İnternat məktəblərinin təşkili. Keçmiş SSRİ məkanında olduğu kimi Azərbaycan SSRİ-də də ümumtəhsil verən internatməktəbləri keçən əsrin ortalarında meydana gəlmişdir. 1956-cı ildə Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin xüsusi qərarı əsasında 1957-ci ildən etibarən yaranmağa başladı. Azərbaycan SSRİ-də ilk internatməktəbləri Bakıda, Qubada, Şəkidə və Naxçıvanda yaradıldı. İnternatməktəblərinin və oradatəhsil alan uşaqların sayı qısa müddətdə xeyli artmışdı. 50-ci illərin sonlarında 37 internatməktəbi fəaliyyət göstərirdi ki, burada 9 minə yaxın şagird təhsil alırdı, 1966-cı ildə bu məktəblərin sayı artaraq ilə 21minə çatmışdı. İnternatməktəblərinin uşaqların təlim-tərbiyəsində oynadığı müsbət rol yüksək qiymətə layiq idi. Sonralar təmayüllü internatlar, məsələn fizika-riyaziyyat, kimya-biologiya, fars və ərəb dilləri, idman, humanitar təmayüllü internatməktəbləri yaradıldı.
2.Azərbaycan təhsilinin uğurlu inkişafı (1970-1980 –ci illər) Keçən əsrin 70-80-ci illəri Azərbaycan xalqının sosial-iqtisadi, elmi-pedaqoji və mədəni həyatında mühüm mərhələ təşkil edir. 70-ci illərdə ümumi icbari təhsilin həyata keçirilməsi başa çatdı. Müasir tipli məktəb binaları inşa edildi. Ali təhsilli müəllimlərin sayı da xeyli artmışdı. Ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ilə (14 iyul, 1969-cu il) Azərbaycan təhsilinin inkişafının yeni mərhələsi başlandı.
1970-ci illərdə qəbul olmuş “Gənclərin hamılıqla ümumi orta təhsilə keçidinin başa çatdırılması və ümumtəhsilməktəbinin daha da inkişaf etdirilməsi haqqında” 20 iyun 1972-ci il və “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” adlı partiya və hökumətin 6 iyul 1973-cü il tarixli qərarları məktəblərin sonrakı inkişafında əhəmiyyətli rol oynadı.
19 iyul 1973-cü ildə mərkəzi hökümət tərəfindən “Xalq maarifi haqqında” Qanun qəbul edildi. Bunun ardınca 27 dekabr 1974-cü ildə Azərbaycan SSR-in Qanunu qəbul edildi. Bu qanunlarda aşağıdakı müddəalar diqqəti çəkirdi:
təhsil almaqda SSRİ- nin bütün vətəndaşlarının bərabər olması;
bütün yeniyetmələr üçün təhsilin icbari olması;
bütün təlim-tərbiyə müəssisələrinin dövlət və ictimai xarakterdə olması;
Bu qanun 10 ildən artıq bir müddətdə qüvvədə qaldı.
70-ci illərdə şagirdlərin dərsliklərdən pulsuz istifadəyə verilməsinə aid 24 noyabr 1977-ci il tarixli qərarı da təhsilin səmərə və keyfiyyətinin yüksəldilməsinə xidmət edirdi.
70-ci illərdə Azərbaycanxalqının, o cümlədən məktəblilərin həyatında baş verən mühüm hadisələrdən biri Azərbaycan dilinin siyasi nüfuzunun yüksəldilməsi ilə bağlı olmuşdur. Belə ki, o vaxtlar respublikada rus dilinin mövqeyi çox güclü idi. Dövlət idarələrində əsasən rud dilindən istifadə edilirdi. Yerli əhali isə bu işdə böyük çətinliklərlə üzləşirdilər. 1969-cu ildə Azərbaycan hakimiyyətinə gələn Heydər Əliyevin ciddi səyi ilə bu sahədə də əsaslı dönüş yarandı. Onun təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan SSR-in yeni konstitusiyası qəbul olundu. Bu konstitusiyanın 73-cü maddəsi Respublikada Azərbaycan dilinin dövlət dili olmasını təsbit etdi.
Keçən əsrin 80-ci illəri məktəb tarixinə mühüm islahatlar dövrü kimi daxil oldu. Bu islahatların hazırlanması və yerinə yetirilməsi prosesi dəHeydər Əliyevin adı ilə bağlı idi. Belə ki, 1982-ci ilin sonunda SSRİ-nin ali rəhbərliyinə irəli çəkilməsi və ölkənin təhsil sisteminə rəhbərliyin ona həvalə edilməsi, İttifaq miqyasında olduğu kimi, Azərbaycanda da geniş islahatlar aparılmasına zəmin yaratdı.
Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, ümumtəhsil və peşə məktəbi üzrə İslahat Komissiyasının sədri kimi fəaliyyəti sahəsində XI çağırış SSRİ Ali Sovetinin sessiyasında “Ümumtəhsil və peşə məktəbi islahatının əsas islahatları haqqında” xüsusi məsələ müzakirə edildi. Məruzə ilə Heydər Əliyev çıxış etmişdir. Heydər Əliyev demişdir ki, yeni islahat məktəbdə təlim və tərbiyə işini real istehsalla daha dolğun şəkildə əlaqələndirməyə imkan verəcək, əməyi məktəb həyatının təsasüfi, ikinci dərəcəli komponentindən müntəzəm komponentinə, əsas komponentlərindən birinə çevirəcəkdir. O demişdir: Əsas və birinci dərəcəli məqsəd insan şəxsiyyətinin başlıca keyfiyyəti olan əməksevərlik tərbiyəsi üçün “... elə bir təməl yaradılmalıdır ki, cəmiyyətin həyatı da, ayrıca fərdin həyatı da onun üzərində qurulur. İndiki məktəbli nə kimi istedada malik olsa da hansı sənətə yiyələnməyə-əkinçi və ya kosmonant, inşaatçı və rəssam, poladəridən və ya həkim olmağa çalışsa da seçdiyi məqsədə doğru yolu hər şeydən əvvəl öz əməyi ilə açmalıdır.