V. Sosial-iqtisadi hadisə-lərin əlaqələrinin öyrənilməsində istifadə edilən ən sadə və səmərəli statistika
metodu paralel sıraların gətirilməsi metodudur. Hadisələr və onların əlamətləri arasındakı əlaqənin möv-
cudluğunu və istiqamətini müəyyən etmək üçün tədqiqat işlərində paralel sıraların gətirilməsi meto-
dundan da istifadə edilir. Belə paralel sıraların gətirilməsi hadisələrin və ya əlaqələrin kəmiyyətlərinin də-
yişilməsi arasındakı əlaqə və asılılığı və onun istiqamətini müəyyən etməyə imkan verir.
Sosial-iqtisadi hadisələrin qarşılıqlı əlaqələrinin təhlilində balans metodu xüsusi əhəmiyyət kəsb edir.
Balans metodunun mahiyyəti ondan ibarətdir ki, o öyrənilən hadisənin ehtiyatlarını, istehsalını və böl-
güsünü xarakterizə edir. Balans hər iki tərəfi bir-birinə bərabər olan ikitərəfli cədvəl şəklində tərtib edilir.
Cədvəldə məlumatlar elə verilməlidir ki, ehtiyatlar və onların bölüşdürülməsini xarakterizə edən göstə-
ricilər arasında bərabərlik (balans) olsun. Statistika balansları dəyər və natura göstəriciləri əsasında tərtib
edilə bilər. Statistika balanslarında qarşılıqlı əlaqədə olan göstəricilər sistemi verilir. Balansın ən sadə
forması ayrı-ayrı müəssisələrin material ehtiyatları balansıdır. Material ehtiyatları balansını funksional
əlaqəyə xas olan bərabərlik şəklində vermək olar:
dövrün əvvəlinə qalıq+daxil olma = xərc+dövrün axırına qalıq
Bu balans bərabərliyi ayrı-ayrı müəssisələrdə material ehtiyatlarının hərəkətini və onun ayrı-ayrı ele-
mentləri arasında olan qarşılıqlı əlaqəni xarakterizə edir. Statistikada, ilk növbədə, müxtəlif balans he-
sablamalarından, sənaye və kənd təsərrüfatı məhsullarının material balanslarından, əhalinin pul gəlirləri
və xərcləri balanslarından və s. istifadə edilir.
Balanslar vasitəsilə mahiyyətcə iqtisadi fəaliyyət sahələri, ölkələr, rayonlar arasındakı əlaqə və nisbət-
ləri öyrənmək mümkündür. Hazırda statistika orqanlarında çoxlu miqdarda müxtəlif balanslar tərtib
olunur. Onlardan məhsulun istehsalı, istehlakı və yığımı balansını, əmək ehtiyatları balansını, əsas fond-
lar balansını, milli gəlir balansını, maliyyə balansını və s. balansları göstərmək olar. Statistika orqanların-
73
da tərtib olunan hesabat balansları hadisələr arasındakı qarşılıqlı əlaqələri və nisbətləri xarakterizə etmək-
lə bərabər, iqtisadiyyatın proqnozlaşdırılmasının elmi səviyyəsini yüksəltmək üçün mühüm əhəmiyyət
kəsb edir.
Qarşılıqlı əlaqələrin tədqiqində analitik qruplaşdırma metodu. Sosial-iqtisadi hadisələrin əlaqələrinin
tədqiqində istifadə edilən mühüm metodlardan biri analitik qruplaşdırma metodudur. Analitik qruplaşdır-
ma metodu sosial-iqtisadi hadisələr və onların əlamətləri arasındakı qarşılıqlı əlaqələrin mövcud olmasını
və onların istiqamətlərini müəyyən etməyə imkan verir. Hesablanmış qrup orta kəmiyyətlərin variasiyası
nəticə əlamətinin umumi variasiyasının ancaq bir hissəsini əks etdirir, yəni qruplaşdırma əlamətinin nə-
ticə əlamətinə təsirini xarakterizə edir. Əlamətin ümumi variasiyaının qalan hissəsi sair amillərin payına
düşür.
Son dövrdə qarşılıqlı əlaqələrin öyrənilməsində çoxölçülü qruplaşdırma metodundan geniş sürətdə is-
tifadə edilir. Məlum olduğu kimi, nəticə əlamətinə çoxlu sayda amil əlaməti təsir göstərir. Onların nəticə
əlamətinə birgə təsirini müəyyən etmək üçün çoxölçülü qruplaşdırmadan istifadə edilir. Çoxölçülü
qruplaşdırmanı aparmaq üçün məcmunun hər bır vahıd üzrə amil əlamətlərinin natural qiymətləri onların
hesabi ortaya nisbəti ilə əvəz olunur. Bu o deməkdir ki, amil əlamətlərini hər bir məcmu vahidi üzrə müt-
ləq kəmiyyətlərinin orta kəmiyyətə nisbəti (P
ij
)- yəni nisbi kəmiyyət müəyyən edilir, sonra hər bir məcmu
vahidi üzrə çoxölçülü orta göstərici aşağıdakı düsturla hesablanır:
∑ P
ij
P
ij
═ ────
n
Qarşılıqlı əlaqələrin təhlilində qrafik metodu. Əlaqələrin mövcud olmasının və onun istiqamətinin
aşkar edilməsində qrafik metodunun böyük köməyi vardır. Nəzəri təhlil əlaqənin mövcudluğunu və onun
xarakterini müəyyən etmək imkanına malik olmadığı halda da qrafik metodundan istifadə edilir.
Bundan başqa, qrafik metodu amil və nəticə əlamətləri arasındakı əlaqə və asılılıqlar, əyani şəkildə
təsvir etmək imkanına malikdir. Nəticə əlamətinin (y) bir amil əlamətindən (x) asılılıgını təsvir etmək
üçün əyrilər şəklində xətti diaqramdan istifadə oluna bilər. Bunun üçün düzbucaqlı koordinat sistemində
absis oxunda amil əlamətinin (x) qiymətləri, ordinat oxunda isə nəticə əlamətinin (y) qiymətləri təsvir
edilir. Amil və nəticə əlamətlərinin müvafiq qiymətlərinə uyğun olan nöqtələri sınıq xətlərlə birləşdirəcək
nəticə əlamətinin amil əlamətindən asılılığını əyani şəkildə təsvir edən xətti diaqramı alarıq. Xətti dia-
qram vasitəsilə nəticə əlamətinin iki va daha çox amil əlaməti ilə qarşılıqlı əlaqəsi təsvir edilə bilər. Qar-
şılıqlı əlaqələrin tədqiqində korrelyasiya sahəsindən də istifadə edilir. Korrelyasiya sahəsini qurmaq üçün
absis oxunda amil əlamətinin qiymətlərinə, ordinat oxunda isə nəticə əlamətinin qiymətlərinə uyğun nöq-
tələr qoyulur. Qrafik metodu kütləvi məlumat əsasında nəzəri təhlilin müəyyən edə bilmədiyi, əlaqənin
mövcudluğunu və istiqamətini aşkar etmək imkanına malikdir. Muşahidə məlumatı çox olduqda amil və
nəticə əiamətləri arasındakı qarşılıqlı əlaqəni öyrənmək üçün hər iki əlamət üzrə qruplaşdırma aparılır və
qruplaşdırmanın nəticələri korrelyasiya cədvəlində verilir. Korrelyasiya cədvəlində amil əlamətinin qiy-
mətləri sətirlərdə, nəticə əlamətlərinin qiymətləri isə sütunlarda verilir.
Qarşılıqlı əlaqələrin reqressiya-korrelyasiya metodu ilə təhlili. Məlum olduğu kimi, sosial-iqtisadi ha-
disələr arasında qarşılıqlı əlaqə və asılılıqlar korrelyasiya əlaqə formasında baş verir. Reqressiya-korrel-
yasiya təhlili amil əlaməti əsasında analitik qruplaşdırmanın davamı və inkişafıdır. Reqressiya-korrel-
yasiya təhlilinin köməyilə amil əlamətinin nəticə əlamətinə təsir dərəcəsi ölçülür və nəticə əlamətinin də-
yişməsində öyrənilən amilin rolu müəyyənləşdirilir. Korrelyasiya təhlilində əlamətlər arasındakı əlaqənin
sıxlığı və nəticə əlamətinin ümumi dəyişməsində amil əlamətinin rolu müəyyən edilir. Korrelyasiya me-
todu ilə əlamətlər arasındakı əlaqənin sıxlıq dərəcəsi ölçülilr. Korrelyasiya təhlili aşağıdakı ardıcıl mərhə-
lələrdən keçir:
1) ilkin nəzəri təhlil, məsələnin qoyuluşu, amil- nəticə əlamətlərinin seçilməsi;
2) statistik məlumatın toplanması və onun hazırlanması;
3) qrafik və analitik qruplaşdırma metodlarının köməyilə qarşılıqlı əlaqələrin ilkin öyrənilməsi;
4) əlaqə modelinin (reqressiya tənliyinin) qurulması və əlaqənin sıxlığı göstəricilərinin hesablanması;
5) tədqiqatın nəticəsinin izahı və təhlili.
Hadisələr arasındakı qarşılıqlı əlaqələrin öyrənilməsinə nə-zəri təhlildən başlamaq lazımdır. Sonra nə-
zəri təhlil əsasında öyrənilən hadisələr arasında əlaqənin mövcudluğu və istiqaməti müəyyənləşdi-rilmə-
lidir. Nəzəri təhlilə hadisələrin iqtisadi mahiyyətini dərk etməkdən başlamaq lazımdır ki, bunun əsasında
da amil və nəticə əlamətləri arasında əlaqənin mövcudluğu, onun düz və ya tərs əlaqə olduğu müəyyən-
74
ləşdirilə bilər. Qarşıya qoyulan vəzifəni rəhbər tutaraq tədqiqat obyekti müəyyən edilir və müşahidə vahi-
di seçilir. Korrelyasiya göstəriciləri bircinsli statistik məcmu hüdudunda hesablanmalıdır.
Korrelyasiya təhlilinin mühüm məsələlərindən biri nəticə və amil əlamətlərini seçməkdir. Qoşa kor-
relyasiya təhlilində amil və nəticə əlamətlərinin seçilməsi çox sadədir. Çoxamilli korrelyasiya təhlilində
amil əlamatlərinin seçilməsi mühüm amillərin, yəni onların nəticə əlamətinə təsir dərəcələrindən asılı ola-
raq hayata keçirilməlidir. Hadisələrin dinamik prosesdə təhlili zamanı müşahidə vahidi kimi üç və daha
çox ilin məlumatından istifadə edilməlidir. Statistika məlumatının toplanması və hazırlanması mər-
hələsində məlumatın bircinsli, etibarlı, müqayisəli, tam olması qiymətləndirilməlidir.
Reqressiya tənliyinin qurulması. Korrelyasiya modelinin qurulmasının başlıca problemi nəticə əlaməti
və amil əlaməti-nin əlaqə mexanizmini əks etdirən analitik funksiyanın növünü müəyyən etməkdir. Əlaqə
formasının seçilməsi reqressiya tənliyinin qurulması üçün həlledici əhəmiyyətə malikdir. Buradan aydın-
dır ki, əlaqənin forması düzgün seçilmədikdə aparılan hesablamalar istənilən nəticəni verə bilməz. Əlaqə-
nin forması, hər şeydən əvvəl, öyrənilən hadisənin məzmununun keyfiyyət təhlili əsasında müəyyən edil-
məlidir. Əlaqənin formasının seçilməsində qrafik metodunun rolu böyükdür. Amil əlaməti və nəticə əla-
məti arasında düz əlaqə olduqda düzxətli əlaqə tənliyi qurulur. Düzxətli əlaqə tənliyinin düsturu aşağı-
dakı kimi yazılır:
y
x
= a
o
+ a
1
x
Burada, y
x
- nəticə əlamətinin dəyişən orta kəmiyyəti, a
o
və a
1
- düz xəttin parametrləri, x - amil əlamətidir.
Bu tənlikdə amil əlamətinin (x) qiyməti həmişə məlumdur. Deməli, nəticə əlamətinin orta kəmiyyətini
( y
x
) müəyyən etmək üçün a
o
və a
1
parametrlərini hesablamaq lazımdır. a
o
və a
1
parametrlərinin tapılması
ən kiçik kvadratlar üsulu ilə aparılır, bu da iki xətti tənlik sisteminə gətirib çıxarır:
a
o
n + a
1
∑ x =∑ y
a
o
∑x +a
1
∑ x
2
= ∑ xy
Sistem tənliyin həlli a
o
və a
1
parametrlərinin tapılmasını aşağıdakı düsturlarla həyata keçirməyə imkan
verir:
∑
y ∑ x
2
- ∑ xy ∑ x
a
o
═ ────────────── ;
n∑ x
2
- ∑ x ∑ x
n ∑ x
y - ∑ y ∑ x
a
1
═ ──────────── ;
n ∑ x
2
- ∑ x ∑ x
Elastiklik əmsalı. Amil və nəticə əlamətləri arasındakı əlaqəni iqtisadi cəhətdən xarakterizə etmək üçün
elastiklik əmsalından istifadə etmək daha əlverişlidir. Xətti asılılıq halında a
1
parametrinin iqtisadi mə-
nasını vermək üçün elastiklik əmsalının düsturu aşağıdakı kimi yazılır:
x
E ═ a
1
· ─── ;
y
Elastiklik əmsalı nisbi ədəd olub amil əlamətinin bir faiz dəyişməsi nəticəsində nəticə əlamətinin orta
hesabla neçə faiz dəyişdiyini göstərir. Elastiklik əmsalı ayrı-ayrı müşahidə vahidləri üzrə də hesablana
bilər. O zaman düstur aşağıdakı kimidir:
x
E ═
a
1
· ─── ;
y
x
Qruplaşdırılmamış məlumatdan istifadə edildikdə reqressiya tənliyinin parametrlərinin dəqiq qiymətlə-
ri alınır. Lakin məcmu vahidləri çox olduqdä ilk məlumat əsasında parametrlərin hesablanması işi bir qə-
dər artırır. Ona görə amil əlamətinin qrup-laşdırılması əsasında hesablamanı xeyli sadələşdirmək olar.
Amil və nəticə əlamətləri üzrə qruplaşdırma apardıqda parametrlərin hesablanmasını daha da sadələş-
dirmək mümkündür.
Sosial-iqtisadi hadisələrin qarşılıqlı əlaqələri asasən düzxətli reqressiya tənliyi ilə ifadə oluna bilər.
Bununla bərabər amil əlaməti və nəticə əlaməti arasında əyrixətli əlaqə olduqda, tənliyin modeli hiper-
75
bola reqressiya tənliyi şəklində qurula bilər. Təcrübədə bir çox hallarda sosial-iqtisadi hadisələr arasında
qarşılıqlı əlaqələri öyrənmək üçün parabola tənliyinin ikinci qaydasından istifadə edilir.
Ən kiçik kvadratlar üsulunun tələblərini ödəyən a
o
, a
2
və a
3
parametrlərini hesablamaq üçün aşağıdakı
normal sistem tənlik tərtib edilir:
a
o
n +a
1
∑
x + a
2
∑
x
2
= ∑y
a
o
∑
x + a
1
∑x
2
+ a
2
∑
x
3
= ∑xy
a
o
∑
x
2
+ a
1
∑
x
3
+ a
2
∑
x
4
= ∑x
2
y
Amil əlamətinin bərabər inkişaf meyli nəticə əlamətinin qey-ri-bərabər inkişafına səbəb olduqda, əla-
qənin tədqiqinin parabola tənliyilə həyata keçirilməsi məqsədəuyğundur. Məsələn, verilən gübrənin miq-
darı optimal normaya çatdırılana qədər məhsuldarlığın maksimum artmasını təmin edir, gübrənin miq-
darı optimal normadan artıq olduqda, məhsuldarlığın artımı normaya qədər olan səviyyədə davam etmir.
Belə bir asılılıq yağıntı ilə dənli bitkilərin məhsuldarlığı, fəhlələrin əmək məhsuldarlığı və onların dərə-
cələri, əməyin əsas istehsal fondları ilə silahlanması və əmək məhsuldarlığı və s. arasında da mövcuddur.
Bu zaman amil əlamətinin artmasına müəyyən həddən sonra isə onun hətta azalmasına səbəb olur.
Əlaqələrin korrelyasiya tədqiqində əlamətlər arasındakı əlaqənin sıxlıq dərəcəsinin hesablanmasının
mühüm əhəmiyyəti vardır. Riyazi əlaqə tənlikləri hadisələrin əlamətləri arasında mövcud olan əlaqələri
düzgün təsvir edir. Lakin reqressiya tənlikləri əlaqənin sıxlıq dərəcəsini ölçə bilmir. Əslində a
1
parametri
müəyyən mənada əlaqə sixlıgının ölçüsü kimi istifadə edilə bilər, çünki o x və y arasındakı müəyyən
nisbəti gostərir. Lakin a
1
parametri mütləq kəmiyyətlərdə ifadə olunur. Ona görə də digər əlamətlər üzrə
buna oxşar göstəricilərlə və digər tənliklə hesablanmış göstəricilərlə müqayisə edilə bilməz. Əlaqənin
sıxlığını ölçmək üçün nisbi göstəricilər lazımdır. Dispersiyaların cəmlənməsi qaydasından məlumdur ki,
ümumi dispersiya (σ
2
) qruplararası dispersiya (δ
2
) ilə orta qrupdaxili dispersiyanın (σ
2
) cəminə bəra-
bərdir. Qruplararası dispersiya (δ
2
) amil əlamətinin (x) təsiri nəticəsində nəticə əlamətinin tərəddüdünü
əks etdirir.Orta qrupdaxili dispersiya (σ
2
) nəzərə alınmayan bütün digər amillərin təsiri altında nəticə
əlamətinin tərəddüdünü xarakterizə edir.Ümumi dispersiya bütün amıllərin təsiri nətıcəsində nəticə
əlamətinin variasiyasını xarakterizə edir. Buradan aydındır ki, x və y arasındakı əlaqəni ölçmək üçün
qruplararası dispersiyanın ümumi dispersiyaya nisbətini əks etdirən determinasiya əmsalını (η
2
)
hesablamaq lazımdır. Determinasiya əmsalı ümumi variasiyanın hansı hissəsinin amil əlamətinin (x)
variasiyası əsasında baş verdiyini göstərir. Bu göstəricinin kvadrat kökü korrelyasiya indeksi və ya nəzəri
korrelyasiya nisbəti adlanır. Dispersiya qrup orta kəmiyyətlər əsasında hesablandıqda, onda buna empirik
korrelyasiya
nisbəti deyilir. Nəzəri korrelyasiya nisbətinin kəmiyyəti (əlaqə olmadıqda) sıfırla vahid
arasında gözlənilir. Cavab vahidə bərabər olduqda əlaqə funksional əlaqə
olur. Nəzəri korrelyasiya nisbəti
hər cür əlaqə forması üçün hesab oluna
bilər. Düzxətli əlaqənin sıxlığını ölçmək üçün xətti korrelyasiya
əmsalı hesablanır.
Xətti korrelyasiya əmsalı ümumi korrelyasiya indeksinin xüsusi halı olub, ancaq xətti əlaqə forması (y
x
= a
o
+ a
1
x) üçün tətbiq edilir. Bunun cavabı da sıfırla vahid arasında olur. Cavab müsbət işarə ilə alınarsa
əlaqənin düz, mənfi işarə olduqda isə əlaqənin tərs olduğunu göstərir.
Sosial hadisələrin tədqiqində alternativ əlamətlər arasındakı əlaqənin sıxlığını öyrənmək xüsusi əhə-
miyyətə malikdir. Kəmiyyət qiymətinə malik olmayan keyfiyyət göstəriciləri və əlamətləri arasındakı
sıxlığı ölçmək üçün xüsusi sıxlıq əmsallarından- assosiasiya, kontengensiya, A.Çuprovun bağlılıq əmsal-
larından istifadə edilir. Nəzərə çatdırmaq lazımdır ki, kontengensiya əmsalı assosiasiya əmsalından hə-
mişə kiçik olur. Assosiasiya əmsalı- A≥0,5 olarsa, kontengensiya əmsalı isə- k≥0,3 olarsa əlamətlər ara-
sında əlaqənin olduğu təsdiq edilir. İkidən çox atributiv əlamət arasında əlaqənin sıxlığını ölçmək üçün
K.Pirsonun və A.Çuprovun qarşılıqll qovuşma əmsallarından istifadə olunur.
Əlaqə tənliyi hadisələrin əlamətləri arasındakı əlaqəni riyazi cəhətdən nisbətən dəqiq təsvir etsə də,
əlaqənin sıxlığıınn vahid ölçüsünü vermir. Odur ki, əlaqənin sıxlığını ölçmək üçün nisbi göstərici he-
sablamaq lazımdır. Nəzəri korrelyasiya nisbəti (korrelyasiya indeksi), qoşa korrelyasiya əmsalı (xətti kor-
relyasiya əmsalı) belə göstəricilərdəndir. Sosial-iqtisadi hadisələrin nəticəsi bir deyil, bir neçə amillərin
təsiri altında dəyişir, yəni, nəticə əlamətinə (y) bir neçə amil əlaməti (x
1
, x
2
və s.) təsir göstərir. Belə
halda çoxamilli korrelyasiya hesablamaq lazımdır. Çoxamilli korrelyasiya təhlilinin əsas mürəkkəbliyi
amillərin seçilməsində və reqressiya tənliyinin qurulmasındadır. Təhlilə başlamazdan əvvəl nəticə və hər
bir amil əlaməti üzrə x, σ
2
, σ, V göstəriciləri hesablamaq məqsədəuyğundur ki, bu da korrelyasiya təh-
lilini daha məzmunlu aparmağa imkan verir. Korrelyasiya təhlili üçün ilk növbəfə nəticə əlamətinə təsir
76
edən mühüm amillər seçilməlidir. Çoxamilli tənliyi qurarkən kifayət qədər geniş və iri həcmli müşahidə
məlumatına əsaslanmaq lazımdır.
Çoxamilli korrelyasiya təhlili əsasında öyrənilən göstəricilər və amillər arasında əlaqənin sıxlığını
xarakterizə edən müxtəlif qoşa, xüsusi və çoxamilli korrelyasiya əmsalları və çoxamilli determinasiya
əmsalı hesablanır. Məcmu çoxamilli xətti korrelyasiya əmsalı amil əlamətlərinin nəticə əlamətinə təsirini
birlikdə göstərir və onun qiyməti 0-la 1 arasında tərəddüd edir. Öyrənilən göstəricinin variasiyasında han-
sı hissənin tədqiqata daxil edilən amillərin təsir dərəcəsini müəyyən etmək üçün çoxamilli determinasiya
əmsalı R
2
hesablanır. Nəzəri korrelyasiya nisbəti dispersiya vasitəsilə hesablanır.
Çoxamilli reqressiya tənliyində olduğu kimi, burada da məlum olmayan a
o
, a
1
, a
2
parametrləri ən ki-
çik kvadratlar üsulu əsasında müəyyənləşdirilir. Məcmu çoxamiili korrelyasiya əmsalı düzxətli əlaqənin,
nəzəri çoxamilli korrelyasiya əmsalı isə həm düz, həm də tərs əlaqənin sıxlığını ölçmək üçün hesablanır.
Reqressiya əmsalları müxtəlif ölçü vahidlərilə ölçdüklərinə görə hansının nəticə əlamətinə çox təsir
etdiyini müəyyən etməyə imkan vermir. Bu məqsədlə xüsusi elastiklik əmsalları (э
Dostları ilə paylaş: |