Ötən əsrin sonlarından dünya elmində bir çox istiqamətləri əhatə edən, bütövlükdə isə mürəkkəb sistemlər kimi fenomenin təhlilini önə çəkən yeni yanaşmalar metodoloji inqilabın başlanğıcını qoymuşdur (2). Mahiyyətcə eyni olan, lakin Qərb elmi coğrafiyasında-Almaniyada “sinergetika”, Benilüks ölkələrində “qeyri-sabitliyin fəlsəfəsi” kimi müxtəlif cür adlandırılan yeni istiqamətin, ABŞ-da əsasən “determinik xaos (idarə edilən xaos) ” adı altında inkişaf etməsi tədqiqatçıların diqqətini cəlb etmişdir. Bu gün ümumən qəbul edilmiş qənaət belədir ki, istənilən siyasi, sosial sistem mürəkkəb(xaotik) sistem kimi nəzərdən keçirilə bilər. Belə ki, burada həm nizam, həm də xaos elementləri daimi qarşılıqlı əlaqədə mövcud olur və dinamik qeyri-sabitlik xüsusiyyətini daşıyır.
Bu həm yeni elmi istiqamətlərin anlaşılması və ictimai elmlərə tətbiqi məsələlərində, həm də dünya elmi ictimaiyyətində yeni istiqamətlərin təhlilində olduqca fərqli, bəzən ziddiyyətli, XXI əsrin əvvəllərindən isə nəzəriyyənin tətbiqi müstəviyə keçməsi ilə əlaqədar olaraq, artıq demək olar ki, təhlükəli mövqelərin aşkarlanmasına səbəb olmuşdur. Eyni zamanda bu vəziyyət indiyə qədər müəyyən “ortaq terminoloji konsensusun” əldə edilmədiyinə dəlalət edir.(Azərbaycan elmi ictimaiyyətinin xatirində olar ki, Bakıya səfəri zamanı məşhur alim L.Zadə AMEA-da keçirilən görüşdə “sinergetikaya münasibətiniz necədir” sualını bu anlayışı ilk dəfə eşitdiyi kimi qarşılamış, onu cavablandırmamışdı. Çünki ABŞ-da qeyd edildiyi kimi, mahiyyətcə bənzər hadisələrin, qeyri-sabitliyin dinamikasını öyrənən yeni istiqamət “determinik xaos” adı ilə kimi məlumdur. )
XXI əsrin ilk on ilinin arxada qaldığı indiki vaxtda bəhs edilən yeni elmi istiqamətlərin anlamı və xüsusilə də siyasi həyata tətbiqinə dair mövqe müxtəlifliyi artıq qeyd etdiyimiz kimi narahatlıq doğuracaq təhlükəli həddə çatmışdır. Artıq qlobal güclərin, demokratiyanın genişləndirilməsi və Yaxın Şərqdə geosiyasi problemlərin həlli və maraqlarının təmin olunması məqsədi ilə idarə edilən xaos nəzəriyyəsini tətbiq edildiyinin ardıcıl olaraq vurğulanması fonunda, onun nə qədər irəliləməsinin ilkin nəticələri barədə mühakimə yürütmək olar.
İki “Mann” soyadı, iki yanaşma
Təbiətşünaslıqda ilk olaraq iqlim fenomeninin tədqiqi sahəsində elmi dövriyyəyə gələn xaos nəzəriyyəsi A.Puankare, K. Lourensin, M.Feyqenbaumun, M.Şusterin, İ.Priqojinin adı ilə bağlıdır (3). Bununla belə, xaos nəzəriyyəsi bütün sahələrdə geniş təhlili və tətbiqinə görə təsadüf də olsa iki “Mann” soyadına borcludur. Onlardan biri təbiətşünas-fizik, elmə “kvark” anlayışını gətirən Nobelçi alim Mürrey Gel-Manndır. Ötən yüzilin sonlarında xaos nəzəriyyəsinin dünya siyasətinə, qlobal təhlükəsizliyə və sosial sistemlərə tətbiqi məsələlərini gündəmə gətirmişdir (4). 1984-cü ildə ABŞ Dövlət Departamentinin və Pentaqonun dəstəyi ilə Mürəkkəblik İnstitutu yaratmış, həmin müddətdən bəri Amerika siyasi və hərbi dairələrinin məmurları, analitik mərkəzlərinin çoxsaylı mənsubları bu institutla yaxından əməkdaşlıq etmiş, yeni elmi istiqamətlər haqda biliklərlə maariflənmişlər. Təbii ki, bu qeyri-sabitliyin olduqça intensivləşdiyi “xaotik” dünya siyasətində proseslərin idarə edilməsi və nəzarət altında saxlanılması üçün elmi-metodoloji bazaya dayaqlanmaq kimi təbii arzudan irəli gəlmişdir.
Müqayisə imkanı əldə etmək üçün əvvəlcə “xaos nəzəriyyəsinin” bəzi təməl müddəalarını qeyd edək:
Xaos kreativ potensiala malikdir; Bifurkasiya nöqtəsində proseslərin yeni attraktora, başqa inkişaf qanuna uyğunluqlarına tabe olan istiqamətə yön alması; -
Dinamik sistemlər heç zaman tarazlıq vəziyyətində qalmırlar;
-
Mürəkkəb dinamik sistemlər inkişaf gedişində müəyyən labüd böhran məqamlarını yaşayır ki, belə vaxtlarda cüzi təsirlər sistemin kəskin qeyri-sabitliyini şərtləndirə bilər və zəncirvari effekt fəlakətli nəticəyə səbəb ola bilər.
Yadda qalan digər soyad Azərbaycanda yaxşı tanınan diplomat Stiv Manndır. 2001-ci ildən etibarən ABŞ-ın Xəzərətrafı ölkələrdə xüsusi nümayəndəsi işləmiş S.Mann bu bölgədə Amerika maraqlarının əsas təmsilçisi hesab edilir və sayılır. Nədənsə S.Mann deyərkən hökmən “Azərbaycanda məşhur olan”, əsrin müqaviləsinin, Bakı-Tiflis-Ceyhan neft kəməri layihəsinin lobbisti ifadələri işlədilir. Peşəkar diplomat karyerasını keçən S.Mann ABŞ-ın Asiya ölkələrində, Ermənistanda və və Türkmənistanda səfiri vəzifəsində işləmişdir. ATƏT-on Minsk qrupunun həmsədri olmuşdur. Vaşinqton Milli Hərbi kollecində aldığı təhsilin nəticəsi kimi “Xaos nəzəriyyəsi və strateji təfəkkür ” adlı məqalə yazmışdır.
Mürəkkəb sistemlər ideyasının sosial sistemlər tərəfindən də tətbiq edilməsini təqdir edən müəllif mürəkkəb sistemlərin bu xüsusiyyətlərini sosial-siyasi sistemlərə tətbiqi aspektində ABŞ strateqi Stiv Mann fövqəldövlət stereotiplərinə və ənənəsinə uyğun olaraq qruplaşdırmış, aşağıdakı kimi nəticəyə gəlmişdir. Stiv Mannın “Xaosa reaksiya” əsərində idarə edlən xaos nəzəriyyəsinin sosial-siyasi sistemlərə tətbiqi yönündə ələ etdiyi başlıca müddəalar belə səslənir
-
Dünya birliyi-hər biri özü də mürəkkəb dinamik sistemlərdən (millət, dövlət, sivilizasiya, dinlər və s)ibarət olan fövqəlmürəkkəb dinamik sistemdir.
-
Qlobal siyasi xaos dünyasında nizam adaları arasında üzərək manevr etməklə daha çevik metodlarla, daha az məsrəflərlə və daha çox fayda ilə milli maraqları təmin etmək olar;
-
ABŞ- böhranda olan ölkələrdə “sabitlik” adlandırılan, əslində həqiqətdə “psevdo-sabitlik” olan cəmiyyətlərdə vəziyyəti dəstəkləmə əvəzinə burada fəal dəyişikliklərə can atmalıdır;
-
Bifurkasiya nöqtəsində olan sistemləri “nöqtə” metodları-təsirləri ilə asanlıqla dağıtmaq mümkündür;
-
Əgər Amerikanın maraqlarına cavab verirsə, böhran məqamlarından maksimum istifadə etmək və onlara həssas olmaq lazımdır;
-
Uzunmüddətli proqnozlar-mifdir, bunun əvəzinə, bizə kiçik yerişimizi iri addımlara çevirməyə imkan verən, ayağımızın altını işıqlandıran fənər lazımdır;
-
Sabitlik xəyali (illüzor) mahiyyət daşıyır və buna görə də heç vaxt məqsəd ola bilməz, onun davamılı olaraq dəstəklənməsi ABŞ dövləti üçün baha başa gələ bilər;
-
ABŞ böhran vəziyyətində olab cəmiyyətlərdə “psevdo” sabitliyi dəstəkləmək əvəzinə burada fəal dəyişikliklər etməyə cəhd etməlidir;
-
Bifurkasiya nöqtəsində (“özünütəşkil edən böhran vəziyyətində) olan sistemləri “nöqtələrə təsir” metodu ilə asanlıqla dağıtmaq mümkündür;
-
Perspektiv zamanda belə böhran vəziyyətləri Amerikanın maraqlarına cavab verirsə belə böhran vəziyyətlərinə açıq olmaq və onlardan istifadə etmək lazımdır;
-
Uzunmüddətli proqnozlar mif deməkdir. Buun əvəzinə “ayağının altına işıq salan fənər” lazımdır və bu bizin kiçik addımlarımızı böyük gedişlərə çevirməyə kömək edə bilər;
Dostları ilə paylaş: |