0
1600·46 + 1200·54 + 200·20
məhsulun maya dəyəri indeksi:
∑ z
1
q
1
1500·40 + 1000·70 + 200·30
İ
z
= ───── = ────────────────── = 0,883 (88,3%)
∑ z
0
q
1
1600·40 + 1200·70 + 200·30
məhsulun fiziki həcm indeksi:
∑ z
0
q
1
1600·40 + 1200·70 + 200·30
İ
q
= ───── = ────────────────── = 1,081 (108,1%)
∑ z
0
q
0
1600·46 + 1200·54 + 200·20
təşkil edər. Bu üç indeksin qarşılıqlı əlaqələrindən aydın olur ki,
İ
zq
═ İ
z
·
İ
q
= 0,883 · 1,081 = 0,955
Deməli, I rübə nisbətən məhsulun maya dəyərinin 11,7 faiz aşağı düşməsi, məhsulların həcminin isə
8,14 faiz artması nə-ticəsində ümumi məsrəf 4,5 faiz aşağı düşmüşdür. Məhsulun maya dəyərinin aşağı
düşməsi müəssisəyə 18 min manat məs-rəfə qənaət etməyə imkan vermişdir. Beləliklə, ayrı-ayrı amil-
lərin fəaliyyətini aşkar etmək məqsədinin həlli indekslər siste-mini tətbiq etmək və əsas indeksləri
subindekslərə ayırmaq yo-lu ilə həyata keçirilir. İndekslər sisteminin tətbiqi elmi təhlil üçün ən əlverişli
vasitədir. İndekslər nəzəriyyəsinin mühüm mə-sələlərindən biri bu və ya digər indeksin çəkisinin düzgün
seçil-məsi haqqında məsələdir. İndekslərin qurulmasına formal-riyazi mövqedən yanaşma sahəsində
amerika statistiki İ.Fİşerin “İn-dekslərin qurulması” işində geniş təsadüf edilir. Fişerin bu əsə-rində
düzgün indeks qurulmasının tələblərini ödəyən iki test irə-li sürülür. Əsas şərtlərdən biri indekslərin vaxt
etibarı ilə ildön-məliyini təmin etməkdir, yəni, qiymətlər indeksinin düsturunda əsas və cari dövrlərin
yerləri dəyişilərsə, alınan yeni indeks köh-nə indeks kəmiyyətinin tərsinə bərabər olar. Bu testin məntiqi
əsaslandırılması ondan ibarətdir ki, digər əsas dövrə nisbətən ca-ri dövrdə qiymətlər iki dəfə artarsa, onda
əsas dövrün qiymətləri çari dövrə nisbətən iki dəfə az ola bilər. Bu qaydanın tələblərini fərdi indekslər
təmin edir.Ayrı-ayrı əmtəələr üçün cari dövrün qiymət indeksi i
c
= P
1
:P
o
, əsas dövrün qiymət indeksi i
ə
=
P
o
: P
1
olar. Bu indekslərin bir-birinə hasili vahidə bərabər olar. Eyni zamanda bu qaydanın tələblərini bir
çox aqreqat indekslərin düsturları təmin etmir. Cari çəkilərlə ümumi qiymət indeksi düs-turunda kəsrin
sürəti ilə məxrəcinin yerini dəyişsək, onda aşa-ğıdakı yeni indeksi alarıq:
∑ p
0
q
0
───── ;
∑ p
1
q
1
Lakin bu indekslərin hasili vahidə bərabər olmur. Ona görə də Fişer bu indeksin ideal olmadığını qeyd
etmişdir. Fişerin II testinin mahiyyəti aşağıdakı kimidir: qiymətlər indeksinin fizi-ki həcm indeksinə
hasili ümumi əmtəənin dəyər indeksini verir. Lakin bu qayda aqreqat indekslərə aid edilə bilməz. Əsas
döv-rün çəkiləri ilə qiymətlər indeksinin fiziki həcm indeksinə hasi-li əmtəə dövriyyəsi indeksini vermir.
Onda Fişer onları çarpaz-laşdıraraq elə düstur (Fişer düsturu) çıxarır ki, onlar testləri tə-min edir:
∑ p
1
q
1
∑ p
1
q
0
İ = ───── x ───── ;
∑ p
0
q
1
∑ p
0
q
0
Fişerin ideal indeksi müxtəlif çəkilərlə, yəni hesabat və əsas dövrün çəkiləri ilə qiymətlər indeksinin
bir-birinə hasilinin orta həndəsi düsturuna bərabərdir. Fişer müxtəlif düsturlar üzrə he-sablamaların
nəticələrini müqayisə edərək müəyyən etmişdir ki, aqreqat indekslər “ideal” düstura yaxınlaşan nəticəni
verir.
65
Mövzu 6. Dinamika sıraları. Sosial-iqtisadi hadisələrin qarşılıqlı
ə
laqələrinin statistik öyrənilməsi
Plan:
1.Dinamika sıralarının mahiyyəti və növləri
2.Dinamika sırasının orta səviyyə göstəriciləri, əsas inkişaf meyli, təsadüfi komponentlər və onların
hesablanması
3. Dinamika sıralarının əlaqəli təhlili
4.Əlaqələrin növləri, formaları və statistik tədqiqinin vəzifələri
5.Əlaqələrin öyrənilməsində müxtəlif metodların rolu
6. İqtisadi məlumatların statistik təhlilinin mahiyyəti, əsas prinsipləri və əhəmiyyəti
I.
Statistika elminin mühüm vəzifələrindən biri sosial-iqtisadi hadisələri zaman etibarı ilə dəyişməkdə
öyrənməkdən ibarətdir. Sosial-iqtisadi hadisələrin zamanda dəyişilməsini öyrənmək üçün dinamika sıra-
ları, yəni xronoloji sıralar qurmaq lazımdır. Sosial-iqtisadi hadisələrin zamanda dəyişilməsini xarakterizə
edən statistika göstəriciləri sırasına dinamika sırası deyilir. Dinamika sıralarının statistik işlənməsi
üsulları XX əsrin 20-ci illərində intensiv inkişaf etməyə başlamışdır. Dinamika sıralarının elementləri
aşağıdakılardır:
1) statistika məlumatının aid olduğu vaxt (adətən tarix, yaxud dövr) gün, ay, rüb, il;
2) sıranın səviyyəsi adlanan məlumat.
Hər 2 element dinamika sırasının üzvləri adlanır.Hadisələr arasındakı fasilələr artdıqca onların
kəmiyyət və keyfiyyət vəziyyəti daha çox fərqlənir.
Sosial-iqtisadi hadisələrin zamanda dəyişilməsi prosesi bir sıra amillərin təsirini özündə əks etdirir.
Deməli, vaxt xeyli sayda amilin təsir dərəcəsini əhatə edir. Sosial-iqtisadi hadisələr daxili amillərin təsiri
altında vaxtın dəyişilməsi ilə dəyişir, lakin xarici görünüşdən bu dəyişmələr vaxtın dəyişmələrinin təsiri
altında özünü biruzə verir. Dinamika sıralarının tədqiqi sosial-iqtisadi hadisələrin inkişaf prosesini xarak-
terizə etməyə, onların inkişaf qanunauyğunluqlarını aşkar etməyə, inkişaf meylini və sürətini öyrənməyə
imkan verir. Statistika müşahidəsi əsasında toplanan məlumat müntəzəm olaraq dinamika sıraları şəklin-
də sistemləşdirilir. Dinamika sıralarını düzgün tədqiq etmək üçün onların növlərini bilmək lazımdır.
Vaxt əlamətinə görə dinamika sıraları an və fasilə dinamika sırasına ayrılır. An dinamika sıralarından
fərqli olaraq fasiləli dinamika sırası səviyyələrini ardıcıl toplamaq yolu ilə artan yekunlarla dinamika sı-
rası qurula bılər. Dinamika sıralarında öz əksini tapan vaxtın tamlığına görə onları tam və natamam dina-
mika sırasına ayırmaq olar. Dinamika sıralarının səviyyələrinin ifadə olunma üsuluna görə onlar mütləq
kəmiyyətlə, orta və nisbi göstəricilərlə ifadə olunan dinamika sıralarına ayrılır.
Dinamika sırasının qurulması prinsipləri və təhlili göstəriciləri. Dinamika sıralarının elmi təhlili onla-
rın düzgün qurulmasından asılıdır. Statistika müşahidələri nəticəsində toplanan məlumatın dinamika sıra-
ları şəklində qurulmasının elmi prinsiplərinə əməl olunmalıdır. Dinamika sıralarının düzgün qurulmasının
mühüm tələblərindən biri hər bir sıranın bütün səviyyələrinin müqayisəli şəkildə olmasıdır.
Sosial-iqtisadi hadisələrin zaman şəraitində inkişafında, ilk əvvəl, kəmiyyət dəyişiklikləri, müəyyən
mərhələdə isə hadisənin qanunauyğun dəyişilməsinə gətirib çıxaran sıçrayışlı keyfiyyət dəyişiklikləri baş
verir. Bununla əlaqədar olaraq dinamika, proseslərin öyrənilməsinə elmi yanaşma tələb edir ki, uzun vaxt
dövrünü əhatə edən sıranı eyni inkişaf qanunu ilə xarakterizə olunan məcmunun inkişafı eyni keyfiyyətli
dövrlərdə birləşdirilsin. Təcrübədə bir sıra hallarda inzibati ərazi dəyişiklikləri baş verir. Belə dəyişiklik-
lərin nəticəsində məlumatın müqayisəliliyi pozulur. Ona görə dinamika sıralarının elmi qurulmasının mü-
hüm prinsiplərindən biri də sıranın səviyyələrinin ərazi cəhət-dən müqayisəli olmasıdır. Bazar iqtisadiy-
yatı şəraitində belə hallara daha çox rast gəlinəcəkdir. Bu zaman dinamika sıralarının səviyyələrini müqa-
yisəli şəklə salmaq üçün əvvəlki səviyyələri müvafiq hesablama əsasında müasir sərhəddə ifadə etmək
lazımdır. Dinamika sıralarının düzgün qurulmasının mühüm prinsiplərindən biri dinamika sıralarının sə-
viyyələrinin əhatə olunan obyektlərin dairəsi müqayisəli olmasıdır.
Obyektlərin əhatə dairəsi üzrə səviyyələrinin müqayisəlili-ini təmin etmək üçün dinamika sıralarının
qovuşdurulması metodundan istifadə edilir. Obyektin əhatə dairəsi üzrə bas vermiş dəyişiklik əsasında iki
sıra yaranır. Birinci sıra dəyişiklik aparılan dövrə qədər olan, ikinci isə dəyişiklikdən sonra əmələ gələn
sıra olur. Hər iki sıradan yeni bir sıra təşkil olunmasına dinamika sıralarının qovuşdurulması deyilir. Sıra-
ların qovuşdurulması əmsal və faiz şəklində həyata keçirilə bilər.
An dinamika sırasını qurarkən bütün dövrlər üçün böhran anının eyni olmasına xüsusi əhəmiyyət
vermək lazımdır. Müxtəlif böhran anlarına qurulmuş dinamika sırasını müqayisəli sıra hesab etmək ol-
66
maz. Dinamika sıralarının qurulmasının mühüm prinsiplərindən biri sıranın səviyyələrinin eyni ölçü vahi-
dində ifadə olunmasıdır. Bu natural, dəyər və əmək ölçü vahidlərinə də aiddir. Eləcə də müxtəlif pul ölçü
vahidlərində qurulmuş dinamika sırası müqayisəli ola bilməz.
Dinamika sıralarının elmi qaydada qurulması sıranın səviyyələrinin hesablanma metodologiyasının
eyni olmasını tələb edir. Ancaq eyni metod əsasında hesablanmış göstərici üzrə qurulmuş dinamika sıra-
sının səviyyələri müqayisəli ola bilər. Statistika məcmu vahidlərinin müxtəlif mənalarda başa düşülməsi
də dinamika sırasının səviyyələrinin müqayisəli olmasını təmin edə bilməz. Deməli, dinamika sıralarının
səviyyələrinin müqayisəli olması üçün müxtəlif dövrlərdə müşahidə vahidlərinin eyni şəkildə başa düşül-
məsi təmin edilməlidir. Dinamika sıralarının qurulmasının bu qaydalarına əməl etmədən onların təhlili
düzgün nəticə əldə etməyə imkan verməz.
Dinamika sıralarının təhlili göstəriciləri. Sosial-iqtisadi hadisələrin dinamikasını qurmaqda məqsəd
müxtəlif nöqteyi-nəzərdən onların inkişaf prosesini xarakterizə etməkdir. Bu zaman dinamika sırasını xa-
rakterizə etmək üçün bir sıra göstəricilərdən istifadə edilməlidir. Dinamika sıralarının xarakteristi-kasında
istifadə edilən görtəricilərdən mütləq artımı, artım sürətini, nisbi artımı və s. göstərmək olar. Bu göstəri-
cilər vasitəsilə dinamika sırasının ayrı-ayrı səviyyələrinin dəyişməsinin intensivliyi xarakterizə olunur.
Sosial-iqtisadi hadisələrin hansı səviyyədə inkişafını göstərən hər bir mütləq səviyyə özü-özlüyündə
ümumiləşdirici göstəricidir. Hadisələrin dinamikasında baş vermiş dəyişiklikləri aşkar etmək üçün sıranın
səviyyələrini bir-birilə müqayisə etmək lazımdır. Belə bir müqayisə nəticəsində dinamika sırasının ana-
litik göstəriciləri hesablanır. Dinamika sırasının analitik göstəriciləri əsas və silsiləvi qaydada hesablana
bilər. Müqayisə üçün əsas götürülmüş dövrün səviyyəsinə görə müəyyənləşdirilən gösləricilər əsas qay-
dada hesablanmış dinamika göstəriciləri adlanır. Özündən qabaqkı dövrün səviyyəsinə görə müəyyənləş-
dirilən göstəricilərə silsiləvi qaydada hesablanmış dinamika göstəriciləri deyilir. Sosial-iqtisadi hadisə-
lərin inkişaf qanunauyğunluqlarını xarakterizə edən səviyyə müqayisə üçün əsas dövr götürülür.
Mütləq artım. Sosial-iqtisadi hadisələrin dinamikada təhlilinin mühüm göstəricilərindən biri mütləq ar-
tımdır. Dinamika sırasının sonrakı səviyyəsi ilə müqayisə üçün əsas götürülmüş səviyyə arasındakı fərqə
mütləq artım deyilir. Mütləq artım sıranın sonrakı səviyyəsinin müqayisə üçün əsas götürülmüş səviyyə-
dən nə qədər çox və ya az olduğunu göstərir. Mütləq ar-tımı silsiləvi qaydada hesablamaq üçün sıranın
hər bir sonrakı səviyyəsindən əvvəlki səviyyəni çıxmaq lazımdır. Mütləq artımı əsas qaydada hesablamaq
üçün sıranın hər bir sonrakı səviy-yəsindən müqayisə üçün əsas götürülmüş səviyyəni çıxmaq la-zımdır.
Dinamika sırasının ilk səviyyəsini Y
1
, son səviyyəsini Y
n
, sıranın cari səviyyəsini Y
i
, özündən qabaqkı
səviyyəni Y
i-1
, mütləq artımı ∆ ilə işarə etsək, o zaman mütləq artım aşağıdakı düsturlarla hesablana bilər:
silsiləvi qaydada: ∆
i
= Y
i
- Y
i-1
;
əsas qaydada: ∆
= Y
i
- Y
1
.
Sosial-iqtisadi hadisələrin inkişaf sürətini xarakterizə etmək üçün artım sürəti göstəricisindən geniş
istifadə olunur. Artım sürəti sıranın sonrakı səviyyəsinin əvvəlki səviyyədən neçə dəfə (faiz) çox və ya az
artdığını göstərir. O, əmsal və ya faiz şəklində hesablanır. Tədqiqatın vəzifəsindən asılı olaraq artım sü-
rəti də silsiləvi və ya əsas qaydada hesablana bilər. Silsiləvi qaydada artım sürətini hesablamaq üçün sıra-
nın sonrakı səviyyəsini özündən qabaqkı səviyyəyə bölmək və alınan nəticəni faiz şəklində ifadə etmək
üçün 100-ə vurmaq lazımdır. Əsas qaydada artım sürətini hesablamaq üçün sıranın hər bir sonrakı səviy-
yəsıni müqayısə üçün əsas götürülmüş səviyyəyə bölmək lazımdır. Artım sürəti faiz şəklində aşağıdakı
düsturlarla hesablanır:
silsiləvi qaydada: S
i
= Y
i
: Y
i-1
·
100 , əsas qaydada: S
= Y
i
: Y
1
·
100
Silsiləvi və əsas qaydada hesablanmış artım sürəti arasında qarşılıqlı əlaqə vardır. Belə ki, silsiləvi ar-
tım sürətlərini bir-birinə vurduqda müvafiq dövrün əsas artım sürəti göstəricisini və əksinə, əsas artım sü-
rətini bir-birinə böldükdə müvafiq dövrün silsiləvi artım sürəti göstəricisini alarıq. Dinamika sırasının
mütləq səviyyələri haqqında məlumat olmadıqda, silsiləvi artım sürətindən istifadə edərək əsas artım sü-
rətini müəyyən etmək mümkündür.
Mütləq artımın müqayisə üçün əsas götürülmüş səviyyəyə nisbəti nisbi artım adlanır. Nisbi artımın he-
sablanmasının digər bir üsulu artım sürətindən 100-ü çıxmaqdır (artım sürəti əmsal şəklində hesab-
lanırsa,vahidi çıxmaq lazımdır),
Sosial-iqtisadi hadisələrin dinamikasının təhlilində istifadə olunan mühüm göstəricilərdən biri də nisbi
artımın mütləq qiy-məti göstəricisidir. Bu göstəricinin iqtisadi təhlildə müəyyən əhəmiyyəti vardır. Artım
sürətinin inkişaf meyli və yaxud eyni səviyyədə qaldığı müşahidə olunduğu halda belə, 1% nisbi artımın
67
mütləq qiyməti arta bilər.Bir faiz nisbi artımın mütləq qiymətini hesablamaq üçün mütləq artımı nisbi ar-
tıma bölmək lazımdır.
II.
Sıranın səviyyələri əsasında hesablanmış dinamika göstəriciləri vaxta görə dəyişirlər. İllər üzrə də-
yişən bu dinamika göstəricilərini ümumiləşdirmək üçün orta kəmiyyəti hesablamaq lazımdır. Sosial-
iqtisadi hadisələrin inkişaf qanunauyğunluqlarını xarakterizə etmək üçün orta səviyyə göstəricisindən ge-
niş istifadə edilir. Orta səviyyənin hesablanması dinamika sırasının növünə uyğun olaraq həyata keçirilir.
Ardıcıl fasiləli dinamika sıralarında sıranın orta səviyyəsini hesablamaq üçün sıranın səviyyələrini cəm-
ləyib səviyyələrin cəminə bölmək lazımdır. Dinamika sırasının səviyyələri tam olmayan sıralar, yəni ar-
dıcıl olmayan dövrlər şəklində ifadə olunarsa, sıranın orta səviyyəsi hesabi orta kəmiyyətin çəkili düstürü
ilə hesablanmalıdır.
Dinamika sırasının təhlilində mühüm əhəmiyyətə malik olan orta göstəricilərdən biri
orta mütləq artımdır. Orta mütləq artım müəyyən dövr ərzində sıranın səviyyəsinin orta hesabla nə qədər
artdığını və ya azaldığını göstərir. Sosial-iqtisadi hadisələrin inkişafının intensivliyinin ümumiləşdirici
göstəricisi kimi, təhlil prosesində orta illik artım sürəti və orta illik nisbi artım göstəricilərinin hesablan-
masının mühüm əhəmiyyəti vardır.
Dimanika sıralarının təhlilində əsas meylin aşkar edilməsi mühüm yer tutur. Sosial-iqtisadi hadisələrin
inkişaf qanunauyğunluğunu müəyyən etmək üçün onların əsas meylini aşkar etmək lazımdır. Dinamika
sıralarının əsas meylinin aşkar edilməsində istifadə edilən ən sadə üsullardan biri dövrlərin iriləşdirilməsi
və iri dövrlər üzrə orta kəmiyyətlərin hesablanmasıdır. Dinamika sırasının əsas meylinin dövrlərin iriləş-
dirilməsi ilə aşkar edilməsi üsulundan, xüsusilə kənd təsərrüfatı sahəsində daha çox istifadə edilir, çünki
kənd təsərrüfatında məhsul istehsalı üçün bir il əlverişli olduğu halda, digər ildə əlverişsiz olur.
Sosial-iqtisadi hadisələrin əsas meylinin müəyyənləşdirilməsində ən çox istifadə olunan üsullardan biri
sürüşkən orta kəmiyyət üsuludur. Bu kəmiyyətlər dinamika sırasındakı təsadüfi kənarlaşmaları aradan
qaldırmağa və sıranın əsas meylini aşkar etmək üçün imkan yaradır. Dinamika sırası əsasında ardıcıl sü-
rüsdürülən dövrlər üzrə hesablanan orta kəmiyyətlərə sürüşkən orta kəmiyyətlər deyilir. Sürüşkən orta
kəmiyyətlər sıranın uç, beş, yeddi və daha çox
səviyyələri əsasında hesablana bilər. Üç səviyyə əsasında
sürüşkən orta kəmiyyəti hesablamaq üçün birinci üç səviyyənin cəmini üçə bolüb sıranın ikinci səviy-
yəsini, sıranın ikinci, üçüncü və dördüncü səviyyələrinin cəmini üçə bölüb sıranın üçüncü səviyyəsini və
s. almaq olar.
Azərbaycan Respublikasında üç illik səviyyələr əsasında kartof yığımının sürüşkən orta kəmiyyəti
Illər Kartof yığımı, min ton
Sürüşkə
n üç illik kartof yığımının cəmi, min ton
Kartof yığımının üç illik sürüşkə
n orta kəmiyyətləri, min ton
2004
930,4
-
-
2005
1083,1
930,4+1083,1+999,3=3012,8
3012,8 : 3=1004,27
2006
999,3
1083,1+999,3+1037,3=3119,7
3119,7 : 3 = 039,9
2007
1037,3
999,3+1037,3+1077,1=3113,7
3113,7 : 3 = 037,9
2008
1077,1
-
-
Qrafikdə təsvir edilən həqiqi səviyyələrə nisbətən sürüşkən orta kəmiyyətlər kartof yığımının daim art-
mağa doğru meyl etdiyini əyani şəkildə xarakterizə edir. Həqiqi və sürüşkən orta kəmiyyətlərlə göstərilən
səviyyələri qrafiklə ifadə edək.
Şəkil 6.1.
1080
-
1060
-
1040
-
1020
-
1000
-
980
-
960
-
940
-
920
-
900
-
0
2004 2005 2006 2007 2008
-
həqiqi səviyyələr,
- sürüşkən orta kəmiyyətlər
68
Sürüşkən orta kəmiyyətlər tədqiq olunan hadisənin dinamikasının xüsusiyyətlərinə uyğun olaraq hesab-
lanmalıdır. Sırada dövri tərəddüdlər olmadıqda hadisənin inkişaf meyli aydın müşahidə olana qədər orta
kəmiyyətləri azdan başlayaraq çoxa doğru artırıla bilər, yəni sürüşkən orta kəmiyyətlər sırasının iki, üç,
dörd, beş və daha çox üzvləri əsasında hesablana bilər. Sürüşkən orta kəmiyyətlər daha iri fasilələrdə ifa-
də olunduqda itirilmiş səviyyələrin sayı da çox olur.
Dinamika sırasında təsadüfi komponentlərin statistik təhlili. Əsas meylin sürüşkən orta kəmiyyət və
yaxud analitik hamar-laşdırma vasitəsilə aşkar edilməsi dinamika sırasında əks olu-nan hadisənin
inkişafına müntəzəm amillərin təsirini müəyyən etməyə imkan verir. Lakin sıranın həqiqi səviyyələri
hamarlaş-dırılmış səviyyələrindən kənarlaşır. Dinamika sırasının səviy-yələrinin belə tərəddüdləri qalıq
kənarlaşmalarının əmələ gəl-məsinə səbəb olur. Statistikada belə qalığa dinamika sırasının səviyyələrinin
təsadüfi komponentləri deyilir. Dinamika sırası-nın səviyyələrini müntəzəm və təsadüfi ünsürlərə
ayırmaq olar. Bunu düstur şəklində aşağıdakı kimi ifadə etmək olar:
y = f(t) + E
Burada f(t)- trendlə ifadə olunan səviyyənin hissəsi, E-təsadüfi ünsürdür.
Təsadüfi ünsürlərin təhlilinə dinamika sırasınin həqiqi səviy-yələrini hamarlaşdırılmış səviyyələrə
nisbətən kənarlaşmanın öyrənilməsindən başlamaq lazımdır. Dinamika sırasının səviyyə-lərinin tərəddüd
dərəcəsini ölçmək uçün dispersiya, orta kvadra-tik uzaqlaşma və variasiya əmsalı hesablanır. Lakin bölgü
sırala-rından fərqli olaraq, burada həqiqi səviyyələrin orta səviyyələr-dən deyil, hamarlaşdırılmış
səviyyələrdən (dəyişən orta kəmiy-yətlərdən) kənarlaşmaların kvadratı götürülür. Bu zaman düstur
aşağıdakı kimi yazılır:
Dostları ilə paylaş: |