Mövzu7: «Seçki sistemi və seçki hüququ» p L a n


partiyanın bir namizədinin seçilməsi üçün tələb olunan minimum səs miqdarıdır



Yüklə 478,52 Kb.
Pdf görüntüsü
səhifə9/15
tarix08.10.2023
ölçüsü478,52 Kb.
#153091
1   ...   5   6   7   8   9   10   11   12   ...   15
221 movzu 7 secki sistemi ve secki huququ


partiyanın bir namizədinin seçilməsi üçün tələb olunan minimum səs miqdarıdır. 
Seçki kvotasının müəyyən edilməsi mandatların bölüşdürülməsinə birbaşa təsir 
edir. Proporsional seçki sistemində kiçik partiyalar seçkilərdə iştirak edib yer 
götürmək imkanı əldə edirlər. Proporsional seçki sistemində bütün ölkə, bir qayda 
olaraq, vahid çoxmandatlı dairədən ibarət olur. Yəni ölkə tək bir dairə hesab 
olunur və bu dairədən seçilmək üçün müvafiq sayda mandat müəyyənləşir. Hər bir 
partiya topladığı səsdən və daha çox da seçki kvotasından asılı olaraq, müxtəlif 
sayda mandat əldə edə bilər. 
Proporsional sistemdə səslərin çox bölünməməsi üçün iri partiyaların 
mənafeyini güdən seçki baryeri müəyyən edilir. Seçki baryeri elə səs faizidir ki, bu 
faizdən az səs toplayan partiya sonradan səslərin bölüşdürülməsinə buraxılmır. 
Seçki baryeri həm də qanunverici orqanın daxilində fraksiyalandırmanı zəiflədir. 
Azərbaycan Respublikasında seçki baryeri «Azərbaycan Respublikasının Milli 
Məclisinə seçkilər haqqında» qanunun 73-cü maddəsi ilə 6% müəyyən edilmişdir. 


12 
Lakin bu qayda 2003-cü ildə «Seçki Məcəlləsi» qəbul olunandan sonra ləğv 
edilmişdir. Həmin seçki baryerindən hal-hazırda bir neçə dövlət istifadə edir, 
məsələn AFR-da 5%. Bolqarıstanda və İtaliyada 4%, İspaniyada 3%, İsraildə 1%-
dir. 
Seçki kvotasının müəyyən edilməsi müxtəlif üsullarla həyata keçirilir. Ən 
sadə kvota müəyyənləşdirilməsi metodunu ingilis hüquqşünası T.Ner təklif 
etmişdir. Onun metoduna görə verilən səslərin ümumi miqdarın mandatların 
sayına bölünür və seçki kvotası əldə edilir. Misal üçün, əgər 4 deputat mandatı 
üçün seçki dairəsi üzrə 100.000 səs verilmişdirsə, seçki kvotası 100.000:4=25.000 
səsə bərabər olacaqdır. Seçki kvotası müəyyən edildikdən sonra hər bir siyasi
partiya onlara verilmiş ümumi səslərin içərisində seçki kvotasının yerləşdiyi sayda 
deputat mandatına sahib olurlar. Misal üçün, güman edək ki, 100.000 seçicisi olan 
seçki dairəsində dörd deputat mandatı uğrunda üç partiya (A, B, C) arasında 
mübarizə gedir. Səsvermənin və seçkinin nəticələrinə uyğun olaraq A partiyasının 
siyahısına 55.000 səs, B partiyasının siyahısına 30.000 səs, C partiyasının 
siyahısına isə 15.000 səs verilmişdir. Seçki kvotası isə yuxarıda qeyd edildiyi kimi 
25.000 səsdən ibarətdir. Belə olduqda deputat mandatları aşağıdakı qaydada 
bölüşdürülür. A partiyası 2 mandat (55.000:25.000=2, qalıq 5000 səs), B partiyası 
1 mandat (30.000:25.000=1, qalıq 5000 səs), C partiyasına isə deputat mandatı 
düşmür. Belə ki, deputat mandatı əldə etmək üçün C partiyasına 10.000 səs çatmır. 
Beləliklə, bir deputat mandatı heç bir partiya tərəfindən əldə olunmamışdır. 
Qalmış deputat mandatının əldə edilməsi üçün bir sıra qaydalar vardır. Bu 
qaydalardan biri ən böyük qalıq metodudur. Yuxarıda göstərilən misalda ən 
böyük qalıq metodunu tətbiq etsək bölüşdürülməyən deputat mandatını C partiyası 
(qalıq 15.000 səs) əldə ediləcəkdir. 
Proporsional seçki sisteminin digər növü Dont sistemidir. Bu sistemə uyğun 
olaraq hər bir partiya siyahısına verilmiş səslər partiya siyahılarının sayına 
bölünür. Bizim misalda üç partiya siyahısı olduğundan partiya siyahılarına 
verilmiş səslər üç rəqəminədək bölünəcəkdir. 


13 

Yüklə 478,52 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin