Mövzu7: «Seçki sistemi və seçki hüququ» p L a n



Yüklə 478,52 Kb.
Pdf görüntüsü
səhifə4/15
tarix08.10.2023
ölçüsü478,52 Kb.
#153091
1   2   3   4   5   6   7   8   9   ...   15
221 movzu 7 secki sistemi ve secki huququ

Ümumi seçki hüququ. 
Bu prinsipə əsasən, seçki hüququ (aktiv seçki hüququ) bütün yaşlı (yetkinlik 
yaşına çatmış) və psixi cəhətdən sağlam vətəndaşlara məxsusdur. Konstitusiya və 
ya seçki qanunları seçki hüququna malik şəxslər dairəsini senzlərlə, daha doğrusu 
xüsusi şərtlərlə məhdudlaşdırır. Seçki senzləri arasında ilk növbədə yaş senzini 
göstərmək olar. O, vətəndaşın müəyyən yaşa çatması ilə seçki hüququna malik 
olmasını nəzərdə tutur. Oturaqlıq senzinə görə şəxs konkret ərazidə qanunla 
müəyyən olunmuş müddət ərzində yaşadıqdan sonra seçki hüququnu əldə edir. 
Təhsil senzi bir qayda olaraq passiv seçki hüququnu həyata keçirmək istəyən 
vətəndaşlara münasibətdə qoyulur. Əmlak senzi seçkidə iştirak edən 
vətəndaşların müəyyən əmlaka malik olmasını və ya müəyyən məbləğdə vergi 
ödəməsini nəzərdə tutur, lakin bu senzə demək olar ki, rast gəlinmir. 
Seçki hüququnun bərabərliyi. 
Bərabər seçki hüququna əsasən vətəndaşlar seçkilərdə, referendumda bərabər 
əsaslarla iştirak edirlər. Hər bir səsvermə zamanı hər bir vətəndaşın səsi eyni 
hüquqi qüvvəyə malikdir. Əgər bir vətəndaşın iki səs hüququ varsa, deməli, 
bütün başqa vətəndaşlarda da iki səs hüququ olmalıdır. İngilis-sakson ölkələrində 
bu prinsip, bir qayda olaraq, «bir şəxs-bir səs» formulu kimi qəbul edilir. Bu 
prinsipin pozulması (plüral votum), adətən, müxtəlif səbəblərlə bağlıdır. Məsələn, 
Böyük Britaniyada 1945-ci ilə qədər şəxs yaşadığı yerdə, həm də əgər başqa 



yerdə əmlakı vardısa, orda səs verə bilərdi ki, belə şəxslərin artıq iki səs hüququ 
əmələ gəlirdi. 
Birbaşa seçki hüququ.
Birbaşa seçki hüququna əsasən vətəndaşlar seçkilərdə namizədin lehinə
referenduma çıxarılan məsələnin lehinə və ya əleyhinə şəxsən səs verirlər. Arada 
heç bir mərhələ olmur və onların səsi həlledicidir. Bu prinsip dünyanın bir çox 
ölkələrində tətbiq edilir. Əksinə, yəni şəxsin seçilən şəxsə deyil, onu seçəcək 
şəxsə səs verməsi bir çox ölkələrdə dolayı seçki sisteminin əsasını təşkil edir. Bu 
sistemdə birbaşa seçki hüququ tətbiq edilmir. ABŞ-da vətəndaşlar birbaşa 
prezidentə səs vermirlər. Onlar ABŞ Prezidentini seçəcək şəxslərə (seçkililərə) 
səs verir, sonra da bu, şəxslər (seçkiçilər) prezidentliyə namizədlərə səs verir. 
Türkiyədə də prezident dolayı yolla seçilir. Onu birbaşa vətəndaşlar deyil, 
parlament seçir.

Yüklə 478,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin