Movzu 5.Statistika göstəriciləri sistemi, mütləq kəmiyyətlər.
PLAN:
1.Mütləq və nisbi kəmiyyətlər nəzəriyyəsi.
2.Orta kəmiyyətlər və onun növləri.
3.Qruplaşdırma orta kəmiyyətlər metodu
1. Mütləq kəmiyyətlər Məlumdur ki, ictimai-iqtisadi hadisələrin kəmiyyət tərəflərini və onların nisbətini öyrənmək statistikanın predmetini təşkil edir. Hadisə və proseslərin kəmiyyət tərəflərini və onların nisbətini statistika xüsusi ümumiləşdirici göstəricilərlə ölçür v ə ifadə edir. İctimai-iqtisadi hadisələrin kəmiyyət tərəfi mütləq kəmiyyətlərlə, miqdar nisbətləri isə nisbi kəmiyyətlərlə xarakterizə edilir. Statistika müşahidəsi vasitəsilə toplanmış məlumat və onların yekunlaşdırılması və qruplaşdırılması mütləq və nisbi kəmiyyətləri müəyyənləşdirməyə imkan verir. Statistika müşahidəsi nəticəsində statistika məcmusunun hər bir vahidini xarakterizə edən əlamətlər üzrə məlumatlar toplanır. Statistika məcmusunu bütövlükdə və ya onun ayrı-ayrı hissələrini xarakterizə etmək üçün toplanmış məlumatlar yekunlaşdırılır və nəticədə ümumiləşdirici göstəricilər alınır. Öyrənilən hadisənin kəmiyyət tərəfi bu göstərici vasitəsilə ifadə edilir. İlkin məlumatların bilavasitə cəml ənm əsi nəticəsində mütləq kəmiyyətlər alınır. Statistikada ictimai-iqtisadi hadisələrinin konkret zaman və məkan daxilində həcmini, səviyyəsini ifadə edən göstəricilərə mütləq kəmiyyətlər deyilir.
Məsələn, 1.01.2009-cu il tarixə Azərbaycan Respublikasında daimi əhalinin sayı ............ min nəfər, həmin ildə ümumi daxil məhsul (ÜDM) istehsalının həcmi isə ............ mlrd.manat olmuşdur. Birinci göstərici əhalinin konkret ana sayını göstərir və cari müşahidənin nəticələrinin yekunlaşdırılması nəticəsində alınır. İkinci göstərici isə cari müşahidə nəticəsində toplanmış məlumatların yekunlaşdırılması nəticəsində alınır və hadisənin mü əyyən dövr ərzində həcmini ifadə edir. Mütləq kəmiyyətlər fərdi və yekun mütləq kəmiyyətlərinə bölünür. Fərdi mütləq kəmiyyətlər obyektin ayrı-ayrı vahidlərinin həcmini, səviyyəsini ifadə edir. Statistika müşahidələri, birinci növbədə, fərdi mütləq kəmiyyətləri aşkar etməyə imkan verir. Onlar hər bir elmi tədqiqat işinin aparılmasının əsasını təşkil edir. Fərdi mütləq kəmiyyətlərə misal olaraq ayrı-ayrı təsərrüfatların pambıq əkin sahəsini, traktorlarının sayını, aylıq əmək haqqının həcmini və s. göstərmək olar. Fərdi mütləq kəmiyyətlər yekun mütləq kəmiyyətlərini əldə etmək üçün əsasdır. Yekun mütləq kəmiyyətləri öyrənilən məcmunun bütün vahidlərinin, yaxud onun ayrı-ayrı qruplarının bu və ya digər əlamət üzrə kəmiyyətini ifadə edir. Onlar əsasən müşahidə zamanı toplanmış fərdi mütləq kəmiyyətləri cəml əmək yolu ilə əldə edilir. Əhalinin siyahıya alınması məlumatlarını əlamətlər üzrə yekunlaşdırdıqda, ayrı-ayrı kəndlər, qəsəbələr, şəhərlər, rayonlar və respublika üzrə bütövlükdə əhalinin sayı, şəhər və kənd əhalisinin sayı, kişi və qadınların sayı haqqında yekun mütləq kəmiyyəti alınır.
Bəzən yekun mütləq kəmiyyətlər xüsusi hesablanmalar əsasında müəyyən edilir. Proqnozlaşdırmada əhalinin perspektiv sayının müəyyən edilməsinin mühüm əhəmiyyəti vardır. Bu işlə statistika orqanları məşğul olur. Bel ə hesablamalar nəticəsində yekun mütl əq kəmiyyəti alınır. Əhalinin həyətyanı sahələrində istehsal olunan məhsulun miqdarı da xüsusi hesablama əsasında mü əyyən edilir. Hesablama nəticəsində əldə edilmiş mütləq kəmiyyətlər ən çox proqnozlaşdırma işində istifadə edilir. Mütləq kəmiyyətlər adlı kəmiyyətlərdir. Onlar həmişə müəyyən ölçü vahidi ilə ifadə olunur. Onlar natural, şərti - natural, kombinələşdirilmiş, dəyər (pul) və əmək ölçü vahidlərilə ifadə oluna bilər. İctimai hadisələrin təbii xüsusiyyətlərinə uyğun olaraq istifadə olunan ölçü vahidlərinə natural ölçü vahidləri deyilir. Natural ölçü vahidləri ictimai hadisələrin fiziki xüsusiyyətlərini əks etdirir. Ölçü vahidi məhsulun istehlak xassəsinə uyğun gəldikdə natural ölçü vahidlərindən istifadə edilir. Məsələn, neft hasilatı tonla, parça istehsalı m2-ə, satışı isə m-ə, daşınmaz yükün miqdarı tonla, onun aparıldığı məsafə km-ə, ölkənin ərazisinin sahəsi km2 və s. ifadə olunur. Bütün bunlar natural ölçü vahidləri adlanır. 2. Nisbi kəmiyyətlər. Tədqiq olunan hadisələrin xüsusiyyətlərindən asılı olaraq nisbi kəmiyyətlər müxtəlif formalarda ifadə olunur. Nisbi kəmiyyətin ən sadə ifadə forması bir kəmiyyətin digər kəmiyyətdən neçə dəfə çox və ya az olduğunu göstərən əmsal göstəricisidir. Bu ifadə formasından, adətən, müqayisə olunan göstərici müqayisənin əsasını təşkil edən göstəricidən bir neçə dəfə böyük olduqda istifadə edilir.
Statistikada iki mütləq kəmiyyət göstəricisinin müqayisəsi nəticəsində əmələ gələn üçüncü bir göstəriciyə əmsal deyilir. Əmsal hesablanarkən müqayisə üçün əsas götürülmüş kəmiyyət vahidə bərabər tutulur. Müqayisə edilən ədədi müqayisə üçün əsas götürülmüş kəmiyyətə bölüb, 100-ə vurduqda nisbi kəmiyyət faizlə ifadə edilmiş olur. Burada müqayisə olan kəmiyyət şərti olaraq 100-ə bərabər götürülür. Bu ifadə formasından, adətən, müqayisə olunan kəmiyyətlə müqayisənin əsasını təşkil edən kəmiyyət bir-birinə çox yaxın olduqda istifadə edilir. Bəzən nisbi kəmiyyətlər promille (ədədin mində biri) və prodesimille (ədədin on mində biri) ilə ifadə olunur. Promilledə müqayisənin əsası şərti olaraq 1000-ə, prodesimilledə isə 10000-ə bərabər götürülür. Bu ifadə formalarından müqayisə olunan kəmiyyət müqayisənin əsasını təşkil edən kəmiyyətdən çox kiçik olduqda, başqa sözlə, əmsal və faiz ifadə formalarından istifadə etmək səmərəsiz, ifadəsiz olduqda istifadə olunur. 0/00-promille, 0/000-prodesimille. Promilledən əhali statistikasında, prodesimilledən isə səhiyyə statistikasında geniş istifadə edilir. Bəzi müxtəlif adlı kəmiyyətləri müqayisə etdikdə adlı nisbi kəmiyətlər alınır. Onların adları müqayisə edilən və bazis kəmiyyətinin adlarının kombinasiyası əsasında əmələ gəlir. Əhalinin sıxlığı (1 km2 sahəyə düşən əhalinin sayı) və 1 nəfərə düşən məhsul istehsalı bu nisbi kəmiyyətlərə misal ola bilər. 3. Nisbi kəmiyyətlərin növləri . Məzmunundan, yəni hansı nisbəti ifadə etməsindən asılı olaraq nisbi kəmiyyətlərin aşağıdakı növlərini fərqləndirirlər: 1) Müqavilə öhdəliyinin yerinə yetirilməsi nisbi kəmiyyəti; 2) Müqavilə öhdəliyi nisbi kəmiyyəti; 3) Dinamika nisbi kəmiyyəti; 4) Quruluş nisbi kəmiyyəti; 5) İntensivlik nisbi kəmiyyəti; 6) Müqayisə nisbi kəmiyyəti; 7) Koordinasiya nisbi kəmiyyəti; 8) İqtisadi inkişaf səviyyəsi nisbi kəmiyyəti. Orta kəmiyyətlər. Konkret məkan və zaman şəraitində ictimai-iqtisadi hadisələrin dəyişən əlamətlərinin tipik səviyyələrini xarakterizə edən göstərici orta kəmiyyət adlanır.
Hadisələrin tiplərinin və ya proseslərin ümumi şərtlərinin, ümumi qanunauyğunluqlarının xarakteristikası orta kəmiyyətlərin köməyilə həll olunan mühüm ictimai-iqtisadi məsələdir. Bu ümumi vəzifə aşağıdakı konkret məsələlərə ayrıla bilər: 1. Hadisənin inkişaf səviyyəsinin ümumi xarakteristikası 2. İki və daha artıq səviyyələrin müqayisəsi 3. Hadisələrin səviyyəsinin vaxta görə dəyişməsinin xarakteristikası 4. Hadisələrin əlaqənin aşkar edilməsi xarakteristikası 5. Planlaşdırma, proyektləşdirmə və s. bağlı olaraq hesablamaların və qiymətləndirmələrin aparılması Yekun göstəricinin xarakterindən asılı olaraq orta kəmiyyətlər müxtəlif real əhəmiyyətə malikdir. a) Yekun göstərici real kəmiyyəti ifadə edir. Bu halda orta kəmiyyət ilk növbədə yığımın miqdar nisbətlərinin ümumi xarakteristikası kimi çıxış edir. b) Yekun göstərici real kəmiyyəti ifadə etmir. Bu halda orta kəmiyyət hadisənin tipik ölçüsünü xarakterizə edir. Statikada istifadə edilən ümumiləşdirici göstəricilərin ən mühüm növlərindən biri orta kəmiyyətlərdir. Statistika məlumatların ümumiləşdirilməsi və işlənməsi prosesində orta kəmiyyətin müəyyən edilməsi zərurəti meydana çıxır. Sosial-iqtisadi hadisələrə xas olan qanunauyğunluqların öyrənilməsində, hadisə və proseslərin dərk edilməsində orta kəmiyyətlərin əhəmiyyəti çox böyükdür. Məlumdur ki, hər bir yekcins statistika məcmusu fərdi xüsusiyyətlərə malik olan və bir-birindən kəmiyyətcə fərqlənən ayrı-ayrı vahidlər yığımından ibarətdir. Məsələn, hər hansı bir müəssisədə eyni bir iş prosesini həyata keçirən fəhlələrin hər birinin aylıq əmək haqqı, məhsul vahidi istehsalına sərf etdikləri vaxt və s. müxtəlif səbəblərə görə bir-birindən fərqlənə bilər. Buna baxmayaraq həmin əlamətlər üzrə orta kəmiyyətləri hesablamaqla, bütün fəhlələrin ümumi xarakteristikasını vermək olar.
Belə ki, fəhlələrin hesablanmış orta əmək haqqı həmin fəhlələrin əmək haqqının səviyyəsini xarakterizə edə bilər. Orta əmək haqqını hesablamadan onun səviyyəsinin hansı müəssisədə yüksək olduğunu söyləmək mümkün deyil. Qruplaşdırma ilə orta kəmiyyətlər metodunun qarşılıqlı əlaqesi Orta kəmiyyətin hesablanması qruplaşdırma ilə əlaqələndirilməlidir. Çünki qruplaşdırma lazımınca əsaslandırılmadan hesablanan orta kəmiyyəti aradan qaldırmağa imkan verir. Orta kəmiyyəti hesablayarkən qruplaşdırma üsulunun tətbiqi həmçinin qabaqcıl və geridə qalan sahələri aşkar etməyə imkan verir. Qruplaşdırma metodunun tətbiqi uydurma, həqiqi vəziyyəti xarakterizə etməyən orta kəmiyyətlərin hesablanmasına yol vermir. Sosial-iqtisadi hadisələrin tipik səviyyəsini xarakterizə etmək üçün ümumi orta kəmiyyətlərlə bərabər qrup orta kəmiyyətləri də hesablamaq lazımdır. Qrup orta kəmiyyətlərin hesablanması qabaqcıl və geridə qalan sahələri aşkar etməyə imkan verir. Ümumi orta kəmiyyət hadisənin ümumi səviyyəsini xarakterizə etdiyi halda, qrup orta kəmiyyətlər ayrı-ayrı qrupların səviyyəsini xarakterizə edir. Beləliklə, ümumi orta kəmiyyətlərlə bərabər qrup orta kəmiyyətlərin hesablanması orta kəmiyyətlərin düzgün tətbiqinin ikinci mühüm şərtidir. Ümumi orta kəmiyyətlər arxasında qabaqcıl və geridə qalan təsərrüfatlar görünmür, ona görə də ümumi orta kəmiyyətlərlə bərabər təbəqələri (qabaqcılları və geridə qalanları) xarakterizə edən orta kəmiyyətləri də hesablamaq lazımdır. Belə orta kəmiyyətlər ayrı-ayrı müəssisə və təşkilatların işlərini düzgün qiymətləndirməyə imkan verir.
Dostları ilə paylaş: |