7
Şəxsi səsvermə onu ifadə edir ki, vətəndaşlar yalnız özləri bilavasitə səs verə
bilərlər. Kimsə kiminsə adından səs verə bilməz. Bu, başqasının adından səs
verən şəxsin bundan sui-istifadəsinin qarşısını almaq üçündür. Başqalarının
əvəzinə səs verən və ya bunun üçün şərait yaradan vətəndaşlar Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində və ya İnzibati Xətalar Məcəlləsində
göstərilən məsuliyyətə cəlb olunurlar.
Gtzli səsvermə.
Gizli səsvermə onu ifadə edir ki, vətəndaşın səsverməsi, kimə və necə
səsverməsi müşahidə oluna bilməz və səsvermə zamanı ona nəzarət edilməsi qəti
qadağandır. Səsvermə üçün vətəndaş müvafiq yerə daxil olduqdan sonra onun
yanına daxil olmaq, ondan kiməsə səs verməsini tələb və ya xahiş etmək
qanunvericiliklə cinayət məsuliyyətinə səbəb olur.
Dostları ilə paylaş: