Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə95/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   149
Linqvistik tipologiya

Linqvistik tipologiya
121
manda münasibət bildirən istək sözü də yaranmışdır. Söz sonun-
da s – l səslərinin dəyişməsi ilə eyni zamanda qoşa söz şəklində 
formalaşmış kol-kos ifadəsi də yaranmışdır. S – l keçidi, həmçi-
nin, mənaca bir-biri ilə daxili əlaqəyə malik olan kosa (tüksüz) 
və kola (buynuzsuz) sözlərində də müşahidə edilir. Kosa sözü 
eyni mənada müasir dilimizdə işlənir, kola sözü isə buynuzsuz 
keçi mənasında areal nitqdə işlədilir (ADDL, 265).
Səslərin ş-s-l istiqamətində dəyişməsini bir-biri ilə daxili məna 
əlaqəsi mövcud olan aşağı-alt kimi sözlərdə də müşahidə etmək 
olur. Sözlərin hər ikisində onları aşağılıq anlayışı birləşdirir. Fo-
netik cəhətdən oxşar olan üst sözündə isə yuxarılıq mənası vardır. 
Oxşar köklü sözlərdə hər hansı səsin dəyişməsi ilə məna dəyiş-
məsi tamamilə qanunauyğun bir haldır. Məsələn, al kökü müəy-
yən məqamda yuxarılıq və aşağılıq bildirir. Bu kökdən düzələn 
alp sözündə böyüklük anlayışı vardır: Məsələn, alp igid, alp ərən 
ifadələrinin nü mu nə sində həmin məna müşahidə edilir. Alp sözü-
nün böyüklük mənası mənbələrdə də qeydə alınmışdır: DTC, 37; 
Alplar başı Qazana zərbə urdu, dünya başına dar oldu. (KDQ, 99).
Al kökü həmçinin, müəyyən derivatlarda aşağı mənası bildi-
rir: alçaq, alçalmaq, alçaqlıq və s. 
Az kökündə də belə bir xüsusiyyət müşahidə edilir. Bu kök-
dən düzələn azman sözü böyüklük bildirir. Azacıq, azca sözlə-
rində isə azlıq mənası vardır. 
Bu mənada, as kökündən düzələn astar sözündə aşağılıq
ondan əvvəlki sait səsin dəyişməsi ilə yaranan üst sözündə isə 
yuxarılıq mənası ifadə edilir. 
R- l samitlərinin keçidi
R-l samitlərinin keçidi əsasında soraq (məlumat, sorağını 
almaq), salıq (xəbər), yıldırmaq – yarılmaqqultaşa (xəbərçi), 
qırıldatmaq (gileylənmək, qeybət etmək) bələmək- bürümək 
kimi sözlər düzəlmişdir.



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin