qiymətlərinin  çox 

sürətlə  artması  döv-ründə  qiymətlərin  dəyişilməsinin  əhalinin  sosial-iqtisadi  vəziy-yətinə  təsirinin 

nəticələrini  müəyyənləşdirmək  üçün  ümumi  qiy-mətlər  indeksinin  hesablanmasının  mühüm  əhəmiyyəti 

vardır.  

     Məlumdur  ki,  qiymətlərin  dəyişilməsi  xalq  təsərrüfatı  üçün  bütövlükdə  ümumi  iqtisadi  səmərəliliklə 

əlaqədardır. Belə ki, Respublikamızda müasir şəraitində qiymətlərin sürətlə artması eyni miqdarda alınan 

əmtəələrə  çəkilən  xərclərin  əhəmiyyətli  dərəcədə  artmasına  səbəb  olur.  Daxili  ticarətdə  əmtəələrin  qiy-

mətlərinin azalması qiymətlərin dəyişilməsi nəticəsində əhali-nin qənaətinin həcmini göstərir. Mədaxil və 

məxaric  üçün  qiy-mətlər  indeksi  qiymətlərin  artması  və  yaxud  azalması  nəticə-sində  cari  dövrdə  xarici 

ticarətdən  əldə  edilən  qazanc  və  yaxud  ziyanın  həcmini  müəyyən  edir.  Ümumi  qiymətlər  indeksini  he-

sablamaq üçün əmtəə  kütləsinin  həcminin  indeksə  təsirini ara-dan qaldırmaq  lazımdır. Bu halda ümumi 

qiymətlər indeksinin aqreqat düsturu aşağıdakı kimi yazıla bilər:    

 

                                               ∑ p

q



 

                 



               

 İ



p

 ═  ────── ; 



                                               ∑ p

q





 

 

  Burada, p



1

q

1

 - hesabat dövründə əmtəə dövriyyəsi,    p



o

q

- əsas dövrün qiymətləri ilə hesabat dövründəki əmtəə dövriyyəsi 

     Düsturda  ifadə  edildiyi  kimi,  ümumı  qiymətlər  indeksində  hesabat  dövründə  satılmış    və  ya  istehsal 

edilmiş  əmtəənin  həc-mi  çəki  kimi  götürülür.  Ümumi  qiymətlər  indeksini  hesabat  dövründə  satılmış 

əmtəənin həcmi əsasında hesabladıqda qiy-mətlərin dəyişilməsi nəticəsində əhalinin əldə etdiyi qənaətin 


54 

 

və  ya  artıq  xərcin  mütləq  məbləğini  müəyyən  etmək  mümkündür.  Əhalinin  qənaətinin  və  ya  xərcinin 



mütləq məbləğini müəyyən etmək üçün yuxarıdakı düsturun sürətindən məxrəcini çıxmaq lazımdır (∑p



q



- ∑p



q

1

). Cavab mənfi olarsa qənaəti, müsbət olarsa artıq xərci göstərir.  

    İqtisadi mahiyyəti olan bu indeksdən Azərbaycan Respubli-kasının iqtisadi-statistik tədqiqatında geniş 

istifadə  edilir. İn-kişaf etmiş kapitalist ölkələrində, adətən, alman  iqtisadçısı E. Laspeyresin təklif  etdiyi 

əsas dövrün çəkiləri  ilə  hesablanılan ümumi qiymətlər  indeksindən  istifadə edilir. Əsas dövrün çəki-ləri 

ilə ümumi qiymətlər indeksinin aqreqat düsturu aşağıdakı kimi ifadə olunur: 



                                                     ∑ p

q



 

                                        İ



pq

 ═  ────── ; 



                                                     ∑ p

q





 

 

            Burada p



1

q

o

əsas dövrün çəkiləri ilə cari dövrdə şərti əmtəə dövriyyəsi,                p

o

q

o

əsas dövrdə əmtəə dövriyyəsidir. 

 

    



Adı  çəkilən  ölkələrdə  bu  indeks  düsturundan  istifadə  edil-məsinə  üstünlük  verilir,  çünki,  təcrübi 

cəhətdən  o  daha  fayda-lıdır.  Belə  ki,  cari  dövrün  çəkilərilə  qiymətlər  indeksinin  hesab-lanmasında  hər 

dəfə  cari  dövrdə  satılmış  əmtəələrin  miqdarı  haqqında  məlumat  olmasını  tələb  edir.  Laspeyresin 

düsturunda  indeksin  çəkisi  müəyyən  dövr  üçün  verilmişdir,  yəni  çəki  eyni  olaraq  qalmaqdadır.  Onu  da 

qeyd  etmək  lazımdır  ki,  kapitalist  ölkələrində,  adətən,  əmtəələrin  qiymətlərinin  qeydə  alınması  la-zımi 

səviyyədə  təşkil  edilmişdir.  Bu  indeksin  hesablanmasının  təcrübı  faydalı  olmasına  baxmayaraq, 

göstəricilərin  iqtisadi  ma-hiyyəti  indekslərin  hesablanmasında  da  əsas  götürülməlidir.  Ca-ri  dövrün 

çəkilərilə  hesablanan  qiymətlər  indeksinin  iqtisadi  ma-hiyyəti  ondan  ibarətdir  ki,  hesabat  dövründə 

qiymətlərin  dəyişil-məsi  nəticəsində  əhalinin  qənaətinin  və  yaxud  artıq  xərcinin  mütləq  məbləğini 

müəyyən  etmək  mümkündür.  Bundan  başqa,  cari  dövrün  çəkilərilə  hesablanan  ümumi  qiymət  indeksi 

düstu-runun sürəti (p

1

q

1

) cari dövrdə real iqtisadi kəmiyyətdir, yəni əmtəə dövriyyəsidir. 

     Ümumi qiymətlər indeksi əvvəlki indeksin tələblərini ödə-məsinə baxmayaraq, burada düsturun sürəti 

şərti əmləə dövriy-yəsi olub real iqtisadi mahiyyətə malik deyildir. 

     Beləliklə,  natura  formasında  müxtəlif  elementlərdən  olan  məcmunun  dəyişilməsini  xarakterizə  edən 

nisbi  kəmiyyətə  ümu-mi  indeks  deyilir.  Ümumi  qiymətlər  indeksinin  hesab-lanmasına  dair  söylənilən 

nəzəri  müddəalar  istehsal  edilmiş  məhsulun  fiziki  həcm  indeksinə  də  aiddir.Əmtəə  dövriyyəsinin 

(istehsal  edilmiş  məhsulun)  ümumi  həcm  indeksinin  hesablan-masında  əmtəə  dövriyyəsi  indeksində 

qiymətlərin təsirini kənarlaşdır-maq  lazımdır.Əmtəə  dövriyyəsinin ümumi  fiziki  həcm  indeksini düzgün 

qurmaq üçün əsas dövrdə satılmış və ya istehsal edilmiş məhsulların qiymətlərini çəki götürmək lazımdır. 

Yalnız  sabit  götürülmüş  çəki  əsasında  satılmış  və  ya  istehsal  edilmiş  məhsul-ların  miqdarının 

dəyişilməsini düzgün  xarakterizə  etmək  müm-kündür.  Əmtəə  dövriyyəsinin  fiziki  həcm  indeksində  əsas 

dövr-də  satılmış  (istehsal  edilmiş)  əmtəələrin  qiyməti  sabit  çəkidə  gö-türüldükdə,  qiymətlərin  təsirini 

aradan qaldırmaq və həcmin dəyişilməsini xarakterizə etmək mümkündür.  

     Əmtəə dövriyyəsinin fiziki həcm indeksini cari dövrün qiy-mətləri əsasında da hesablamaq olar. Belə 

halda  hər  dəfə  yeni  dövrün  qiymətləri  götürülməlidir.  Bu  da  hər  bir  ilin  fiziki  həcm  indeksində 

qiymətlərin  hərəkətinin  təsirini  özündə  əks  etdir-məli  olacaqdır.  Ona  görə  də  fiziki  həcm  indeksini  hər 

hansı  bır  dövrün  qiymətlərini  əsas  çəki  götürməklə  hesablamaq  daha  düz-gün  nəticə  verə  bilər. 

Qiymətlərin  kəskin  şəkildə  dəyişildiyi  dövrdə  çəki  sabit  ölçü  kimi  cari  dövrün  qiymətlərini  götürmək 

əlverişli deyildir, çünki belə halda əmtəələrin qiymətləri onların dəyərindən kəskin sürətdə fərqlənə bilər. 

Bunları  nəzərə  alaraq  fiziki  həcm  indeksini  çəki  kimi  götürülən  əsas  dövrün  qiymət-ləri  əsasında 

hesablamaq  lazımdır.  Deyilənləri  nəzərə  alaraq  əmtəə  dövriyyəsinin  ümumi  fiziki  həcm  indeksinin 

düsturu aşa-ğıdakı kimi olmalıdır: 

 

                                                  



∑ q

p



0

  

                                           İ



q

 ═  ────── ; 



                                                       ∑ q

p



0

  

 

  



Burada: q



p

o

- əsas dövrün qiymətləri ilə hesabat dövründə əmtəə dövriyyəsi (ümumi məhsulu),  

                q

o

p

o

əsas dövrdə faktiki əmtəə dövriyyəsidir (ümumi məhsulu). 

    Fiziki  həcm  indeksi  sənayedə  sənaye  məhsulları,  kənd  təsər-rüfatı  məhsulları  üzrə,  ticarətdə  əmtəə 

dövriyyəsi  üçün  hesab-lana  bilər.  Fiziki  həcm  indeksi  müxtəlif  iş  növləri  üçün  də  he-sablanır.  Fiziki 

həcm  indeksinin  hesablanmasında  ümumi  dəyər  (pul)  əvəzinə  vaxt  da  götürülə  bilər.  Məsələn,  qiymət 

əvəzinə vaxt norması götürülürsə, o zaman ümumi fiziki həcm indek-sinin düsturu aşağıdakı kimi yazıla 

bilər: 


 

                                                   ∑ q

t

o



  

55 

 

                                        İ



q

 ═  ────── ; 



                                                    ∑ q

t



o

  

 

 

Burada: t



- əsas dövrdə əmtəə (məhsul) vahidinə norma üzrə sərf edilən vaxtdır 

.   

   


  Bu  indeksdən  ən  çox  kənd  təsərrüfatında  ayrı-ayrı  işlərin  (şumlama,  səpın,  becərmə  və  s.)  fiziki 

həcminin dəyişilməsini müəyyən etmək üçün istifadə edilir. 

    Ümumi indeksin formaları.  Ümumi  indekslər aqreqat və  orta indekslərə  ayrılır. Orta indekslər  hesabi 

orta və harmonik orta indeksə ayrılır. 

    Ümumi  indekslərin  əsas  forması  aqreqat  indeksidir.  Aqreqat  dedikdə  müxtəlif  məhsulların  birlikdə 

qiymətlərinin,  həcmləri-nin  dəyişilməsinin  öyrənilməsi  nəzərdə  tutulur.  Natura  şəklində  cəmlənilə 

bilməyən  müxtəlif  hadisələrin  birlikdə  dəyişilməsi ümumi  indekslər vasitəsilə  öyrənilir. Ümumi  indeksi 

hesabla-maq üçün,  ilk öncə  dəyişilməsi öyrənilən hadisənin  cəmlənmə-sini təmin  etmək  lazımdır. Buna 

nail olmaq üçün düstura in-deksləşdirilən göstəricilər sıx iqtisadi əlaqəsi olan və sabit gö-türülən göstərici 

əlavə etmək lazımdır. Qiymətlərin indeksləş-dirilməsində belə göstərici əvvəlki bölmədə əsaslandırıldığı 

ki-mi  hesabat  dövründə  satılmış  (istehsal  edilmiş)  əmtəənin  miq-darı  ola  bilər.  Deməli,  ümumi  qiymət 

indeksində  ortaq ölçü,  çə-ki  kimi  hesabat  dövründə  satılmış  malların  miqdarı  götürülür.  Buradan  aydın 

görünür  ki,  müxtəlif  məhsulların  qiyməti  və  miqdarı  ayrılıqda  götürüldükdə  cəmlənə  bilməz.  Müxtəlif 

ele-mentlərdən ibarət olan məcmunu dəyər (pul) şəklində və sabit çəkilərlə ifadə etdikdə onları cəmləmək 

və  müqayisə  etmək  mümkündür.  Yalnız  bu  halda  qiymətlərin  səviyyəsinin  dəyişil-məsini  düzgün 

xarakterizə etmək mümkündür. 

    Satılmış  (istehsal  edilmiş)  əmtəənin  miqdarı  indeksləşdiril-dikdə  müxtəlif  əmtəələri  sabit  götürülmüş 

əsas dövrün qiy-mətlərində dəyər formasında ifadə etmək lazımdır. Bu zaman çəki rolunu ifadə edən əsas 

dövrdə  satılmış  (istehsal  edilmiş)  əmtəənin  qiyməti  onun  həcminin  necə  dəyişildiyini  müəyyən  etməyə 

imkan  verir.  Beləliklə,  müxtəlif  elementlərdən  ibarət  olan  məcmunun  cəmlənilə  bilməməsini  aradan 

qaldırmaq  bütün  iqtisadi  indekslərin  əsas  forması  olan  aqreqat  indekslərin  hesab-lanmasına  gətirib 

çıxarır.  Hər  bir  iqtisadi  indekslərin  əsas  for-ması  aqreqat  indeksidir.  Bu  qaydanın  nəticəsi  kimi  fərdi 

indeks-lərdən  hesablanan  orta  indekslərin  nəticəsi  aqreqat  indeksinin  nəticəsinin  eynidir,  yəni  orta 

indekslər aqreqat indeksin çevril-miş formasıdır. Aqreqat indeksləri ancaq hesabi orta və harmo-nik orta 

indekslərə  çevirmək  mümkündür.  Ona  görə  də  orta  in-dekslərin  ancaq  iki  formasından-  hesabi  orta  və 

harmonik  orta  formalarından  istifadə  etmək  olar.  Bir  sıra  hallarda  mövcud  olan  statistika  məlumatı 

aqreqat  indeksi  hesablamağa  imkan  vermir.  Belə  hallarda  hesabi  orta  və  harmonik  orta  indekslərdən 

istifadə edilir. 

   Orta  qiymətlər  indeksinin  hesablanması.  Yuxarıda  qeyd  edil-diyi  kimi,  orta  indekslər  aqreqat 

indekslərin  çevrilmiş  forması-dır.  Məlum  olduğu  kimi,  aqreqat  qiymət  indeksinin  düsturu  aşağıdakı 

şəkildə yazılır: 

                                                  

∑ p



q



 

                                            İ



p

 ═  ────── ; 



                                                       ∑ p

q



1  

 

     


Hesabat  dövründə  ayrı-ayrı  əmtəələrin  qiymətinin  satılmış  (istehsal  edilmiş)  əmtəənin  miqdarına 

vurub  cəm  edib,  əsas  dövrdə  əmtəə  vahidinin  qiymətini  hesabat  dövründə  satılmış  (is-tehsal  edilmiş) 

əmtəənin  miqdarına  vurub  cəm edib alınan  məb-ləğlərin  nisbəti  müəyyən edilir. Bu o vaxt mümkündür 

ki,  satıl-mış  (istehsal  edilmiş)  əmtəənin  hər  iki  dövrdə  qiyməti  və  miq-darı  haqqında  məlumat  olsun. 

Təcrübədə bir sıra hallarda belə  məlumat olmur. Ona görə orta indekslərdən istifadə edilir. Fərdi qiymət 

indeksi düsturunda (i



p

p



1

-in qiymətini tapıb  (p



1

=  i



· p

o

) onu aqreqat qiymət  indeksi düsturunda yerinə 

yazsaq  hesabi orta qiymətlər indeksinin düsturunu  alırıq: 

                                                 

∑ i

p

 p



q

 



                                            İ

p

 ═  ────── ; 



                                                       ∑ p

q





 

 

     Düsturdan  aydın  olur  ki,  hesabi  orta  qiymət  indeksində  əsas  dövrün  qiymətlərilə  hesabat  dövründə 



əmtəə  dövriyyəsidir,  in-deksləşdirilən  kəmiyyət,  variant  (x)  isə  fərdi  qiymət  indeksidir  (i

p

),  hesabı  orta 

qiymət indeksinin  nəticəsi aqreqat qiymət in-deksinin  nəticəsilə  eyni olmalıdır. Fərdi qiymət indeksində 

(i



p

)  p



o

-ın  qiymətini  tapıb  aqreqat  qiymət  indeksi  düsturunda  yerinə  yazsaq    orta  harmonik  qiymət 

indeksinin düsturunu alarıq: 

 

                                                       ∑ p



q



 

56 

 

                 



                      

 İ



p

 ═  ────── ; 



                                                          

                                                           ∑ ── p



q

1



 

                                                      

               



i



 

Burada  i



p

- variantdir, çəki isə hesabat dövründə olan əmtəə  dövriyyəsidir. 

   

Yuxarıda  verilmiş  hər  iki  düsturda  indeksin  cavabı  eynidir,  çünki  bu  indekslər  fərdi  qiymət  indeksi 



əsasında aqreqat qiy-mət indeksinin çevrilmiş formasıdır. 

     Bazar  iqtisadiyyatı  şəraitində  qiymətlər  indeksinin  aqreqat  və  harmonik  orta  qiymətlər  indeksi 

düsturlarından  istifadə  edi-lir.  Aqreqat  və  harmonik  qiymətlər  indekslərinin  sürəti  real  kə-miyyət 

olduqlarına  görə  onlardan  istifadə  olunması  məqsədə-uyğundur.  Aqreqat  və  harmonik  qiymətlər 

indekslərinin  sürə-tində  hesabat  dövründəki  əmtəə  dövriyyəsi  haqqında  məlumat  verilir.  Bazar 

iqtisadiyyatı  şəraitində  harmonik  qiymət  indek-sinin  daha  geniş  tətbiqi  bu  məlumatın  olması  ilə 

əlaqədardır.  Aqreqat  qiymət  indeksində  hər  iki  dövrdə  qiymətlər  və  əmtəə-lərin  miqdarı  haqqında 

məlumatın  olmasını  tələb  edirsə,  har-monik  qiymət  indeksində  hesabat  dövründə  əmtəə  dövriyyəsi  və 

əmtəə  qrupları  üzrə  fərdi  qiymət  indekslərinin  hesablanma-sını  tələb  edir.  Belə  bir  məlumat  ticarət 

təşkilatlarında  həmişə  vardır.  Deməli,  əmtəə  qrupları  üzrə  hesabat  dövründə  əmtəə  sə-viyyəsini  həmin 

əmtəə  qrupları  üzrə  fərdi  qiymətlər  indeksinə  böldükdə  harmonik  qiymət  indeksinin  məxrəcində  əsas 

dövrün  qiymətlərilə  hesabat  dövründə  əmtəə  dövriyyəsi  müəyyən  edi-lir.  Buna  görə  aqreqat  qiymət 

indeksinə nisbətən harmonik qiy-mət indeksindən daha çox istifadə edilir. Harmonik qiymət in-deksində 

hesabat dövründə əmtəə dövriyyəsi (∑p



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin