Plan:
1. Statistika elminin nəzəri əsasları
2. Statistikanın metodu və mərhələləri
3. Statistikanın vəzifələri və təşkili prinsipləri.
4. Statistika elminin sahələri
I.Statistika öz inkişaf tarixində əsaslı sürətdə dəyişilmiş və təkmilləşmişdir. O, fəlsəfə və iqtisadi nəzə-
riyyə elmlərinin kateqoriya, qanun va müddəalarına istinad edərək özünəməxsus olan anlayış və kateqo-
6
riyalarını inkişaf etdirmişdir. Statistika elmi cəmiyyətin inkişaf qanunauyğunluqlarını tədqiq edərkən fəl-
səfənin prinsiplərinə istinad edir. Bu prinsiplərə hadisə və proseslərin qarşılıqlı əlaqə və asılılıqda olması,
sosial-iqtisadi hadisələrin daim hərəkətdə, dəyişməkdə və inkişafda olması, hadisələrin inkişafı nəticə-
sində kəmiyyətin keyfıyyətə keçməsi qanunu, obyektiv varlığın ən mühüm prinsipi olan əksliklərin vəh-
dəti və mübarizəsi qanununu göstərmək olar. Eyni zamanda statistika sosial-iqtisadi hadisələrin kəmiyyət
tərəflərini öyrəndiyinə görə iqtisadi nəzəriyyə elminə, onun kateqoriya və qanunlarına da əsaslanır. Onlar
bir-birilərindən istifadə etmədən qənaətbəxş nəticələr əldə edə bilməzlər.
Statistika sosial-iqtisadi qanunları kəşf etmək üçün lazımi materiallar verməklə bərabər, konkret mə-
kan və zaman daxilində həmin qanunların baş verməsi fəaliyyətini rəqəmlərlə işıqlandırmaqla, onların
dərk edilməsi və istifadə olunmasını asanlaşdırır. Deməli, statistika elmi fəlsəfə, iqtisadi nəzəriyyə və
iqtisad elmlərinin ayrı-ayrı sahələrinin kateqoriya və anlayışlarına istinad edərək sosial-iqtisadi hadisə-
lərin dərk edilməsində mühüm rola malikdir. Hər bir elmin təzahürünün mühüm məsələsi onun nəzəri
əsaslarının mövcudluğudur. Statistika elminin nə-zəri əsasını ona məxsus əsas prinsiplərin məcmusunda
olan anlayış və kateqoriyalar təşkil edir. Bu elmdə mühüm anlayış və kateqoriyalara əlamət, statistika
məcmusu, məcmu vahidi, əla-mətin variasiyası, qanunauyğunluq və s. daxildir.
Nəzəri əsasların mühüm komponenti hesab olunan əlamətlər atributiv (keyfiyyət) və kəmiyyət əla-
mətləri olmaqla iki qrupa bölünür. Mühüm xüsusiyyətlərinə, xassələrinə görə bir-birindən fərqlənən əla-
mətlər atributiv (keyfiyyət) əlamətlər adlanır. Statistik tədqiqatın bu istiqamətdə aparılmasında ilk növ-
bədə keyfiyyət əlamətinin təyini, sonra isə ona uyğun kəmiyyətin müəyyənləşdirilməsi baş verir. Qarşı-
qarşiya duran keyfiyyət əlamətlərinin birinin qəbul edilməsi alternativ əlamət adlanır. Ayrı-ayrı qiymət-
ləri kəmiyyətcə bir-birindən fərqlənən əlamətlərə kəmiyyət əlamətləri deyilir.
Əlamətlər mühüm və qeyri-mühüm əlamatlərə ayrılır.
Statistika elminin mühüm anlayış və kateqoriyalarından birini statistika məcmusu təşkil edir. Hər hansı
bir əlamət üzrə eyni keyfiyyətli sosial-iqtisadi hadisələr çoxluğu statistika məcmusu adlanır. Statistika
məcmusunda vahidlərin sayının çox olması məcburi deyildir. Bazar iqtisadiyyatı şəraitində statistika
məcmusunun həcmi prinsipcə çox az ola bilər. Statistika məcmusunun ayrı-ayrı vahidləri məcmu vahid-
ləri adlanır.
Məcmu vahidlərinin eyni olması onları bir statistika məcmusunda ifadə olunmağa imkan verir. Bunun-
la bərabər məcmu vahidləri muəyyən əlamatə görə bir-birindən fərqlənirlər. Məcmu vahidləri onlara xas
olan əlamətə görə müxtəlif qiymətlərə malik olarsa, buna statistika elminin mühüm kateqoriyası olan ala-
mətin variasiyası (dəyişməsi) deyilir. Əlamətin variasiyası təsadüfi səbəblərin təsiri nəticəsində baş verir.
Statistikanın mühüm kateqoriyası onun qanunauyğunluğudur. Statistika qanunauyğunluğu kütləvi, çox
götürülmüş məlumatlar əsasında müəyyən edilə bilər. Qanunauyğunluq dedikdə hadisələrdə baş verən
təkrar olunması və ardıcıl dəyişilmə başa düşülür. Deməli, statistika qanunauyğunluğu kütləvi faktların
obyektiv kəmiyyət qanunauyğunluğudur. O, obyektiv qanunların fəaliyyəti nəticəsində baş verir, daima
həmin hadisəni törədən kompleks şəraitin qalması haqqında orta kəmiyyətin sabitliyinə təminat verir.
Belə ki, statistika qanunauyğunluğu kütləvi statistika müşahidə məlumatı əsasında müəyyənləşdirilə bilər
və bu da onun böyük ədədlər qanunu ilə qarşılıqlı əlaqədə olmasını ifadə edir.
Böyük ədədlər qanunu. Sosial-iqtisadi hadisələrin bəlli məkan və zaman daxilində inkişaf qanunauy-
ğunluqlarının kütləvi məlumat əsasında öyrənilməsində statistika elminin mühüm rolu vardır. Həmin sta-
tistika qanunauyğunluqları ilə böyük ədədlər qanunu arasında sıx əlaqə olduğunu göstərir. Böyük ədədlər
qanununun sadə formada mahiyyəti ondan ibarətdir ki, hadisələrin kəmiyyət qanunauyğunluğu ancaq
külli miqdarda məlumatlar əsasında özünü biruzə verir. Azərbaycan Respublikasında bazar vasitəsilə bir-
birlərilə əlaqədə olan istehsalçıların isteh-sal qanunauyğunluqları ancaq bu və ya digər tərəfə göstərilən
fərdi meyllərin bir-birini tarazlaşdırılması yolu ilə orta kəmiyyət vasitəsilə müəyyənləşdirilir. Böyük
ədədlər qanunu sosial-iqtisadi hadisələrin dərk edilməsi və tədqiqində mühüm əhəmiyyətə malikdir.
Müasir şəraitdə sosial-iqtisadi hadisələrdə mövcud olan təsadüfi kənarlaşmalar bu qanun əsasında aradan
götürülür və həmin hadisələrdə ümumi inkişaf meylləri aşkar edilir. Qanun kütləvi müşahidə məlumatı
əsasında fəaliyyət göstərir, təsadüflərin va zərurətin dialektikasını ifadə edir. Təsadüfi tərəddüdlərin orta
kəmiyyətlərlə qarşılıqlı ödənilməsi nəticəsində tipik göstərici alınır. Bu, göstəricini ümumilikdə xarakte-
rizə etməyə imkan verir. Qanun sosial-iqtisadi hadisələri xarakterizə edən statistika göstəricilərini təsa-
düflərdən azad etməyə va həmin göstəricilər üzrə ümumi qanunauyğunluqları aşkara çıxarmağa imkan
verir.
7
Müasir iqtisadi şəraitdə riyazi statistika və optimallıq nəzəriyyəsi, statistika elmi ilə birlikdə sosial-
iqtisadi hadisələrin müxtəlif amillərin təsiri nəticəsində daim dəyişməkdə olan kə-miyyət və keyfiyyət
tərəflərinin dərk edilməsində mühüm rol oynayır. Statistika sosial-iqtisadi hadisələrin kəmiyyət tərəflə-
rini tədqiq edərkən riyazi statistika və ehtimal nəzəriyyəsinin üsullarından geniş sürətdə istifadə edir. Bu
metodlardan statistika tədqiqatında müvəffəqiyyətlə istifadə edilən dispersiya və korrelyasiya təhlilini
göstərmək olar.
II.Tarixi inkişaf və hər bir mərhələdə onun xüsusiyyətlərinin təzahürü tədricən elmi mühitin formalaş-
masına, yeni elmi istiqamətlərin yaranması və inkişafı ilə müşayət olunmuşdur. Elmin yaranması cə-
miyyətin tələblərindən və təkamülündən irəli gəlmişdir. Onun sistemli və kompleks şəkildə formalaşması
məhs uyğun dövrlərin ictimai və iqtisadi mühitlərinin təsiri ilə əlaqəli olmuşdur. Elmin mövcudluğu, ona
olan ehtiyac öz növbəsində onun metod və metodologiyasının yaranması ilə müşayət olunur ki, bu da tə-
biət, cəmiyyət və iqtisadiyyatın tələblərə uyğun araşdırılması baxımından məqsədəmüvafiq hesab edilmə-
lidir. Qeyd olunan məsələlər statistikadan da kənar keçməmişdir. Statistikanın metodoloji əsasını elmi
sürətdə dərketmə və sosial fəlsəfə nəzəriyyəsi təşkil edir. Statistika məlumatının müxtəlif tədqiqat me-
todları (üsulları) vasitəsilə əldə edilir. O, bir tərəfdən digər elmlər kimi öz tədqiqatını dialektik metodun,
yəni təbiət və cəmiyyəti elmi sürətdə dərketmə metodunun müddəalları üzərində qurur. Dialektik metoda
əsaslanaraq, elmlər öyrəndiyi predmetdən asılı olaraq, öz xüsusi tədqiqat üsullarını tətbiq edirlər. Xüsusi
metodlar hər bir elmin fərdi qaydada araşdırma yolu formasında təzahürlərindən hesab olunmalıdır. Sta-
tistika özünün spesifik metodlarından: statistika müşahidəsindən, statistik məlumatın qruplaşdırılması və
yekunlaşdırılmasından, ümumiləşdirici göstəricilərin hesablanması (nisbi və orta kəmiyyətlər, zəncirvari
yerdəyişmə, indekslər, müxtəlif riyazi metodlar və s.) metodlarından istifadə edir.
Statistika sosial-iqtisadi hadisələri tədqiq edərkən üç ardıcıl mərhələdən istifadə edir: 1.tədqiqat ob-
yekti haqda məlumatın toplanması (müşahidə); 2.toplanmış məlumatların qruplaşdırılması və yekunlaş-
dırılması; 3.alınmış nəticələrin təhlili (işləmə və təhlil). Bu mərhələlərin hər biri məzmun və həyata keçi-
rilmə vaxtına görə fərqlidir və onların hər birində müxtəlif statistika metodları tədbiq edilir. Birinci mər-
hələdə statistika tədqiqatı üçün məlumatlar toplanılır. Məlumatın alınması metoduna statistika müşahidəsi
deyilir. İnformasiyanın toplanılması planlaşdırılarkən onun öyrənilən obyektin nə kimi xarakter və xassə-
lərinin vəziyyətinə aydınlıq gətirəcəyi müəyyənləşdirilməlidir. Statistika müşahidəsi nəticəsində toplanıl-
mış xam statistika materiallarını dərk ediləcək şəklə salmaq üçün onu müəyyən əlamətlər üzrə bircinslı
qruplara ayırmaq, yekunlaşdırmaq lazımdır. Qruplaşdırma müşahidə nəticəsində toplanmış xam statistika
materiallarının elmi işlənilməsinin və təhlilinin əsasını təşkil edir. Deyilənlərdən aydın olur ki, müşahi-
dənin başa çatmasından sonra mütləq aparılmalıdır ki, ondan alınan nəticələr də öz növbəsində növbəti -
təhlil mərhələsində istifadə edilə bilsin.
Keyfiyyətcə bircinsli olan qrupları düzğün ayırmaq üçün həmin hadisəyə xas olan mühüm əlamətlər
seçilməlidir. Bu əlamətlər öyrənilən məcmunun xüsusiyyətlərinə uyğun gəlməlidir. Statistikada həmin
əlamətlər qruplaşdırma əlaməti adını daşıyır və bölüşdürməni müəyyən edən rola malikdirlər.
Əlamətlərin sayından və növlərindən asılı olaraq qruplaşdırma sadə və quraşıq qruplaşdırmaya ayrılır.
Qruplaşdırma kəmiyyət və keyfiyyət əlamətləri üzrə aparıla bilər. Qruplaşdırmanın vəzifələrindən asılı
olaraq sosial-iqtisadi hadisələr tipik, quruluş və analitik qruplaşdırma növlərinə görə qruplaşdırılır. Qrup-
laşdırma prosesində bölgü sıralarının qurulması mühüm yer tutur. Müşahidə vahidlərinin kəmiyyətinə və
yaxud əlamətlərin qiymətinə görə qruplara ayrılmasına bölgü sırası deyilir. Bölgü sıraları sosial-iqtisadi
hadisələrin xarakterik cəhətlərinin müəyyən edilməsində mühüm əhəmiyyətə malikdirlər. Statistika ma-
teriallarının qruplaşdırılmasının və yekunlaşdırılmasının nəticələri statistika cədvəllərində verilir. Statis-
tika cədvəlləri kütləvi statistika məlumatlarının sistemə salınmış və əyani şəkildə ifadə olunmuş forma-
sıdır. Adətən cədvəllər öz başlıqları ilə özündə hansı tədqiqat obyektini işıqlandıracaqları haqqında öncə-
dən təəsürat yaradır. Cədvəllərlə yanaşı əyani vasitə kimi qrafiklərdən, diaqramlardan, kartoqramlardan
və kartodiaqramlardan da istifadə oluna bilər.
Statistika tədqiqatının son üçüncü mərhələsi - təhlildir. Bu mərhələni həmçinin nəticələrin alınması və
zəruri göstəricilərin hesablanması kimi də adlandırmaq və ya təqdim etmək mümkündür. Statistika ümu-
miləşdirici göstəricilər vasitəsilə sosial-iqtisadi hadisələrin quruluşunu və onda baş vermiş dəyişiklikləri,
onların dinamikasını, ayrı-ayrı amillərin təsirini və s. prosesləri təhlil edir.
Statistika elminin metodologiyasının spesifik metodları sırasına daxildir: kütləvi statistika müşahidəsi;
statistika materiallarının qruplaşdırılması və yekunlaşdırılması; statistik materialların cədvəl və qrafik
təsviri; ümumiləşdirici göstəricilərin hesablanması; balans metodu və s. Bunlar statistika elminin pred-
8
metinin öyrənilməsində, sosial-iqtisadi hadisələrin quruluşunda, dinamikasında və qarşılıqlı əlaqələrində
baş verən kəmiyyət qanunauyğunluqlarının tədqiqində mühüm əhəmiyyət kəsb edir.
III. Statistika elminin hərtərəfli öyrənilməsi sosial və iqtisadi həyatda baş verə biləcək dəyişikliklərin
dərk edilməsində xüsusi rol oynayır. Bu istiqamətdə zəruri komponentlərdən biri də onun vəzifələri və
təşkili prinsipləri hesab olunmalıdır. Müasir dövrdə statistikanın xeyli sayda vəzifələri vardır ki, bunlar-
dan əsas olanı- respublikamızdakı sosial-iqtisadi hadisələrin hərtərəfli işıqlandırılmasıdır. Bu hadisələrin
dərk edilməsində ən qüdrətli vasitə olan statistikanın müasir şəraitdə əhəmiyyəti daha da artmışdır. Belə
şəraitdə regional və ölkə səviyyəsində yeni göstəricilər sisteminin yaradılması zərurəti ortaya çıxdı.
Bütün bunlar beynəlxalq uçot və statistika təcrübəsində qəbul edilmiş, bazarın tələblərini ödəyə bilən
Milli Hesablar Sisteminə (MHS) keçidi zərurətə çevirdi.
Ölkəmizin müstəqillik əldə etməsində sonra ilk dəfə 1992-ci il 11 avqust tarixli prezident fərmanı ilə
Azərbaycan Respublikasında beynəlxalq təcrübədə qəbul edilmiş uçot və statistika standartları sisteminə
keçid haqqında Dövlət Proqramı təsdiq edildi ki, bu da sonrakı 5 il ərzində reallaşdı. Proqramın həyata
keçirilməsinə rəhbərlik Dövlət Statistika Komitəsinə həvalə edilmişdi. 1994-cü il 18 fevral tarixli Pre-
zident Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının “Statistika haqqında” Qanunu Milli Məc-
lisdə təsdiq edilmişdir. Dövri olaraq həmin Qanuna dəyişikliklərin aparılması nəzərdə tutulmuş və həyata
keçirilmişdir. 1998-ci iI 20 avqust tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “1998-
2002-ci illərdə dövlət statistika sistemində islahatların aparılmasına dair" II Dövlət Proqramı təsdiq
edilmişdir. Dövlət Proqramında statistikanın müasir göstəricilər sisteminin, onların hesablanması meto-
dologiyasının bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dəyişdirilməsinın başa çatdırılması, statis-
tika məlumatlarının obyektivliyinin, operativliyinin və dolğunluğunun təmin edilməsi və yerli icra haki-
miyyəti orqanlarının və digər informasiya istehlakçılarının ölkənin, rayonların (şəhərlərin) və təsərrüfat
subyektlərinin sosial-iqtisadi vəziyyəti haqqında obyektiv statistik informasiyaya olan tələbatının ödə-
nilməsi nəzərdə tutulur. Dövlət Pröqramının statistika müşahidəsi metodlarının təkmilləşdirilməsi bölmə-
sində seçmə müşahidəsinin yeni növlərinin (çoxfazalı, çoxməqsədli) metodologiyasının işlənib hazırlan-
ması, müşahidə məlumatlarının bütövlükdə ölkəyə şamil edilməsi probleminin həll edilməsi nəzərdə tu-
tulmuşdur. 1998-2002-ci illərdə sahələrarası balansların Milli Hesablar Sisteminin sxemi üzrə işlənilmə-
sinə, riyazi statistika metodları və makroiqtisadi göstəricilər sistemi bazasında Azərbaycanın və regionla-
rın sosial-iqtisadi inkişafının kompleks təhlili metodologiyasının təkmilləşdirilməsinə mühüm əhəmiyyət
ve-rilmisdir. Dövlət Proqramında 1993-cil ilin MHS-yə keçidin 1998-2000-ci illərdə başa çatdırılması
nəzərdə tutulmuş və ye-rinə yetirilmişdir.
İkinci Dövlət Proqramının müvəffəqiyyətlə həyata keçirilməsi “2003-2007-ci illərdə Azərbaycan
Respublikasında rəsmi sta-tistikanın təkmilləşdirilməsinə dair” yeni Dovlət Proqramı haqqında 20 fevral
2003-cü ildə Prezident Fərmanının verilməsinə səbəb oldu. Bölmələrdə milli hesablar və iqtisadi balans-
lar sisteminin, sahələr üzrə makroiqtisadi göstəricilərin və onların hesablanma metodologiyasının təkmil-
ləşdirilməsi, beynəlxalq standartlara uyğun olaraq statistika müşahidələrinin və göstəricilərin metodolo-
giya və proqramların təkmilləşdirilməsini və müşahidələrin aparılması, beynəlxalq statistikanın tələblə-
rinə müvafiq olaraq müəssisələr statistikasına keçidin inkişaf etdirilməsi, iqtisadi statistika təsnifatı siste-
minin inkişaf etdirilməsinə va beynəlxalq səviyyədə qəbul edilmiş təsnifatlara üyğun milli təsnifatların
tətbiqi, sosial və demoqrafiya statistikasının təkmilləşdirilməsi sahəsində həlli hayata keçirilməli olan
problemlərin şərhi, statistika məlumatlarının nəşr edilməsi və yayılması üzrə işlərin təkmilləşdirilməsi və
məlumatların qorunmasının təmin edilməsi, dövlət statistika sisteminin informasiya texnologiyasının,
texniki və proqram-texnoloji təminatının təkmilləşdirilməsi, statistika fəaliyyətinin qanunvericilik aktları-
nın inkişaf etdirilməsi, DSK-nın strukturunun təkmilləşdirilməsi və statistika sisteminin kadr potensia-
lının möhkəmlənməsi, statistika sahəsində beynəlxalq alaqələri gücləndirməyi, DSK-nın BMT, Avropa
Birliyi, BVF, Dünya Bankı və s. beynəlxalq təşkilatların statistika xidmətləri ilə geniş və hərtərəfli
əməkdaşlıqdan bəhs olunur.
Müasir dövrdə informasiyanın əldə edilməsi və işlənilməsi sistemi ciddi islahata məruz qalmaqdadır.
Hal-hazırda siyahıyaalmalar, seçmə müşahidələr, monitorinqlər və s. kimi tədbirləri həyata keçirmək
üçün statistikanın fundamental əsaslarından biri hesab edilən müəssisələr registrinə malik olmadan müm-
kün deyil.
Müəssisələr registrinin əsas vəzifəsi - statistik müşahidə obyektlərinin məcmusunun tamlığının və düz-
günlüyünün təmin edilməsidir. Planlı iqtisadiyyat dövründə Azərbaycanda müəssisələr registri olmamış-
9
dır. Müəssisələr registrinin əsas funksiyaları aşağıdakılardır:
1.
statistik müşahidə vahidlərinin baş məcmusunun formalaşdırılması;
2.
hər bir statistik uçot vahidi haqqında kəmiyyət göstəricilərinin əldə edilməsi;
3. riyazi statistika metodlarının tətbiqi;
4. bütün təsərrüfat subyektləri üzrə demoqrafik göstəricilərin formalaşdırılması və s.
Azərbaycan Respublikasında Uçot vahidlərinin Dövlət Registri (UVDR) 1995-ci ildə DSK-da yara-
dılmış və 01.09.09-cu il vəziyyətinə özündə 86117 hüquqi şəxs haqqında məlumatı əks etdirir. Uçot
vahidlərinin dövlət registrində bütün vahidlər aşağıdakı əsas göstəricilərlə xarakterizə olunur: 1.eyniləş-
dirmə nömrəsi; 2.vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 3. vahidin adı; 4.əsas, qeyri-əsas və köməkçi
fəaliyyətin kodları; 5. Iqtisadiyyat sektorunun kodu; 6.vahidin tabeçilik kodu; 7.vahidin yerləşdiyi
ərazinin kodu; 8.vahidin mülkiyyət formasının kodu; 9. vahidin təşkilati-hüquqi formasının kodu;
10.vahidin maliyyələşmə forması; 11.ünvan göstəriciləri; 12. rəhbərin adı, soyadı; 13.vahidin iqtisadi
fəallığının vəziyyəti; 14.dövlət qeydiyyatı haqqında məlumatlar; 15.vahidin yaranma tarixi: 16.işçilərin
sayı və digər iqtisadi göstəricilər.
Müəssisələr registri təsnifatlar sistemi üzərində qurulur. Statistikada təsnifat – hadisə və obyektlərin
oxşar və fərqli cəhətləri əsasında onların müəyyən qruplara, siniflərə və növlərə sistemli şəkildə bölüş-
dürülməsi nəzərdə tutulur. Onun vəzifəsi öyrənilən hadisələr məcmusunun bəzi meyarlar əsasında həm-
cins qrup və siniflərə parçalamaq və bununla da informasiyanın kodlaşdırılması və nizama salınması im-
kanını təmin etməkdən ibarətdir. Bu istiqamətdə olan mühüm vəzifələrdən biri – daim fəaliyyətdə olan
monitorinqlərin aparılmasıdır. Bunun mahiyyəti ondan ibarətdir ki, hər hansı obyektin vəziyyəti üzərində
xüsusi təşkil edilmiş müntəzəm müşahidə aparılır. Ümumilikdə isə statistikanın əsas vəzifə-lərinə daxil-
dir:
cəmiyyətdə baş verən ciddi iqtisadi və sosial proseslərin dəyişilməsini elmi əsaslandırılmış göstə-
ricilər əsasında hərtərəfli tədqiq etmək;
sosial-iqtisadi hadisələrin inkişaf meylinin ümumiləşdirilməsi və proqnozlaşdırılması;
müxtəlif səviyyələrdə idarəetmə orqanlarını elmi əsaslandırılmış informasiya ilə təmin etmək;
istehsalın iqtisadi səmərəlliyini təmin edən ehtiyatları aşkar etmək;
müxtəlif istehsal fəaliyyəti sahələri arasında nisbəti müəyyənləşdirmək;
istehsal sahələrinin quruluşunu və quruluşda baş vermiş dəyişiklikləri öyrənmək;
ölkənin iqtisadi və mədəni həyatını əhatə edən statistika məcmuələrinin nəşrini genişləndirmək və s.
Bazar iqtisadiyyatının inkişaf tələblərinə uyğun olaraq statis-tika materiallarının komputerləşdirilməsi
çox mühüm bir vəzifə kimi qarşıya qoyulmuşdur. Statistik məlumatların toplanılması, işlənilməsi və ötü-
rülməsi vasitələrinin və metodlarının inkişaf etdirilməsində yeni informasiya-kommunikasiya texnologi-
yalarının tətbiqinə böyük ehtiyac vardır. Bu məqsədlə statistik hesabatların və informasiyanın maksimum
avtomatlaşdırılmış işlənilməsi təmin edilməlidir. Müasir şəraitdə hesabatların əhəmiyyətli dərəcədə ixti-
sar edilməsi, ümumi müşahidədən qeyri-ümumi statistik müşahidələrə - birdəfəlik, seçmə və monoqra-
fiya tədqiqatlarına keçilməsi təmin edilməlidir.
BMT-nin baş orqanında iki böyük statistika orqanı fəaliyyət göstərir: İqtisadi və Sosial Şuranın tərki-
bində Statistika komissiyası və Katibliyin tərkibində Statistika Bürosu. Hazırda beynəlxalq statistika təş-
kilatları 2 qrupa bölünür: a) statistik metodologiya və müşahidə proqramlarını işləyənlər; b) statistik mə-
lumatları toplayanlar, işləyənlər və nəşr edənlər.
Birinciyə Beynəlxalq Statistika Institutu və BMT-nin Statistika komissiyası, ikinciyə isə BMT Katib-
liyinin Statistika Bürosu və BMT-nin icraedici və ixtisaslaşdırılmış orqanlarının statistika xidmətləri aid-
dir. Statistika komissiyasının tövsiyələri milli statistika xidmətləri üçün məcburi sayılmasa da BMT-yə
göndərilən statistik məlumatlar beynəlxalq standartlara uyğun hazırlanmalıdır.
1992-ci ildə keçmiş SSRİ məkanında MDB Statistika Komitəsi yaradılmışdır. O, birliyin üzvləri olan
dövlətlərin statistika xidmətlərinin fəaliyyətini əlaqələndirmək üçün bir sıra vəzifələr həyata keçirir, keçid
dövrünə xas olan müxtəlif problemlərə dair vahid statistika metodologiyasını, metodik materialları və
tövsiyyələri işləyib hazırlayır. O, üzv ölkələrdə iqtisadi islahatlar prosesinin, özəlləşdirmə və bazar mü-
nasibətlərinin formalaşması prosesinin statistik tədqiqini aparir, əhali siyahıyaalınmasını, xalq təsərrüfa-
tında baş verən prosesləri izləyərək MDB-nin İcraiyyə Komitəsini statistik məlumatlarla təmin edir. Onu
da qeyd etmək lazımdır ki, beynəlxalq arenada statistikanın təşkilinin 2 forması: mərkəzləşdirilmiş və
qeyri-mərkəzləşdirilmiş forma tətbiq edilir.
10
IV.Ölkənin inkişafı statistika elminin qarşısında yeni-yeni vəzifələr qoymaqla bərabər onun vəhdətin-
dən yeni sahələrin yaranmasına səbəb olmuşdur. Müxtəlif elmlərdə olduğu kimi, statistikada da fərqli ya-
naşmaların təmin edilməsi, ayrı-ayrı istiqamətlərin rəqəmlər etibarı ilə işıqlandırılması məqsədilə statisti-
ka elminin daxili tərkibini müəyyən edən quruluşunu aydınlaşdırmaq zərurəti ortaya çıxır. Tədqiq olunan
məsələ ilə bağlı daha təfsilatlı baxışları formalaşdırmaq məqsədilə sxem 1-ə müraciət etmək yerinə dü-
şərdi.
Sxem 1. Statistika elminin tərkibi.
Dostları ilə paylaş: |