Mövzu7: «Seçki sistemi və seçki hüququ» p L a n



Yüklə 478,52 Kb.
Pdf görüntüsü
səhifə15/15
tarix08.10.2023
ölçüsü478,52 Kb.
#153091
1   ...   7   8   9   10   11   12   13   14   15
221 movzu 7 secki sistemi ve secki huququ


 
 
 
 
 
 
 
 
 
 
 
 


26 
 
 
 
 
N Ə T İ C Ə 
Konstitusiyanın 56-cı maddəsinə əsasən Azərbaycan Respublikası 
vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda 
iştirak etmək hüququ vardır. 
Seçki hüququna əsasən vətəndaşlar dövlət orqanlarına nümayəndə seçmək 
və dövlət orqanlarına seçilmək hüququndan istifadə edir. Seçki hüququ aktiv və 
passiv seçki hüquqları ilə səciyyələnir. 
Aktiv seçki hüququna əsasən vətəndaşlar seçkili dövlət orqanlarının 
üzvlərini seçir və yaxud onların geri çağırılmasında iştirak etmək hüququ 
qazanırlar. 
Passiv seçki hüququna əsasən isə vətəndaşlar keçirilən seçkidə dövlət 
orqanlarına seçilmək hüququ qazanırlar. 
Xalqın iradəsinin bilavasitə və ən yüksək ifadəsi dövlət hakimiyyəti və yerli 
özünüidarə orqanlarına azad, demokratik seçkilərin keçirilməsi, habelə dövlət 
həyatının ən mühüm məsələlərinə dair öz rəyini referendum yolu ilə bildirməsidir. 
Seçkilər və referendum demək olar ki, bütün dünyada vətəndaşların cəmiyyətin 
ictimai həyatında və dövlət işlərində iştirakının ən kütləvi formasıdır. 
Vətəndaşların seçki hüququ 2003-cü il 27 may tarixli «Azərbaycan 
Respublikasının Seçki Məcəlləsi» ilə tənzimlənir. Seçki Məcəlləsinə əsasən 
Azərbaycan Respublikasının vətəndaşları üçün aktiv seçki hüququ 18 yaş 
müəyyən edilmişdir. Məcəlləyə uyğun olaraq seçkilər günü 18 yaşı tamam olan 
vətəndaşların seçmək və referendumda səs vermək hüququ vardır.

Yüklə 478,52 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin