Mövzu XX. Azərbaycanda sovet məKTƏBİ VƏ TƏHSİl siyasəTİ. Əhatə olunacaq məsələlər



Yüklə 38,71 Kb.
səhifə8/8
tarix03.06.2023
ölçüsü38,71 Kb.
#124650
1   2   3   4   5   6   7   8
20 Mövzu

5.Texniki-peşı təhsili.
Azərbaycanda sənət, sənətkarlıq, peşə, peşəkarlıq sənətlərinin tarixi çox-çox qədimlərə gedib çıxsa da sənət və ya peşə təhsilinin yaranma tarixi XIX əsrin ortalarından başlayır. Bu dövrdə sənətkarlıq, o cümlədən dəmirçilik, xarratlıq, dülgərlik, metal əşyaları o cümlədən, əmək alətləri, müxtəlif silahlar və s. istehsalı xeyli inkişaf etmişdi. 1843-cü ildə təkcə Xəzər vilayətində 8 mindən çox sənətkar, o cümlədən 4 minə qədər usta var idi. Şamaxı qəzasının Lahıc kəndi silah və mis qablar istehsalı, Nuxa ustaları gümüşü qara mina ilə bəzəmək işində şöhrət qazanmışdılar. Nuxada “Təcrübəipəkçilik məktəbi” fəaliyyət göstərirdi. 1872-ci ildə Moskva Politexnik sərgisində nümayiş etdirilən Azərbaycan xalçaları, ipək malları yüksək qiymətləndirilmişdi. 1874-cü ildə Bakı ibtidai məktəbi nəzdində yaradılan sənətkarlıq şöbəsi, sonralar 1888-ci ildə müstəqil sənət-peşə məktəbinə çevrildi. Bir qədər əvvəl, 1882-ci ildə Zaqatalada peşə məktəbi təsis edildi. 1884-cü ildə Gəncə şəhərində sənət məktəbinin əsası qoyuldu. 1897-ci ildə Bakıda sənət məktəbinin bazası əsasında aşağı texniki məktəb yaradıldı.
XIX əsrin sonlarında Azərbaycanda bir texniki, üç sənət məktəbi, Bakıda ayrıca dənizçilik məktəbi fəaliyyət göstərirdi. Bu məktəblərin işi 1889-cu ildə Tiflisdə, 1896-cı ildə isə Nijni-Novqorodda keçirilən kənd təsərrüfatı, sənaye sərgisinin mükafatlarına layiq bilinmişdir. Əsrin sonlarında Qubada bağçılıq, Mərdəkanda isə bağçılıq və bostançılıq məktəbləri meydana gəldi.
Bütün bunlar Sovetlər hakimiyyəti illərində xalq təsərrüfatının müxtəlif sahələri üzrə ixtisaslı fəhlə kadrları hazırlığı üçün zəmin yaratdı. 1920-ci ildə Baş texniki peşə təhsili komitəsi yaradıldı.
1921-ci ildə Bakıda metalçılar hazırlayan “Fabrik-Zavod Şagirdliyi (FZŞ)” məktəbi təşkil edildi. Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq texniki-peşə məktəblərinin sayı get-gedə artırdı. Təhsil müddəti 3-4 il olan FZŞ məktəbləri Gəncə, Zaqatala, Nuxa, Quba və başqa yerlərdə də yaradıldı.
1921-1923-cü illərdə 10 FZŞ məktəbi və 10 texniki-peşə kursu fəaliyyət göstərirdi. Bu tip məktəblərin sayı get-gedə artmaqda davam edirdi.
1940-cı ildə Azərbaycan SSRXalq Komissarları Sovet yanında Dövlət Əmək Ehtiyatları Baş İdarəsi təşkil edildi. Bu qərarın qəbul olunması ilə ölkədə texniki-peşə məktəbinin yeni sistemi yaradıldı: sənət məktəbləri, dəmir yol məktəbləri və fabrik-zavod təhsili məktəbləri, 1940-cı ildə mövcud olan 32 FZŞ məktəbində 5 mindən artıq şagird təhsil alırdı.
Lakin 1941-ci ildə İkinci dünya müharibəsinin başlanması bu sahəyə ciddi təsir edirdisə də bu sahəyə dövlətin diqqətini azaltmadı, cəhbənin təlabatını ödəmək vəzifəsi qarşıya qoyuldu. Bu məktəblərin məzunları istehsalatda öz yerlərini tutdular və phdələrinə düşən işləri ləyaqətlə yerinə yetirdilər.
1941-1945-ci illərdə bu məktəblər xalq təsərrüfatı üçün 43 mindən artıq gənc ixtisaslı fəhlə kadrı hazırlamışdı. Sov.İKP mk və SSRİ Nazirlər Sovetinin 11 iyul 1959-cu il tarixli qərarı ilə bu tip məktəblərə rəhbərlik yaxşılaşdırıldı. Dövlət Texniki Peşə Təhsil Komitəsi yaradıldı. İxtisaslı fəhlələr hazırlığını daha da yaxşılaşdırmağa dair 1969-cu ilin aprelində qəbul edilmiş yeni qərar tədricən orta təhsilli ixtisaslı fəhlələr hazırlığını qarşıya qoydu.
Beləliklə, 1970-ci ildə Respublikada 76 texniki - peşə məktəbi fəaliyyət gösərirdi ki, burada 150 peşə üzrə 50 minə yaxın şagird təhsil alırdı. Texniki-peşə məktəbləri yalnız şəhərlərdə deyil, kənd yerlərində də açılırdı. 1975-ci ilin məlumatına görə 1975-ci ildə kəndlərdə 45 texniki peşə məktəbi var idi ki, burada 16500 şagird təhsilə cəlb edilmişdi. Sonrakı illərdə xalq təsərrüfatı üçün ixtisaslı fəhlə hazırlığı ndavam etdirildi.
Azərbaycan SSR-də texniki - peşə təhsilli ilbəil inkişaf etmiş və yetginləşmişdir. 1990-cı ildə Azərbaycanda 1976 texniki peşə məktəbi fəaliyyət göstərirdi. Burada 82 min 200 nəfər şagird təhsil alırdı. Onların bir çoxu orden və medallarla təltif olunmuş, bir neçə nəfər hətta Sosialist Əmək Qəhrəmanı adına layiq bilinmişdi.
Bütün bu naliyyətlərlə bərabər keçən əsrin 80-90-cı illərdə ölkənin maarif sistemində özünü göstərən böhran texniki-peşə təhsili sahəsində də özünü göstərdi. Şagirdlərin sayında müşahidə edilən “ölü canlar” bu məktəblərin də nüfuzdan düşməsinə səbəb oldu.
Azərbaycan SSR Ali Sovetinin 1988-ci il tarixli fərmanı ilə texniki-peşə təhsili nazirliyi və maarif nazirliyi ilə birlikdə ləğv olundu. Üçünün bazası əsasında Azərbaycan SSR Xalq Təhsili Nazirliyi yaradıldı.
Uzun müddət Respublika Təhsil naziri vəzifəsində işləmiş prof. Misir Mərdanov yazmışdır: “1988-ci ildən başlayaraq, öıkədə hökm sürən ictimai”
və sosial – iqtisadi böhran, istehsal həcminin kəskin azalması, zavod və fabriklərin işləməməsi, kolxoz və sovxozların dağılması və nəticəsi etibarılə əmək bazarında ixtisaslı işçi qüvvəsinə təlabatın aşağı düşməsi. Büdcədən maliyyələşdirmənin həddindən artıq azalması, həmçinin peşə müəssisələri ilə sənaye, kənd təsərrüfatı və xidmət sahələri, idarə, müəssisə, təşkilatları arasında ənənəvi əlaqələrin qırılması texniki peşə təhsili sisteminin inkişafına mənfitəsir göstərdi.


Yüklə 38,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin