Mövzular mehmanxanada qəbul yerləşdirmə və standartlaşdırılması


Nömrənin zəmanətsiz bronu standartlaşdırılması



Yüklə 32,97 Kb.
səhifə4/11
tarix02.01.2022
ölçüsü32,97 Kb.
#42648
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   11
MEHMANXANA

3. Nömrənin zəmanətsiz bronu standartlaşdırılması

Bu tip bron qonağın oteldə nömrə almasına zəmanət vermir. Qonaq otelə göstərilən vaxtdan gec gələrsə, onun nömrəsi başqa müştəriyə satıla bilər və həmin qonağa oteldəolan hər hansı boş nömrə veriləbilər. Qonaqlar adətən zəmanətsiz brona üstünlük verirlər və hesab edirlər ki, bronun müəyyən olunmuş vaxtdan əvvəl otelə gələcək və heç bir öhdəlik götürmək istəmirlər. Lakin qonaq otelə, bronun göstərildiyi vaxtdan gec gələ bilər (Qatar və ya təyyarənin gecikməsi və s. səbəblərdən). Bu halda zəmanətsiz bronu, zəmanətli brona dəyişmək mümkündür. Bunun üçün qonaq otel ilə əlaqə saxlayır və gecikmənin səbəbini göstərir, mehmanxana qaydalarına uyğun zəmanətsiz bronu, zəmanətli brona dəyişir. Bronun dəyişməsi təxminən aşağıdakı üsulla həyata keçirilir:

1. Otelin işçisi qonağın ad və soyadını soruşur və kompüterdə bronlaşdırma məlumatında tapır;

2. kredit kartının tipi, nömrəsi, sahibinin adını qeyd edir;

3. qonağın bronuna yeni təsdiqnamə nömrəsi qeyd olunur;

4. kompüterin informasiya bazasına zəruri olan məlumatları qeyd edərək bronun növünü dəyişir.

4. Qrup bronlaşması (10 nömrədən çox sifariş olunur) fərdi bronlaşmadan fərqlənir. Bu zaman bronlaşma bölməsinin meneceri, qrup üçün bronlaşma sifariş edən şəxslə görüşür, danışıqlar aparır və qrupa xidmət göstərmək üçün müqaviləbağlanır. Mehmanxana şəbəkələrinin inkişafı ilə əlaqədar mərkəzi bronlaşma sistemi yaradılmışdır. Mehmanxanaın nömrə fondunun 60-70%-i şəbəkənin mərkəzi bronlaşma sisteminin nəzarətindədir. Yerdə qalan nömrələri bir başa mehmanxanaya sifariş vermək olar. Mərkəzi bronlaşma sisteminin üstünlüyü ondadır ki, mehmanxananın nömrə fondunu doldurmağa imkan yaradır, səmərəli işləyir. Mehmanxana, xidmətlərin təqdim etmə qaydalarına uyğun iki tərəfli müqavilə bağlaya bilər. Bu müqaviləyə əsasən, birbaşa sifarişləri qəbul edir. 8Œ1ā23Œ8ā(Œā 3 29 Beynəlxalq mehmanxana konvensiyası, turizm agentlikləri və mehmanxana sahibləri arasında imzalanan və əməl olunan müqavilələri tənzimləyir. Müqavilə bağlayan tərəflər konvensiyanın müddəalarına riayət edəcəklərini öhdələrinə götürürlər. Müqaviləyə əsasən, mehmanxana turizm agentliyi qarşısında, turistlərə xidmət təqdim edəcəyi barədə öhdəlik götürür. Mehmanxana xidmətindən müntəzəm istifadə edən turizm agentliyi, müəyyən müddətə müqavilə bağlayır. Bu halda turizm agentliyinə və ya təşkilata sıra nömrəsi verilir. Müqavilənin şərtinə uyğun olaraq, mehmanxana turizm agentliyinin göndərdiyi turistlərə yer və ya nömrə verir, xidmət göstərir.Bir çox turizm agentlikləri müəyyən mehmanxanalarla müqavilə bağlamağa səy göstərir. Mehmanxananı müntəzəm olaraq turistlərlə təmin edən şirkətlərə, turizm agentliklərinə, təşkilatlara güzəştlər edilir. Bu güzəştlər nömrələrə, yeməyə və həm də digər xidmətlərə aiddir. Müqavilədə, sifarişin verilmə vaxtı, hesablaşma qaydaları və s. öz əksini tapır. Təşkilat və ya turizm agentliyi, mehmanxanada bir neçə nömrə və hətta mərtəbə sifarş edə bilər. “Beynəlxalq mehmanxana qaydalarına”görə, müştəri mehmanxanaya təyin olunmuş vaxtdan gec gələrsə, bronun və bir günün pulu alınır.Brona görə, müştəri bir gündən artıq mehmanxanaya gecikərsə, bron ləğv olunur.Bronu ödəməkdən imtina edən, müştəri mehmanxanaya ümumi qaydada qəbul olunur. “Beynəlxalq mehmanxana qaydaları”nda bronun məbləği göstərilmir. Bronun məbləğini və faizini otelin müdiriyyəti təyin edir. Adətən fərdi turistlər yerin, tarif üzrə 50%-ni ödəyir. Turist qrupları üçün güzəştlər nəzərdə tutulur və adamların sayına görə faiz müəyyən olunur.


Yüklə 32,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin