Mövzu7: «Seçki sistemi və seçki hüququ» p L a n


partiyanın hər biri bir yer qazanır



Yüklə 478,52 Kb.
Pdf görüntüsü
səhifə7/15
tarix08.10.2023
ölçüsü478,52 Kb.
#153091
1   2   3   4   5   6   7   8   9   10   ...   15
221 movzu 7 secki sistemi ve secki huququ


partiyanın hər biri bir yer qazanır. 
Mütləq səs çoxluqlu majoritar seçki sistemi seçki dairəsi üzrə seçicilərin 
səslərinin yarıdan çoxunun, yəni 50% + 1 səsin toplanmasını tələb edir. Burada 
da ümumi sayın yarıdan çoxu anlayışı müxtəlif ölkələrin qanunvericiliyində bir-
birindən fərqlənir. Bu, bir qayda olaraq, birincisi, qeydə alınan seçicilərin ümumi 



sayının yarıdan çoxu; ikincisi, verilən səslərin ümumi sayının yarıdan çoxu; 
üçüncüsü, verilmiş və etibarlı sayılan səslərin yarıdan çoxu deməkdir. Mütləq 
majoritar seçki sistemində seçkilərdə iştirakının minimum faizi müəyyənləşdirilir 
və bu faizdən aşağı əhali iştirak edərsə, seçki baş tutmamış hesab olunur. 
Mütləq majoritar sistemində, adətən, bir dəfəyə seçicilərin yarıdan 
çoxunun səsini almaq çox çətin olduğundan bir çox hallarda bu mümkün olmur 
və yenidən ikinci tur adlanan seçkilər keçirilir. İkinci turda artıq birinci turdan ən 
çox səs qazanan iki namizəd iştirak edir və bu dəfə seçki nisbi majoritar sistem 
üzrə həyata keçirilir. 
Nisbi səs çoxluğu majoritar seçki sisteminə uyğun olaraq ölkə ərazisi 
parlamentə seçilən deputatların sayına bərabər birmandatlı seçki dairələrinə 
bölünür. Hər bir seçki dairəsindən yalnız bir deputat seçilə bilər. Səsvermə yalnız 
bu dövrədə keçirilir. Namizədliyi irəli sürülmüş şəxslər sırasından daha çox səs 
toplayanı parlamentə deputat seçilir. Bu zaman seçicilərin yarısından çoxunun 
səsinin toplanması, yəni (50% + 1) səs çoxluğu tələb olunmur. Belə seçki sistemi 
ABŞ, İngiltərə, Kanada, Hindistan və digər dövlətlərdə mövcuddur. Bu seçki 
müəyyən mənada seçicilərin iradəsinin təhrif olunmasına səbəb olur. Bunun üçün 
aşağıdakı misalı göstərmək kifayətdir. 
Belə güman edək ki, seçicilərin sayı 100.000 olan birmandatlı seçki dairəsi 
üzrə dörd siyasi partiyanın nümayəndəsi iştirak edir. A partiyasından olan 
namizəd 40.000, B partiyasından olan namizəd 25.000, C partiyasından olan 
namizəd 20.000, Ç partiyasından olan namizəd isə 15.000 səs toplamışdır. Ona 
baxmayaraq ki, seçicilərin əksəriyyəti (60.000 seçki) digər namizədlərə, daha 
doğrusu, onun əleyhinə səs vermişlər. A partiyasından olan namizəd çox səs 
topladığından seçkilərdə qalib hesab edilir. Belə seçki sistemində digər 
Yüklə 478,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin