Mövzu Statistika elmi haqqında anlayış, onun predmeti və statistik fəaliyyətin təşkili



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə6/18
tarix21.04.2017
ölçüsü1,48 Mb.
#14978
1   2   3   4   5   6   7   8   9   ...   18

Ə

mək haqqı miqdarı (mаn). 

Fəhlələrin sayı 

160- dan az 

160-dan - 180-dək 

180-dən – 200- dək  

200-dən – 220- dək  

220-dən – 240- dək  

240-dan – 260- dək  

260-dan – 280- dək 

280 və daha çox 

17 



11 

11 




Yekun  


50 

     


 

    Bu  bölgü  intervallar  üzrə  aparılmışdır,  çünki  şərti  ifadə  et-diyimiz  əlli  fəhlənin  tərkibində  müxtəlif 

peşəli  və  ixtisaslı,  müx-təlif  əmək  məhsuldarlığı  olanlar  vardır  ki,  bunların  da  əmək  haqqı  müxtəlif 

olmaqla  ayda  150  manatdan  340  manatadək  tə-rəddüd  edir.  Qeyd  etmək  lazımdır  ki,  bu  qruplaşdırma 

bərabər intervallarla (20 manat) aparılmışdır. 

    Statistikada  icmallaşdırma  texnikası.  Müşahidə  materialları-nın  icmallaşdırılmasına  başlamazdan 

əvvəl  onların  keyfiyyəti  yoxlanılmalıdır.  Burada  aşkara  çıxarılan  səhvlər  və  qüsurlar  vaxtında  ləğv 

edilməlidir. Materialların həm də dolğunluğu, yə-ni məcmunun bütün vahidləri haqda məlumatın alınıb-

alınma-dığı  yoxlanılmalıdır.  Materialların  keyfiyyət  və  kəmiyyət  dol-ğunluğu  yalnız  diqqətlə 

yoxlanıldıqdan sonra  icmallaşdırma  işi-nə keçmək olar. Statistika təcrübəsində  icmallaşdırmanın  iki  nö-

vü vardır: əl vasitəsilə aparılan icmallaşdırma; mexanikləşdirilmiş icmallaşdırma (maşınlar vasitəsilə). 

     Əl  vasitəsilə  aparılan  icmallaşdırma,  toplanan  material  ayrı-ayrı  kartlar  şəklindədirsə,  aşağıdakı 

əməliyyatlardan  ibarət  olur:  göstəricilərin  işarələnməsi  və  şifrələnməsi;  kartların  ayrı-ayrı  qruplara 

bölünməsi; məcmu vahidlərinin və yekunların ayrı-ayrı əlamətlər üzrə hesablanması. 

    Məlumat  siyahı  formasında  olan  hallarda  əl  vasitəsi  ilə  apa-rılan  icmallaşdırma  işi  xeyli  çətinləşir. 

Məcmu vahidinin az say-da olması köməkçi cədvəllərin tərtib edilməsinə şərait yaradır. Materialların çox 



27 

 

vahid  miqdarında  toplandığı  və  çox  əlamət  da-şıdığı  hallarda  hesablamanı  asanlaşdırmaq  üçün  hər 



müşahidə vahidi haqqındakı məlumat siyahılarından fişka adlanan ayrı-ay-rı kartlara köçürülür və bundan 

sonra məlumatın kart formasın-da olmasında olduğu kimi  icmallaşdırma aparılır. Mexaniki  sex  fəhlələri 

haqqındakı məlumat üçün fişkanın maketini nəzərdən keçirək (şək.3.1). 

Şəkil 3.1. Fişkanın maketi.

 

Sıra №-si 

Cinsi 

Peşəsi 


Tarif cədvəlinin dərəcəsi 

Normanın yerinə yetirilməsi %-i 

İş stajı (il)  

x” ilinin “y” ayı üçün əmək haqqı (man) 

 

     Hazırda  ən  çox  mexanikləşdirilmiş  icmal  tətbiq  edilir.  Onun  tətbiq  prosesini  sadə  şəkildə  nəzərdən 



keçirək.  Mexanikləşdi-rilmiş  əməliyyata  ilk  sənədlər  mühasibatdan,  statistika  şöbəsin-dən  və  s. 

şöbələrdən  alınır.  Xüsusi  işçilər  qrupu  ilk  sənədləri  qəbul  edir  və  yoxlayır.  Yoxlama  sənədlərinin 

dolğunluğu 

və 


də-qiq 

doldurulması 

müəyyənləşdirilir. 

Sənədlərin 

təhvil 

verilməsi 



üçün 

müəyyənləşdirilən qəti müddətlər və onların doldurulması keyfiyyətinə dair tələblər uçot işlərini nizama 

salır. Qəbul  edil-miş  birnövlü  sənədlər xüsusi  marşrut vərəqələri  ilə cəmləşdiril-mək üçün cəmləşdirici-

maşın qrupuna  verilir və burada gələcək  yoxlama üçün  lazım olan ən  mühüm əlamətlər üzrə onlara  ye-

kun  vurulur.  Həmin  yoxlamanın  yekunları  sənədlərin  qəbul  edil-məsinə  dair  aparılan  dəftərə  yazılır. 

Cəmləşdirildikdən  sonra  sə-nədlər  qiymət  qoymaq,  lazımi  qismət  və  hasilləri  hesablamaq  üçün 

hesablayıcı-maşın  qrupuna  verilir.  Bu  işdə  yazı  salmayan  avtomatik  və  yazan  faktura  maşınları  tətbiq 

edilir;  faktura  ma-şınları  hərf  mətnindən  başqa,  qiymətin  miqdara  vurulmasından  əldə  edilən  hasili, 

xüsusi və ümumi yekunları göstərə bilər, habelə güzəşt və artırma %-ni hesablaya bi-lər.  

     Qiymətqoymadan  sonra  ilk  sənədlər  bir  sıra  göstəricilərlə  tamamlanıb  perforasiyaya  verilir.  Burada 

bütün lazımi göstəri-cilər istənilən rəqəmləri ifadə edən deşiklər açmaqla xüsusi kart-lara (perfokartlara) 

keçirilir. Deşilən perfokartlar perforasiya yoxlamasına verilir ki, bu da müxtəlif üsullarla aparıla bilər. Bu 

üsullardan  ən  sadəsini,  yəni  deşilmiş  perfokartların  yoxlayıcı  adlanan  xüsusi  maşından  keçirilməsi 

üsulunu  araşdıraq.  Burada  yoxlama  aparan  işçi  maşının  klavişlərini  (düymələrini)  sıxaraq  ilk  sənədləri 

təkrarən oxuyur və alınmış deşiklərin düzgünlüyü-nü yoxlayır. 

    Perfokartlarda bir ədəd də olsun səhv deşik açıldığı müşahidə edilərsə, belə kart dəyişilməli, yeni kart 

götürülməlidir.  Yoxlan-mış  perfokart  müəyən  qruplaşdırıcı  əlamətlər  üzrə  qruplaşdır-maya  (düzəlməyə, 

çeşidlənməyə)  verilir.  Çeşidlənmiş  perfokart-lar  tabulyatora  daxil  olur.  Tabulyator  nəinki  xüsusi 

perfokartın  ədəd  qiymətlərini  çap  edə,  həm  də  xüsusi  və  ümumi  yekunları  verə  bilər.  Tabulyatorda  çap 

edilmiş  cədvəllərə  tabulyoqram  de-yilir.  Çap  edilmiş  tabulyoqramlar  yoxlama  rəqəmləri  ilə  tutuş-

durulduqdan sonra nəzarət və buraxılış qrupu tərəfindən həmin işin sifarişçisinə verilir.  

     Mexanikləşdirilmiş  icmallaşdırmanın  əl  vasitəsi  ilə  aparılan  icmallaşdırma  qarşısında  mühüm 

üstünlükləri  vardır:  burada  materialların  işlənməsi  prosesi  xeyli  sürətlənir,  daha  çox  dəqiq-lik  yaranır, 

habelə  əmək  və  vəsait  sərfinə  qənaət  edilir.  Statistika  materiallarının  mexanikləşmiş  qaydada 

icmallaşdırılması  üçün  hesabat  blanklarında  blankın  özünə  və  hesabat  göstəricilərinə  şifrələr  qoyulur. 

Uçot-hesablayıcı  materialların  mexanikləşmiş  üsulda  icmallaşdırılmasının  və  işlənməsinin  bir  neçə 

təşkilati forması (məsələn, maşın-hesab stansiyaları - MHS) vardır.  

Təkrar  qruplaşdırma  və  təsnifat.  Təcrübədə  bir  çox  hallarda  ayrı-ayrı  regionlar  üçün  eyni  zamanda 

aparılmış  qruplaşdırmalar  müxtəlif  sayda  olduğundan  və  yaxud  fasilə  sərhədlərinin  eyni  olmaması 

nəticəsində  müqayisə  oluna  bilmirlər.  Belə  qrupları  müqayisəli  vəziyyətə  salmaq  üçün  növbəti  dəfə 

qruplaşdırmalar  aparmaq  zərurəti  ortaya  çıxır.  Bu  zəurət  nəticəsində  aparılan  qruplaşdırmaya  təkrar 



qruplaşdırma  deyilir.  Bu   qruplaşdırma-nın  mahiyyəti  ondan  ibarətdir  ki,  ilkin  müşahidə  məlumatından 

istifadə  etmədən,  əvvəlcədən  aparılmış  qruplaşdırma  əsasında  aparılan  qruplaşdırmadır.  Təkrar 

qruplaşdırma  iki  üsulla  aparı-lır:  1)  əvvəlki  qrupların  fasilələrini  iriləşdirmək;  2)  ümumi  yekunda 

qrupların hissəsi əsasında yeni qrupların  təşkili. 

 

    Məhsulun iqtisadi təyinatına görə qruplaşdırılmasının da bö-yük əhəmiyyəti vardır. Pərakəndə ticarət 



statistikasında  əmtəə-lərin  ərzaq  və  qeyri-ərzaq  mallarına,  kənd  təsərrüfatı  statistika-sında  məhsulların 

bitki növlərinə görə qruplaşdırılmasının əhə-miyyəti böyükdür. ÜDM-in, milli gəlirin və s. göstəricilərin 

təhlilində də qruplaşdırmadan geniş istifadə edilir.  

    Statistika mürəkkəb sosial və iqtisadi hadisələri öyrənmək üçün müxtəlif təsnifatlardan da istifadə edir. 

Təsnifatlar  keyfiy-yət  əlamətlərinə  görə  mürəkkəb  sosial  və  iqtisadi  hadisələrin  tərkib  hissələrinin 

siyahısından ibarət olub planlaşdırma və ida-rəçilik, uçot və hesabat işlərinin əsasını təşkil edir. 

     Statistikada  tətbiq  edilən  təsnifatlar  arasında  xalq  təsərrüfatı  sahələrinin  təsnifatı  xüsusi  əhəmiyyətə 

malikdir.  Bu  təsnifat  xalq  təsərrüfatında  uçot  və  statistika  işlərinin  əsasını  təşkil  et-məklə  yanaşı,  onun 



28 

 

quruluşunu,  məhsuldar  qüvvələrin  və  əmək  bölgüsünün  inkişaf  səviyyəsini,  ictimai  istehsalın 



səmərəliyini, xalq təsərrüfatının kompleks  inkişafı  məsələlərini öyrənməyə  imkan  verir. Ölkəmizin  xalq 

təsərrüfatının  təsnifatında  bütün  təsərrüfat  sahələri  istehsal  və  qeyri-istehsal  sferasına  bölünmüş-dür. 

İstehsal sferasına bilavasitə ÜDM istehsalı ilə məşğul olan sahələr- sənaye, kənd təsərrüfatı, tikinti, meşə 

təsərrüfatı,  bu  məhsulun  dövriyyəsi  ilə  məşğul  olan  sahələr-  yük  nəqliyyatı,  is-tehsal  sferasına  xidmət 

edən rabitə, ticarət və iaşə, maddi-tex-niki təchizat, tədarük və s. istehsal sahələri- su təsərrüfatı, geo-logi-

kəşfiyyat  və  məişət  xidməti  aid  edilmişdir.  Təsnifatda  bu  sahələrin  hər  biri  öz  tərkib  hissələrinə 

bölünmüşdür. 

    Qeyri-istehsal  sahələrinə  mənzil-kommunal  təsərrüfatı  və  əhaliyə  məişət  xidməti,  sərnişin  nəqliyyatı, 

səhiyyə,  bədən  tər-biyyəsi  və  sosial  təminat,  maarif,  mədəniyyət  və  incəsənət,  elm  və  elmi  xidmət, 

kreditləşdirməvə  dövlət sığortası,  idarə  orqan-ları  və  digər  içtimai təşkilatlar aid edilmişdir. Statistikada 

bun-dan  başqa  əsas  fondların,  təbii  ehtiyatların,  əmək  ödənişlərinin,  istehsal  xərclərinin  və  s. 

təsnifatlardan geniş istifadə edilir. 



Çoxölçülü qruplaşdırma və bölgü sıraları.

 

Qruplaşdırma me-todu öyrənilən sosial-iqtisadi hadisələrin 

müxtəlif  tərəfləri  haq-da  ümumi  təsəvvür  almağa,  əsas  göstəricilərin  dəyişilməsi  qanu-nauyğunluğunu 

aşkar etməyə, hadisələrin əlaqə  və asılılıqlarını  müəyyənləşdirməyə, nəticə əlamətinə ayrı-ayrı  amillərin 

təsirini  və  s.  müəyyən  etməyə  imkan  verir.  Sosial-iqtisadi  hadisələri  hərtərəfli  təhlil  etmək  üçün 

birəlamətli  qruplaşdırmalar  kifayət  etmir.  Belə  ki,  çox  vaxt  nəticə  əlamətinin  dəyişilməsinə  çoxlu 

miqdarda amil əlamətləri təsir göstərir.       

    İqtisadiyyatımızın  dinamik  inkişafını  təmin  etmək  üçün  ona  təsir  edən  amillərin  hərtərəfli  təhlilini 

aparmaq  məqsədilə  çox-ölçülü  qruplaşdırmadan  istifadə  etmək  lazımdır.  Çoxölçülü  qruplaşdırma 

əsasında  istifadə  edilməmiş  ehtiyatları  aşkar  et-mək  və  onları  istehsalın  dinamik  inkişafına  yönəltmək 

ölkə qar-şısında duran birinci dərəcəli vəzifələrdəndir. Çoxölçülü qrup-laşdırma metodu müxtəlif amilləri 

vahid şəkildə ifadə etməyə imkan verir. Bu metodun mahiyyəti ondan ibarətdir ki, nəticə əlamətinə təsir 

edən  müxtəlif  amil  əlamətlərinin  natura  ifadəsin-də  olan  qiymətlərinin  orta  kəmiyyət  nis-bətlərinin 

hesablanması  nəticəsində  həmin  amillərin  göstəriciləri  bircinsli  şəkilə  salinir.  Nəticə  əlamətinin  mütləq 

qiyməti aşağıdakı nisbətlə əvəz edilir: 

                                                                       Q

1

 ═

 



 y

: y  

 

       isə aşağıdakı kimi müəyyən edilir :            



          

                                                        



 ═ ∑ : n 

 

   Amil  əlamətlərinin  mütləq  qiymətlərinin  nisbi  kəmiyyətlərlə  əvəz  edilməsi  aşğıdakı  düsturlarla  baş 



verir:  

 

                                  x



ij

                                        ∑ x

ij 

                       P

ij

 ═

  



───          

           

x

j

  ═ ─── ; 

                                  x

j

                                         n 

 

    Nəticə  əlaməti  ilə  amil  əlaməti  arasında  tərs  əlaqə  olduqda,  tədqiqat  obyektinin  hər  vahidi  üçün 

kəmiyyəti  müəyyən  edilir.  Bu  göstərici  çoxolçülü  qruplaşdırma  üçün  əsas  götürülür.  Belə  qruplaşdırma 

öyrənilən  çoxlu  amil  əlamətlərilə  nəticə  əlaməti  arasındakı  qarşılıqlı  əlaqələri  müəyyən  etməyə  imkan 

verir.     

 

    Bölgü sıraları. Sosial-iqtisadi hadisələr haqqında kütləvi statistika müşahidəsi əsasında toplanmış mə-

lumatların  yekunlaşdırılması  və  sistemləşdirilməsi  nəticəsində  onların  həcminin  dinamikada  dəyişilmə-

sini, yaxud bu və ya digər dəyişən əlamət üzrə statistika məcmu vahidlərinin bölgüsünü xarakterizə edən 

sıra statistika sırası adlanır. Statistika sırası dinamika və bölgü sıralarına ayrılır. Sosial-iqtisadi hadisələ-

rin zaman etibarı ilə dəyişilməsini xarakterizə edən ədədlər sırasına dinamika sırası deyilir. Statistik məc-

mu  vahidlərinin  hər  hansı  dəyişən  əlamət  üzrə  qruplara  ayrılmasına  bölgü  sırası  deyilir.  Bölgü  sıraları 

bölgünün xarakteri və qanunauyğunluğu haqda aydın fikir söyləməyə imkan verir. Bölgü sıraları atributiv 

əlamətlər və kəmiyyət əlamətləri üzrə qurula bilər. Buna uyğun olaraq keyfiyyət əlamətləri üzrə qurulan 

sıralar atri-butiv bölgü sıraları, kəmiyyət əlamətləri üzrə qurulan sıralar isə variasiya bölgu sırası adlanır.  

    Bölgü sıraları bir qayda olaraq cədvəl formasında verilir. Bu sıralarda variant və tezlik olur. Bölgü sı-

rasında dəyişən əlamət variant adlanır. Variantın neçə dəfə təkrar olunduğunu göstərən kəmiyyətə tezlik 

deyilir. Tezliklərin cəmi bölgü sırasının həcmi, ayrı-ayrı qruplardakı tezliklərin bütün tezliklərin cəminə 


29 

 

olan  nisbəti  isə  nisbi  tezlik  adlanır.  Atributiv  əlamət  üzrə  bölgü  sırasına  misal  kimi  ali  məktəblərdə 



işləyən işçilərin elmi dərəcələrinə görə bölgüsünü göstərmək olar.  

    Statistika məlumatları kəmiyyət əlamətləri üzrə qruplaşdırıldıqda variasiya bölgü sırası alınır. Variasi-

ya bölgü sıraları fasiləli (diskret) və fasiləsiz bölgü sıralarına ayrılır. Fasiləli  bölgü sıralarında əlamətin 

qiyməti tam rəqəmlərlə  ifadə  olunur və  fasilə  ilə  dəyişir. Belə  əlamətlər üzrə tərtib edilən bölgü sıraları 

fasiləli bölgü sıraları adlanır. Qruplaşdırma əlaməti müəyyən fasilədə istənilən qiymətə malik olarsa, belə 

sıraya  fasiləsiz  variasiya  sırası  deyilir.  Əldə  olunan  məlumatı  histoqram  qrafikində  təsvir  etmək  üçün 

absis  oxunda  hasilat  normasının  yerinə  yetirilmə  faizini,  ordinat oxunda  isə  fəhlələrin  sayını  göstərmək 

lazımdır. Fasiləsiz bölgü sıraları sütunvari diaqramlar vasitəsi ilə təsvir olunmalıdır. Bərabər fasiləli böl-

gü sıralarında sütunların eni bərabər, sütunların hündürlüyü isə variantların tezliklərinə tənasüb olmalıdır. 

Düzbucaqlı sütunlar ortalarını düz xətlərlə birləşdirdikdə, poliqon bölgü qrafiki alınır.  



         

 Mövzu 4. Statistika cədvəlləri və qrafiklər 

Plan:  


   

1.Statistika cədvəlinin mahiyyəti və elementləri

 

   2.Statistik məlumatların qrafik təsviri və onun əsas növləri. 



    

3.Kartoqramlar və kartodiaqramlar

 

 

   I.Statistik məlumatlar izahlı mətn, cədvəl və qrafıklər şəklində verilə bilər. Statistika müşahidəsi mate-

riallarının yekunlaşdırılması və qruplaşdırılmasının nəticələri, adətən, cədvəl formasında izah olunur. On-

lar tədqiqat üçün toplanmış  statistika  materiallarının təsvir və  təhlilinin ən səmərəli  formasıdır. Bu cəd-

vəllərdə məlumatlar daha yığcam, aydın, ifadəli və əyani şakildə görünür. Statistika cədvəlləri sətir və sü-

tunlardan ibarət olub, sosial-iqtisadi hadisələr haqqında statistik məlumatları müəyyən ardıcıllıq və əlaqə-

də təsvir edir. Bu cədvəllər empirik məlumatların hesablanmış nəticələrinin məcmusunu əks etdirir və o 

ilkin informasiyanın yekunlaşdırılmasının nəticəsidir. Statistik cədvəllər bir və ya bir neçə mühüm əlamət 

üzrə  öyrənilən statistika  məcmusunun  yekun rəqəmlərlə  iqtisadi təhlilinin  məntiqi qarşılıqlı əlaqələrinin 

xarakterizəsindən ibarətdir. 

    Bu  cədvəllərin,  cümlədə  olduğu  kimi,  mübtəda  və  xəbəri  vardır.  Cədvəlin  mübtədasında  xarakterizə 

olunan obyekt, məcmu vahidi, qruplar vahidi, yaxud da məcmu bütövlükdə göstərilir. Öyrənilən cədvəlin 

mübtədasını xarakterizə edən kəmiyyət formasında göstəricilər cədvəlin xəbəri adlanır. Statistika cədvəl-

ləri üfüqi, şaquli sətirlərdən və şaquli sütunlardan ibarət olur. Sətirlər və sütunlar bir-birini kəsən düz xət-

lərlə ayrılır. Onların kəsişən yerlərində (xanalarda) mübtədaları xarakterizə edən rəqəmlər yazılır.    

    Mübtədanı  xarakterizə  edən  sətirlərin  yekun  məlumatı  cədvəlin  sağ  tərəfində,  xəbəri  göstərən  sütun-

ların  yekun  məlumatı  isə cədvəlin aşağı  hissəsində verilir. Statistika cədvəlinin  maketini aşağıdakı  kimi 

göstərmək olar. 



Cədvəl 1. Statistika cədvəlinin maketi 

 

2012-ci ilin iyul ayı üçün müəssisə işçilərinin dərəcələr üzrə orta  əmək haqqı. 

Tarif cədvəlinin dərəcələri 

Fəhlələ-rin 

sayı 

2009-cu ilin iyul ayında əmək haqqı 



məbləği (man.) 

1fəhlənin orta əmək haqqı (sətr 2 / 

sətr1). 

А 



II 



III 

IV 


VI 


 

 

 



Yekun 

.... 


...... 

...... 


    

 

    Cədvəlin  elementlərinin  düzgün  yerləşdirilməsi  onun  əyanilik  xüsusiyyətini  əhəmiyyətli  dərəcədə 



artırır. Mübtədanın xarakterinə görə cədvəlləri aşağıdakı növlərə ayırmaq olar: 1)sadə; 2)qrup;  3)quraşıq 

cədvəllər. 

    Sadə cədvəllərin mübtədasında öyrənilən obyekt qruplara ayrılmır. Belə cədvəllərdə məcmunun bütün 

vahidlərinin siyahısı,  yaxud bütövlükdə  məcmu göstərilir. Sadə  cədvəlin  mübtədasında  müşahidə  vahid-

lərinin,  xronoloji  tarixlərin,  yaxud  ərazi  bölgələrinin  siyahısı  verilir.  Sadə  cədvəllər  öyrənilən  hadisənin 

sosial-iqtisadi tipini, onların quruluşunu, həmçinin onların əlamətləri arasındakı əlaqə və asılılıqları aşkar 

etməyə imkan verir. Sadə cədvələ misal olaraq ölkəmizdə əhalinin sayının dinamikasını göstərmək olar:      

    


Cədvəl 2. Azərbaycan Respublikasında əhalinin sayının dinamikası.  

İllə



Əhalinin sayı (ilin ə

vvəlinə, min nəfər) 

30 

 

1991 



7131,9 

2000 


8016,2 

2001 


8081,0 

2002 


8141,4 

2003 


8202,5 

2004 


8265,7 

2005 


8347,3 

2006 


8436,4 

2007 


8532,7 

2008 


8629,9 

2009 


8730,3 

 

Cədvəl 2 sadə cədvəldir, onun mübtədasinda illər, xəbərində isə əhali sayı durur. 



 

 Qrup cədvəlin mübtədasında öyrənilən hadisə bir əlamət üzrə qruplara bölünür. Onun xəbərində müt-

ləq ifadədə qrupdakı vahidlərin sayı əks etdirilir. Qrup cədvələ misal olaraq respublikamızda məşğul olan 

əhalinin mülkiyyət formaları üzrə bölgüsünü göstərmək olar. (cəd.3).     

         

 

Cədvəl 3. Azərbaycan Respublikasında məşğuliyyəti  olan əhalinin mülkiyyət formalari üzrə bölgüsü 



                Göstəricilər 

2004-cü ilin əvvəlinə 

2009-cu ilin əvvəlinə 

Cəmi 


Yekuna nis-bətən %-lə 

Cəmi 


Yekuna nis-bətən %-lə 

Cəmi iqtisadiyyatda məşğuldur 

3747,0 

100 


4056,0 

100 


o cümlədən mülkiyyət formaları üzrə 

dövlət 


1180,0 

31,5 


1244,4 

30,7 


qeyri-dövlət 

2567,0 


68,5 

2811,6 


69,3 

onlardan: 

xüsusi 

1749,7 


46,7 

1988,5 


49,0 

bələdiyyə 

19,0 

0,5 


11,7 

0,3 


xarici investisiyalı və birgə müəssisələr 

41,2 


1,1 

66,2 


1,6 

dinə xidmət edən şəxslər 

32,5 

0,9 


30,4 

0,8 


sərbəst məşğul əhali 

724,6 


19,3 

714,8 


17,6 

 

    Quraşıq cədvəlin mübtədasında statistika məcmusu iki və daha çox əlamət üzrə qruplaşdırılaraq verilir. 

Quraşıq cədvələ misal kimi əhalinin şəhər və kənd əhalisinə görə bölgüsünü xarakterizə edən cədvəl mə-

lumatlarını göstərmək olar. (cəd.4).  



Cədvəl 4. Respublika əhalisinin şəhər və kəndlərdə yerləşməsinə görə bölgüsünü

 

İllə



Cəmi əhali (min  nəfər) 

O cümlədən 

Bütün əhaliyə görə %-lə 

şə

hər 

kənd 

şə

hər 

kənd 

2000 


8016,2 

4086,4 


3929,8 

51,0 


49,0 

2001 


8081,0 

4107,5 


3973,5 

50,8 


49,2 

2002 


8141,4 

4130,1 


4011,3 

50,7 


49,3 

2003 


8202,5 

4154,3 


4048,2 

50,7 


49,3 

2004 


8265,7 

4254,3 


4011,4 

51,5 


48,5 

2005 


8347,3 

4298,3 


4049,0 

51,5 


48,5 

2006 


8436,4 

4356,6 


4079,8 

51,6 


48,4 

2007 


8532,7 

4397,6 


4135,1 

51,5 


48,5 

2008 


8629,9 

4464,8 


4165,1 

51,7 


48,3 

2009 


8730,3 

4519,5 


4210,8 

51,8 


48,2 

      

   Bu cədvəlin hər iki müşahidə istiqaməti üzrə baş vermiş dəyişikliklərin həcmlərinin səbəblərinin araşdı-

rılması  isə  sonrakı təhlilin  işidir. Beləliklə, qrup və quraşıq cədvəllər  sosial-iqtisadi  hadisələri  hərtərəfli 

təhlil etməyə, onların tiplərini, quruluşunu, qarşılıqlı əlaqələri, onların mahiyyətini və öyrənilən hadisənin 

qanunauyğunluğunu müəyyənləşdirməyə imkan verir. 

    Cədvəlin  əyanilik  əhəmiyyətini  artırmaq  üçün  onun  düzgün  tərtib  edilməsini  təmin  etmək  lazımdır. 

Onların  oxunmasını  asanlaşdırmaq  üçün  cədvəllərin  başlıqları,  qrafaların  və  sətirlərin  düzgün  formalaş-

ması təmin edilməlidir. Qrafa və sətirlərdə ölçü vahidləri ümumi qəbul edilmiş ixtisar ölçü vahidlərində 

ifadə edilməlidir. Statistika cədvəlinin xəbəri sadə və mürəkkəb qaydada işlənə bilər. Sadə işlənilən cəd-

vəlin  xəbərində  göstəricilər  yarımqruplara  ayrılmır.  Xəbəri  sadə  işlənilmiş  cədvəl  göstəricilərin  paralel 

verilməsi prinsipinə əsaslanır (cəd.5).  

 

Cədvəl 5.İşçi heyyətinin kateqoriyalari və təhsil səviyyəsi üzrə tərkibi.         


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin