4. Nömrə bronu üçün təqdim olunan sifariş məktubu.
Belə bir sifarişi mehmanxananın bronlaşdırma bölməsində də tərtib etmək olar. Məktub-sifarişlərlə işi diqqətlə, səliqəli və düzgün aparmaq lazımdır. Bronlaşdırmaya və ya ləğv olunmasına verilən hər bir məktub-sifariş qeydiyyatdan keçməlidir. Bron üzrə menecer sfariş olunan və ya ləğv edilən bronları vaxtında qeyd etməsə, mehmanxanaya gələn qonaq nömrə ilə təmin edilə bilməz və ya nömrə satılmamış qalar. Hər iki halda mehmanxananın nüfuzuna ziyan dəyə bilər. Bron üçün verilən məktub-sifarişlər firma və təşkilatların blankında çap olunmalıdır. Bu blankda təşkilatın tam rekvizitləri öz əksini tapmalıdır (təşkilatın adı, ünvanı, tel/faks, bankda hesab nömrəsi və s.). Hər bir məktub-sifarişdə aşağıdakı məlumatlar yazılmalıdır:
qonağın gəlmə və getmə tarixi;
qonağın soyadı və adı;
nömrənin sayı, dərəcəsi (lüks, apartament, ekonomklass, biznesklass və s.);
nömrədə olan xidmətlər (vanna, duş, televizor, soyuducu, mini-bar, seyf və s.);
nömrənin qiyməti (bu qiymətə nə daxildir? Ancaq yaşayış, yaşayış və tam pansiyon, yaşayış və səhər yeməyi və s.);
qonağın xüsusi arzusu, istəyi və təklifləri (əvvəlcədən restoranda yemək sifariş etmək, transfer, teatıra bilet, nömrədə it, pişik və digər heyvan saxlamaq arzusu və s.).
Telefon vasitəsi ilə bron sifarişi qəbul edən menecer müştərini diqqətlə dinləməli və nəzakətli olmalıdır. Bu dialoq nəticəsində müştəridə, mehmanxana, onun xidmətləri və personalı haqqında təsəvvür yaranır. Müştərini telefonda çox gözlətməməlidirlər. Telefon dəstəyini maksimum 5 zəngdən sonra götürmək lazımdır (adətən, yaxşı olardı ki, 3 zəngdən sonra telefon götürülsün). Telefon dəstəyini bronlaşdırma bölməsinin mehmanxana haqqında geniş məlumata malik olan menecerin qaldırması daha yaxşı olar. Telefon vasitəsi ilə bron sifarişini qəbul edərkən xüsusi blanklardan istifadə etmək məqsədəuyğundur. (. Bu blanklar sifarişi qəbul edərkən operativ yazılış üçün çox rahatdır. Bu blankın sütununda (qrafa) ancaq qeydlər edilir. Kompüterin xüsusi bölməsində bu blankı yerləşdirmək olar. Telefon vasitəsi ilə olunan bron, yazılı şəkildə təsdiq edilməlidir. Menecer qəbul olunan sifarişi qeyd edir (qeydiyyat nömrəsi verilir) və sifarişçiyə təsdiqnamə (confirmation), göndərir . təsdiqnamədə yerləşmənin tarixi, nömrənin dərəcəsi, qalma günlərinin sayı, sifarişin nömrəsi göstərilir.
Mehmanxanaya gələn qonaq hər ehtimala görə təsdiqnaməni özü ilə gətirməlidir. Qonağın mehmanxanaya gecikdiyi təqdirdə (saat 18:00-a qədər otelə gəlməzsə) təsdiqnamə zəmanət rolunu oynaya bilməz. Zərurət yaranarsa otel bronu çıxarda bilər. MüĢtərinin otelə gec gəlməsi haqda qeyd (late arrival) yoxdursa, müştəri mütləq mehmanxanaya 18:00-da gəlməlidir. Müştəri otelə nömrə üçün depozit keçiribsə, gecikməsindən asılı olmayaraq nömrə saxlanılır (depozitin məbləğindən və nömrənin tarifindən asılı olaraq). Bronlaşdırma bölməsi nömrələrin sifarişini qəbul etməklə yanaşı, həm də bronu ləğv etmək işini yerinə yetirir. Bron tam ləğv olunanda “Bronun ləğv olunması” blankını doldurur
Mehmanxanaya gələn qonaq hər ehtimala görə təsdiqnaməni özü ilə gətirməlidir. Qonağın mehmanxanaya gecikdiyi təqdirdə (saat 18:00-a qədər otelə gəlməzsə) təsdiqnamə zəmanət rolunu oynaya bilməz. Zərurət yaranarsa otel bronu çıxarda bilər. Müştərinin otelə gec gəlməsi haqda qeyd (late arrival) yoxdursa, müştəri mütləq mehmanxanaya 18:00-da gəlməlidir. Müştəri otelə nömrə üçün depozit keçiribsə, gecikməsindən asılı olmayaraq nömrə saxlanılır (depozitin məbləğindən və nömrənin tarifindən asılı olaraq). Bronlaşdırma bölməsi nömrələrin sifarişini qəbul etməklə yanaşı, həm də bronu ləğv etmək işini yerinə yetirir. Bron tam ləğv olunanda “Bronun ləğv olunması” blankını doldurur
Dostları ilə paylaş: |