Mövzu XX. Azərbaycanda sovet məKTƏBİ VƏ TƏHSİl siyasəTİ. Əhatə olunacaq məsələlər


Məktəbəqədər tərbiyə və məktəbdənkənar təhsil müəssisələri-nin təşkili və inkişafı



Yüklə 38,71 Kb.
səhifə5/8
tarix03.06.2023
ölçüsü38,71 Kb.
#124650
1   2   3   4   5   6   7   8
20 Mövzu

4.Məktəbəqədər tərbiyə və məktəbdənkənar təhsil müəssisələri-nin təşkili və inkişafı.
Azərbaycanda məktəbəqədər tərbiyə müəssisələrinin meydana gəlmə tarixi o qədər də qədim deyil. Azərbaycanda bir tip müəssisələrin meydana gəlməsi keçən əsrin əvvəllərinə təsadüf edir.
Məlum olduğu kimi məktəbəqədər tərbiyə sisteminin yaradılması, uşaq bağçalarının əsasını qoymuş məşhur alman pedqoqu Friddrix Frebelə (1782-1852) məxsusdur. Bütün dünyada qəbul edilmiş “Uşaq bağşası” termini də ona məxsusdur. Frebel sistemi sonralar məktəbəqədər pedaqogikanın inkişafına böyük təsir göstərmiş və qısa bir müddətdə bütün Avropanı əhatə etmişdir.
Rusiyada ilk uşaq bağçası XIX əsrin ikinci yarısinda meydana gəlmişdir. Azərbaycanda ilk məktəbəqədər tərbiyə müəssisəsi 1907-ci ildə Bakıda açılmışdır.
Rusiyada baş vermiş 1905-1907ci illərin burjua demokratik inqilabının dalğaları Azərbaycanda da təsirsiz qalmadı. Azərbaycan maarifçiləri məktəbəqədər tərbiyə ocaqlqrının və mədəni-maarif müəssisələrinin inkişafına çalışırdılar. Məhz bunların nəticəsi idi ki, 1914-cü ildən etibarən Bakıda yeni-yeni uşaq bağçaları açılmağa başladı.
1918-1920-ci illərdə uşaq bağçalarının sayında artım az-çox müşahidə olunurdu. 1918-ci ildə N.Nərimanov uşaq baxçalarının inkişafına xüsusi kömək göstərirdi. Rəsmi sənədlərdən birində-1918-ci ildə Xalq maarifi komissarı olan N.N.Kolesnikova yazırdı ki, tərbiyəçilər hazirlayan kursların təşkilində, tərbiyə ocaqlarının avadanlıqla təchiz olunmasında Nərimanov bizə çox kömək edirdi. Onun vasitəsilə biz bina, lazımi avadanlıq və ərzaq malları alırdıq. Yoldaş Nərimanov bizim işimizə çox diqqətlə yanaşırdı. O, bizim uşaq ocaqlarımızı tanıyırdı, tez-tez bu və ya digər uşaq ocağına gəlirdi. Uşaqlar, tərbiyəçilər də valideynlərlə söhbət aparırdı.
Məktəbdənkənar təhsil müəssisələrinin yaradılması o vaxtlar Xalq Maarif Komissarlığının əsas vəzifələrindən olmuşdur.
Bütün bunların nəticəsidir ki, 1920-ci ilə kimi məktəbəqədər tərbiyə müəssisələrinin sayı xeyli artmışdı. Bununla belə o zamanlar respublikada pedaqoji kadr hazırlanması problemi meydana çıxmışdı. Bu problemin aradan qaldırılmasında yenə Nəriman Nərimanov yaxından kömək etmişdi. 1920-ci il may ayının 24-də Nəriman Nərimanovun Azərbaycan İnqilab Komitəsi adından Xalq Maarif Komissarlığına göndərdiyi 54 saylı təlefonoqramda deyilirdi “Təklif edirəm ki, bir həftə müddətində şəhərin müsəlman məhəllərində uşaq bağcası təşkil edilsin. Bu məqsədlə də şəhərin bütün müəllim və tərbiyəçilərini səfərbəliyə almaq lazımdır”. Bu tələfonoqramdan sonra respublikada, xüsusilə, Bakının müsəlmanlar yaşayan rayonlarında yeni-yeni uşaq bağcaları və körpələr evi təşkil edilmiş, şəhərin ən yaxşı müəllim və tərbiyəçiləri bu işə cəlb edilmişdi.
Qısa müddət ərzində Bakıda 35 uşaq bağçası təşkil edilmişdir ki, bunlarda da 2400 uşaq tərbiyə alırdı. Azərbaycanın şəhər və qazalarında, o cümlədən Gəncədə 8, Nuxada 6, Şuşada 5, Qubada 1, Qazaxda 3, Göyçayda 3, Lənkəranda 2, Şamaxıda 1, Zaqatalada 1, Şəmkirdə 2, Salyanda 1 uşaq bağçası açılmışdır.
1920-ci ildən sonra məktəbəqədər tərbiyə müəssisələrinin sayı məinki şəhərlərdə, həm də kənd yerlərində də artmağa başladı.
Azərbaycan SSR-də məktəbəqədər tərbiyə müəssisələri ictimai tərbiyəni həyata keçirən dövlət təhsil sisteminin mühüm həlqəsi kimi böyük inkişaf yolu keçmiş, bu tərbiyə ocaqlarının geniş şəbəkəsi yaradılmış, onların ailələrlə sıx əməkdaşlığı sayəsində körpə uşaqların hərtərəfli, harmonik inkişafı və ictimai tərbiyəsi həyata keçirilmişdir.
Bu tərbiyə ocaqlarının maddi-texniki bazası xeyli möhkəmləndirilmiş, məktəbəqədər tərbiyə müəssisələrinin peşəkar kadrları yetişmişdir. Burada çalışan 11.700 nəfər tərbiyəçi-müəllimləri 74 % ali və orta pedaqoji təhsilli mütəxəssislər idi.
Məktəbəqədər tərbiyə müəssisələrinin inkişafında bu sahənin tanınmış mütəxəssislərindən olan Mahtaban Mustafayeva, Gülrux və Əfşan Qədimbəyovlar, Səlimə Axundova, Böyükxanım Zülfüqarova, Brilyant Paşayeva, Nazimə Rüstəmova, Zemfira Vəliyeva, Raya Mursaqulova və başqalarının böyük xidməti olmuşdur.

Yüklə 38,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin