Mövzu7: «Seçki sistemi və seçki hüququ» p L a n



Yüklə 478,52 Kb.
Pdf görüntüsü
səhifə11/15
tarix08.10.2023
ölçüsü478,52 Kb.
#153091
1   ...   7   8   9   10   11   12   13   14   15
221 movzu 7 secki sistemi ve secki huququ

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
SUAL № 3.
Seçki prosesinin mərhələləri 
Seçki prosesi dedikdə dövlət və yerli özünüidarə orqanlarına seçkilərin 
hazırlanması və keçirilməsində bağlı şəxslərin, orqanlarının, təşkilat və qrupların 
qanunla və digər sosial normalarla tənzim olunan fəaliyyəti nəzərdə tutulur. Həmin 
bu fəaliyyət isə aşağıdakı ardıcıl mərhələlərdən ibarətdir: 


15 
1)
Seçkilərin təyin edilməsi; 
2)
Seçki dairələrinin təşkili; 
3)
Seçki məntəqələrinin təşkili; 
4)
Seçki orqanlarının (komissiyalarının) yaradılması; 
5)
Seçicilərin siyahıya alınması; 
6)
Namizədlərin irəli sürülməsi; 
7)
Təşviqat kompaniyası; 
8)
Səsvermə; 
9)
Səslərin hesablanması; 
10)
Səsvermənin yeni turu və ya təkrar seçkilərin keçirilməsi; 
11)
Seçkilərin nəticələrinin son dəfə müəyyənləşdirilməsi. 
Bu mərhələlər həm Milli Məclis, həm də prezident və bələdiyyə 
seçkilərində, demək olar ki, eynidir. İkinci tur mərhələsi həmişə olmur. Əgər 
birinci turda seçkilər baş tutarsa, ikinci tura ehtiyac aradan qalxır. Seçki 
qanunvericiliyi onun hansı orqana aid olmasından asılı olmayaraq, yuxarıda 
göstərilən mərhələləri tənzimləyir və bir sıra digər təşkilati problemləri nizama 
salır. 
Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri Azərbaycan 
Respublikasının Prezidenti təyin edir. Azərbaycan Respublikasının Milli Məclisinə 
seçkilər hər 5 ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Prezidentliyə 
seçkilər də hər 5 ildən bir keçirilir. Azərbaycan Respublikasının Seçki 
Məcəlləsinin 178.1-ci maddəsinə müvafiq olaraq seçki günü Prezidentin 
Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddəti başa çatdığı son ilin 
oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur. 
Seçkilərin keçirilməsi günü seçki gününə azı 120 gün qalmış Mərkəzi Seçki 
Komissiyası (MSK) tərəfindən təyin edilir. Əgər prezidentin səlahiyyəti müəyyən 
olunmuş müddətdən əvvəl başa çatarsa, növbədənkənar seçkilər keçirilir. Bu halda 
seçkilər Mərkəzi Seçki Komissiyası çərşənbə gününə təyin edilir və 3 ay 
müddətində keçirilir. Azərbaycan Respublikası Milli Məcəlləsinə seçkilər 
səsvermə gününə azı 120 gün qalmış elan edilir. 


16 
Seçkilər haqqında qərar onun qəbul olunduğu gündən ən azı 2 gün ərzində 
dərc edilməlidir. Seçkilərin elan edilməsi rəsmi olaraq seçkilərə hazırlıq üçün 
prosesin başlandığını bildirir və siyasi qüvvələrin seçkilər üçün öz qüvvələrini 
səfərbərliyə almasına imkan yaradır. 
Seçki prosesinə start verildikdən sonra daimi dövlət orqanı statusuna malik 
olan MSK seçkilər gününə azı 110 gün qalmış birmandatlı seçki dairələrinin 
sxemini müəyyənləşdirir və onu təsdiq edir. MSK seçkilərin həyata keçirilməsini 
təşkil edən və ona rəhbərlik edən müstəqil dövlət orqanıdır. O, namizədləri qeydə 
alır, seçkilərə nəzarət edir, seçki komissiyalarına hüquqi, metodiki yardım göstərir, 
təkrar seçkilər keçirilməsini təmin edir və s. səlahiyyətləri həyata keçirir. 
«Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə 
minməsi haqqında» 27 may 2003-cü il qanuna görə MSK 15 üzvdən ibarətdir 
(Qanunun 1-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının Seçki 
Məcəlləsinin 24-cü, 30.3-cü, 36.1-ci və 36.2-ci maddələri 2005-ci ildə yeni 
seçilmiş Azərbaycan Respublikasının Milli Məclisinin birinci iclası günü qüvvəyə 
minir. 24-cü maddəyə görə MSK 18 üzvdən ibarətdir. MSK üzvləri Milli Məclis 
tərəfindən seçilir. MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən 
və onların namizədliklərini təqdim edən siyasi partiyanın, 6 üzvü heç bir siyasi 
Yüklə 478,52 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin