Mövzular mehmanxanada qəbul yerləşdirmə və standartlaşdırılması


Ümumi istifadə üçün nəzərdə tutulmuş ictimai sahələrin yığışdırılması və tənzimlənməsinin təşkili



Yüklə 32,97 Kb.
səhifə11/11
tarix02.01.2022
ölçüsü32,97 Kb.
#42648
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   11
MEHMANXANA

10.Ümumi istifadə üçün nəzərdə tutulmuş ictimai sahələrin yığışdırılması və tənzimlənməsinin təşkili

Təsərrüfat şöbəsi, nömrələrin yığışdırılmasından başqa, dəhlizlərin, vestibülün, soyunub-geyinmə otaqlarının, ofislərin, xidmət və yardımçı yerlərin, pilləkanların, istirahət və kütləvi tədbirlər keçirilən yerlərin yığışdırılıb təmizlənməsini həyata keçirir. Bu sahələrin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu ictimai yerlərdə insan axını daha çoxdur. Ümumi istifadə üçün olan ictimai yerlər adətən səhər tezdən, axşam və ya gecə yığışdırılır. Ümumi ictimai sahələrin yığışdırılıb təmizlənməsi işi aşağıdakı qaydalarla aparılır:

 Yuyucu vasitələrlə döşəmələrin yuyulması, döşəmənin mexaniki yuyulması;

 Xüsusi vasitələrlə metal alətlərin və avadanlıqların sürtülüb təmizlənməsi;

 ġüşələrin, qapıların, çərçivələrin, pəncərə altlarının və güzgülərin təmizlənməsi;

 Zibil qutularındakı zibillərin atılması;

 Külqabıda olan zibillərin atılması və silinməsi;

 Masa və sütunların tozunun alınması, qaydaya salınması. Ümimi ictimai sahələrin təmizlənməsi aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

 Yığışdırılan yerin havalandırılması, kreslo və divanların, jurnal masalarının, gül qablarının, güzgülərin tozunun alınması;

 Parket döşəmələrdən tozsoran vasitəsi ilə tozun alınması;



 Bütün digər döşəmələrin, o cümlədən vestibül döşəmələrinin yuyulması.

 Nömrələrdə elektrik cihazlarını əvvəlcədən şəbəkədən çıxardıb, silmək və təmizləmək lazımdır. Parket döĢəmələr hər həftə möhkəmcə sıxılmış əsgi ilə yuyulur, yumşaq mebellər tozsoran vasitəsi ilə təmizlənir, nəm əsgi ilə pəncərə blokları və pəncərə altları təmizlənir. Ayda bir dəfədən az olmayaraq qapılar yuyulur, litoqrafik yerlər, şəkillər, tavan və divar lampaları silinir. Hər iki aydan bir divarların yuxarı hissələri, tavanlar silinib təmizlənir, pərdələr dəyişdirilir, səbətlər təmizlənir. ildə iki dəfədən az olmayaraq şüşələr yuyulur (yaz və payızda). Parket döşəmələr ehtiyac olduqda sürtülüb parıldadılır. Gündüz vaxtı xadimələr və şvesarlar vüstibülün giriş qapısının, pəncərənin təmizliyinə nəzarət edir vestibül qablarında, külqabılarda yığılmış zibilləri atır, sütunları təmizləyir. Təmizlik işinin məqsədi təkcə mehmanxananın cazibədarlıq imicini yaratmaq deyil, otelin təmizliyi qonaqların sağlamlığı, mebellərin, xalıların və digər mehmanxana avadanlıqlarının və ləvazimatların ömrünün uzadılması üçündür. Təsərrüfat şöbəsinə otelin çamaşırxanası və paltarların kimyəvi təmizlənməsi xidməti də daxildir. Bu xidmətlər qonaqlara müxtəlif üsullarla göstərilir. Bu xidmətlər otelin fəaliyyəti nəzdində ola bilər və ya mehmanxanadan kənarda müqavilə əsasında fəaliyyət göstərən firma ilə həyata keçirilə bilər. Oteldə hər hansı bir üsulun tətbiq edilməsinə baxmayaraq, hər bir halda qonaqlardan qəbul olunan əşyalar (paltar və s.) jurnalda qeyd olunur, çamaşrxanaya göndərilir və xidmət tez yerinə yetirilir. Otelin mələfələrinin, ağlarının yuyulması, nömrənin hesabına, salfet, süfrələrin yuyulması restoran yeməklərinin qiymətlərinə daxildir. Paltarların yuyulması və kimyəvi təmizlənməsinin qiymətləri ayrıca hesabda göstərilir və xüsusi paketdə qonaqlara təqdim olunur.
Yüklə 32,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin