4
Aktiv seçki hüququ vətəndaşların nümayəndəli orqanlara seçkilərdə,
habelə
referendumda qanunla müəyyən edilmiş qaydada iştirak etmək, daha doğrusu,
seçmək hüququdur.
Passiv seçki hüququ vətəndaşların nümayəndəli
orqanlara seçkilərdə və ya
seçkili vəzifələrə namizəd sifətilə qanunla müəyyən edilmiş qaydada iştirak
etməyə əsas verən subyektiv hüququdur, yəni seçilmək hüququdur.
Aktiv və
passiv seçki hüquqları haqqında müddəalar 2003-cü il 27 may tarixli
Azərbaycan
Respublikasının qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Seçki
Məcəlləsinin 12-ci maddəsinə uyğun olaraq, prezident seçkilərinin, Milli
Məclisə və ya bələdiyyələrə seçkilərin referendumun keçirilməsi günü (həmin
gün daxil olmaqla) 18 yaşına çatmış Azərbaycan Respublikasının
hər bir
vətəndaşını seçmək, referendumda səs vermək, seçkilərin gedişini müşahidə
etmək, seçkiqabağı təşviqatda iştirak etmək hüququ vardır.
Passiv seçki hüququnda müddəalar Seçki Məcəlləsinin 13-cü maddəsində öz
əksini tapmışdır. Həmin maddədə deyilir: «Aktiv
seçki hüququna malik olan
Azərbaycan Respublikasının hər bir vətəndaşının referendum üzrə təşviqat
qruplarının yaradılmasının təşəbbüsçüsü olmaq prezidentliyə, deputatlığa,
bələdiyyə üzvlüyünə namizədlər üçün irəli sürülən tələblərə cavab verdikdə, Milli
Məclisin deputatı, bələdiyyə üzvü seçilmək hüququ vardır».
Seçki Məcəlləsinin 13.3-cü maddəsinə görə aşağıdakı şəxslərin passiv seçki
hüququ vardır:
- məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan
məhrum etmə
yerlərində cəza çəkən şəxslər;
- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-15.5-ci maddələrində
nəzərdə tutulan cinayətlərə görə məhkum olunmuş şəxslər;
- ikili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşları (ikili
vətəndaşlığı qalanadək);
- xarici dövlətlər qarşısında öhdəlikləri olan Azərbaycan Respublikası
vətəndaşları (həmin öhdəliklərə xitam verilənədək).
5
Azərbaycan Respublikası vətəndaşları üçün aktiv seçki hüququ 18 yaş
müəyyən edilmişdir.
Azərbaycan Respublikasında vətəndaşların passiv seçki hüququnun həyata
keçirilməsi üçün aşağıda göstərilən yaş senzləri müəyyən edilmişdir: Azərbaycan
Respublikasının Milli Məclisə deputat seçilmək üçün – 25 yaş, Azərbaycan
Respublikasının prezident seçilmək üçün – 35 yaş, bələdiyyələrə üzv seçilmək
üçün -21 yaş.
Azərbaycan Respublikasının vətəndaşları seçkilərdə və referendumda
ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə
iştirak edirlər.
Dostları ilə paylaş: