Mövzu7: «Seçki sistemi və seçki hüququ» p L a n



Yüklə 478,52 Kb.
Pdf görüntüsü
səhifə6/15
tarix08.10.2023
ölçüsü478,52 Kb.
#153091
1   2   3   4   5   6   7   8   9   ...   15
221 movzu 7 secki sistemi ve secki huququ

 
 
 
SUAL 2.
Seçki hüququnun növləri 
Burada biz dar mənada seçki sistemi ilə tanış olacağıq. Bu mənada seçki 
sistemi dedikdə səsvermənin nəticələrinə görə namizədlər arasında mandatların 
bölüşdürülməsi üsulları başa düşülür. Belə üsulların bir neçə növü var. Onlardan 
majoritar və qarışıq seçki sistemlərinin adını çəkmək olar.
 
 
 
 
 
Macoritar seçki sistemi 
Macoritar fransız sözü «mayorite»dən götürülüb və «çoxluq, əksəriyyət» 
mənasını verir. Bu seçki sisteminə uyğun olaraq, deputatlığa namizəd seçkilərdə 
fərdi qaydada iştirak etməlidir və o, seçkili orqana deputat seçilmək üçün seçki 
dairəsi üzrə digər namizədlərə nisbətdə daha çox səs toplamalıdır.
Macoritar seçki sisteminə uyğun olaraq seçki dairəsi üzrə seçkilərin səs 
çoxluğunu əldə etmiş namizəd seçkidə qələbə qazanmış hesab edilir. Səs 
çoxluğunun sayından asılı olaraq majoritar seçki sisteminin üç növü müəyyən 



edilir: 1) ixtisaslaşdırılmış majoritar sistem; 2) mütləq majoritar sistem; 3) nisbi 
majoritar sistem. 
İxtisaslaşdırılmış majoritar sistem mütləq və nisbi majoritar sistemlə 
müqayisədə seçicilərin daha böyük səs çoxluğunu tələb edir. Məsələn,
Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin 2-ci hissəsinə 
əsasən, Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin 2/3 
səs çoxluğu ilə seçilirdi. Lakin 24 avqust 2002-ci ildə Konstitusiyaya dəyişiklik 
və əlavələr edildikdən sonra, Azərbaycan Respublikasının Prezidenti səsvermədə 
iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir. Bundan başqa, 
İtaliyada 1993-cü il islahatlarına qədər müəyyən edilmişdir ki, senata namizəd 
birinci turda seçilmək üçün seçicilərin bütün verilmiş səslərinin 65%-ni almalıdır. 
Əslində belə əksəriyyəti qazanmaq çox çətindir, çünki səslər müxtəlif
namizədlər arasında bölünür. Ona görə də İtaliyada ən yaxşı halda birinci turda 
315 senatordan yeddisi, bəzən biri seçilirdi, bəzən isə heç kim seçilmirdi.
Əgər ixtisaslı çoxluqlu majoritar sistemində birinci turda heç kim qələbə 
qazanmırsa, adətən, bir-iki həftədən sonra ikinci tur keçirilir. Bu sistemdə ikinci 
turda seçicilərin yeni səsverməsinə digərləri ilə müqayisədə ən çox səs toplamış 
iki namizəd çıxarılır. Lakin ikinci tur başqa qaydada da təşkil oluna bilər.
İxtisaslı çoxluqlu sistem zamanı səs verənlərin deyil, bütün qeydiyyatdan 
keçmiş seçicilərin səslərinin faizi nəzərdə tutula bilər. Belə ki, Kosta-Rikada 
prezidentliyə namizəd birinci turda seçilmək üçün bütün qeydiyyatdan keçmiş 
seçicilər 40%+1 səsini almalıdır. Çilidə ixtisaslı çoxluq başqa cür müəyyən edilir: 
parlament seçkilərində ikimandatlı dairədə iştirak etmiş seçicilərin səslərinin 2/3-
sini almış partiya hər iki yeri əldə edir; əgər heç bir partiya belə əksəriyyət 
qazana bilməmişsə, onda digərləri ilə müqayisədə daha çox səs qazanmış iki 
Yüklə 478,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin