Mövzular mehmanxanada qəbul yerləşdirmə və standartlaşdırılması


Mehmanxana nömrələrinin təsnifatı



Yüklə 32,97 Kb.
səhifə9/11
tarix02.01.2022
ölçüsü32,97 Kb.
#42648
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   11
MEHMANXANA

8.Mehmanxana nömrələrinin təsnifatı.

Mehmanxana nömrələri müxtəlif əsaslarla təsnif edilir: yerlərin sayına görə, bir yerli, iki yerli, üç yerli və s. Mehmanxanada bir yerli nömrə, daha yüksək dərəcəli nömrəyə bir qonağın yerləşdirilməsi üçün nəzərdə tutulur və daha sərfəlidir. iki yerli nömrələr eyni vaxtda iki müştərinin yaşayışı üçün nəzərdə tutulur.

Burada iki çarpayı ola bilər: bir-birindən aralı və ya birləşdirilmiş iki çarpayı və yaxud ər-arvad üçün nəzərdə tutulmuş iki yerli böyük çarpayı (french bed). Təyinatına görə biznes-klass nömrələr işgüzar və ezamiyyətdə olan qonaqlar üçün nəzərdə tutulur. Bu halda standart otaqdan fərqli olaraq burada işləmək üçün də şərait yaratmaq lazımdır (iş stolu, telefon, faks, kompüter).

Ekonom klass nömrələr: maliyyə imkanları məhdud olan qonaqları yerləşdirmək üçün nəzərdə tutulur. Bu nömrələr yığcam, bahalı olmayan avadanlıqla təchiz olunur (otaqda çarpayı, tumba, stol, stul, inkişaaf, vanna otağı, tualet, soyuducu, televizor) və qiymətləri müvafiqdir.

Apartamentlər: iki, üç, dörd otaqlı nömrələr, uzun müddətə ailəli qonaqların yaşaması üçün nəzərdə tutulur. Bu nömrələr lazımi avadanlıq və ləvazimatlarla təchiz olunur (kofe bişirən, mikrodalğalı soba, mikser).

Lüks nömrələr: üç, dörd otaqlı (45 m2 –dən az olmayan və ya mətbəxi olmaya bilər) nömrələr. Bu dərəcəli nömrələr daha bahalı olur. Bundan başqa aşağıda göstərilən nömrə kateqoriyaları müəyyən edilmişdir:

Syuit: ümumi sahəsi 75 m2 –dən az olmayan üç və daha çox yaşayış üçün nəzərdə tutulmuş otaqdan (qonaq otağı və ya mətbəx, iş otağı və yataq otağı) ibarət olan, geniş iki yerli yataq çarpayısı (200 × 200 sm) və əlavə qonaq üçün ayrıca tualeti olan nömrədir.

Apartament: ümumi sahəsi 40 m2 –dən az olmayan iki və daha çox otaqdan (qonaq otağı və ya mətbəx, yataq otağı) ibarət olan, mətbəx avadanlığı və ləvazimatları olan nömrə.

Lyuks: ümumi sahəsi 35 m2 –dən az olmayan iki otaqdan ibarət olan (yataq və qonaq otağı) bir və ya iki nəfərin yaşaması üçün nəzərdə tutulan nömrə.

Studiya: ümumi sahəsi 25 m2 –dən az olmayan bir otaqlı, lakin yataq otağının yarısı qonaq otağı, mətbəx və ya iş otağı kimi işlədilən, bir və ya iki nəfərin yaşaması üçün nəzərdə tutulan nömrələr.

Birinci dərəcəli nömrə: bir yaşayış otağından və sanitar qovşağından (vanna və ya duş, unitaz, əlüzyuyan) ibarət, iki yataqlı nömrə, bir və ya iki nəfərin yaşaması üçün nəzərdə tutulub.

ikinci dərəcəli nömrə: bir yaşayış otağı və natamam sanitar qoşağından (əlüzyuyan, unitaz) və ya iki ayrıca otaq və arasında yerləşmiş tam sanitar qovşağından ibarət nömrə, bir və ya iki adam üçün nəzərdə tutulur.

Üçüncü dərəcəli nömrə: üç və ya daha çox çarpayısı və natamam sanitar qovşağı olan nömrə və ya iki və daha çox otağın, çoxlu çarpayısı və tam sanitar qovşağı olan nömrə (il boyu fəaliyyət göstərən oteldə hər bir adama 6 m2 , mövsümdə fəlaiyyət göstərən oteldə 4.5 m 2 yaşayış sahəsi düşür. Nömrələrin təsnifatının Avropa standartları. Avropa otellərində nömrələr aĢağıdakı kimi təsnif edilir:

 Double twin – iki çarpayılı nömrə;

 Triple – iki çarpayılı və divanı olan (divanda uşaq da yata bilər) nömrə;

 Single – double twin ölçüsündə, lakin bir çarpayılı nömrədir. Bəzən bir müştəri iki nəfərlik nömrəyə yerləĢdirilir. Bu zaman bir çarpayı və əlavə çarpayının 25%-nin pulunu ödəməli olur. Bu üsul, “double for, single use” adlanır.

 Junior suite – daha müasir planda, iki yerli bir otaqlı nömrədir.

 De luxe – Junior suite ölçüsündə, lakin tərtibatı daha zəngin olan nömrədir.

 Suite – yüksək keyfiyyətli mebel və avadanlıqlarla təchiz olunmuş yataq və qonaq otağından ibarət nömrə.

 Busines – iş görmək üçün, kompüter və faksla təchiz olunmuş böyük nömrə.

 Family studio – ailə üçün nəzərdə tutulan, bir-birinə keçidi olan iki birləşmiş otaq.

 President – bir neçə yataq otağı, kabinet, 2-3 tualeti olan, mehmanxananın ən müasir və bahalı nömrəsi.




Yüklə 32,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin