σ
2
∆ = t · µ
və yaxud
∆
═
t ;
n
Ədəbiyyatlarda “t” etibarlılıq əmsalı da adlandırılır. Düstur-dan göründüyü kimi, seçmə xətasının son
həddi seçmənin orta xətası və ehtimaldan asılıdır.
Özünün mütləq kəmiyyətinə görə seçmə və baş məcmunun ümumiləşdirici göstəriciləri arasındakı
fərq müəyyən ehtimal-da, müəyyən bir kəmiyyətdən yüksək olmamaqla seçmə xəta-sının son həddindən
kənara çıxa bilməz. Bu böyük ədədlər qa-nununun mahiyyətindən irəli gəlir. Belə ki, vahidə yaxınlaşan
ehtimalla təsdiq etmək olar ki, seçmə məcmunun həcmi kifayət qədər çox olduqda onun ümumiləşdirici
göstəriciləri baş məc-munun müvafiq göstəricilərindən az fərqlənəcəkdir. Seçmə xə-tasının son həddi
müəyyən ehtimalla seçmə tadqiqatının dəqiq-liyini xarakterizə edir.
Seçmə üsulları. Seçmə müşahidə müxtəlif üsullarla aparıla bilər. Vahidləri baş məcmudan fərdi və
qrup halında seçmək olar. Əgər ayrı-ayrı vahidləri baş məcmudan seçmək yolu ilə seçmə məcmunu təşkil
olunarsa, buna fərdi seçmə deyilir. Baş məcmudan tam qrupları seçmək yolu ilə seçmə məcmu təşkil
olunarsa, bu, qrup halda seçmə adlanır. Yəni əvvəlcə baş məc-mu bircinsli qruplara ayrılır, sonra təsadüfi
qaydada tam qruplar seçilir. Seçilmiş qruplar müşahidədən keçirilir.
Baş məcmudan vahidlər təsadüfi, mexaniki, tipik və ya se-riyalı seçmə üsulları ilə seçilə bilər.
Təsadüfi, tipik və seriyalı seçmə üsulları həm təkrar, həm də təkrar olmayan seçmə qay-dasında aparıla
bilər. Təkrar seçmə qaydasında baş məcmunun hər bir vahidinin seçmə məcmuya bir neçə dəfə düşmək
imkanı vardır. Təkrar olmayan seçmə qaydasında baş məcmunun hər bir vahidi seçmə məcmusuna ancaq
bir dəfə düşə bilər. Statis-tika işlərində ən çox təkrar olmayan seçmə qaydasından istifa-də edilir.
Xüsusən mexaniki seçmə ancaq təkrar olmayan seçmə qaydasında aparılır. Seçmə üsulunun bir növü
təsadüfi seçmədir. Baş məcmudan vahidlərin qərəzsiz, təsadüfi qaydada seçilmə-sinə təsadüfi seçmə
20
deyilir. Təsadüfi seçmə, adətən, püşk-atma qaydasında aparılır. Təsadüfı seçməni həyata keçirmək üçün
aşağıdakı əməliyyatları yerinə yetirmək lazımdır:
a) baş məcmunun siyahısı bütün vahidlərin sıra nömrəsi göstərilməklə tərtib edilir;
b) eyni keyfiyyətli kağızdan eyni həcmli biletlər hazırlanır, onlarda müvafiq sıra nömrələri yazılır;
c) biletləri büküb xüsusi gilizlərə qoymaqla həmin gilizləri qutuya töküb möhkəm qarışdırırlar;
d) qutudan təsadüfi qaydada hər dəfə bir bilet çıxarıb nöm-rəsini yazırlar.
Seçmə müşahidəni apararkən baş məcmunun göstəricilə-rinin həcmi məlum olmur. Ona görə də
təcrübədə baş məcmu-nun göstəricilərinin əvəzinə seçmə məcmunun göstəricilərin-dən istifadə edilir.
Təkrar seçmə üsuluna nisbətən təkrar olma-yan seçmə xətası az olur. Onu da demək lazımdır ki, təkrar
ol-mayan seçmədə seçilənlərin sayı artdıqca, seçmə xətası azalır. Əgər seçilənlərin sayını baş məcmunun
həcminə çatdırsaq, alınmış nəticə reprezentativ xəta olmaz.
Təcrübədə ən çox mexaniki seçmədən istifadə edilir. Vahid-lər müəyyən fasilə əsasında mexaniki
qaydada seçilərsə, buna mexaniki seçmə deyilir. Mexaniki seçməni aparmaq üçün əv-vəlcə baş
məcmunun vahidlərinin siyahısı tərtib edilir. Bu siya-hı əlifba sırası, coğrafi prinsip üzrə, göstərilərin
artan, yaxud azalan qiyməti üzrə və s. tərtib edilə bilər. Statistika işlərinin təcrübəsində çox vaxt baş
məcmunun vahidləri hər hansı bir əlamətin qiyməti üzrə artan və yaxud azalan qaydada düzülür. Sonra
həmin siyahıdan müəyyən fasilə əsasında vahidlər seçilir. Fasilə baş məcmu vahidlərinin seçiləcək
vahidlərin sa-yına bölünməsi yolu ilə müəyyən edilir. Siyahı tərtib etmədən də mexaniki seçməni təşkil
edib aparmaq olar. Bunun üçun baş məcmunun vahidlərinin təbii düzülmüş sıra-sından istifadə edilir.
Mexaniki seçmədə seçmənin orta xətasını qruplar üzrə orta qrupdaxili dispersiya əsasında hesablamaq
daha düzgün nəticə verə bilər. Qruplar üzrə hesablanmış orta qrupdaxili dispersiya ümumi dispersiyadan
kiçik olur. Qruplar üzrə orta qrupdaxili dispersiya əsasında seçmənin orta xətası aşağıdakı düsturla he-
sablanır:
_
σ
i
2
n
µ
═
1
-
n
N
Qruplar üzrə orta qrupdaxili dispersiyanı hesablamaq üçün bütün məcmu vahidlərinin miqdarı haqda
məlumat olmalıdır. Lakin belə məlumat olmadığına görə seçmə məcmu əsasında hesablanmış ümumi
seçmə dispersiyadan istifadə edilir. Mexa-niki seçmə bütün hallarda təkrar olmayan qaydada aparıldığına
görə seçmənin orta xətası təkrar olmayan düsturlarla hesab-lanır. Burada təsadüfi seçmədə işlədilən
müvafıq düsturlardan istifadə edilir. Baş məcmu bircinsli olmadıqda, əvvəl onu eyni tipli qrupla-ra
ayırmaq lazımdır. Qruplaşdırma öyrənilən əlamət üzrə aparı-lır. Sonra həmin qruplardan vahidlər təsadüfi
və yaxud mexani-ki qaydada seçilir. Məsələn, əhalinin büdcə tədqiqatında əhali ilk öncə sosial-ictimai
qruplara ayrılır.
Təsadüfi və mexaniki seçmə üsullarına nisbətən tipik seç-mənin nəticəsi daha dəqiq olur, çünki tipik
seçmədə baş məc-muyun hər bir qrupundan vahidlərin seçmə məcmusuna düşmə imkanı təmin edilir.
Tipik seçmədə baş məcmu üzrə seçmə xətasının son həddini hesablayarkən, ümumi və ya seçmə
dispersiyaları (σ
o
2
) əvəzinə orta qrupdaxili dispersiya ( σ
i
2
), pq əvəzinə isə onların orta kə-miyyəti (pq)
götürulür. Tipik seçmədə seçmə xətasının son həddini hesablayarkən aşağıdakı düsturlardan istifadə
olunur:
təkrar seçmədə əlamətin orta kəmiyyətini müəyyən edərkən:
__
σ
o
2
∆
x
═
t
n
əlamətınn hissəsini müəyyən edərkən:
__
pq
∆
P
═ t
n
təkrar olmayan seçmədə əlamətin orta kəmiyyətini müəyyən edərkən:
__
21
σ
i
2
n
∆
x
═
t
1
-
n
N
əlamətin hissəsini müəyyən edərkən:
pq n
∆
P
═ t 1 -
n N
Seçmə məcmu üzrə seçmə xətasının son həddi düsturları aşağıdakı kimi yazıla bilər:
təkrar seçmədə əlamətin orta kəmiyyətini müəyyən edərkən:
σ
o
2
∆
x
═ t
n
Burada: σ
o
2
- qrupdaxili seçmə orta dispersiyadır və aşağıdakı düsturla hesablanır :
∑ σ
o
2
n
i
σ
o
2
═
∑ n
i
Əlamətin hissəsini müəyyən edərkən ω(1-ω) əvəzinə onun orta kəmiyyəti götürülür:
ω(1-ω)
∆
P
═ t
n
Təkrar olmayan seçmədə əlamətin orta kəmiyyəti üçün:
σ
o
2
n
∆
x
═ t 1 -
n N
Əlamətin hissəsi üçün:
ω(1-ω) n
∆
P
═ t 1 -
n N
yazıla bilər. Dispersiyaların cəmlənmə qaydasından məlumdur ki: orta qrupdaxili dispersiya (σ
i
2
) ümumi
dispersiyadan ( σ
2
) ki-çikdir. Deməli, tipik seçmənin xətası təsadüfi seçmə xətasından az olur, yəni tipik
seçmə təsadüfı seçmədən daha dəqiqdir. Ona görə ki, tipik seçmədə öyrənilən hadisənin ayrı-ayrı
tiplərinin nümayəndələrinin seçmə məcmusuna düşməsi tam təmin edilir. Buradan aydın olur ki,
mürəkkəb sosial-iqtisadi hadisələri öy-rənərkən onları əvvəlcə tiplərinə ayırmaq, seçmə müşahidənin
təşkilinin mühüm elmi prinsiplərindən biridir.
Seriyalı seçmədə baş məcmudan ayrı-ayrı vahidlər deyil, qruplar seçilir və seçilmiş qruplarda ümumi
müşahidə aparılır. Qruplar təsadüfi təkrar yaxud təkrar olmayan qaydada seçilə bi-lər. Məsələn, mal-
qaranın uçota alınması zamanı əldə edilmiş məlumata düzəliş vermək məqsədilə aparılan nəzarət
gəzintisin-də yaşayış məntəqələri seçilir, sonra seçilmiş məntəqələrdə mal-qaranın ümumi uçotu aparılır.
Seriyalı seçmədə hər bir seriya məcmu vahidi kimi götürülür və əlamətin tərəddüd dərəcəsinin ölçüsü
seriyalararası seçmə dispersiya olur. Digər seçmə üsulla-rına nisbətən serıya seçmə üsulunda seçmənin
orta xətası yük-sək olur. Ayrı-ayrı seriyaların orta kəmiyyəti baş orta kəmiy-yətdən çox fərqləndikcə
xətanın həcmı də yüksək olur, əksinə fərq azaldıqca xətanın həcmı də azalır. Seriyalı seçmə üsulunun
üstünlüyü- onun asan təşkil olunmasındadır.
Kombinələşdirilmiş seçmədə bir neçə seçmə üsullarından birlikdə istifadə olunur. Məsələn, seriyalı
seçmənı təsadüfi seç-mə ilə kombinələşdirmək olar. Bu zaman əvvəlcə baş məc-munu seriyalara,
qruplara ayırıb, lazım olan seriyalar seçılır, sonra seçilmiş seriyalardan təsadüfi seçmə üsulu ilə vahidlər
seçlir. Kombinələşdirilmiş seçmədə seçmə təkrar və təkrar ol-mayan qaydada aparılır.
22
Təcrübədə seçmə tədqiqatı ilə ümumi müşahidənin kombi-nələşdirilməsindən də istifadə edilir. Seçmə
müşahidə ilə ümu-mi müşahidənin kombinələşdirilməsi seçmə məlumatın dəqiq-liyini daha yaxşı
yoxlamağa imkan verir.
Ümumi müşahidə zamanı ən mühüm əlamətlər üzrə məlumat toplanılır. Ümumi müşahidənin
məlumatını tamamlamaq üçün əlavə seçmə müşahidəsi aparilır. Əsas proqram üzrə baş məc-munun bütün
vahidləri geniş proqram üzrə isə bir hissə tədqiq edilir.
Kiçik seçmə. Seçmənin nəticəsinin baş məcmuya yayılması böyük ədədlər qanununa görə seçilənlərin
sayını kifayət qədər çox götürmək prinsipinə istinad edir. P.Çebışevin teoremindən məlumdur ki,
seçilənlərin sayı çox olduqda bir o qədər seçmə göstəricilərinin reprezentativliyi yüksək olur.
Lakin bir sıra hallarda böyük həcmli seçmə tədqiqatı apar-maq mümkün və yaxud məqsədəuyğun
olmur. Məsələn, məh-sulların keyfiyyətinin, əmək məhsuldarlığının və digər göstə-riciləri böyük həcmli
seçmə müşahidəsi əsasında tədqiq etmək ya mumkün deyil, ya da məqsədəuyğun hesab etmək olmaz.
Belə hallarda kiçik seçmədən istifadə edilir. Seçmə tədqiqatı ilə əhatə olunan vahidlərin sayı 30-dan çox
olmayan tədqiqata ki-çik seçmə deyilir. Kiçik seçmədə tədqiq olunan vahidlərin sayı 30 vahiddən az olur.
Kiçik seçmə nəzəriyyəsini ilk dəfə ingilis riyaziyyatçı-sta-tistiki V.Kosset işləmişdir. Sonra onun
işlərini ingilis alim, sta-tistik R. Fişer, rus riyaziyyatçılarından isə V.Romanovski və A. Kolmoqorov
davam etdirmişdilər.
Riyazi statistikada sübut edilmişdir ki, kiçik seçmədə seç-mənin nəticəsini baş məcmuya yaymaq olar.
Lakin kiçik seç-mədə seçmə xətasının son həddinin hesablanmasının müəyyən xüsusiyyəti vardır.
Məlumdur ki, böyük həcmli seçmə məc-musunda baş məcmunu almaq üçün seçmə dispersiyanı n/(n-1)
əmsalına vurmaq böyük rola malik deyildir. Lakin seçmə məc-muyu kiçik olduqda bu əmsalı nəzərə
almaq lazımdır. İngilis alimi sübut etmişdir ki, kiçik seçmə halında ehtimalın bölgü qanununun xüsusi
fəaliyyəti mövcuddur.
V. Statistik fəaliyyət özü ilə ardıcıl və məqsədyönlü işin təcəs-sümü kimi ifadə olunur. Əgər onun ilkin
addımları məqsədinin müəyyənləşdirilməsindən sonra onun haqqında zəruri informa-siyanın toplanması
ilə müşayət edilirsə, bu heç də hələ sərf olunan əməyin başa çatması mənasını daşımamamlıdır. Görü-lən
sadalanan işlər sonrakı mərhənin mühüm bazası kimi çıxış etməklə yanaşı qarşıya qoyulan məqsədə
gedən yolu bir mərhə-lədə yaxınlaşdırmalıdır.
Ayrı-ayrı ölkələrin statistikləri birinci araşdırma mərhələsi-nin başa çatması və ikinci mərhələyə keçid
haqqında maraqlı qiymətləndirmələr aparmış və diqqətəlayiq düşüncələrini bil-dirmişlər. Onlardan biri
kimi rus statistiki A.Kaufmanın fikir-ləri qəbul edilə bilər. Bu alimin maraqli ifadəsinə görə “müşa-hidə
nəticəsində alınan məlumatlar statistika sahəsində ev ti-kərkən istifadə ediləcək kərpic” kimi çıxış edir.
Onun fikrini davam etdirdikdə belə nəticəyə gəlmək olar ki, “əgər birinci mərhələnin həyata keçirilməsi
statistik tədqiqatın aparılmasın-da bünövrənin hazırlanmasıdırsa, onun başa çatması qurulacaq statistik
binanın inşası üçün tikinti materiallarıdır. Məhs belə təyinatlı materialların (yəni, informasiyanın)
mövcudluğu mü-vafiq qurğunun tikilərək hazır şəkildə istifadəyə verilməsinə şərait yaradacaq.” Deyilən
obrazlı fikirlər müşahidənin əhəmiy-yətini vurğulamaqla yanaşı, onun ara faza olduğunu və qeyd olunan
istiqamətdə işlərinin davam etdirilməsinin zəruri olduğu-nu bildirir.
Statistik materialların qruplaşdırılması və yekunlaşdırılma-sında kütləvi müşahidə nəticəsində toplanan
ilk məlumatlar sis-temə salınır. Müşahidə nəticəsində əlamətin ayrı-ayrı vahidlə-rini xarakterizə edən
hadisə və prosesləri dərk etmək üçün la-zım olan məlumat toplanır. Elmi prinsiplər əşasında toplanmış
məlumatı dərk etmək və sosial-iqtisadi hadisələrin inkişaf qa-nunauyğunluqlarını müəyyən etmək üçün
həmin məlumatı ye-kunlaşdırmaq, sistemləşdirmək və nəzəri cəhətdən ümumiləş-dirmək lazımdır.
Məlumdur ki, əhalinin siyahıya alınması nəticəsində ölkədə yaşayan ayrı-ayrı şəxslər haqda bir sıra
əlamətlər üzrə məlumat toplanır. Lakin ölkənin əhalisi haqqında toplanmış bu ilkin mə-lumat işlənməzsə,
sistemə salınmazsa heç bir nəticə çıxarmaq olmaz. Bunun üçün həmin məlumatı sistemləşdirmək və
əhali-nin sayını bir sıra əlamətlər üzrə müəyyənləşdirmək, yəni ye-kun məlumat əldə etmək lazımdır.
Ancaq belə məlumat əsasın-da ölkə əhalisi haqda aydın təsəvvür əldə etmək mümkündür. Beləliklə,
ictimai hadisələrin tipik xüsusiyyətlərini və qanuna-uyğunluqlarını aşkar etmək üçün ilkin statistik
materialların sistemləşdirilməsi və işlənilməsi statistika materiallarının ye-kunlaşdırılması adlanır.
Yekunlaşdırmanın tərkib elemenlləri statistik materialların müvafiq əlamətlər üzrə qruplara ayrıl-
masından, statistika məcmusunun bütövlükdə va onun ayrı-ayrı qruplarını xarakterizə edən göstəricilər
23
sisteminin işlənməsin-dən, qrup və ümumi yekunların hesablanmasından, yekunlaş-dırmanın nəticəsinin
statistika sıralarında, cədvəllərdə və qra-fiklərdə təsvirindən ibarətdir.
Statistik materialların yekunlaşdırılması statistik tədqiqatın ikinci mərhələsidir. Statistika
yekunlaşdırılmasının düzgün təş-kilinə, onun elmi prinsiplər əsasında aparılmasına xüsusi fikir
verilməlidir.
Statistik materialların yekunlaşdırılması, statistik tədqiqatın vəzifələrinə müvafiq olaraq, əvvəlcədən
tərtib edilmiş proqram əsasında aparılır. Statistika yekunlaşdırılmasının proqramı bir-cinsli qrupları təşkil
etmək üçün qruplaşdırma əlamətlərinin müəyyən edilməsini, qrupların sayını, iş cədvəlinin maketini və
göstəricilərin siyahısını əhatə edir. Yekunlaşdırmanın proqramı elə tərtib edilməlidir ki, yekunlaşdırma
nəticəsində alınmış ma-teriallar öyrənilən hadisəni hərtərəfli xarakterizə edə bilsin. Ye-kunlaşdırmanın
proqramı iqtisadiyyatı idarə edən orqanların, nazirliklərin, idarələrin və yerli orqanların tələblərinin
ödənmə-sini təmin edə biləcək tərzdə tərtib edilməlidir. Proqramda ayrı-ayrı işlərin hansı müddətdə
yerinə yetirilməsi və onların cəd-vəllərdə, statistik məcmuələrdə və s. təsvir edilməsi ilə əla-qədar olan
tədbirlər verilir. Yekunlaşdırmanı aparmazdan əvvəl müşahidə nəticəsində toplanmış məlumatlar əvvəlcə
ətraflı yoxlanmalıdır.
Göstərilənləri yekunlaşdırma komponentləri kimi təsnifat şəklində ifadə etmək mümkündür. Nəticədə
aşağıdakı bölmələr ortaya çıxır:
müşahidədən sonrakı mərhələdə aparılacaq ümumiləşdir-məni və qruplaşdırmanı əks etdirəcək
proqram;
bütövlükdə məcmunu və onun ayrı-ayrı qruplarını özündə təcəssüm etdirən fərdi göstəricilər və
onların sistemi;
qruplar üzrə fərdi yekunların, sonra isə ümumi nəticələrin müəyyən edilməsi;
yekunlaşdrılmış nəticələrin cədvəllər və digər əyani vəsait-lər vasitəsilə ifadə edilməsi və s.
Sadalananların mövcudluğu çoxşaxəli mexanizmə malik olan ümumiləşdirmə işinin həyata
keçirilməsində vacib şərt-lərdir. Beləliklə, statistik müşahidə nəticəsində toplanmış məlu-matın tam və
düzgünlüyü yoxlandıqdan, müvafiq düzəliş edil-dikdən sonra o, qruplaşdırıla, yekunlaşdırıla bilər.
Yekunlaşdırma tərkib etibarı ilə sadə və qrup olmaqla iki ye-rə ayrılır. Sadə yekunlaşdırma öyrənilən
hadisələr arasında müxtəliflik olmadıqda istifadə edilir. Qrup üzrə yekunlaşdırma zamanı məcmu
vahidləri birnövlü qruplara paylandıqdan sonra ümumiləşdirmə işlərinə start verilir.
Yekunlaşdırmanın araşdırılmasında digər bölgü əlamətini məlumatın işlənilməsi forması təşkil edir ki,
bu zaman iki qrup fərqləndirilir: 1) mərkəzləşdirilmiş yekunlaşdırma; 2) qeyri-mərkəzləşdirilmiş
yekunlaşdırma.
VI.Statistik materialların yekunlaşdırılmasında qruplaşdırma mühüm yer tutur. Sosial-iqtisadi hadisə
vahidlərinin mühüm əlamətlər üzrə bircinsli qruplara ayrılmasına statistikada qrup-laşdırma deyilir.
Qruplaşdırma kütləvi statistik məlumatın iş-lənməsi və təhlilinin elmi asasını təşkil edir.
Məlumdur ki, sosial-iqtisadi hadisələr əsasən keyfiyyətcə müxtəlif olan bir çox vahidlərdən ibarətdir.
Həmin vahidləri müəyyən əlamətlər üzrə bircinsli qruplara ayırmadan sosial-iq-tisadi hadisələri dərk
etmək çətin, bəzi hallarda isə mümkün deyildir. Məsələn, əhalinin siyahıya alınmasında onun haqqın-da
bir çox əlamatlər üzrə məlumat toplanır, əhalinin ümumi sa-yını sadəcə olaraq müəyyən etsək, bu əhalini
hərtərəfli xarak-terizə etmək üçün heç də kifayət etməz. Əhalini hərtərəfli xa-rakterizə etmək üçün onun
ümumi sayını müəyyən etməklə bə-rabər, cinsi, ictimai qrupları, yaş qrupları, məşğuliyyəti, təhsili, şəhər
və kənd əhalisi haqda məlumat əldə etmək lazımdır. Bü-tün bunlar haqqında məlumat əhalinin həmin
əlamətlər üzrə qruplaşdırılması nəticəsində əldə edilir. XIX əsrdə tanınmış statistik D.Juravski
qruplaşdırma üsuluna böyük əhəmiyyət vermişdir. O, qruplaşdırmanın, yaxud vahidlərin kateqoriyalar
üzrə hesaba alınmasını statistikanın əsas vəzifəsi hesab edirdi. E.Yanson statistikanı sosial qruplar
haqqında elm adlandırırdı.
Bazar münasibətləri şəraitində statistika materiallarının qruplaşdırılmasının əhəmiyyəti daha da
artmışdır. Təkcə qrup-laşdırma metodunu tətbiq etmək nəticəsində sosial-iqtisadi ha-disələrin tərkibində,
quruluşunda baş vermiş və baş verə bilə-cək dəyişilikləri müəyyən etmək mümkündür.
Qruplaşdırma əlamətinin seçilməsi, qrup və fasilələrin təş-kili prinsipləri. Qruplaşdırma
nəzəriyyəsinin çox mühüm məsə-lələrindən biri qruplaşdırma əlamətinin müəyyən edilməsi və onun
seçilməsidir. Sosial-iqtisadi hadisələrin vahidlərinin qrup-lara ayrılmasına imkan verən əlamət
qruplaşdırma əlaməti ad-lanır. Qruplaşdırma üçün götürülən dəyişən əlamətə qruplaş-dırma əlaməti
24
deyilir. Onu çox vaxt qruplaşdırmanın əsası da adlandırırlar. Statistik materialların işlənməsi və təhlilinin
nəti-cəsi əsasən qruplaşdırma əlamətinin düzgün seçilməsindən asılı-dır. Sosial-iqtisadi hadisələr bir sıra
əlamətlərlə xarakterizə olu-nur. Qruplaşdırma mühüm, müəyyənləşdirici əlamət əsasında aparılmalıdır.
Qruplaşdırma əlaməti konkret şəraitdən və vaxt-dan asılı olaraq seçilməlidir. Müasir şəraitdə kəndli
(fermer) tə-sərrüfatlarını mühüm əlamət olan mal-qaranın sayına, gəlirlərin həcminə və s. əlamətlər üzrə
qruplaşdırılmasını məqsədəuyğun hesab edilir.Qruplaşdırma bir əlamət uzrə aparılarsa sadə qrup-
laşdırma adlanır. Sadə qruplaşdırma ilə bərabər, sosial-iqtisadi hadisələrin inkişaf prosesini hərtərəfli
öyrənmək üçün onlan iki və daha çox əlamət üzrə qruplaşdırmaq lazımdır. Qruplaşdırma əlaqədə
götürülmüş iki və daha çox əlamət üzrə aparılarsa, belə qruplaşdirmaya quraşıq (kombinasiyalı,
mürəkkəb) qruplaşdır-ma deyilir. Sadə qruplaşdırmaya nisbətən quraşıq qruplaşdırma daha geniş elmi
təhlil xüsusiyyətinə malikdir. Mürəkkəb sosial-iqtisadi hadisələrin təhlilində quraşıq qruplaşdırma
mühüm əhəmiyyət kəsb edir. Onu da nəzərə almaq lazımdır ki, quraşıq qruplaşdırmada qruplaşdırma
əlamətinin sayının artması ilə əlaqədar olaraq, qrupların sayı sürətlə artır.
Qruplaşdırma əlamətləri atributiv (keyfiyyət) əlamətinə və kəmiyyət əlamətinə bölünür. Kəmiyyətlə
ifadə olunmayan və hadisənin xassəsini, keyfiyyətini xarakterizə edən əlamətə atri-butiv əlamət deyilir.
Atributiv əlamətlər üzrə qrupların təşkili kəmiyyət əlamətlərinə nisbətən sadədir, çünki, atributiv əlamət-
lər üzrə qruplar əlamətlərin təbii xüsusiyyətlərinə müvafiq ola-raq keyfıyyətlərin, xüsusiyyətlərin siyahısı
kimi təşkil edilir.
Bir çox hallarda bir sıra atributiv əlamətlər çoxlu miqdarda adlara malik olur. Məsələn, fəhlələrin
ixtisası, məhsul növləri, səbəblər üzrə xəstəliklər və s. Belə hallarda atributiv əlamətlər üzrə qrupları
təşkil etmək üçün onlar iki qrupda birləşdirilir. Atributiv əlamətlər üzrə xüsusi işlənmiş və möhkəm
qeydə alınmış qruplaşdırmalar təsnifat adlanır (məs, sənaye sahələri-nin, əkin sahəsinin, mal-qaranın,
tədavül xərclərinin və s. ha-disələrin təsnifatı).
Variantı miqdarla ifadə olunan əlamətə kəmiyyət əlaməti de-yilir. Kəmiyyət əlamətləri də öz
növbəsində diskret və fasiləsiz əlamətlərə ayrilır. Kəmiyyət əlaməti üzrə qruplaşdırma aparar-kən
qrupların sayı qarşıda duran tədqiqatın vəzifəsindən asılı olaraq müəyyən edilir. Məsələn, müəssisələri
həcmlərinə görə qruplaşdırarkən kəmiyyətcə fərqləndirilir.
Diskret əlamətləri üzrə qruplaşdırmanı təşkil etmək nisbətən çətin deyildir. Məsələn, fəhlələrin tarif
dərəcələrinə görə qrup-laşdırılmasında tarif dərəcələrinin sayı qədər qrup təşkil olunur. Bir çox hallarda
kəmiyyət əlaməti üzrə qruplaşdırmada hadisə-nin bölgusünü necə aparmaq və qrupların sayını necə təşkil
et-mək məsələsi ortaya çıxır. Belə halda qruplaşdırmanı fasiləsiz kəmiyyət əlamətləri üzrə apararkən elə
etmək lazımdır ki, qrupların sayı lazımi miqdarda olsun. Bunun üçün əlamətin tə-rəddüd dərəcəsi və
öyrənilən məcmuda vahidlərin az və ya çoxluğu nəzərə alınmalıdır. Əlamətin tərəddüd dərəcəsi yüksək
olduqda qrupların sayı da çox olmalıdır. Bununla bərabar sta-tistika məcmusundakı vahidlər az olarsa o
zaman qrupların sayı az, vahidlərin sayı çox olarsa, qrupların sayı çox olmalıdır. Qruplaşdırma zamanı
hər bir qrupda kifayət qədər vahid ol-malıdır.Əks təqdirdə böyük ədədlər qanunun prinsiplərinə əməl
edilmədiyi üçün qruplar üzrə çıxaracağımız nəticələr hadisəni dəqiq, düzgün xarakterizə edə bilməz.
Öyrənilən ictimai hadi-sənin mahiyyətini ətraflı təhlil və dərk etdikdən sonra qrupların sayını müəyyən
etmək lazımdır.
Kəmiyyət əlaməti üzrə qruplaşdırmanın mühüm məsələlə-rindən biri də fasilə həcminin, yəni əlamətin
minimum və mak-simum qiymətlərini müəyyən etməkdir. Statistik məcmuda va-hidlərin bölgüsü
xarakterindən asılı olaraq fasilələr bərabər və qeyri-bərabər şəkildə müəyyən edilə bilər. Vahidlərin
bölgüsü nisbi bərabər şəkildədirsə, bərabər fasilələr təşkil etmək məqsə-dəuyğun olar. Bərabər fasiləli
qrupları təşkil etmək üçün fasilə kəmiyyəti müəyyən edilməlidir. Qruplaşdırma əlamətinin mak-simum
qiymətindən minimum qiymətini çıxıb, alınan nəticəni təşkil ediləcək qrupların sayına bölsək fasilə
kəmiyyətini mü-əyyən etmiş olarıq. Fasilə kəmiyyətini əlamətin minimum qiy-mətinin üstünə gəlməklə I
qrupun yuxarı sərhədini, I qrupun yuxarı sərhədinin üstünə fasilə kəmiyyətini gəlsək, II qrupun yuxarı
sərhədini alarıq.
Fasilələr qapalı və açıq ola bilər. Qapalı fasilələrdə qrupla-rın aşağı və yuxarı sərhədləri göstərilir.
Açıq fasilələrdə ancaq ya aşağı, ya da yuxarı sərhəd göstərilir. Açıq fasilə ancaq birin-ci və axırıncı
qruplarda verilə bilər. Kəmiyyət əlamətləri üzrə bərabər fasiləli qruplar təşkil edərkən aşağı və yuxarı
sərhədləri dürüst göstərilməlidir.
Əlamətin qiyməti qeyri-bərabər və əhəmiyyətli dərəcədə də-yişkən olduqda, qeyri-bərabər fasiləli
qruplar təşkil etmək la-zımdır. Sosial-iqtisadi hadisələrin böyük əksəriyyəti qeyri-bə-rabər fasiləli qruplar
25
şəklində təşkil olunurlar. Makroiqtisadi göstəricilərin təhlilində də qeyri-bərabər fasiləli qruplardan isti-
fadə edilir. Qeyri-bərabər fasiləli qruplar proqressiv artan və ya azalan hesabi və ya həndəsi proqres ilə
təşkil oluna bilər. Tutaq ki, bir sənaye sahəsinin müəssisələrinin məhsul satışından gə-lirləri göstəricisi 10
mln. manatla 300 mln. manat arasında də-yişir. Belə məlumatı qeyri-bərabər fasiləli qruplarda qruplaş-
dırmaq məqsədəuyğundur, çünki məhsul satışından az gəlirləri olan müəssisələrin sayı daha çox olur.
Fasilələrin sərhəddini müəyyən edərkən nəzərə almaq la-zımdır ki, kəmiyyət əlamətinin dəyişməsi
yeni keyfiyyətin əmələ gəlməsinə səbəb olur. Qeyri-bərabər qruplaşdırmada fa-silələrin sərhədi elə
müəyyən edilməlidir ki, kiçik, orta və iri müəssisələr aydın görünsünlər. Belə qruplaşdırmada müxtəlif
fəaliyyət növləri üçün fasilələrin sərhədləri differensiallaşdırıl-mış qaydada müəyyənləşdirilir.
Statistika qruplaşdırmasının növləri. Qruplaşdırma vasitəsi ilə sosial-iqtisadi hadisələr tiplərə, ictimai
qruplara ayırmaq, on-ların quruluşunu və onda baş vermiş dəyişikləri müəyyənləşdir-mək, sosial-iqtisadi
hadisələr və onların əlamətləri arasındakı qarşılıqlı əlaqəni müəyyən etmək, həmçinin istehsalın iqtisadi
səmərəliliyini və istifadə olunmamış ehtiyatları aşkara çıxarmaq və s. işlər görmək mümkündür.
Qruplaşdırmanın vəzifələrinə uyğun olaraq onu aşağıdakı növlərə ayırmaq olar: 1.tipik qrup-laşdırma;
2.quruluş qruplaşdırması; 3.analitik qruplaşdırma.
Statistik məcmunun bircinsli hissələrə və ya ictimai-iqtisadi tiplərə ayrılmasına tipik qruplaşdırma
deyilir. Başqa sözlə, sta-tistik məcmunun tərkibini, quruluşunu xarakterizə edən qrup-laşdırma tipik
qruplaşdırmasıdır. Bazar münasibətləri şəraitində tipik qruplaşdırmadan daha çox istifadə edilir. Əhali
ictimai qruplara görə, müəssisələr mülkiyyət formalarına, ÜDM, milli gəlir, əsas fondlar və s. mülkiyyət
formalarına görə qruplaşdı-rılır. Quruluş qruplaşdırması sosial-iqtisadi hadisələrin qurulu-şunun konkret
məkan və zaman daxilində necə dəyişildiyini xa-rakterizə etməyə imkan verir. Quruluş
qruplaşdırmasından is-tehsalın iqtisadi səmərəlilinin tədqiqində, sosial-iqtisadi hadisə-lərin quruluşunun
və onda baş vermiş dəyişiliklərin öyrənilmə-sində geniş istifadə edilir. Quruluş qruplaşdırılmasında
müəssi-sələrin istehsal fəaliyyətlərini təhlil etmək, onların işinə operativ rəhbərliyi təmin etmək,
istehsalın həcmini artırmaq məqsədilə istifadə edilməmiş ehtiyatları aşkar etmək mümkündür.
Sosial-iqtisadi hadisələrin və onların əlamətləri arasındakı qarşılıqlı əlaqəni xarakterizə edən
qruplaşdırmaya analitik qrup-laşdırma deyilir. Qarşılıqlı əlaqədə olan əlamətlər amil və nəticə
əlamətlərinə ayrılırlar. Əlamətin dəyişilməsinə səbəb olan əla-mətlərə amil əlamətləri, amil əlamətlərinin
təsiri nəticəsində də-yişən əlamətə isə nəticə əlaməti deyilir. Məsələn, müəssisələri əsas istehsal
fondlarının həcminə görə qruplaşdırmaq və hər qrupa düşən məhsulun həcmini müəyyən etsək, onda əsas
isteh-sal fondları amil əlaməti, hər qrupa düşən məhsulun həcmi isə nəticə əlaməti olar.
Qruplaşdırmadan asılı olaraq əlamət bir halda amil, digər halda isə nəticə əlaməti ola bilər. Əmək
məhsuldarlığının sə-viyyəsilə əməyin enerji ilə təchiz olunması arasında əlaqəni öy-rənərkən, əməyin
enerji ilə təchiz dərəcəsi amil əlaməti, əmək məhsuldarlığının səviyyəsi isə nəticə əlaməti olar.Amil
əlaməti əsasında qruplaşdırma aparıb və nəticə əlaməti üzrə orta və nis-bi göstəriciləri hesablasaq, bu
göstəricilər arasında qarşılıqlı əlaqəni müəyyən etmək mümkün olar.
Qruplaşdırma vasitəsi ilə həll edilən vəzifələrə uyğun olaraq, onları növlərə ayırmağın mühüm
əhəmiyyəti vardır. Qruplaş-dırmanın növlərinə uyğun olaraq qrupların təşkili həyata keçiri-lir,
qruplaşdırma əlaməti seçilir, qrupları xarakterizə edəcək göstəricilər sistemi müəyyənləşdirilir.
Qruplaşdırmanın novləri arasında sıx əlaqə mövcuddur. Aparılan tədqiqat zamanı sosial-iqtisadi
hadisələrin tipləri müəyyən edildikdən sonra, onların quruluşu və quruluşda baş vermiş dəyişikliklər,
həmçinin hə-min hadisələr və onların əlamətləri arasındakı qarşılıqlı əlaqə-ləri aşkar etmək və öyrənmək
lazımdır.
Statistika icmalı haqda anlayış. Tam məcmu, yaxud onun ayrı-ayrı hissələrini xarakterizə etmək üçün
vahidlər haqqında-kı məlumatlar ümumiləşdirilməli, yekunlaşdırılmalı, yəni icmal tərtib olunmalıdır.
Statistika icmalı statistika müşahidəsi materi-allarına yekun vurmaqdan, yaxud statistika icmalı tək-tək
məlu-matdan vahidlər qrupu haqqında və ümumilikdə məcmu haqqın-da məlumata keçməkdən ibarətdir.
Statistika icmalı iki növə ay-rılır: sadə yekun və qrup icmalı.
Sadə yekun icmalında ayrı-ayrı vahidlər haqqında toplanan məlumat birnövlü qruplara
bölüşdürülmədən, tam məcmu üzrə yekunlaşdırılır. Nəzəri hissəni daha aydın başa düşmək üçün şərti
müəssisənin əlli fəhləsinə nəzər salaq. Sadə yekun icmal yalnız öyrənilən məcmu vahidlərinin sayını və
öyrənilən əla-mətlərin həcmini (fəhlələrin ümumi iş stajı, onlara hesablanmış ümumi əmək haqqı məbləği
və s.) müəyyənləşdirməyə imkan verir. Lakin sadə yekun icmalı öyrənilən məcmunun tərkibi ilə burada
əmələ gələn proseslər haqqında təsəvvür yaratmır. Mə-sələn, sadə icmal əlli fəhlənin tərkibində kişi və
26
qadınların, ha-belə bunların peşələrinin sayı və hər bir cinsə, peşəyə aid işçi-lərin sayını göstərmir. Bu
məlumatı əldə etmək üçün qrup ic-malı tərtib edilir.
Qrup icmalında məcmu vahidləri birnövlü qruplara bölünür, sonra ayrı-ayrı qruplar üzrə və sonda
bütövlükdə məcmu üzrə yekunlar vurulur. Məsələn qrup icmalı vasitəsi ilə əlli fəhləni kişi və qadınlara,
müxtəlif peşələrə, qabaqcıllara və geridə qa-lanlara ayırmaq və hər cinsə, peşəyə, əmək məhsuldarlığına
aid fəhlə sayını müəyyən etmək olar. Bundan başqa əmək haqqının ixtisasdan və əmək
məhsuldarlığından asılılığını da burada mü-əyyənləşdirmək mümkündür. Qrup icmalı statistika
qruplaşdır-ması nəticəsində əldə edilən məlumatın yekunlaşdırılmasıdır. Statistika qruplaşdırması
dedikdə məcmu vahidlərinin birnövlü qruplara bölüşdürülməsi təsəvvür edilir ki, bundan da məqsəd hər
bir qrup üzrə icmal göstəricilərinin əldə edilməsidir.
İnterval bölgü və interval qeydləri. Bir sıra bölgülərdə hər qrup üçün qruplaşdırma əlaməti müəyyən
kəmiyyət şəklində de-yil, bir kəmiyyətlə digər kəmiyyət daxilində göstərilə bilər (in-tervalın ilk və son
qiymətləri). Belə bölgüyə interval bölgü de-yilir. Interval bölgüsü qruplaşdırma əlamətinin çox ədəd
daşıdı-ğı hallarda tətbiq edilir. Müasir statistika araşdırmalarında, he-sablamalarında interval qeydləri
aşağıdakı 2 üsulla aparılır:
1-ci üsulda qeydlər 100 ifadəsi (100 vahid və ya 100% ) kimi ifadə edilir. Bu zaman , məsələn,
normaların 100% yerinə yeti-rilməsi sonrakı üçün ilk qiymət təşkil edir, qabaqkı qrupda isə intervalın son
qiyməti 100%-ə qədər (yəni 99,99%) olan rəqəmi təşkil etməlidir. Eyni qayda 100 ədəd ifadəsi ilə bağlı
da keçər-lidir. Yəni, bu üsulda verilmiş olan 100 ədəd sonrakı intervalın ilk qiymətidir, qabaqkı qrupun
son qiyməti isə 100-dən bir va-hid az, yəni 99,99-dur. Birinci üsulla aparılan interval qruplaş-
dırmalarının daxilindəki yeganə fərq bu istiqamətlərdən birinin mütləq ifadə ilə (100 ədəd), digərinin isə
nisbi kəmiyyət for-masında (100%) verilməsidir.
2-ci üsulda 500 ədəd qabaqkı qrupun son qiymətidir (500-ə qədər yazılmasına baxmayaraq), sonrakı
qrupun ilk qiyməti isə ondan bir vahid çox, yəni 501 olacaqdır. Adətən ikinci üsuldan daha iri həcmli
interval qruplaşdırılması tələb olunduqda (mə-sələn, Azərbaycan Respublikasının məskünlaşma-yaşayış
ərazi-lərinin onların əhalisinə görə qruplaşdırılması) istifadə edilir.
İnterval bölgüsünün bütün hallarında intervalın miqdarı qon-şu intervalların ilk yaxud son
qiymətlərinin arasındakı fərqdən ibarət olur. Aşağıdakı şərti misalla müşahidə materialları əsasın-da
statistika qruplaşdırmasının köməyi ilə əmək haqqı miqdarı üzrə fəhlələrin tərkibini öyrənmək
mümkündür. Bunun üçün on-ları aşağıdakı qruplara bölək (cəd.3.1).
Cədvəl 3.1 Müəssisə işçilərinin əmək ödənişi üzrə bölgüsü
Dostları ilə paylaş: |