Mövzular mehmanxanada qəbul yerləşdirmə və standartlaşdırılması


PR – mehmanxana biznesində fəaliyyəti



Yüklə 32,97 Kb.
səhifə8/11
tarix02.01.2022
ölçüsü32,97 Kb.
#42648
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   11
MEHMANXANA

7.PR – mehmanxana biznesində fəaliyyəti.

PR (public relations) – (ictimaiyyətlə əlaqələr) anlayışının bir çox təyinatı var. Aparıcı mütəxəssislər tərəfindən bu anlayışın iki oxşar təyinatı verilmiĢdir. Bunlar, aşağıdakılardır:

1. Müəssisənin nüfuzunu qaldırmaq və uğurla işləməsi üçün ictimai rəy yaratmaq və formalaşdırmaq. Bu müxtəlif yollarla, ilk növbədə KİV vasitəsi ilə həyata keçirilir;

2. Bəzi layihələr daxilində qarşılıqlı münasibətlərin harmonizasiyasına (layihə dedikdə firma, təşkilat, mehmanxana nəzərdə tutulur), həmçinin verilən layihənin onun xarici mühit və layihə iştirakçıları arasında uğurlu həyata keçməsi məqsədinə yönəldilmiş, informasiya-analitik və prosedur-texnoloji fəaliyyət sistemidir. Deməli, PR – təşkilat və ictimaiyyət arasında qarşılıqlı xoş münasibətin yaranması və qorunmasına yönəlmiş, üzun müddətə planlaşdırılan fəaliyyətdir.

PR – fəaliyyətinin mehmanxana biznesində həyata keçirilməsi, göstərilən xidmətlərin xüsusiyyəti, səviyyəsi və spesifikliyindən asılıdır. PR-ın məqsədi, müĢtəri və mehmanxana arasındakı qarşılıqlı anlaĢmaya, müsbət münasibətə nail olmaq və mehmanxananın perspektivinin uzun müddətli olacağına müĢtəridə inam yaratmaqdır. Bu, ictimaiyyətin gözündə mehmanxana haqqında müsbət imicin, etibar və hörmətin formalaşmasına səbəb olur. Müəyyən mənada PR – fəaliyyəti reklama yaxındır. Reklam tədbirləri nəticəsində (plakatların, məqalələrin və qeydlərin mətbuatda çap olunması), mehmanxana nömrələrinin satılmasına və gəlirin artmasına səbəb olur. PR – fəaliyyətinin məqsədi bir tərəfdən müştərinin müəssisənin təkliflərinə olan marağını artırmaq, o biri tərəfdən müştəri ilə olan qarĢılıqlı əlaqəyə əsasən, tələbata müvafiq olaraq xidmət təkliflərini göstərməkdir. PR – fəaliyəti təkcə çap məhsullarının tərtibatı, müəssisənin imicinin irəliləyişi üçün yeni üsulların hazırlanması ilə deyil, həm də, onun kommunikasiyaəlaqə vasitələrinin seçimi ilə də sıx bağlıdır.

Professional PR – fəaliyyəti etibarlı mənbədən alınan məlumatdan başlayır. Onun əsasını müəssisənin xüsusiyyətlərini göstərən ətraflı və geniş məlumatlar təşkil edir.

Məsələn:

 Məsuliyyətli əməkdaşların siyahısı (kim nəyə cavabdehdir);

 Nömrələrin növü və sayı;

 Restoran və barın iş vaxtı, xüsusiyyətləri;

 Banket və konfrans-zalların adı, texniki xüsusiyyəti və tutumu;

 Mehmanxana yerinin təsviri, aeroport və vağzaldan mehmanxanaya gələn marşrutun göstərilməsi;

 Avtomobil dayanacaqları;

 Diqqətəlayiq yerlər – bədii və memarlıq;

Xidmət sahəsində, mehmanxananın imkanlarını izah edən şəkillər və s. Bu məlumatlar daima yeniləşir, əlavələr olunur. PR-in müəssisə daxili fəaliyyətindən danışanda ilk növbədə əməkdaşlar arasında müəyyən olunmuş PR münasibətlərinə nəzər salmaq lazımdır. Təcrübə göstərir ki, mehmanxana, restoran biznesi müəssisənin kollektivində istehsalat münasibətlərini (insan amili) yaxşılaşdırmaq üçün, aşağıdakı PR – üsulları istifadə olunur

:  Müəssisə barədə işçilər arasında sorğu keçirmək, onların rəylərinin qiymətləndirilmə və araşdırılması;

şəxsi xüsusiyyətlər;

 PR – tədbirlərinin planlaşdırılma və aparılmasında işçilərin iştirakı;

 Mehmanxananın ən yaxşı işçiləri barədə ixtisas artıran seminarların keçirilməsi və bunlara aid ədəbiyyat;

 Asudə vaxtlarda kollektiv tədbirlərin keçirilməsi (ekskursiyalar, yubileylər);

 Aşbazlıq müsabiqələrində iştirak etmək və s. Müəssisə daxili PR tədbirlərin keçirilməsi iki məqsəd daşıyır:

işçilər arasıda PR – münasibətlərinin yaradılması;

rəhbərlik və işçilər arasındakı münasibətlərdə inam və qarşılıqlı anlaşma yaratmaq


Yüklə 32,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin