Sxem 1-dən də göründüyü kimi, vahid statistika elminin aparıcı sahəsi statistikanın nəzəriyyəsidir.
Statistika elminin hər bir sahəsinin tədqiqat obyekti vardır və onlar müəyyən göstəricilər sisteminin ma-
hiyyətini aydınlaşdırır. Statistikanın bütün sahələrində onun nəzəriyyəsinin hazırladığı prinsip və me-
todlar tətbiq edilir.Statistikanın nəzəriyyəsi sosial-iqtisadi hadisələrin rəqəmlərlə işıqlandırılmasının ən
ümumi prinsipləri, qaydaları və qanunları haqqında elmdir. Nəzəriyyə statistika elminin ümumi anlayış
və kateqoriyalarını, statistika müşahidəsinin nəzəriyyə-sinin, statistika materiallarının qruplaşdırılması və
yekunlaşdırılmasının prinsipləri və aparılma qaydalarını, ümumiləşdirici göstəricilərin hesablanması qay-
dalarını, mütləq, nisbi və orta kəmiyyətlərin mahiyyəti və müəyyənləşdirilməsini, onların qurulmasının
elmi metodologiyasını işləyir. O, əlamətin variasiyasını ölçür və təhlil edir, sosial-iqtisadi hadisələrin və
onların əlamətlərinin qarşılıqlı əlaqəsini, əlaqənin sıxlığını reqressiya-korrelyasiya metodu ilə təhlilini ve-
rir. Statistikanın nəzəriyyəsi sosial-iqtisadi hadisələrin inkişaf qanunauyğunluqlarını öyrənmək məqsədilə
dinamika sıralarının qurulma qaydasını və onların təhlili məsələlərini işləyir, hadisələrin məkan və zaman
daxilində dəyişilməsini öyrənmək uçün indekslər sisteminin qurulması və təhlili prinsiplərini işləyir. Sta-
tistika elminin digər sahələri statistika nəzəriyyəsinin kateqoriyaları, göstəriciləri və metodlarından istifa-
də edərək öz tədqiqat obyektlərini öyrənirlər.
Statistika elminin mühüm sahələrindən biri iqtisadi statistikadır. İqtisadi statistika iqtisadiyyatın bütün
sahələrində baş verən nisbətləri, sahələrin quruluşunu, qarşılıqlı əlaqələrini və təkrar istehsalın elementlə-
rini öyrənir. İqtisadi statistikanın quruluşunda makroiqtisadi statistika xüsusi yer tutur. O, ölkənin iqti-
sadiyyatını kompleks öyrənən metodlar işləyir, sahələrarası əlaqələri və s. öyrənir. İqtisadi statistikanın
tərkibinə müəssisələr statistikası, sənaye stalistikası, kənd təsərrüfatı statistikası, istehsal sahələrində
əmək statistikası, ticarət statistikası, tikinti statistikası və digər istehsal sahələrinin statistikası daxildir. Bu
sahələr statistikası statistik nəzəriyyənin və iqtisadi statistikanın metod və kateqoriyalarına istinad edərək
öz tədqiqat obyektlərini öyrənirlər. Statistika elminin üçüncü sahəsi sosial statistikadır. Sosial statistika,
ilk növbədə, əhalini, onun yaşayış şəraitini, əmək prosesində onların münasibətlərini öyrənir. Onun əsas
məqsədi insanların sosial şəraitinin müxtəlif tərəflərini və həyat tərzini kompleks öyrənməkdir.
Mövzu 3. Statistika müşahidəsi və qruplaşdırılması.
Plan:
1. Statistika informasiyası haqda anlayış və statistik müşahidənin təşkilinin əsas formaları.
2. Statistika müşahidəsinin növləri və üsulları.
3. Statistik müşahidənin proqram-metodoloji məsələləri və xətası
4. Seçmə müşahidənin mahiyyəti və tətbiqi. Seçmə üsulları
Statistika elmi
İqtisadi statistika
Statistikanın
nəzəriyyəsi
Sənaye statistikası
Əhali statistikası
Sosial statistika
Kənd təsərrüfatı statistikası
Maarif statistikası
Digər istehsal sahələrinin statistikası
istehsal sahələrində əmək
statistikası
İstehsal sahələrində əmək statistikası
Tikinti statistikası
Həyat səviyyəsi statistikası
Mədəniyyət və incəsənət statistikası
Digər sosial sahələr statistikası
Səhiyyə statistikası
Müəssisələr statistikası
Makroiqtisadi statistika
Sahələrarası əlaqələr statistikası
Ticarət statistikası
11
5.Statistik yekunlaşdırma haqda anlayış və onun vəzifələri
6.Statistika qruplaşdırmasının mahiyyəti və növləri
Statistika informasiyası ilkin statistika materialı olub, statistik müşahidə əsasında formalaşır. O, sta-
tistik tədqiqatın ilk mərhələsidir. Sosial-iqtisadi hadisələri, onların inkişaf qanunauyğunluqlarını öyrən-
mək ücün, ilk növbədə, həmin hadisələrin həcmini, səviyyəsini xarakterizə edən statistika məlumatı əldə
edilməlidir. Həyatda baş verən kütləvi hadisə və proseslər haqqında ilkin məlumatın toplanılması üzrə el-
mi əsasda təşkil edilmiş va aparılmış işə statistika müşahidəsi deyilir. Deməli, statistika müşahidəsi kütlə-
vi məlumat əldə edilməsində ilk mərhələ olub, sosial-iqtisadi hadisələrin tədqiqində çox mühüm yer tu-
tur. Ona görə də hər bir statistika tədqiqatının nəticəsi öyrənilən sosial-iqtisadi hadisələr haqqında top-
lanan məlumatın tamlığından, düzgünlüyündən və vaxtında uçota alınmasından asılıdır.
Sosial-iqtisadi hadisələr haqqında statistik informasiyaya olan tələbat bazar iqtisadiyyatı şəraitində
daha da artır. Statistika müşahidəsi dövlət statistika orqanlarının elmi-tədqiqat institutlarının, birjaların,
firmaların iqtisadi xidmətləri tərəfindən aparıla bilər. Statistika müşahidəsinin aparılması aşağıdakı mər-
hələləri əhatə edir: müşahidəyə hazırlıq; məlumatın kütləvi toplanmasının həyata keçirilməsi; məlumatın
işlənilməsi üçün hazırlıq; statistika müşahidəsinin təkmilləşdirilməsi üzrə təkliflərin işlənilməsi.
Toplanılan kütləvi statistika məlumatlarının etibarlılığını tə-min etmək üçün onlar ətraflı
yoxlanılmalıdır. Toplanan faktla-rın etibarlılığının yoxlanılması statistika müşahidəsinin mühüm
məsələlərindəndir. Hər bir statistika müşahidəsinin elmi təşkili obyektiv statistika materiallarının
toplanılmasının mühüm şər-tidir. Statistika müşahidəsinin aparılması müşahidənin hazırlıq işlərinin
lazımi səviyyədə həyata keçirilməsini tələb edir. Ha-zırlıq işlərinə müşahidənin məqsədini və obyektini
müəyyən et-mək, qeydə alınacaq əlamətlərin tərkibini müəyyən etmək, mə-lumatları toplamaq üçün
sənədləri işləmək, müşahidə vahidini və hesabat vahidini, məlumatın alınması metodlarını və vasitə-ləri
müəyyənləşdirmək daxildir.
Müasir şəraitdə statistika müşahidəsinin aşağıdakı üç əsas təşkilati formalarından istifadə edilir: 1)
hesabat; 2) xüsusi təşkil edilmiş statistika müşahidəsi; 3) registr.
Statistika müşahidəsinin mühüm təşkili forması hesabatdır. O, rəsmi sənəd olub, müəssisə, idarə,
təşkilatlar və s. işləri haq-qında statistika məlumatlarını əhatə edir, təsdiq edilmiş forma-da məcburi
şəkildə statistika orqanlarına təqdim edilməlidir. Müşahidənin əsas forması kimi hesabat ilk uçot
məlumatına əsaslanır. Fəaliyyətdə olan statistika hesabatları tipik və ixtisas-laşdırılmış hesabatlara
ayrılır. Tipik hesabatda göstəricilərin tərkibi fəaliyyət sahələrinin bütün müəssisələri üçün eynidir.
İxtisaslaşdırılmış hesabatlarda göstəricilərin tərkibi iqtisadiyya-tın ayrı-ayrı sahələrinin xüsusiyyətindən
asılı olaraq dəyişir. He-sabatlar verilmə müddətindən asılı olaraq cari və illik hesabat-lara ayrılır. Cari
hesabatlara günlük, həftəlik, ongünlük, aylıq, rüblük və yarımillik hesabatlar daxildir. Ən dolğun və geniş
mə-lumat illik hesabatda verilir, çünki müəssisə, idarə və təşkilatlar öz fəaliyyətləri haqda ən geniş
məlumatı illik hesabatda verir-lər. İllik hesabatda verilən məlumat ölkənin sosial-iqtisadi mə-sələlərini
proqnozlaşdırmaq, onların təhlili əsasında istifadə edilməmiş ehtiyatları aşkar etmək üçün mühüm
məlumat mən-bəyidir. Məlumatın verilmə üsuluna görə hesabatlar elektron, teleqraf, teletayp və poçt ilə
göndərilən hesabatlara ayrılır.
Bazar münasibətləri şəraitində xüsusi təşkil edilmiş statisti-ka müşahidəsi formasından geniş istifadə
edilir. Ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyəti olan bir çox hadisələr haqda məlumat xüsusi
təşkil edilmiş statistika müşahidələri əsa-sında əldə edilir. Bir çox sosial-iqtisadi hadisələr haqda tam,
dolğun və dəqiq məlumatı xüsusi təşkil edilmiş siyahıyaalmalar (məsələn əhalinin siyahıyaalınması)
vasitəsilə toplamaq müm-kündür.
Statistika müşahidəsinin təşkili formalarından biri də registr-dir. Bu müşahidə formasında qeydə
alınmış və əvvəli olan uzun-müddətli proseslərin fasiləsiz statistika müşahidəsidir. Registr müşahidə
formasında müşahidə vahidinin vəziyyətini daima iz-ləyən bir sistem olub, öyrənilən göstəricilərə
müxtəlif amillərin təsirini qiymətləndirir. Bütün göstəricilər tədqiq olunan məcmu vahidlərinin
müşahidəsi tam başa çatana qədər mü-hafizə olu-nur. Aşağıdakı məsələləri həll etmədən registr təşkil
etmək və aparmaq mümkün deyildir:
məcmu vahidini nə vaxt registrdə qeydə almaq və nə vaxt məcmu vahidindən çıxarmaq;
hansı informasiya mühafizə olunmalıdır;
məlumatı hansı mənbələrdən almaq lazımdır;
informasiyanın təzələnməsi və əlavə edilməsi necə həyata keçirilməlidir.
12
Statistika təcrübəsində əhalinin və müəssisələrin registrləri fərqləndirilir. Əhalinin registrində ölkənin
ad-ba-ad və müntə-zəm yeniləşdirilən siyahısı verilir (cins, doğulduğu tarix və yer, evləndiyi tarix və s.
əlamətlər üzrə). Müəssisələrin registri iqti-sadi fəaliyyətin bütün növlərini özündə əhatə edir və müəyyən
dövr ərzində yaxud vaxt anında müşahidə obyektinin hər bir vahidi üzrə əsas əlamətlərin qiymətləri ifadə
olunur (müəssisə-nin təşkil olunduğu vaxt, onun adı və ünvanı, təşkilati-hüquqi forması, quruluşu,
iqtisadi fəaliyyət növü və s. əlamətlər üzrə). Statistika təcrübəsində milli hesablar sisteminin tətbiqində
re-gistrə mühüm əhəmiyyət verilir. Bütün mülkiyyət formalarına aid müəssisə və təşkilatların vahid
dövlət registri müəssisələ-rin məhdud statistika göstəriciləri üzrə ümumi müşahidəsinin aparılmasına nail
olmaq mümkündür. Registr bir yaxud bir ne-çə əlamət üzrə istənilən məcmu vahidini seçməyə və
qruplaş-dırma aparmağa imkan verir. Registrin informasiya fondunda:
1) subyektin registr kodu;
2) subyektin sahə, ərazi mənsubiyyəti, onun mülkiyyət şəklində təşkilati formada tabeliyi haqda məlu-
mat;
3) arayış məlumatı (rəhbərin soyadı, ünvan və s.);
4) iqtisadi göstəricilər haqqında məlumat verilir.
Beləliklə, müasir iqtisadi şəraitində Azərbaycan Respublika-sında artıq həyata keçirilən müşahidənin üç
təşkilatı forması sosial-iqtisadi hadisələr haqqında lazımi məlumatları toplama-ğa imkan verir.
II. Statistika müşahidəsi müxtəlif amil, fəaliyyət və istiqamətlər əsasında mürəkkəb sistemi təzahür
etdirir. Statistika müşahi-dəsi faktların qeydə alınmasına görə fasiləsiz və yaxud cari, dövri və birdəfəlik
müşahidə növlərinə ayrılır. Sosial-iqtisadi hadisələrin vəziyyətində baş verən dəyişikliklər başvermə
anın-da qeydə alınarsa, belə müşahidə cari adlanır. Cari müşahidəyə misal kimi yüklərin göndərilməsi və
gətirilməsinin uçota alın-masını və s. göstərmək olar. Belə müşahidə hər hansı hadisənin dinamikasını
öyrənmək məqsədilə də aparılır.
Bəlli zaman kəsiklərində, vaxtaşırı aparılan müşahidəyə döv-ri müşahidə deyilir. Dövrü müşahidəyə
misal kimi müəssisə, idarə və təşkilatların hər il statistika orqanlarına verdikləri illik hesabatları,
istehsalçıların ayrı-ayrı əmtəələrinin qiymətlərinin hər ay qeydə alınmasını və s. göstərmək olar.
Statistika məluma-tına ehtiyac yarandıqda aparılan müşahidəyə birdəfəlik müşahi-də deyilir. Birdəfəlik
statistika müşahidəsinə misal müxtəlif dövrlərdə aparılan əsas fondların, cins mal-qaranın, məktəblərin və
s. uçota alınmasını göstərmək olar. Statistika müşahidəsinin bu və ya digər növünün təcrübədə tətbiqi
məsələsi öyrənilən so-sial-iqtisadi hadisələrin xüsusiyyətlərindən, müvafiq məlumata ehtiyacdan asılı
olaraq həll edilir.
Statistika müşahidəsi öyrənilən sosial-iqtisadi hadisələrin va-hidlərinin əhatə olunmasına görə ümumi
və qeyri-ümumi mü-şahidəyə ayrılır. Öyrənilən müşahidə obyektinin bütün vahid-ləri qeydə alınarsa,
buna ümumi müşahidə, öyrənilən hadisənin vahidlərinin bir hissəsi qeydə alınarsa, belə müşahidəyə
qeyri-ümumi müşahidə deyilir. Bazar münasibətləri şəraitində ümumi müşahidəyə nisbətən qeyri-ümumi
müşahidədən daha çox istifa-də edilir, çünki qeyri-ümumi müşahidədə vaxta və vəsaitə əhə-miyyətli
dərəcədə qənaət etmək mümkündür. Statistika müşahi-dəsinin forma və növlərini aşağıdakı cədvəllə əks
etdirək müm-kündür:
Cədvəl 3.1. Statistika müşahidəsinin forma və növləri.
Statistika müşahidəsinin formaları
Statistika müşahidə
sinin növləri
Mütəmadilik və fasiləlik üzrə
Məcmu vahidlərinin əhatəsi üzrə
1.Uçot-statistika müşahidəsi
cari, dövri
ümumi (başdan-başa), qeyri-ümumi (nadir hallarda)
2. Xüsusi təşkil edilmiş statistika müşahidəsi
birdəfəlik, dövri
ümumi, qeyri-ümumi (seçmə qaydasında)
Qeyri-ümumi müşahidənin növləri. Qeyri-ümumi müşahidə-də əvvəlcədən bilinir ki, öyrənilən
hadisənin hansı hissəsi tədqiq ediləcəkdir. Qeyri-ümumi müşahidənin üstün cəhəti ondan ibarətdir ki,
burada məlumat qısa müddətdə və az vəsait və əməklə əldə edilir. Qeyri-ümumi müşahidənin bir neçə
növü vardir. Sistemli şəkildə onları nəzərdən keçirmək üçün sxem 3.1-ə müraciət edək.
Sxem 3.1.
Qeyri-ümumi müşahidə növləri
seçmə müşahidə
əsas kütlədən müşahidə
monoqrafıya müşahidəsi
13
Qeyr-ümumi müşahidənin elmi cəhətdən ən mükəmməl növü- seçmə müşahidədir. Statistika məcmu-
sunu bütövlükdə xa-rakterizə etmək ücün məcmu vahidlərinin bir hissəsinin elmi prinsiplər əsasında
seçilib öyrənilərək, alınan nəticənin ümumi-yə aid edilməsinə seçmə müşahidə deyilir. Seçmə müşahidə
düzgün təşkil edildikdə sosial-iqtisadi hadisələr haqda dəqiq məlumat əldə etmək mümkündür. Belə bir
məlumat statistika məcmusunu ümumilikdə, dolğun xarakterizə etməyə imkan ve-rir. Bazar iqtisadiyyatı
şəraitində bir çox sosial-iqtisadi hadisə-lərin tədqiqində seçmə müşahidədən tez-tez istifadə edilir. Seç-
mə müşahidədən iqtisadi fəaliyyətin bütün sahələrində, sosio-loji tədqiqatların aparılmasında,
məhsulların keyfiyyətinin və s. sahələrin tədqiqində istifadə edilir.
Qeyri-ümumi müşahidənin ikinci növü- əsas kütlədən müşa-hidədir. Öyrənilən statistika məcmusu
vahidlərinin ümumi həc-mində əsas hissəsinin uçota alınaraq tədqiq edilməsi əsas kütlə-dən statistika
müşahidəsi adlanır. Əsas kütlənin müşahidəsinə misal kimi şəhər bazarlarında satılan əmtəələrin
qiymətinin və miqdarının uçota alınmasını göstərmək olar. Bu şəhərlərin ba-zarlarından ümumi əmtəə
dövriyyəsində daha böyük xüsusi çə-kiyə malik olan bazarlarda satılmış əmtəələrin qiyməti və miq-darı
qeydə alınır. Ona görə də belə müşahidəyə əsas kütlədən müşahidə deyilir.
Qeyri-ümumi müşahidənin xüsusi bir növü də monoqrafıya müşahidəsidir. Öyrənilən statistika
məcmusunun ayrı-ayrı ob-yektlərinin ətraflı tədqiqi monoqrafiya müşahidəsi adlanır (mə-sələn, ayrı-ayrı
müəssisələrdə istifadə olunmamış ehtiyatları aş-kar etmək məqsədilə aparılan tədqiqat). Belə müşahidə
əsasın-da qabaqcıl təcrübə müəyyən edilir və onun obyektinin gələcək inkişafını təmin etmək üçün
mühüın əhəmiyyətə malikdir.
Statistika müşahidəsinin üsulları. Statistika məlumatları müxtəlif üsullarla toplana bilər. Bu üsulların
sistemləşdirilməsi sxem 3.2.-də verilmişdir. Bu sxemdən də göründüyü kimi, sta-tistika müşahidəsinin
mühüm üsullarına aşağıdakılar daxildir: bilavasitə müşahidə; sənəd üsulu; sorğu.
Sosial-iqtisadi hadisənin xüsusiyyətindən asılı olaraq məlu-mat toplanılmasında bu yə ya digər
müşahidə üsulundan isti-fadə edilir. Bilavasitə müşahidə üsulunda qeydiyyatçıların şəx-sən sosial-iqtisadi
hadisəni sayması, ölçməsi və s. əsasında faktlar müəyyənləşdirilır və statistik sənədlərdə qeydiyyat apa-
rılır. Müşahidənin bu usulla aparılmasında yaxşı təlimatlanmış, hazırlıqlı kadrlar iştirak etdiklərindən
alınan məlumat dəqiq və dolğun olur. Sənəd üsulu ilə aparılan statistika müşahidəsində informasiya
mənbəyi kimi ayrı-ayrı uçot sənədlərində verilən məlumatdan istifadə edilir. Müəssisələrin təqdim
etdikləri statis-tik hesabatlar ilk uçot sənədləri əsasında tərtib edilir.
Sxem 3.2.
Statistik müşahidənin aparılmasında sorğu üsulundan da ge-niş istifadə edilir. Sorğu üsulu ilə
statistika müşahidəsində lazı-mi məlumat soruşulan şəxsin verdiyi cavabın qeydə alınması əsasında
toplanır (məsələn, əhalinin siyahıya alınmasında sorğu üsulu tətbiq edilir). Sorğu üsulu ekspedisiya
(şifahi sorğu), özu-nüqeydəalma, müxbir və anket müşahidə üsullarına ayrilır. Ekspedisiya və ya şifahi
sorğu üsulunda xüsusi hazırlanmış qey-diyyatçılar statistika formulyarlarında qoyulmuş suallara cavabı
soruşulan şəxsin şifahi ifadəsi əsasında qeydə alırlar. Özünüqey-dəalma muşahidə üsulunda statistika
sənədlərində qoyulmuş su-allara cavab soruşulan şəxslərin özü tərəfindən yazılır. Burada qeydiyyatçıların
vəzifəsi statistika formulyarlarını soruşulan şəxslərə paylamaqdan, onları təlimatlandırmaqdan və
müəyyən vaxtdan sonra həmin formulyarları toplayıb statistika orqanına verməkdən ibarətdir. Müxbir
üsulu ilə müşahidənin mahiyyəti ondan ibarətdir ki, müşahidəni aparan orqan statistik formulyarı
yerlərdəki könüllü müxbirlərə göndərir. Müxbirlər statistika for-mulyarlarında qoyulmuş suallara cabab
yazaraq, onları müşahi-də aparan orqana qaytarırlar. Bu üsulla müşahidənin aparılması xeyli az vəsait
tələb edir, lakin alınan statistika materiallarının keyfıyyəti tələb olunan səviyyədə olmur, çünki alınan
cavabla-rın düzgünlüyünü yerlərdə bilavasitə yoxlamaq mümküm olmur.
Statistika müşahidəsinin üsulları
bilavasitə müşahidə
sənəd üsulu
Ekspedisiya
Özunü qeydə alma
Anket üsulu
Müxbir müşahidə
sorğu
14
Müasir dövrdə anket üsülu ilə müşahidədən də istifadə edi-lir. Anket üsulunda qoyulmuş suallar dövri
mətbuatda nəşr olu-nur, yaxud ayrı-ayrı şəxslərə göndərilir. Həmin suallara cavab-ların verilməsi
könüllülük prinsipinə əsaslanır. Ona görə də an-ketdə qoyulmuş sualların hamısına cavab alınmır. Belə
müşahi-də üsulu sosial-iqtisadi hadisələr haqda ictimai fikirləri öyrən-mək işində tez-tez istifadə edilir.
III.Statistik müşahidənin nəzəriyyəsində mühüm yer tutan müşa-hidənin proqram-metodoloji
məsələlərinə onun (müşahidənin) məqsədi və vəzifəsi, müşahidə obyekti və müşahidə vahidinin
müəyyənləşdirilməsi, onun proqramının hazırlanması, növünün və aparılma üsulunun seçilməsi,
müşahidənin vaxtının və aparıl-ması müddətinin müəyyən edilməsi, toplanılmış statistik məlu-matın
dəqiqliyinin yoxlanılmasının təşkili daxildir.
Statistika müşahidəsinin məqsədi, ilk növbədə, təcrübənin və elmin tələbatını, idarəetmə orqanlarının
ehtiyaclarını təmin et-mək vəzifəsini həyata keçirməkdən ibarətdir. Statistik müşahi-dənin vəzifəsi sosial-
iqtisadi hadisələrin inkişaf qanunauyğun-luqlarını aşkar etmək üçun etibarlı məlumat əldə etməkdir. Hər
bir statistik müşahidənin məqsəd və vəzifəsi aydın və ətraflı mü-əyyən edilməlidir.
Müşahidənin məqsədi və vəzifəsi müəyyən edildikdən sonra onun obyekti müəyyənləşdirilməlidir.
Tədqiq olunacaq sosial-iqtisadi hadisənin statistika məcmusu müşahidə obyekti adlanır. Statistika
müşahidəsinin obyektini düzgün müəyyən etməyin mühüm əhəmiyyəti vardır. Məsələn, ölkədə yaşayan
fiziki şəxs-lərin məcmusu, ayrı-ayrı fəaliyyət sahələrinin müəssisələrində məşğul olan şəxslərin sayı və s.
Hər bir statistik müşahidənin obyekti ayrı-ayrı elementlərdən və müşahidə vahidlərindən ibarətdir.
Müşahidə obyektinin tər-kib hissəsi olan, qeyda alınacaq əlamətləri özündə əks etdirən, uçota almaq üçün
əsas olan elementlər müşahidə vahidi adlanır. Müşahidə vahidini elmi əsaslarla müəyyən etmək üçün
müşahi-də obyekti keyfiyyətcə təhlil edilməlidir. Müşahidə vahidinin düzgün müəyyən edilməsi
nəticəsində sosial-iqtisadi hadisə haqda dolğun, etibarlı məlumat əldə etmək mümkündür. Müşa-hidə
olunacaq obyektdən asılı olaraq ayrı-ayrı təsərrüfat sub-yektləri və s. müşahidə vahidi ola bilər. Müşahidə
vahidi ilə he-sabat vahidini ayırmaq lazımdır. Hesabat vahidi o subyektdir ki, ondan müşahidə vahidləri
haqqında məlumat daxil olur.
Müşahidə proqramının hazırlanmasında qeydə alınacaq əla-mətlərin düzgün seçilməsinin mühüm
əhəmiyyəti vardır. Sosial-iqtisadi hadisələr haqqında informasiya bütün əlamətlər əsasın-da deyil,
hadisəni bilavasitə xarakterizə edən mühüm əla-mətlər üzrə toplana bilər. Həmin mühüm əlamətlər
əsasında müşahidə-nin proqramı tərtib edilir. Müşahidənin proqramı qeydə alınacaq əlamətlərin, yəni
cavab toplanılacaq sualların siyahısından iba-rətdir. Beləliklə, statistika müşahidəsinin proqramının
tərtibində aşağıdakı tələblər nəzərə alınmalıdır:
proqramda öyrənilən sosial-iqtisadi hadisəni xarakterizə edən mühüm əlamətlər, hadisənin əsas
xüsusiyyəti, tipi ifadə olunmalıdır;
proqramda qoyulmuş suallar dəqiq olmalıdır və düzgün ca-vab almaq üçün asan olmalıdır;
proqramı işləyərkən ancaq sualları tərtib etməklə kifayətlən-mək olmaz, onların ardıcıllığını da təmin
etmək lazımdır;
proqramda toplanılan məlumatların yoxlanılması və dəqiqli-yini təmin etmək üçün nəzarət xarakterli
sualların qoyulması məqsədəuyğundur.
Dostları ilə paylaş: |